Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Axtarış / YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

01.07.2016 [10:09]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. O qeyd edib ki, iclasın gündəliyinə təşkilatın ilin birinci yarısındakı fəaliyyətinin yekunları, eləcə də bəzi ərazi ilk partiya təşkilatlarının gördüyü işlər barədə məsələlər daxildir.
Sonra YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva 2016-cı ilin birinci yarısında görülən işlər haqda məlumat verib, keçirilən tədbirlər barədə videotəqdimat olub. Bildirilib ki, hazırda 107 ərazi ilk partiya təşkilatında ümumilikdə 24 min 298 nəfər üzv var. Bu il təşkilatın sıralarına 266 yeni üzv qəbul olunub.
Təqdimatdan sonra çıxış edən Şəmsəddin Hacıyev ilin birinci yarısında YAP Səbail rayon təşkilatının ərazi ilk təşkilatları ilə birgə səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Dünyada, o cümlədən Avropada və regionda yaşanan böhran, baş verən münaqişələr fonunda Azərbaycanın mətin addımlarla irəlilədiyini diqqətə çatdıran sədr deyib ki, bu nailiyyətin əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması durur.
Ölkəmizdə mükəmməl hüquqi bazanın yaradıldığını, dinamik inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artdığını qeyd edən Ş.Hacıyev bunun sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların intensivləşdiyini deyib. Qeyd edib ki, ölkəmizdə güclü xalq-iqtidar həmrəyliyinin mövcud olmasını aprelin əvvəllərində cəbhədə baş verən döyüşlərdə Azərbaycan Ordusunun uğurları və xalqımızın yüksək əhval-ruhiyyəsi bir daha nümayiş etdirdi.
Sonra YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev çıxış edərək birinci yarımildə əldə olunan nailiyyətlərdən, habelə qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlərdən danışıb.
Daha sonra bir sıra ərazi ilk partiya təşkilatlarının hesabat məruzələri dinlənilib, təşkilati məsələlər müzakirə edilib.

Paylaş:
Baxılıb: 736 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31