Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Axtarış / Dinamik inkişafda olan qüdrətli Azərbaycan

Dinamik inkişafda olan qüdrətli Azərbaycan

15.06.2019 [10:25]

Yusif Babanlı,
ADBTİA-nın prorektoru,
professor


Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və dövlətçiliyi uğrunda şərəflə, qürurla mübarizə aparıb. Dövlətin formalaşmasında böyük zəhməti olan tarixi şəxsiyyətlərin rəhbərliyi, həmçinin əzmkar Azərbaycan xalqının birlik və mübarizəsi ilə müasir, dinamik inkişafda olan qüdrətli Azərbaycan formalaşıb. Məhz belə bir dahi tarixi şəxsiyyətlərdən biri və demək olar ki, bütün ömrünü vətəninə, xalqına xidmətə həsr etmiş şəxsiyyətlərdən birincisi Ulu Öndər Heydər Əliyev olmuşdur. Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə daxilində bütün sahələrdəki boşluq və özbaşınalıq dövləti parçalanmağa, dağılmağa aparırıdı.
Dövlətin məhz belə bir böhran dövründə həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. Heydər Əliyev zəngin siyasi düşüncəyə və xüsusi istedada malik bir şəxsiyyət olaraq 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmışdır.
Bildiyimiz kimi, 1993-cü ilin əvvəllərindən ölkədə silahlı qruplaşmalar yaranmışdır ki, hansı ki, onların ancaq bir məqsədi vardı - dövləti parçalamaq. Bu qruplaşmaların fəaliyyəti və həmin vaxt hakimiyyətdə olanların yarıtmaz idarəçiliyi nəticəsində Azərbaycan qardaş qırğını və vətəndaş müharibəsinin astanasında idi. Ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanmanın həyata keçirilməsi planı tam hazır idi. Demək burada bir məqsəd vardı, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoymaq. Dövlətin müstəqillik qazanmasından iki il keçməsinə baxmayaraq ölkə tam müstəqil dövlət kimi hələ tam formalaşa bilməmişdi. 1993-cü ildə Gəncə hadisələri isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün atılan addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən ozamankı dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi dövlət rəhbərlərinin istefasını tələb edirdi. Regionlardakı bu qarşıdurma Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Məhz belə bir çətin və ağır vaxtda dövləti parçalanıb dağılmaqdan xilas etmək üçün o zaman hakimiyyətdə təmsil olunanlar Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidi və ozamankı rəhbərliyin xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev bir qrup ziyalı ilə Gəncəyə səfər etdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin ağır dövrdə Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi.
Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə ölkəmizdə rəsmi bayram kimi qeyd olunur.

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30