Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Axtarış / Tahir Rzayev: Xalq-iqtidar birliyi ölkədə sabitliyin pozulmasına heç zaman yol verməyəcək

Tahir Rzayev: Xalq-iqtidar birliyi ölkədə sabitliyin pozulmasına heç zaman yol verməyəcək

14.07.2018 [10:09]

“Müstəqil Azərbaycan gündən-günə inkişaf edir, uğurları artır. Bunu isə müəyyən qüvvələrin gözü götürmür. Onlar ölkəmizin sürətli inkişafına mane olmaq, sabitliyimizi pozmaq məqsədilə vaxtaşırı təxribatlara əl atırlar. İyulun 10-da Gəncədə baş vermiş qanlı hadisə radikal ünsürlərin əsl simasını bir daha ortaya qoydu”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, təxribatların qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öz xidməti vəzifələrini yerinə yetirən iki polis zabitimiz qəhrəmancasına şəhid olub. Onun fikrincə, Gəncədə baş verənlər bir daha təsdiq edir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurmasının yaranması müəyyən xarici qüvvələrin maraq dairəsindədir.
“Lakin belə qüvvələr və onların əlaltıları bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və xalq-iqtidar birliyi ölkədə sabitliyin pozulmasına heç zaman yol verməyəcək. Hüquq-mühafizə orqanları dövlətin və xalqın iradəsinə uyğun olaraq Azərbaycanda sabitliyin qorunub saxlanması istiqamətində hər zaman qətiyyətli tədbirlər həyata keçirəcək”, - deyə deputat qeyd edib.

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30