Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Axtarış / “Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti aksiya həyata keçirilib

“Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti aksiya həyata keçirilib

15.07.2014 [10:01]

Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan aksiyada rayon ictimaiyyətinin nümayəndələri və könüllü gənclər rayonda yerləşən çimərlik ərazilərində təmizlik işləri aparıblar
Xəbər verildiyi kimi, “Bakı 2015” ilk Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini cəlb etməkdən ibarətdir.
Qeyd edək ki, ötən həftənin sonunda layihə çərçivəsində növbəti aksiya həyata keçirilib. Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan aksiyada rayon ictimaiyyətinin nümayəndələri və könüllü gənclər Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik işləri aparıb, əhalini layihə ilə ətraflı tanış edib və sakinlərə maarifləndirici təbliğat vasitələri paylayıblar.
Daha sonra aksiya iştirakçıları çay süfrəsi ətrafında layihə ilə bağlı müzakirələr aparıblar. Həmçinin, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün əyləncə təşkil edilib.
NADİR

Paylaş:
Baxılıb: 1476 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30