Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Binəqədi rayonunda “Sağlam gənclik-10 il” mövzusunda tədbir keçirilib

Binəqədi rayonunda “Sağlam gənclik-10 il” mövzusunda tədbir keçirilib

28.08.2013 [09:20]

Ramiz Göyüşov: Azərbaycanda gənclərin mənəvi və fiziki cəhətdən sağlam böyüməsi üçün lazımi addımlar atılır, bu məqsədlə ardıcıl olaraq Dövlət proqramları hazırlanıb həyata keçirilir
Dünən Binəqədi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, həmçinin, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam Gənclik-10 il” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsinin önünə gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan dövləti gənclərin inkişafı üçün bütün imkanları yaradıb: “Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Çıxışına davam edən rayon təşkilatının sədri deyib ki, sağlam gənclik mövzusu gündəmdə olan ən aktual mövzulardan biridir. Onun sözlərinə görə, insan iki cəhətdən sağlam olmalıdır - fiziki və mənəvi sağlamlıq: “Ən böyük faciə isə mənəvi sağlamlığı itirməkdir”.
R.Göyüşov vurğulayıb ki, Azərbaycanda gənclərin mənəvi və fiziki cəhətdən sağlam böyüməsi üçün lazımi addımlar atılır, bu məqsədlə ardıcıl olaraq Dövlət proqramları hazırlanıb həyata keçirilir: “Bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Azərbaycanın bütün bölgələrində idman qurğuları, kompleksləri yaradılıb. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə milli-mənəvi dəyərlərimiz qorunub saxlanılır, idmana xüsusi önəm verilir. Binəqədi rayonunda da idmana böyük diqqət göstərilir”.
YAP Binəqədi rayon təşkilatının sədri bildirib ki, rayonda müxtəlif idman kompleksləri fəaliyyət göstərir.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov gənclərin sağlamlığı məqsədilə rayonda görülən işlərdən söhbət açıb. O, dövlət tərəfindən idmana böyük qayğı göstərildiyini qeyd edib: “Dövlət proqramları çərçivəsində geniş tədbirlər həyata keçirilir. Binəqədi rayonu ərazisində 6 iri idman sağlamlıq kompleksləri olan “Bakı Tennis Akademiyası”, “Respublika Stend Atıcılığı İdman Kompleksi”, “Lokomotiv İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayı”, “Lokomotiv İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksi”, “Binəqədi İdman Sağlamlıq Kompleksi”, “Bakı” Futbol Klubunun Təlim Məşq Bazası fəaliyyət göstərir”.
Bu yaxınlarda rayonda “Gənclər evi”nin tikilib başa çatacağını deyən Q.Bayramov gənclərin fiziki sağlamlığının və istirahətinin yüksək səviyyədə təşkilinə zəmin yaradacaq bu məkanın maddi-texniki bazasının yüksək səviyyədə qurulacağını nəzərə çatdırıb.
Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev Azərbaycanın dinamik inkişaf dövrünü yaşadığını vurğulayaraq, ölkəmizin iqtisadi nailiyyətlərə imza atdığını bildirib: “Bu gün Azərbaycanın sağlam gələcəyinə böyük ehtiyac duyulur. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində tədbirlər planı həyata keçirilir. Azərbaycan gəncliyinə və təhsilə böyük qayğı göstərilir. Gələcəyin təminatçısı olan gənclərin dövlət hesabına xarici ölkələrdə təhsil alması dövlətin gənclərə olan diqqətidir”.
O, çıxışında Azərbaycanın beynəlxalq yarışlarda ön sıralara çıxması, Bakının mühüm beynəlxalq yarışların keçirilməsi mərkəzinə çevrilməsi istiqamətində dövlət başçısının məqsədyönlü fəaliyyətinə diqqət çəkib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sədri Yeganə Vəliyeva çıxışında Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafda olduğunu vurğulayıb, əldə olunan uğurları diqqətə çatdırıb. Qeyd edib ki, bu gün ölkə səhiyyəsi yüksək müasir standartlara cavab verir, müasir standartlara uyğun qurulur.
Çıxışında narkomaniyanın cəmiyyətə, insanlara vurduğu ziyandan söz açaraq, onu bəşəriyyətin bəlası adlandıran Y.Vəliyeva, eyni zamanda, siqaretin, alkoqolun da insan orqanizminə zərərli təsirindən danışıb: “Yeniyetmə və gənclərin atacağı hər bir xoşagəlməz addım gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər. İdman bugünkü həyatımızın ayrılmaz hissəsi olmalıdır”.
Tədbir panel iclasları ilə davam etdirilib. “Sağlam həyatın dəyərləri” və “Sağlam həyat tərzi və onun təbliği” mövzularına həsr olunmuş panel iclaslarında gənclərə ətraflı bilgilər verilib, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1484 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31