Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Vüqar Rəhimzadə: Leyla Yunus və onun kimilər ermənilərə və ermənipərəst qüvvələrə xidmət edirlər

Vüqar Rəhimzadə: Leyla Yunus və onun kimilər ermənilərə və ermənipərəst qüvvələrə xidmət edirlər

25.04.2014 [09:38]

“Rauf Mirqədirov vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü olub və hansı əməllər sahibi olması çoxlarına məlumdur. Ermənistana çoxsaylı səfərləri onun əməllərinə aydınlıq gətirir. Düşmən Ermənistan dövlətinə davamlı edilən bu səfərlər onun hansı əqidəyə və hansı məshəbə xidmət etməsini təsdiq edir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rauf Mirqədirovun və onu müdafiə edən Leyla Yunusun hərəkətlərinə münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, Rauf Mirqədirov və Leyla Yunus hər zaman bu əməlləri ilə Azərbaycana qarşı təxribatlarda birgə iştirak ediblər: “Azərbaycanın inkişafına xələl gətirən və Azərbaycan dövlətinə, dövlətçiliyinə xəyanət edən insanlar kimliyindən asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb edilməlidir. Düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı bu istəkdədir. Arif Yunusov və onun həyat yoldaşı Leyla Yunusova üçün milli maraqların heç bir önəmi, əhəmiyyəti yoxdur. Ona görə ki, onların damarlarında axan qanın hansı millətə mənsub olduğu çoxlarına bəllidir. Bunlar yalnız və yalnız ermənilərə və ermənipərəst qüvvələrə xidmət etməklə davamlı olaraq Azərbaycana qarşı qərəzli, satqın və xəyanətkar mövqe tutublar. Onlar əsasən öz şəxsi maraqlarını həyata keçirmək, erməni lobbisinə bağlı beynəlxalq təşkilatlardan qrant almaq və erməni siyasətinin qulu olmaq yolunu seçiblər. Bu əməl sahiblərinin yalnız bir adı var - satqınlıq. Bu xəyanətkarlar şoular, qalmaqallar düzəltməklə gündəmdə qalmaq niyyətindədirlər. Azərbaycan cəmiyyəti bu satqınların layiqli yerini göstərib”.
V.Rəhimzadə qeyd edib ki, Leyla Yunus və onun kimi naxələflər daim dəllallıq və siyasi məhbus alveri ilə məşğul olurlar: “Bu adam bütün fəaliyyəti boyu xəyanətkarlıqla, satqınlıqla məşğul olub. Bütün fəaliyyəti də dövlətçiliyə qarşı çıxmaqdan, qarayaxmaqdan ibarət olub. Hər kəs bilir ki, Leyla Yunus və onun kimi dəllallar müxtəlif ağır cinayətlər törətmiş məhbusların ailə üzvlərindən və havadarlarından pul qopararaq onları siyasi məhbus kimi bəzi beynəlxalq təşkilatlara təqdim edirlər. Təəssüf ki, ölkədə olan demokratik şəraitdən və söz azadlığından sui-istifadə edərək bəziləri erməni dəyirmanına su tökür ki, bunun da bir adı var - milli xəyanət. Bu gün Leyla Yunus və onun kimiləri xain, ermənipərəst və satqın kimi tanınır”.

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30