Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Axtarış / YAP Səbail rayon təşkilatının 2016-cı il üçün fəaliyyət istiqamətləri müzakirə olunub

YAP Səbail rayon təşkilatının 2016-cı il üçün fəaliyyət istiqamətləri müzakirə olunub

30.01.2016 [10:26]

Yanvarın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda partiyanın rayon təşkilatının idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasın gündəliyini elan edib, müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib, əsasən 2016-cı il üçün iş planı ətrafında fikir mübadiləsi aparılacağını qeyd edib.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatının 2016-cı il üçün iş planında ölkə həyatının bütün sahələrinin tam əhatə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, iş planında Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbirlər planının hazırlanması, həmçinin Ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə elmi seminarların, “dəyirmi masa”ların təşkili, dövlət müstəqilliyinin 25 illik yubileyi, habelə ölkəmizin ictimai, siyasi və mədəni həyatında baş verən mühüm hadisələrlə bağlı tədbirlərin keçirilməsi və s. məsələlər yer alıb. Vurğulanıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə əlaqədar il ərzində “Azərbaycanın unikal multikulturalizm modeli” mövzusunda tədbirlərin keçirilməsi, həmçinin YAP-ın xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlığında partiyanın Səbail rayon təşkilatının fəal iştirakının təmin edilməsi də qarşıda duran əsas məsələlərdəndir.
İclasda idarə heyətinin üzvləri YAP Səbail rayon təşkilatının və onun Qadınlar Şurasının, Gənclər Təşkilatının, nəzarət-təftiş komissiyasının illik iş planları ətrafında müzakirələr aparıb, fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra iş planları səsə qoyularaq qəbul edilib.
Sonra cari məsələlərə baxılıb, qarşıda duran vəzifələr ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 783 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31