Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Rauf Məmmədov: İlk Avropa Oyunları gənclər arasında idmana marağın artmasına da müsbət təsir göstərəcək

Rauf Məmmədov: İlk Avropa Oyunları gənclər arasında idmana marağın artmasına da müsbət təsir göstərəcək

16.05.2015 [12:02]

“İlk Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik”. Bunu isə qəzetimizə açıqlamasında Azərbaycan yığma komandasının üzvü, Avropa çempionu qrossmeyster Rauf Məmmədov deyib. Onun sözlərinə görə, bu oyunların Bakıda keçirilməsi bir neçə cəhətdən əhəmiyyətlidir. R.Məmmədov əlavə edib ki, ilk Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək: “Birinci Avropa Oyunları Azərbaycanın xidmət sektorunun inkişafına stimul yaradacaq. Yarışların keçirildiyi müddətdə ölkəyə çoxlu xarici turist gələcək. Bu da, sözsüz ki, ilk növbədə, kiçik və orta biznesin, turizm, xidmət sektorunun inkişafına öz töhfəsini verəcək”.
Rauf Məmmədov ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin istər idman, istərsə də digər sahələrdə inkişafına da müsbət təsir göstərəcəyini bildirib: “Bu yarışlar gənclər arasında idmana marağın artmasına da mühüm təsir göstərəcək. 2012-ci ildə “Eurovision” yarışmasına ev sahibliyi edərək bu tipli yüksək yarışmaları keçirmək mədəniyyətinə qabil olduğumuzu göstərməklə, Avropanın etimadını qazandıq. 2012-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi qərarının qəbul edilməsi də, məhz bu etimadın nəticəsidir”.

Paylaş:
Baxılıb: 1469 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30