
“Qürur hissi keçirirəm ki, ölkəmizdə idman yüksək sürətlə inkişaf edir”. Bunu qəzetimizə açıqlamasında Azərbaycanın Karate üzrə Milli Yığma komandasının üzvü Ədilə Qurbanova deyib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi önəmli hadisələrdən biri olmaqla yanaşı, ölkəmizin şöhrətini daha da artıracaq: “Azərbaycanda idmana dövlət tərəfindən xüsusi qayğı göstərilir. Bu da sözsüz ki, ölkəmizdə idmanla məşğul olanların sayının artmasına səbəb olub. Hesab edirəm ki, ümumiyyətlə, idmançı olmaq şərəfli işdir. İdmançı olduğum və bu yarışlarda ölkəmi təmsil etdiyim üçün qürur duyuram. Artıq Azərbaycan idman ölkəsi kimi tanınır, inkişaf edir. Mən inanıram ki, idmançılarımız bu yarışlarda uğurlu nailiyyətlər əldə edəcək və qızıl medallarla xalqımızı sevindirəcəklər”.
- Oxunub: 20190 |
- Tarix: 14-05-2015 |
-
Çap et |