Bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin əsasında Ulu öndərin ideyaları dayanır
14.07.2017 [10:06]
Binəqədi rayonunda Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib
Dünən Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini deyib.
Sonra “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” mövzusunda məruzə ilə çıxış edən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın yeni intibah dövrü başladı: “Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin əsasında Ulu öndərin ideyaları dayanır. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət hələ Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Necə ki, hər birimiz hər ildə əldə edilən uğurların nümunəsində bunları görə bilirik”.
Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Ulu öndər Heydər Əliyev dövrü başlanıb: “Elə bir dövr ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə, xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunur. Ümummilli lider Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqına xidmət olub. Bütün varlığı ilə elinə-obasına bağlı olan müdrik rəhbər yalnız Vətənini, xalqını firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb, mücadilələr verib, hətta həyatını belə qurban verməkdən çəkinməyib. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin hakimiyyətinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması Onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanıb”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

