Ana səhifə »   »  Senzuranın ləğvi Azərbaycan mətbuatının inkişaf tarixində keyfiyyətcə yeni mərhələ açdı
A+   Yenilə  A-
Senzuranın ləğvi Azərbaycan mətbuatının inkişaf tarixində keyfiyyətcə yeni mərhələ açdı
Azərbaycanda milli, müstəqil mətbuatın inkişaf tarixi, peşəkar medianın yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin 14 iyulunda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yaratdı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə köklü dəyişiklik baş verdi. ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. Həm bu amil, həm də 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması Azərbaycan dilinin siyasi elitanın dilinə çevrilməsinə təkan verdi. Bununla yanaşı, Azərbaycan mətbuatında uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən bəhs edən yazılar yazılmağa başlanıldı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynadı.
Onu da qeyd etmək yerinə düşər ki, 1991-ci ildə müstəqilliyimizin ikinci dəfə əldə olunmasının ardından mətbuat sahəsindəki vəziyyət də digər sahələrdə olduğu kimi ürəkaçan deyildi. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, Azərbaycanın silahlı qruplaşmaların mübarizə meydanına çevrilməsi və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti bu cütlüyün təmsilçilərinin hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Belə ki, məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir plüralizmi kimi mövhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. Nəticədə isə istər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Millətin gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan “reket jurnalistikası” da məhz o günlərdən bizə qalan yadigardır.
Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura isə yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə, həqiqətin xalqa çatdırılması bu qüvvələrin siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı.
Mətbuatın inkişafının qarşısını alan, onu dar çərçivədə məhdudlaşdıran antidemokratik siyasətə isə ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə son verildi. Məhz bundan sonra Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli öz növbəsində söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi. ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
1998-ci ilin 6 avqustunda Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması isə ölkə mətbuatının inkişaf tarixində əsl inqilab xarakteri daşıyırdı və bu müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı sayılır. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. Eyni zamanda, 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Bir sözlə, ölkəmizdə azad sözün inkişafı tarixi məhz 1998-ci ilin 6 avqustundan başlayır. ümummilli liderimiz Heydər Əliyev yuxarıda bəhs edilən Fərmanla Azərbaycanda demokratik prinsiplərin, azad sözün qorunması istiqamətində bir tarix yaratdı. Məhz bu tarix günümüzdə azad mətbuatın inkişafında müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, mətbuatda dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı.
Qeyd etmək lazımdır ki, Azərbaycanda senzuranın ləğv olunması haqqında Fərmanın imzalanması həmin dövr üçün inanılmaz addım idi. Bu çox böyük siyasi iradə tələb edirdi. Belə bir missiyanı məhz Ulu öndər Heydər Əliyev həyata keçirdi. Ulu öndər Heydər Əliyev bu qərarı verməklə böyük siyasi iradə nümayiş etdirdi. Bununla da, Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz senzuranın ləğvindən sonra jurnalistlərin öz peşələrinə münasibətdə məsuliyyəti də artdı. çünki senzura yaradıcı insanlar üçün bir buxov idi. 6 avqust Fərmanı həm də o dövrdə post-sovet məkanında ilk olaraq Azərbaycanda mətbuatın dövlət nəzarətindən çıxmasına şərait yaratmışdı. Yəni, bu məzmunlu Fərman yeganə olaraq Azərbaycanda verilmişdi.
Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının daha da genişləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən, mətbuatın inkişafı istiqamətində göstərilən qayğı xüsusi olaraq dəyərləndirilməlidir. Belə ki, məhz Prezident İlham Əliyevin Fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənildi, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olundu, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilir.
Davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur. Dövlət başçısı bu məsələyə dəfələrlə toxunaraq bildirib: “Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər”.
Pərviz SADAYOÄžLU

 
  • Oxunub:  18930  |  
  • Tarix:  05-08-2011  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mol­do­va Pre­zi­den­ti İqor Do­don Hey­dər Əli­yev Mər­kə­zin­də olub

12:51
25 İyun
Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib
10:54
25 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 148 dəfə pozub
10:12
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib
15:52
24 İyun
Türkiyə KİV-ləri: Bakıda “Formula-1 həyəcanı
15:49
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə “Mercedes”in pilotu fərqlənib
15:30
24 İyun
Türk dünyası mədəniyyəti və irsinin İtaliyada tanıdılması ilə bağlı layihələrin icrasına dair müzakirələr aparılıb
15:26
24 İyun
Muxtar respublikada maşınqayırma sənayesi sahəsində böyük nailiyyətlər əldə edilib
14:45
24 İyun
Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib
14:41
24 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi
14:13
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb
17:28
23 İyun
Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova Prezidenti Formula-1 paddokunda
17:24
23 İyun
Astanada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının üçüncü iclası keçirilib
17:22
23 İyun
Hamının can atdığı çətin peşə: dövlət qulluğu
17:19
23 İyun
Formula-1 pilotları ikinci sərbəst yürüşdə mübarizəyə başlayıblar
17:01
23 İyun
Eldar İbrahimov: Sahibkarlığın inkişafı ölkəmizin sosial-iqtisadi inkişafı prosesində mühüm rol oynayır
17:00
23 İyun
İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi il açılıb
16:49
23 İyun
Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər
16:29
23 İyun
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının X konfransı keçirilib
16:26
23 İyun
Formula-1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə təchiz olunub
16:07
23 İyun
Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub
16:01
23 İyun
Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
15:52
23 İyun
İqtisadiyyat naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib
15:42
23 İyun
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib
15:37
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
15:15
23 İyun
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
15:08
23 İyun
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
15:03
23 İyun
Dövlət başçısı İlham Əliyev: “Azərbaycan Ordusu güclü ordular sırasındadır”
14:57
23 İyun
Moldova Prezidenti İqor Dodon Heydər Əliyev Mərkəzində olub
14:53
23 İyun
Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Koreyaya gedəcək
14:44
23 İyun
Prezident: "Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır"
14:33
23 İyun
"Formula-1 Şəhərciyi"ndə pilotlarla avtoqraf sessiyaları təşkil olunub
14:00
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib
12:55
23 İyun
Bakıda Azərbaycan və Kosta Rika xarici işlər nazirləri arasında görüş keçirilib
12:40
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışını edib
12:27
23 İyun
Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə müzakirələr aparılıb
12:22
23 İyun
Yevda Abramov: Azərbaycanda mövcud olan etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
12:19
23 İyun
Kosta-Rikanın xarici işlər naziri Azərbaycanda səfərdədir
11:55
23 İyun
Dünya birjalarında neftin qiyməti
11:45
23 İyun
Şirvan şəhərində tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalı zavodu istifadəyə verilib
11:12
23 İyun
Bakıda Formula-2 yarışlarına start verilib
11:10
23 İyun
Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki uğursuzluqlarına bəraət qazandırmaq üçün növbəti dəfə yalan məlumatdan istifadə edir
10:51
23 İyun
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib
10:43
23 İyun
Anar Ələkbərov: Formula 1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi
10:32
23 İyun
Sevinc Hüseynova: Ölkəmizdə şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük qayğı göstərilir
10:19
23 İyun
Bu gün Formula-1 Azərbaycan Qran-Prisinə start veriləcək
10:14
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib
10:12
23 İyun
Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub
10:04
23 İyun
Milli Məclisin deputatı Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
09:58
23 İyun
Bakı qapılarını açır: Formula-1-in Azərbaycan Qran-Prisi üçün hər şey hazırdır
09:53
23 İyun
Erməni silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
17:52
22 İyun
Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalayıb
17:27
22 İyun
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb
17:18
22 İyun
“Dəniz kuboku-2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub
17:05
22 İyun
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib
16:57
22 İyun
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
16:52
22 İyun
2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə olunub
16:40
22 İyun
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
16:32
22 İyun
Brüsseldə “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb
16:17
22 İyun
Gövhər Baxşəliyeva: Ölkəmizin təşəbbüsləri müsəlman dünyası tərəfindən təqdir olunur
16:15
22 İyun
“Red Bull” komandasının pilotları: Bakı treki mövsümün ən sürətli trasıdır
16:06
22 İyun
İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir
15:56
22 İyun
Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilər müəyyənləşib
15:45
22 İyun
ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır
15:39
22 İyun
Milli Məclisdə Azərbaycan-Moldova əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
15:35
22 İyun
Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttehad” qəzetində Azərbaycanda Ramazan ənənələri barədə məqalə dərc olunub
15:26
22 İyun
“Formula 1” pilotları Bakıda klassik avtomobillərlə yürüş ediblər
15:08
22 İyun
Bəxtiyar Sadıqov: Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir
15:05
22 İyun
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 9 məsələyə baxılıb
14:41
22 İyun
Prezident: "Azərbaycan və Moldova arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var"
14:34
22 İyun
Moldova prezident: “Azərbaycan prezidenti ilə çox böyük məsələlər blokunu müzakirə etdik”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA