Deprecated: Function ereg_replace() is deprecated in /data/yeniaz/public_html/sis/deyishen.php on line 51

Deprecated: Function ereg_replace() is deprecated in /data/yeniaz/public_html/sis/deyishen.php on line 56
Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb
Ana səhifə »   »  Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb
A+   Yenilə  A-
Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının təmsilçiləri oktyabrın 17-dən 20-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə olublar.
Fondun “Azərbaycan Xalq Cümhuriyyəti ili” ilə bağlı hazırladığı Tədbirlər Planı çərçivəsində gerçəkləşən səfər media nümayəndələrini Cümhuriyyət yaradıcılarının dövlətçilik fəaliyyəti və zəngin ideya irsi ilə yaxından tanış etmək, habelə bu ölkənin kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi daşıyıb.
Səfərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Cəmaləddin Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Fondun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov, habelə aparıcı məsləhətçiləri Samir Mustafayev və Mirsəid Ağayev iştirak ediblər.
Səfərin ilk günü - oktyabrın 18-də media təmsilçiləri və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Tbilisi şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında Ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
Media təmsilçiləri sonra Tbilisidəki Botanika bağına gələrək köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Həsən bəy Ağayevin, Fətəli Xan Xoyskinin, eləcə də görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər.
Səfər çərçivəsində media nümayəndələri daha sonra Tbilisi şəhərində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin “İstiqlal Bəyannaməsi”nin elan edildiyi tarixi bina ilə tanış olublar. Azərbaycanlı jurnalistlərə məlumat verilib ki, Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin elan edildiyi tarixi bina çar Rusiyası dövründə Qafqaz canişinliyinə məxsus olub və hazırda “Gənclər evi” kimi fəaliyyət göstərir.
Bildirilib ki, 1918-ci il fevralın 23-də binada Gürcüstan, Azərbaycan və Ermənistan təmsilçilərindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil ediblər. Həmin dövrdə müsəlman fraksiyasının 44, Gürcüstan sosial demokratlarının 32, ermənilərin isə 27 üzvü Seymdə təmsil olunub. Qeyd olunub ki, Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxdığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də Seymin azərbaycanlı nümayəndələri müvəqqəti Milli Şuranın yaradıldığını elan ediblər və Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra Milli Şuranın 26 üzvünün iştirak etdiyi ilk iclasda “İstiqlal Bəyannaməsi” qəbul olunub. Beləliklə, 1918-ci il mayın 28-də Tbilisinin mərkəzində yerləşən bu tarixi binada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması rəsmən elan edilib. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək həmin binada fəaliyyət göstərib.
Azərbaycan nümayəndə heyətinin üzvləri bina ilə yaxından tanış olublar. Media təmsilçiləri bir vaxtlar gərgin müzakirələrin aparıldığı “Güzgülü salon”da, sənədlərin imzalandığı “Ağ salon”da və qərarların oxunduğu, iclasların keçirildiyi “Qırmızı salon”da olub, binanın bağçasında xatirə fotosu çəkdiriblər.
Həmin gün Azərbaycanın media təmsilçiləri və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstan parlamentində olublar. Fondun icraçı direktoru Vüqar Səfərli, eləcə də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Azərbaycanın media nümayəndələrinin Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər.
Fondun icraçı direktoru Vüqar Səfərli iki strateji tərəfdaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. İcraçı direktor hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması, informasiya mübadiləsinin təmin edilməsi üçün qarşılıqlı səfərlərin və tədbirlərin təşkilinin vacibliyini bildirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ikitərəfli əlaqələrin dinamik inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq beynəlxalq tədbirlərdə hər iki ölkənin parlamentarlarının taleyüklü məsələlərdə eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.
Gürcüstanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Giorgi Mosidze bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. O, deputatların və KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və intensivləşdirilməsi üçün səylərini artıracağını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oktyabrın 19-da media təmsilçiləri səfərin təşkilinə hərtərəfli dəstək verən Azərbaycanın Gürcüstandakı səfirliyində olublar. Qonaqlar əvvəlcə səfirliyin binasında yaradılmış iş şəraiti ilə yaxından tanış olublar.
Səfir Dursun Həsənov qonaqları səmimi salamlayaraq onlara səfirliyin diplomatik missiyası, habelə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanın Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutduğunu xüsusi diqqətə çatdırıb. Azərbaycan dövlətinin bu ölkədə yaşayan soydaşlarımıza hər cür qayğı göstərdiyini xüsusi qeyd edən səfir Dursun Həsənov deyib: “Gürcüstanın ali məktəblərində təhsil alan yerli tələbələrin əksəriyyətinin təhsil haqqı Azərbaycan dövləti tərəfindən ödənilir. Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərslik problemlərinin həlli məqsədilə bu ölkəyə hər il minlərlə dərs vəsaiti göndərir. Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda bir neçə məktəb tikilib, onlarla məktəb əsaslı təmir olunaraq soydaşlarımızın ixtiyarına verilib. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində minlərlə soydaşımız işlə təmin olunub”.
Fondun icraçı direktoru Vüqar Səfərli öz növbəsində Azərbaycan jurnalistlərinin Gürcüstana səfərinin məqsədi barədə məlumat verib, habelə səfərin təşkilinə verdiyi dəstəyə görə səfir Dursun Həsənova və səfirliyin əməkdaşlarına təşəkkürünü bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və səfirliyin birinci katibi Vüqar Mustafayev çıxış edərək Gürcüstandakı soydaşlarımızı narahat edən bəzi məsələlərin - xüsusilə də Azərbaycan dilində məktəblərin sayının azalması və müəllim kadrların hazırlığı sahəsində bəzi problemlərin olduğunu vurğulayıblar. Görüşdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış edərək səfirliyin Gürcüstandakı soydaşlarımızın problemlərinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər. Media nümayəndələri səfirliklə ölkənin aparıcı KİV-ləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli təkliflər səsləndiriblər.
Görüşün sonunda icraçı direktor Vüqar Səfərli Fondun xatirə hədiyyəsini səfir Dursun Həsənova təqdim edərək Azərbaycanın Gürcüstandakı səfirliyi ilə ölkənin aparıcı media qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün bundan sonra da bütün zəruri tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycanın media təmsilçiləri daha sonra Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər. Muzeyin direktoru Leyla Əliyeva qonaqlara muzeyin fəaliyyəti, habelə burada nümayiş olunan sənəd və eksponatlar barədə məlumat verib. Muzeylə tanışlıqdan sonra media təmsilçiləri Tbilisi şəhərinin azərbaycanlı və gürcü icmalarının nümayəndələri, habelə tanınmış politoloq və jurnalistlərlə görüşüblər.
Fondun icraçı direktoru Vüqar Səfərli qonaqlara səfərin məqsədi barədə məlumat verərək hər iki ölkənin media qurumları arasındakı əlaqələrin, habelə informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, hüquqşünas Fərhad Musayev çıxış edərək Gürcüstan-Azərbaycan münasibətlərinin bütün sahələrdə dinamik inkişaf etdiyini bildirib, habelə soydaşlarımızı qayğılandıran məsələlərlə bağlı fikir və rəylərini bölüşüblər. Müzakirələr zamanı Gürcüstanın və Azərbaycanın media qurumları arasındakı əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.
Gürcüstan Demokratik Hərəkatının təmsilçisi, politoloq Levon Çixeidze, Gürcüstan Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze, Gürcüstan-Azərbaycan ictimai və mədəni əlaqələr fondunun rəhbəri Tengiz Txilava, politoloq Simon Kopadze və başqaları Azərbaycanla Gürcüstan arasında ictimai-siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Gürcüstanı təmsil edən politoloqlar ölkələrimizin etnik separatçılıq zəminində 20 faiz torpaqlarının işğal altında olduğunu xatırladaraq milli həqiqətlərin dünyaya çatdırılması üçün birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşün sonunda Fondun icraçı direktoru Vüqar Səfərli Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə Fondun xatirə hədiyyəsini təqdim edib.
Gürcüstanda səfərdə olan media təmsilçilərinin oktyabrın 19-da Marneuli rayonunda yaşayan soydaşlarımızla görüşü də maraqlı müzakirələrlə yaddaqalan olub. Fondun icraçı direktoru Vüqar Səfərli soydaşlarımızı salamlayaraq bu ilin may ayında Azərbaycan və Gürcüstanda ilk demokratik respublikanın yaranmasının 100-cü ildönümünün tamam olduğunu xatırladıb. İcraçı direktor bu səfərin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində reallaşdırıldığını söyləyib.
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın qayğıları ilə hər zaman yaxından maraqlanır və həllinə dəstək verir. O qeyd edib ki, görüşün azərbaycanlıların yığcam yaşadıqları Marneulidə keçirilməsində məqsəd həm də soydaşlarımızın problemləri ilə yaxından maraqlanmaqdır.
Marneulidə yaşayan azərbaycanlılar tədbirdə çıxış edərək Azərbaycan dilində orta məktəblərin sayının ildən-ilə azalması, dərsliklərin çatışmazlığı, ixtisaslı pedaqoqların azlığı kimi çətinliklərlə üzləşdiklərini vurğulayıblar. Fondun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov imkan daxilində bu problemləri Azərbaycanın aidiyyəti dövlət strukturlarının diqqətinə çatdıracaqlarını vurğulayıblar.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Cəmaləddin Quliyev, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları soydaşlarımızın qaldırdıqları məsələlərə münasibət bildiriblər. Diqqətə çatdırılıb ki, Gürcüstan hökuməti bu ölkədə yaşayan soydaşlarımızın problemlərinə diqqətlə yanaşır, onların həllinə çalışır. Azərbaycan dövləti də qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində soydaşlarımızın problemlərinin həllində öz köməyini əsirgəmir. Vurğulanıb ki, Azərbaycan dövlətinin bu qayğısı davamlı xarakter daşıyır və soydaşlarımızın cəmiyyətə fəal inteqrasiya prosesinə bundan sonra da kömək göstəriləcək.
Səfərin üçüncü günü - oktyabrın 20-də Azərbaycanın media təmsilçiləri Tbilisi şəhərində görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanovun ev-muzeyini ziyarət ediblər. Qonaqlara muzeydə nümayiş olunan eksponatlar, əşya və sənədlər barədə ətraflı məlumat verilib.
Günün ikinci yarısında media təmsilçiləri sərbəst qrafik əsasında Tbilisi şəhərinin tarixi mədəniyyət abidələri və digər görməli yerləri ilə tanış olublar. Bununla da nümayəndə heyətinin Gürcüstana səfəri başa çatıb.

 
  • Oxunub:  5010  |  
  • Tarix:  23-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24 May 18:13
Qafqazşünasların II Beynəlxalq Forumu başa çatıb
24 May 17:49
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
24 May 17:42
Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib
24 May 17:38
Pərvin Kərimzadə: “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur
24 May 17:36
Vitali Kliçko: Bakı şəhərində həyata keçirilən layihələri Kiyevdə tətbiq edirik
24 May 17:34
Bakıda “Caspian Power” idman festivalının təntənəli açılış mərasimi olub
24 May 17:31
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb
24 May 17:25
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Monakoda keçirilən iqtisadi forumda təmsil olunub
24 May 17:23
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
24 May 17:19
Bakıda Azərbaycan ilə Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24 May 17:06
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
24 May 17:03
Zakir Həsənov: Ermənistanda baş verən daxili siyasi qarşıdurma qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola bilər
24 May 17:01
Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək
24 May 16:59
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24 May 16:51
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub
24 May 16:49
Birinci vitse-spiker: Ermənistan Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmasına qarşı çıxır
24 May 16:41
Biləsuvar rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçirilib
24 May 16:35
Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil
24 May 16:29
Təhsil müəssisələrində "İnsan hüquqları aylığı" çərçivəsində tədbir keçirilir
24 May 16:28
Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb
24 May 16:21
BŞTİ əməkdaşları üçün ikigünlük təlim keçirib
24 May 16:05
Luiş Fiqu futbol həvəskarlarına müraciət edib: Bakıda möhtəşəm final oyununu qaçırmayın
24 May 16:02
Prezident: Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var
24 May 15:59
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı başa çatıb
24 May 15:57
Dünya Bankı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığın perspektivlərini müzakirə edib
24 May 15:55
Prezident: Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib
24 May 15:49
Peşəkar mühasib sertifikatının verilməsi və sertifikat almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları təsdiq edilib
24 May 15:46
Prezident İlham Əliyev: Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq
24 May 15:41
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Cəlilabadda vətəndaşları qəbul edib
24 May 15:36
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub
24 May 15:32
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşlarla görüşüblər
24 May 15:29
İstək olarsa, hər şey mümkündür
24 May 15:24
Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib
24 May 15:20
Rektor Ceyhun Məmmədov beynəlxalq simpoziumda Azərbaycanda din təhsilinin perspektivlərindən danışıb
24 May 15:03
Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir
24 May 14:55
Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
24 May 14:48
Azərbaycan velosipedçisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanıb
24 May 14:44
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Tərtər və Goranboyda vətəndaşları qəbul edib
24 May 14:32
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
24 May 14:30
Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir
24 May 14:23
Avropa Çempionatının iştirakçıları olan erməni əsilli gimnastlar: Bakıda hər şey çox yaxşıdır, təhlükəsizdir və heç bir təzyiq yoxdur - VİDEO
24 May 14:18
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi və Respublika Günü münasibətilə Seulda rəsmi qəbul keçirilib
24 May 14:14
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 May 14:09
Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur
24 May 13:58
“myGov” portalının təqdimatı olub
24 May 13:56
Akademik Akif Əlizadənin Pekində məruzəsi maraqla qarşılanıb
24 May 13:36
Kiyevdə mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilir
24 May 13:11
Valeh Ələsgərov: Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı
24 May 13:04
Görkəmli alim Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA