Ana səhifə »  Daxili siyasət »  10 oktyabr - Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət başçısı kimi Vətən qarşısında and içdiyi gündür
A+   Yenilə  A-
10 oktyabr - Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət başçısı kimi Vətən qarşısında and içdiyi gündür
Ümummilli liderimiz bu andına sadiq qalaraq Azərbaycan müstəqilliyinin dönməzliyini təmin etdi
10 oktyabr Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Belə ki, zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş Ulu öndər Heydər Əliyev məhz 1993-cü il oktyabrın 10-da əlini Konstitusiyaya və “Quran-i Kərim”ə basaraq Prezident kimi and içib. Həmin dövrün çətinliyi, Azərbaycanın nə qədər ağır sınaqlarla üz-üzə qaldığı isə hər bir vətəndaşın xatirindədir.
Məlum olduğu kimi, 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkədə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi, sabitliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıdırdılar. Ölkədə özbaşınalığa şərait yaradan AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti demək olar ki, keçmiş SSRİ respublikaları arasında ən böyük yerüstü və yeraltı sərvətə, böyük sənaye komplekslərinə malik Azərbaycanı iflic vəziyyətinə gətirib çıxarmışdı. Milli sərvətlər mənimsənilir, xalqın malı təsadüfən vəzifə əldə etmiş bir qrup tərəfindən talan olunurdu. Mərkəzi hakimiyyətə tabe olmayan, guya siyasi partiyaların himayəsində yaradılan, əslində isə bir neçə şəxsin maraqlarının girovuna və icraedicisinə çevrilən başıpozuq silahlı qruplaşmaların hər biri ayrı-ayrılıqda hakimiyyətə iddialarını gizlətmirdilər. Bu isə nəticə etibarı ilə ölkədə çoxtərəfli vətəndaş müharibəsi təhlükəsini hər an yaxınlaşdırırdı. Dağlıq Qarabağ münaqişəsinin adını alver predmetinə çevirən, “özünümüdafiə könüllü batalyonlar” adı altında özünə silahlı dəstələr yaradan, bununla da ölkəni qorxu altında saxlamaq istəyən şəxslər cəbhədə düşmən qarşısında dayanan əsgərləri də təhdid edir, onları öz maraqlarına xidmət etməyə məcbur edirdilər. Bu isə cəbhədə onsuz da ağır olan vəziyyəti daha da kritikləşdirirdi. Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın böyük bir hissəsinin, demək olar ki, düşmənlərə müharibəsiz, döyüşsüz təhvil verilməsinə gətirib çıxarmışdı.
Məhz belə bir ağır vəziyyətdə kreslo savaşı aparan AXC-Müsavat cütlüyü Bakıda növbəti çirkin oyunlarına start vermişdi. İstər xalq, istərsə də siyasi palitra bir neçə cəbhəyə bölünüb qarşı-qarşıya durmuşdu. Xalqın iradəsi ilə hesablaşmaq isə heç bir qruplaşmanın yadına düşmürdü. Artıq meydanı xalqın iradəsi deyil, silahların gücü idarə edirdi. Azərbaycan dövləti şimallı, cənublu, şərqli, qərbli parçalanmanın astanasında dayanmışdı. Gəncə hadisələri isə gərginliyin kulminasiya nöqtəsi idi. Xalq cana doymuş və hakimiyyətdən birdəfəlik üz döndərmişdi. Xalq anlayırdı ki, AXC-Müsavat cütlüyü bu dövlətə təhlükədən başqa heç bir perspektiv vəd etmir.
Azərbaycan xalqı o ağır günlərdə dövləti və milləti yalnız Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı. Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya gəldi. Artıq xalq əmin idi ki, dövlətimiz xilas olub. Çünki Heydər Əliyev adının arxasında sabitlik, quruculuq və inkişaf dayanırdı. Bu ad özündə əks etdirdiyi böyüklüyü ilə bütün çətinlikləri dəf edəcəyinə əminlik yaradırdı. İlk olaraq Gəncədə yaranan vəziyyətlə tanış olmaq üçün bu bölgəyə yollanan Ulu öndər bir daha nümayiş etdirdi ki, Onu yalnız xalqının və dövlətinin taleyi maraqlandırır.
Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentinin Sədri seçildi və həmin gün Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün Azərbaycan parlamentinin tarixi iclasında Heydər Əliyevin çıxışı ölkənin gələcəyinin əmin ələ keçdiyinə, dövlətçiliyimizin əbədi və sarsılmaz olacağına inamı bir daha artırdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, separatçı qüvvələr zərərsizləşdirildi.
Həmin il oktyabrın 3-də Prezident seçkiləri keçirildi. Xalqın 98 faiz səsini qazanaraq müstəqil Azərbaycanın dövlət başçısı seçilən Ulu öndər Heydər Əliyevin oktyabrın 10-da andiçmə mərasimi keçirildi. Böyük öndər vəd edirdi ki, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək, müstəqil dövlətimizin dünya birliyində layiqli yer tutmasına çalışacaq, Azərbaycan xalqının milli-mənəvi ənənələrinə daim sadiq olacaq, bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişafını təmin edəcəkdir. Ümummilli liderimiz bu andına sadiq qaldı.
Əslində, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra qarşısında hansı problemlərin dayandığını və nədən başlayacağını gözəl bilirdi. Həmin dövr üçün siyasi istiqamətlər bəlli idi: Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, müharibəni dayandırmaq, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırıb, ölkə daxilində siyasi sabitliyi bərpa etmək, separatçılığa son qoymaq və Azərbaycanın parçalanmasına yol verməmək, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək, Milli Ordu quruculuğunu həyata keçirmək, gənc müstəqil dövlətin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmək üçün məqsədyönlü xarici siyasət formalaşdırmaq, ölkənin dövlət idarəçiliyi prinsiplərinin vacib şərtlərindən olan aşağıdan yuxarı tabeçiliyi bərpa etmək və ən başlıcası, dövlət çevrilişləri meyillərinə son qoymaq üçün dövlətin toxunulmazlığını təmin etmək.
Bir sözlə, çətin vaxt idi. Azərbaycan böyük dövlətlərin arasında məngənəyə alınmışdı. Lakin Ümummilli liderimiz tədricən, qətiyyətlə məcbur edə bildi ki, respublikaya hörmət etsinlər. Bu ölkələrin rəhbərləri başa düşürdülər ki, Heydər Əliyevi asılı vəziyyətə salmaq mümkün deyil və O, Azərbaycanın müstəqilliyindən heç vaxt imtina etməyəcəkdir. Belə də oldu.
1994-cü ilin sentyabrında dünyaya səs salan “Əsrin müqaviləsi”nin imzalanması isə ağlın, dərin təfəkkürün və parlaq zəkanın qələbəsi oldu. Dünyanın söz sahibi olan ABŞ, Fransa, İngiltərə kimi nəhəng ölkələrin neft bazarında ağır çəkiyə malik şirkətlərin bu müqavilədə iştirakı bütün dünyaya bir mesaj oldu. Məhz bu qələbədən sonra, Azərbaycanın həm beynəlxalq aləmdə siyasi nüfuzu, həm də sabit və etibarlı tərəfdaş kimi mövqeyi sürətlə möhkəmlənməyə başladı. Bunun ardınca Ulu öndər Heydər Əliyevin Fransaya, ABŞ-a və digər xarici ölkələrə səfərləri, bu dövlətlərin siyasi elitaları ilə gərgin danışıqlarından sonra, onların Azərbaycana münasibətində, siyasətində müsbət dəyişiklik yarandı. Ümummilli lider Prezidentliyinin 10 ili ərzində hansı ölkəyə səfər etdisə, Azərbaycanın xəritəsini də özü ilə apardı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən danışdı, məkrli erməni siyasətçilərini ifşa etdi. O, dünyanı öz əzəməti ilə silkələdi, onu Azərbaycan həqiqətlərinə doğru-dürüst yanaşmağa vadar etdi. Tezliklə Ermənistanla atəşkəs barədə saziş əldə edildi. Qan-qadanın arası kəsildi, ölkə iflic vəziyyətindən çıxdı, qorxu, vahimə içində çabalayan insanlar asudə nəfəs aldılar. Ümumi ruh yüksəkliyi, xoş, inamlı bir ovqat yarandı. Azərbaycan iqtisadiyyatı böhrandan qurtararaq inkişaf xəttinə çıxdı, xarici investisiya ölkəmizin neft sektoru ilə yanaşı, digər infrastruktur sahələrin də yeni həyat verdi. Dövlət başçısı bazar iqtisadiyyatına keçidin startını verdi. İlkin islahat kimi torpaqların və dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlandı. Əhalinin sosial rifah halı tədricən yaxşılaşır, təhsilə, səhiyyəyə, mədəniyyətə və elmə diqqət artırdı.
Məhz Ulu öndərin ölkəmizə və xalqımıza əmanət qoyub getdiyi siyasi kurs Azərbaycanda sabitliyi bərqərar etdi, dövlət quruculuğunun əsasını qoydu, vətəndaş cəmiyyətini yaratdı. Həmin təməllərin üzərində isə müasir Azərbaycanın inkişaf trayektoriyası müəyyənləşdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan sürətlə inkişaf edir. Ölkəmiz artıq beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi özünü təsdiq edib və xalqımız firavan gələcəyə doğru inamla irəliləyir.
Nardar BAYRAMLI
 
  • Oxunub:  32970  |  
  • Tarix:  10-10-2012  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7