Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Mirnazim Cavadov: Bu Oyunlar biz idmançılara əlavə stimul verir

Mirnazim Cavadov: Bu Oyunlar biz idmançılara əlavə stimul verir

02.06.2015 [16:37]

“İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir”. Bunu qəzetimizə açıqlamasında ayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandasının üzvü Mirnazim Cavadov deyib. Onun sözlərinə görə, ilk Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir: “Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Çox qürurverici hadisədir ki, Azərbaycan dövləti 7 ilə ərsəyə gələ biləcək hazırlıq işlərini 2 il yarıma başa vurmaqla dünya tarixində yeni rekorda imza atdı. Bu, özü böyük bir nailiyyətdir və ölkəmizin bugünkü inkişaf dinamikasının göstəricisidir”.
Mirnazim Cavadov, həmçinin, ilk Avropa Oyunlarının idmanın inkişafına müsbət təsir göstərəcəyini də bildirib: “Bu Oyunlar biz idmançılara əlavə stimul verir. Düşünürəm ki, bu yarışlar həm də idmanımızın inkişafına müsbət təsir göstərəcək. Yeri gəlmişkən, fürsətdən istifadə edib mən bu yarışlarda iştirak edəcək idmançılarımıza uğurlar arzu etmək istəyirəm. İnanıram ki, onlar yarışlarda parlaq qələbələri ilə xalqımızı sevindirəcəklər”.

Paylaş:
Baxılıb: 2175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30