Ana səhifə »   »  Dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin əsasını azərbaycançılıq ideyası təşkil edir
A+   Yenilə  A-
Dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin əsasını azərbaycançılıq ideyası təşkil edir
Professor Azər Kərimov: Müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyinin güclü faktoru, onların təşkilatlanması, beynəlxalq aləmdə nüfuzlu bir qüvvə kimi çıxış etməsi üçün etibarlı dayaq nöqtəsidir
Xaricdə yaşayan digər vətənpərvər soydaşlarımız kimi, onun da əsas amalı Azərbaycana xidmət etmək, ölkəmizin diaspor siyasətinin reallaşmasında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdir. 20 ilə yaxındır ki, çexiyada Azərbaycan həqiqətlərini təbliğ edən soydaşımız, texnika elmləri doktoru, professor Azər Kərimov 1951-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə, Azərbaycan Politexnik İnstitutunun (İndiki Texniki Universitet) İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Moskvada aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi adını alıb. Yenidən Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Səmərəli müəllimlik fəaliyyətinə görə, ümumittifaq Ali Attestasiya Komissiyasi tərəfindən “dosent” elmi vəzifəsinə layiq görülüb. Moskva şəhərində ikiillik xarici dil kursunu keçəndən sonra 1987-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqəyə buraxılıb və 20 namizəd arasında qalib gələrək pedaqoji fəaliyyətini davam etdirmək üçün keçmiş çexoslovakiyaya göndərilib. Müəllim kimi ona ayrılan vaxtın sona çatmasına baxmayaraq, çexoslovakiya Texniki Universitetinin rəhbərliyi keçmiş SSRİ tərəfinə Azər Kərimovun daha bir neçə il bu ölkədə qalması xahişi ilə müraciət edib. Yalnız 1990-cı ilin yanvar hadisələri zamanı Bakıya qayıdan Azər Kərimovu az sonra universitet rəhbərliyi təkidlə geri çağırıb.
1994-cü ildə Slovakiyada doktorluq dissertasiyasını müdafiə edib. Altı ay müddətində pedaqoji və elmi fəaliyyətinə, nəşr etdirdiyi kitablara, metodiki göstərişlərə görə, “professor” elmi adını qazanıb. Hazırda, çexiya universitetlərində dərs deyən yeganə azərbaycanlı müəllimdir.
Bu fəaliyyətlə yanaşı, çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin rəhbəri olan Azər Kərimov, eyni zamanda, Beynəlxalq Diaspora Mərkəzinin Avropada təmsilçisi kimi, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Altı dildə sərbəst danışır. Avropada və dünyada Azərbaycan diasporunun möhkəmlənməsi işində də hərtərəfli fəaliyyət göstərir.
Onu da vurğulamaq yerinə düşər ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayının nümayəndəsi olan Azər Kərimovun Avropadakı fəaliyyəti yüksək qiymətləndirilib və o, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü seçilib.
“Yeni Azərbaycan” qəzetinə açıqlamasında ölkəmizin diaspora siyasətinə toxunan A.Kərimov deyib ki, ötən dövr ərzində dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi üçün xeyli iş görülüb: “Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb. Bu isə, xaricdə yaşayan azərbaycanlıların öz milli dövləti-Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verir, milli birlik ideyasının inkişafında mühüm rol oynayır. Ən əsası odur ki, təşkilatlanma güclənir, Azərbaycan xalqına və millətinə mənsubluq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan azərbaycanlılar arasında geniş yayılır”.
Onun sözlərinə görə, Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri xaricdəki hər bir soydaşımız üçün bir məktəb və örnəkdir: “Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız arasında əlaqələrin genişlənməsi və intensivləşməsi, Avropa ölkələrində Azərbaycan diasporunun və lobbisinin fəaliyyətinin gücləndirilməsi bu gün xüsusilə vacibdir. “Dünyada yaşayan hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikası vardır və o, bütün azərbaycanlıların Vətənidir - hamı bu Vətən uğrunda çalışmalıdır” - fikrini uzaqgörənliklə söyləmiş ümummilli liderimiz Heydər Əliyevin bu istiqamətdə Avropa dövlətlərində və dünyanın digər ölkələrində soydaşlarımızla görüşləri çox əhəmiyyətli olub. Bu tövsiyələr soydaşlarımız arasında əsl vətənpərvərlik devizinə çevrilib.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin əsasını, azərbaycançılıq və dövlətçilik ideyaları təşkil edir. Azərbaycançılıq ideyası, hər şeydən əvvəl, xalqımızın milli mənlik şüurunun, milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin, əsrlərin sınağından çıxmış adət-ənənələrinin yaşadılmasını, bu ideya əsasında bütün azərbaycanlıların tarixi Vətənlə və öz aralarında birliyinin yaradılmasını nəzərdə tutur”.

A.Kərimov bildirib ki, müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyinin güclü faktoru, onların təşkilatlanması, beynəlxalq aləmdə nüfuzlu bir qüvvə kimi çıxış etməsi üçün etibarlı dayaq nöqtəsidir: “Azərbaycan dövləti xalqımızın tarixən dünya mədəniyyətinə verdiyi zəngin maddi, mənəvi-əxlaqi, intellektual sərvətlərinin müdafiəçisi və sahibidir. Dünya azərbaycanlılarının ən mühüm, müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin beynəlxalq birlikdə özünəməxsus yer tutmasına nail olmaqdan ibarətdir. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu, onun demokratik, dünyəvi, hüquqi cəmiyyət yaradılması yolu ilə inamla irəliləməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir. Bu baxımdan, Avropa və dünya məkanında yaşayan azərbaycanlılar arasında intensiv əlaqələrin genişlənməsi, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştiraklarına, güclü Azərbaycan diasporunun yaradılmasına, fəaliyyətinin güclənməsinə, digər xalqlar və dövlətlərin müstəqil Azərbaycan dövlətini daha yaxından tanıması işinə xidmət edir. Buna görə, soydaşlarımız Azərbaycan dövlətçiliyi ideyaları ətrafında sıx birləşməli, ümummilli məsələlərdə sarsılmaz həmrəylik nümayiş etdirməli, bu məqsədlə azərbaycanlı icmalarının, mədəniyyət mərkəzlərinin və dostluq cəmiyyətlərinin imkanlarından geniş istifadə olunmalıdır. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi onların daimi yaşadığı ölkələrdə və bütün dünyada güclü və monolit bir qüvvə kimi çıxış etmələrinə, öz milli və vətəndaş haqlarını daha dolğun qorumalarına da əhəmiyyətli təsir göstərməkdədir”.
Müsahibimiz deyib ki, bu gün dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi uğurla davam edir: “Bu gün öz tarixinin məsul və şərəfli mərhələsini yaşayan dünya azərbaycanlıları vahid bir xalqı, bir milləti, bir tarixi Vətəni təmsil edirlər. Azərbaycanlılar dünyanın bütün ölkələrində Azərbaycan mədəniyyətinin, dilinin, adət-ənənələrinin, mentalitetinin layiqli daşıyıcıları kimi çıxış etməlidirlər. Buna görə də, harada yaşamasından asılı olmayaraq, milli adət-ənənələrin, mədəni-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə ötürülməsi dünya azərbaycanlılarının tarixi Vətən qarşısında müqəddəs borcudur”.
Azər Kərimov onu da bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət diaspor quruculuğu işinin daha da təkmilləşdirilməsini, dünya azərbaycanlıları arasında ideya birliyinin möhkəmləndirilməsini özündə əks etdirir: “Təqdirəlayiqdir ki, son dövrdə Azərbaycan və türk diaspor təşkilatları arasında sıx səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Hər bir azərbaycanlı müstəqil Azərbaycan dövlətini, azərbaycançılıq ideologiyasını, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən diaspora siyasətimizi təbliğ etməli, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin “Vətən birdir və hamı bu vətənə xidmət etməlidir” tövsiyəsini rəhbər tuturaq, dünya, o cümlədən, Avropa dövlətlərində Azərbaycan diasporunun inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”.
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov təmsil olunduğu qurum tərəfindən xarici ölkələrdə çeşidli tədbirlərin keçirildiyini, Azərbaycan lobbiçiliyinin formalaşması istiqamətində bir sıra mühüm işlərin görüldüyünü, tanınmış siyasət adamları, ictimai xadimlər, alimlərlə əməkdaşlığın genişləndirilməsinə nail olunduğunu vurğulayıb.
Hazırda, ölkəmizin öz tarixinin çox mühüm və məsul bir dövrünü yaşadığını deyən A.Kərimov sonda bir daha vurğulayıb ki, hər birimiz bu dövlətin çiçəklənməsi uğrunda mübarizə aparmalıyıq: “Harada yaşamağımızdan asılı olmayaraq, bizi orada yaşamağa, mübarizə aparmağa, adını şərəflə qorumağa məcbur edən sevgi-torpağımıza, Vətənimizə, dövlətimizə olan sevgimizdir. Vətənimizin sivil dövlətlər səviyyəsində olması, daim inkişaf etməsi üçün əlimizdən nə gəlirsə onu etməliyik. Hansı xalqın, millətin, mədəniyyətin nümayəndəsi olduğumuzu heç vaxt unutmamalı, əldə etdiyimiz nəticələri, uğurları Vətənimizə həsr etməliyik”.
Nadir AZƏRİ

 
  • Oxunub:  21360  |  
  • Tarix:  25-01-2011  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA