Ana səhifə »  Avtomobil »  Tam Yeni Nissan Maxima
A+   Yenilə  A-
Tam Yeni Nissan Maxima

Qaydaları dəyişən premium "4-qapılı idman maşını" Yaxın Şərqdə ictimaiyyətə təqdim olunub
Nissan şirkətinin istehsalı olan tamamilə yeni, qaydaları dəyişən Nissan Maxima 2016 modeli Yaxın Şərqdə işıq üzü görüb. Tamamilə yeni dizaynda təqdim olunan 8-ci nəsil model, Maxima modelinin bu günə qədər ən güclü və ən idman üslublu modelidir.
Öz başgicəlləndirən dizaynı, yüksək performansı və qabaqcıl texnologiyası ilə Yaxın Şərqdəki müştərilərə təqdim olunan tamamilə yeni Nissan Maxima 2016 öz seqmentinə kökündən yenilik gətirmək məqsədilə dizayn edilib. Bütün bu sadalanan səciyyəvi xüsusiyyətlər yeni Nisan Maximanı idman maşını üslubu ilə premium zərifliyin unikal kombinasiyana çevirir.
Nissan şirkətinin Yaxın Şərq üzrə İcraçı Direktoru Samir Çerfan yeni model haqqında şərhlərini belə dilə gətirir: “Çox fərqli üslubda dizayn edilmiş tamamilə yeni Nissan Maxima 2016 idarəetmə həvəskarları tərəfindən idarəetmə həvəskarları üçün işlənib hazırlanıb, bu gün yollarda onun bənzəri yoxdur – və öz seqmentində heç bir maşın onun kimi sürülmür. O, Nissan Maxima’nın əfsanəvi "4-Qapılı İdman Maşını"-nın mövqeyini geridə qoymaqla bərabər, həmçinin tamölçülü sedan seqmentində üslub, performans və texnologiya istiqamətində yeni standartlar müəyyən edib.
“Yeni Nissan Maxima mahiyyət etibarilə konservativ seqmentdə yeni kəşfdir. O, öz sinfində qabaqcıl dizaynı, yanacağa qənaət etməsi, performansı və yüksək texnologiyası ilə yüksək standartlar müəyyən edir. Bazarda bu günə qədər bu seqment çərçivəsində onun qədər həyəcanverici model olmayıb”.
Yüksək performansa malik, yüksək keyfiyyətli sedan, Nissan şirkətinin məqsədyönlü biznes hədəfini dəstəkləyəcək. Nissan şirkəti 2014-cü ildəki satışlarla müqayisədə 70%-dən çox artımla, təqribən 7000 avtomobil satışını qarşısına məqsəd qoyaraq tamamilə yeni Nissan Maxima 2016 modelinin Körfəz Əməkdaşlıq Şurası çərçivəsində E-seqmentində 12% paya sahib olacağına ümid edir.
Tamamilə yeni Nissan Maxima 2016 modelinin əsas xüsusiyyətləri:
Aura
Nissan Maximanın üslubu Nissan şirkətinin yeni dizayn dilini nümayiş etdirir – avtomobilin “V-Motion” üslubuna malik qabaq hissəsi, bumeranqşəkilli fənərlər, böyük arxa dayaqlar və unikal axıcı formaya malik dam.
Daxildə, Nissan Maximanın premium, öz sinfində qabaqcıl, xüsusi sifarişlə tikilmiş salonu dəbdəbəli avtmobillərlə rəqabət aparan sürücü kabinası ilə təchiz olunub.
Yeni avtomobil, ABŞ-ın Florida ştatı, Pensakola şəhərində yerləşən Hərbi Dəniz Aviasiyası Stansiyasındakı “Mavi mələklər” adlı təyyarələrdən ilham alınaraq işlənib hazırlanmışdır. Yeni model özündə “qırıcı” təyyarəsindən ilham alınaraq dizayn edilmiş üslubu və erqonomik mexanizmi birləşdirir.
Futuristik xarici görünüşü, geniş, ikili, xromdan hazırlanmış işlənmiş qaz borusu ucluqları və 18-dyümlük mexaniki, aliminium xəlitəli təkərlər tamamlayır. Nissan Maxima SR modeli isə 19 dyümlük alüminium xəlitəli unikal, almaz yonmalı mexaniki haşiyəli təkərlərə malikdir.
Nissan Maximanın tamamilə yenilənmiş interyeri “komanda mərkəzi” sürücü kabinasına və premium, xüsusi olaraq sifariş edilmiş, zövqlə işlənib hazırlanmış salona malikdir. İdarəetmə paneli həmçinin kənarlarda kontrastlı tikişlərlə işlənmiş dəbdəbəli haşiyələrə malikdir. İdarəetmə panelinin üzərindəki yeni Display Commander paneli, premium idman üslublu sedana layiq şəkildə, mərkəzi displeyi barmaqların ucu ilə idarə etməyə imkan verir.
Nissan Maximanın inkişafının ilk günlərindən şirkət öz diqqətini modelin salonunun işlənib hazırlanmasında cəmləyib. Şirkət öz qarşısına dəbdəbəli avtomobillərlə həqiqi rəqabət aparan salon təklif etmək məqsədini qoyub. Bu model, orijinal tikişlərə malik alətlər paneli, qapılar və idarəetmə paneli, əhatəli işıqlanma, almaz sırıqlı haşiyələr, premium dəri oturacaq örtükləri, unikal yonulmuş işlənmiş qaz borusu ucluqlarına və idman üslublu D-şəkilli (yastı dibli) sükana malikdir.
Tamamilə yeni Nissan Maxima 2016nın rahatlığı, Nissanın "Zero Gravity Seats" dizaynından ilhamlanaraq təmin olunub – bu dizayna, yumşaqlıq üçün süngər örtüklü döşəkcə, uzun müddət rahatlığınızı təmin edəcək akkustik, laminasiya edilmiş şüşələr (qabaq şüşə və qabaq yan şüşə) və daha səssiz kabina üçün Aktiv Səsboğucu Sistem (Active Noise Cancellation System) əlavə edilib.
Avtomobilin həm xaricində və həm də daxilində istifadə olunmuş rənglər Maximanın eksklüziv idman üslublu premium özəlliyi ilə uyğunluq təşkil etmələri üçün diqqətlə seçilib.
Performans
Nissan Maximanın performansı bir sıra aspektlər üzrə bazar konyunkturasını əsaslı şəkildə ötüb keçir və bir çox idman üslublu avtomibillərlə bərabər səviyyədədir; bu da onu böyük qardaşı Nissan Gt-R modelinə daha da yaxınlaşdırır.
Nissan Maximanın 3.5 litrlik VQ-seriyalı V6 mühərriki 60% yeni hissələrdən ibarət olmaqla (əvvəlki nəsil 3.5 litrlik V6 mühərriki ilə müqayisədə) yenidən dizayn edilib. 300 at gücünə malik Nissan Maxima yüksək enerji çıxışı ilə bir litr yanacağa 85.7 at gücü hasil edir.
Ətraf Mühitin Mühafizəsi Agentliyinin dəyərləndirməsinə əsasən, yeni mühərrikin 30 mil məsafəyə bir qallon (4,5 litrə bərabər ölçü vahidi – tərc.) yanacaq sərf etməklə şossedə hərəkət edərkən yanacağa 15% qənaət etməsinə nail olacağı gözlənilir.
Fərqli tərtibata malik mühərrikin dizaynını, səmərəli, daha geniş ötürücü diapazonlu, mühərrik işə düşdükdə daha güclü sürət yığmağa imkan verən Xtronic transmissiya və drossel qapağının geniş açılması zamanı sürətli ötürmələrə imkan verən tamamilə yeni D-pilləli ağıllı sürət qutusu tamamlayır.
Texnologiya
Nissan Maximanın yeni nəsil premium texnoloji xassələrinə smartfonlarda olduğu kimi, barmaqla çevirmək və böyütmək üçün ekranı sıxmaq kimi xassələr və 8 dyümlük rəngli displey aiddir. Sistem, alətlər paneli daxilində standart 7-dyümlük Advanced Drive Assist Display (ADAD) sistemi ilə birgə çalışır.
Avtomobil geniş sayda təhlükəsizlik və sürücüyə kömək vasitələrinə malikdir. Bunlara Predictive Forward Collision Warning (PFCW) – Öndən Toqquşma Xəbərdarlığı, Intelligent Cruise Control (ICC) – Ağıllı Kruiz Kontrol, Forward Emergency Braking (FEB) - Qabağa Fövqəladə Əyləcləmə Qurğusu, Rear Cross Traffic Alert (CTA) – Arxada Köndələn Trafik Xəbərdarlıq Siqnalı və Blind Spot Warning (BSW) - Görünməyən Zona Xəbərdarlığı (BSW) sistemləri aiddir. Həmçinin Nissan Maxima baza xətti müəyyən etmək üçün idarəetmə zamanı istifadə olunan gücə müşahidə edən və sürücü yuxuladıqda və ya diqqəti yayındıqda həyəcan siqnalı verən Driver Attention Alert (DAA) – Sürücü Diqqət Xəbərdarlıq Siqnalı sistemi ilə təchiz olunub (yalnız Nissan Maxima SR modeli).
Dəbdəbəli avtomobillərə layiq elementlər, Nissan Maxima’nın cihazlar komplektinin bir hissəsidir. Bu xassələrdən bir çoxu hətta dəbdəbəli şirkətlərin istehsal etdiyi avtomobillərdə mövcud deyildir və əksər Nissan Maxima modellərində standart komplektə daxildir. Bu xassələrə “Easy Entry” (asan giriş) sisteminə malik maili/teleskopik sükan, Around View® Monitor (Ətrafı Görmə Monitoru) sistemi, Uzaqdan İşəsalma üçün Breloklu Açar və arxa şüşə üçün günəşdən qoruyucu geniş örtük.
Nissan şirkətinin yüksək standartlara və ümumi xidmət xərcləri istiqamətində ən yaxşı dəyərlərə sadiqliyi tamamilə yeni Nissan Maxima 2016nın bütün modellərində daimidir və ön plandadır. Nissanın təhlükəsizlik reytinqi və ümumi xidmət xərclərini rəqabətcil saxlamağa sadiqliyi Yaxın Şərq boyunca növbəti illərdə satışlara əhəmiyyətli dərəcədə dəstək olacaq. Bundan əlavə, yanacağa böyük qənaət, yeni texnologiyalar, keyfiyyətli konstruksiya, davamlılıq və təhlükəsizlik kimi bir çox meyarlar Nissan Maximanın aşağı istismar xərclərinə öz töhfəsini verir.

 
  • Oxunub:  21960  |  
  • Tarix:  02-10-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA