Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Axtarış / “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində veloyürüş keçirilib

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində veloyürüş keçirilib

09.09.2014 [09:32]

İlqar Süleymanov: Ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulması çox müsbət addımdır
Ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və hazırda Prezident İlham Əliyevin təminatçısı olduğu sabitlik və inkişaf müstəqil dövlətimizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında həlledici rol oynayıb. Dünya əhəmiyyətli idman yarışlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarların verilməsi də məhz ölkəmizin beynəlxalq aləmdəki müsbət imicindən xəbər verir. Belə mötəbər yarışlardan biri də ilk dəfə doğma Bakımızda keçirilməsi planlaşdırılan “Bakı 2015” birinci Avropa Oyunlarıdır. Birinci Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Məlum olduğu kimi, bu istiqamətdə paytaxtın şimal qapısı Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib.
Sentyabrın 7-də Binəqədi rayon İcra Hakimiyyətinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Gənclər və İdman Nazirliyinin və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı, yaxından dəstəyi, aktiv iştirakı və birgə əməkdaşlığı ilə keçirilən veloyürüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrupuna mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatıb. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan açılış mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək yürüşün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulması çox müsbət addımdır.
Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev çıxış edərək belə faydalı tədbirlərin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirib. Yaşıl Velosipedçilər klubunun üzvü Elman Əsgərov və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin sədri Elşən Nuriyev də açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Veloyürüşün “qızıl qaydalar”ı haqqında iştirakçılara ətraflı məlumat verildikdən sonra ön sırada məktəbyaşlı yeniyetmələrin dayandığı velosipedçilər yürüşə start veriblər. Novxanı ərazisində “AF otel” qarşısına çatan veloyürüşçülər böyük coşqu ilə qarşılanıb və onlar üçün konsert proqramı nümayiş etdirilib.
Tədbir ekoloji mühitin qorunması ilə bağlı konfransla davam edib.
Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənilib. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs edib, Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən, bu veloyürüşün təşkilini yüksək qiymətləndiriblər.
NADİR

Paylaş:
Baxılıb: 1411 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31