Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Samux birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edib

Samux birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edib

19.05.2015 [10:09]

Mayın 16-da “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna gətirilib.
AZƏRTAC xəbər verir ki, Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar.
Avropa Oyunlarının rəmzi qapısında sərbəst güləş üzrə Azərbaycan çempionu Anar Cəlilov məşəli qəbul edib. Azərbaycan çempionu bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olduğu üçün qürur hissi keçirdiyini bildirərək deyib: “Birinci Avropa Oyunlarının məşəlini Samuxda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizin qəlbini fərəh hissi ilə doldurur”.
On məşəlçi Oyunların rəmzi qapısından yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət edərək Heydər Əliyev parkının qarşısına gəliblər. Buraya toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.
Sonra kikboksinq üzrə dördqat dünya çempionu Elnur Salamov səhnədə birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. “Bakı-2015”-in çırağı yandırılaraq, Oyunlar başa çatanadək saxlanılması üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Tarixi ana şahidlik edən rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev bu əlamətdar hadisədən aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün həqiqətən çox sevindirici və qürurverici anlar yaşayırıq. Ölkəmizin belə nüfuzlu tədbirə ev sahibliyi etməsi böyük sevincimizə səbəb olub. Hesab edirəm ki, belə möhtəşəm tədbir ölkəmizin tarixində növbəti bir şərəfli səhifə açacaq. Azərbaycan vətəndaşı olaraq bu tarixi hadisəyə sevinir və şərəf duyuram”.

Paylaş:
Baxılıb: 1421 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30