Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Müdafiə naziri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri təyyarələrinin döyüş atışlı təlimlərini izləyib

Müdafiə naziri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri təyyarələrinin döyüş atışlı təlimlərini izləyib

02.10.2014 [09:47]

Oktyabrın 1-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, “MiQ-29” və “F-16” qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etdirməklə, müxtəlif manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər.
Yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışları yerinə yetirən “MiQ-29” təyyarələrinə “F-16” qırıcıları havadan dəstək veriblər.
Təlimlərin gedişindən razı qalan müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib. “Bundan əvvəl də Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçirilib. Həm qardaş Türkiyədə, həm də Azərbaycanda müxtəlif qoşun növlərinin iştirakı ilə təlimlər olub. Ancaq hər iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə təlimləri və bu mühüm tədbirin Azərbaycanda keçirilməsi ilk dəfədir ki, baş tutur. Çox vacib bir məsələ ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hərbi pilotları birgə döyüş tapşırıqlarını yerinə yetirərkən, bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçiriblər. Mən bu təlimləri yüksək qiymətləndirirəm. Biz belə təlimləri daha geniş səviyyədə davam etdirəcəyik”, - deyə müdafiə naziri xüsusi qeyd edib.
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

Paylaş:
Baxılıb: 1059 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30