Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Zeynəb Məmmədyarova: Azərbaycan idmançıları birinci Avropa Oyunlarında inamlı qələbə qazanacaqlar

Zeynəb Məmmədyarova: Azərbaycan idmançıları birinci Avropa Oyunlarında inamlı qələbə qazanacaqlar

15.05.2015 [09:57]

“Dünyanın inkişaf etmiş dövlətləri belə bu cür möhtəşəm Oyunların təşkilinə uzun illər hazırlıq vaxtı istəyirlər. Azərbaycanda isə hazırlıq işləri qısa zamanda elə sürətlə aparıldı ki, bütün dünya buna heyranlığını gizlədə bilmədi”. Bunu qəzetimizə açıqlamasında şahmat üzrə Gənclər arasında Dünya və Avropa çempionu Zeynəb Məmmədyarova deyib. Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən idman sahəsində bir çox işlər görülüb. Yeni idman qurğuları inşa olunub, bir çoxunda isə yenidənqurma, bərpa işləri aparılıb: “Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Vaterpol Arenası, Dağ Velosipedi Parkı, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Arenası, Tofiq Bəhramov adına Respublika Stadionu və digər idman obyektləri buna misal ola bilər. Bütün bunlar isə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini şərtləndirən əsas amillərdəndir”.
Zeynəb Məmmədyarova, həmçinin, ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərəcəyini qeyd edib: “Bu Oyunlar zamanı ölkəmizə xeyli turistin gələcəyi şübhə doğurmur. Bu isə ölkə turizminin inkişafına əlavə təkan verəcək”.
Müsahibimiz sonda “Azərbaycan idmançıları birinci Avropa Oyunlarında inamlı qələbə qazanacaqlar”, - deyib.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 1511 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30