Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Ağstafa ilk Avropa Oyunlarının məşəl estafetini qəbul edib

Ağstafa ilk Avropa Oyunlarının məşəl estafetini qəbul edib

19.05.2015 [10:08]

Azərbaycanın dilbər guşələrindən birinə çevrilən Ağstafa şəhəri bu günlərdə bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəl estafetinin qarşılanacağı Heydər Əliyev prospektində qələbəlik idi. Hamı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdi.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunlarının məşəli mayın 18-də günün ikinci yarısında Ağstafa şəhərinə gətirilib. Fəal gənc, karateçi Namiq Həsənov həmyerlilərinin alqış sədaları ilə məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başlayıb. On məşəlçi 3120 metrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti, N.Nərimanov, S.Ağamalıoğlu, H.Arif küçələri ilə hərəkət etməklə Heydər Əliyev parkından keçərək Azərbaycan parkına gəliblər. Sonuncu yürüşçü - güləşçi Nemət İbrahimli parkdakı Gənclər Mərkəzinin qarşısında qurulan səhnəyə qalxaraq məşəli alovlandırıb.
Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları ilə rayon ictimaiyyətinə təqdim edilib. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı ağstafalıların bayram sevincini daha da artırıb.
Rayon sakini İbrahim Əliyev ilk Avropa Oyunları məşəlinin Ağstafa şəhərinə gətirilməsindən duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. Bu cür beynəlxalq yarışlara ev sahibliyi etmək heç də hər ölkəyə nəsib olmur. Özü də nəzərə alsaq ki, respublikamızın müstəqillik tarixi elə də çox deyil, o zaman bu Oyunların əhəmiyyəti daha da aydın olur. Fəxr edirəm ki, Azərbaycan kimi bir məmləkətimiz var. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm”.

Paylaş:
Baxılıb: 1425 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30