Ana səhifə »  Daxili siyasət »  İlham Əliyev Azərbaycan dövlətçiliyinin keşiyində duran güclü siyasi liderdir
A+   Yenilə  A-
İlham Əliyev Azərbaycan dövlətçiliyinin keşiyində duran güclü siyasi liderdir

XXI yüzillik dünyaya qloballaşma əsri kimi daxil olmuşdur. Yaşadığımız hazırkı dövr dünya ölkələri üçün radikal sosial, iqtisadi, siyasi, mədəni və mənəvi dəyişikliklərlə səciyyələnir. Dövlətlər arasındakı sərhədlərin şəffaflaşması, müxtəlif xalqların bir-birinə inteqrasiya etməsi, ikitərəfli münasibətlərin genişlənməsi və dərinləşməsi müasir dövrümüzün xarakterik cəhətlərindəndir. Çağdaş dünyanın inkişafı prosesində indiki tarixi mərhələnin başlıca meyilləri qloballaşma və iqtisadi, mədəni inteqrasiyadır. Müstəqil Azərbaycan Respublikası da ümumdünya inteqrasiya və qloballaşma cərəyanlarından kənarda qalmamışdır.
Ötən əsrin axırlarında Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə getməyə, dünya ölkələrinə inteqrasiya olunmağa, qloballaşma prosesində fəal iştirak etməyə başladı. Lakin təəssüf ki, gənc müstəqil Azərbaycan dövlətinin istiqlalının elə ilk illərində ona “başçılıq” edən səriştəsiz rəhbərlərin “xidmətləri” sayəsində ölkəmizi bir dövlət kimi məhv olmaq təhlükəsi təhdid edirdi. Daxili və xarici düşmənlərin birgə fəaliyyəti nəticəsində Azərbaycan Respublikası idarəolunmaz vəziyyətə düşmüş, respublikanın ayrı-ayrı hissələrə parçalanması məqsədilə separat hərəkatlar genişlənmiş, cəbhədə Azərbaycan əraziləri bir-birinin ardınca itirilməyə başlamışdı.
1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələrək ölkəni dünyanın siyasi xəritəsindən silinməkdən, bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Dövlətimizin bütün sahələrində əsaslı islahatlara qədəm qoyuldu və inkişafın əhəmiyyətli faktorlarından biri - daxili ictimai-siyasi sabitlik bərqərar oldu. Dahi rəhbər Heydər Əliyevin çağdaş tariximizə Milli qurtuluş günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Heydər Əliyevin parlamentə sədr seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin inkişaf konsepsiyası və yolları sistemli şəkildə açıqlandı. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Böyük öndər Heydər Əliyevin 1993-cü ilin iyun-oktyabr ayları və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəsi strateji məqsəd daşıyırdı.
Ulu öndər Heydər Əliyevin ən böyük xidməti ondan ibarətdir ki, O, Azərbaycan dövlətçiliyini qoruyub saxladı. Dövlətçiliyimizin qorunub saxlanılması isə müstəqilliyimizin, azadlığımızın möhkəmlənməsi deməkdir. O vaxtdan keçən müddət ərzində Azərbaycanda həyatın bir sıra sahələrində pozitiv dəyişikliklər, köklü islahatlar aparılmış, ictimai-siyasi sabitlik təmin edilmiş, demokratiyanın inkişafı yolunda mühüm addımlar atılmışdır. Azərbaycan nüfuzlu və etibarlı tərəfdaş, perspektiv imkanları olan bir dövlət kimi dünya dövlətləri birliyinə daxil olmuş və layiqli yerini tutmuşdur (İradə Hüseynova. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı, “Təhsil”, 2004, səh.13).
Hələ 1993-cü il oktyabr ayının 10-da Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bağlı keçirilən inauqurasiya mərasimində bildirmişdi ki, respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yürüdülməsidir. Bu xarici siyasət, ilk növbədə, dövlətimizin müstəqilliyini təmin etməyə yönəldilməlidir. Ona görə də Heydər Əliyev dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmağı və inkişaf etdirməyi məqsədəuyğun hesab edirdi. Bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə olunmalıdır (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab. Bakı: Azərnəşr, 1997, s.16).
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün dönməz inkişaf yolu olaraq seçmişdir. Xalqımız Azərbaycan Respublikasının demokratik inkişafı yolunda böyük tarixi nailiyyətlər qazanmışdır. Respublikamızda həyata keçirilən quruculuq işləri dünyada demokratiya şəraitində yaşayan və irəliləyən dövlətlərin keçdiyi yolun, proseslərin bir hissəsidir. Eyni zamanda, ölkə özünün coğrafi, geostrateji mövqeyi, təbii sərvətləri, əmək ehtiyatları, geosiyasi şəraiti, milli-mənəvi xüsusiyyətləri ilə özünəməxsus keyfiyyətlərə də malikdir. İftixarla qeyd etmək lazımdır ki, respublikamızda əldə edilən nailiyyətlər, uğurlar yalnız onun nəticəsində mümkün olmuşdur ki, dövlətimizin ən mürəkkəb və tarixi dönüş mərhələlərində ona Heydər Əliyev kimi dünya şöhrətli siyasi və dövlət xadimi rəhbərlik etmişdir.
Bu böyük şəxsiyyətin dünya şöhrətli adı ilə tarixin elə vacib dövrləri bağlıdır ki, bu dövrləri yalnız xalqın və ölkənin inkişaf erası adlandırmaq lazımdır. Heydər Əliyevin fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və bunların hər ikisindən O, bacarıqla istifadə edib respublikamızın hərtərəfli inkişafını təmin etmişdir.
Milli ideologiyamızın, milli məfkurəmizin yaradılması Ümummilli lider Heydər Əliyevin tarixi xidməti idi. Onun əsası Azərbaycançılıqdır. Ulu öndər Heydər Əliyev milli ideologiyamızdan - dövlətçilik məfkurəsi olan Azərbaycançılıqdan danışarkən deyirdi: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən Azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir...” (Milli ideologiya/”Xalq qəzeti”, 24 noyabr 1998-ci il)
Qeyd olunduğu kimi, Ulu öndər 1993-cü ildə xalqın təkidi ilə ölkənin siyasi hakimiyyətinə qayıtdıqdan sonra həyatımızın bütün sahələrində köklü və düşünülmüş islahatlara başlanıldı. Məsələn, Heydər Əliyevin rəhbərliyi ilə respublikada hüquqi islahat komissiyası yaradılmasının böyük əhəmiyyəti oldu. Sosial-iqtisadi islahatların həyata keçirilməsinin hüquqi bazasını təşkil edən qanunlar qəbul edildi. “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Notariat haqqında” qanunların, Ailə Məcəlləsi, Mülki, Cinayət, Mülki-prosessual, İnzibati xətalar, Cəzaların icrası, Gömrük və Vergi məcəllələrinin, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və s. qanunların qəbul edilməsi dövlətçiliyin inkişafında, cəmiyyət həyatında hüquqi normaların bərqərar olmasında, hüquqi təminatın inkişafında həlledici əhəmiyyət daşıyır.
Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün Onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin əsaslarının möhkəmlənməsi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin varislik keyfiyyətləri, müdrikliyi, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olmuşdur. Dövlət başçısı varislik, novatorluq və dinamizm prinsiplərinə sadiqdir. Varisliyin dövlət idarəçiliyində prioritet təşkil etməsi ilə bağlı akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, “Cəmiyyətimiz sürətlə qlobal dünyanın bir hissəsinə çevrilir. Bu, sovet dövrünün totalitarizmindən inkişafın demokratik, açıq modelinə keçidin qanunauyğun nəticəsidir. Vətəndaşın hüquq və azadlıqlarının dərəcəsi və səviyyəsi dinamik şəkildə yüksəlir, çünki insan hüquqları sahəsində fəaliyyət iqtisadi, siyasi və digər islahatları demokratikləşdirmək prosesinin, ictimai inkişafın keyfiyyətcə daha yüksək pilləsinə doğru irəliləyişin mühüm tərkib hissəsidir. Şəxsiyyətin hüquq və azadlıqları konsepsiyası təsərrüfat münasibətlərində, sosial və hüquq təsisatlarını demokratikləşdirmək proseslərinin dərinləşdirilməsində, cəmiyyətdə özünüidarənin və özünütənzimləmənin genişləndirilməsində, cəmiyyətin əxlaqi-mənəvi mühitinin təzələnməsində, siyasi mədəniyyətin və hüquq mədəniyyətinin yüksəldilməsində yeni prinsiplərin bərqərar olmasının geniş perspektivləri nəzərə alınmaqla inkişaf edir. Tədricən hakimiyyətin və dövlət idarəçiliyinin varisliyi prioriteti yaranır. Qərb demokratiyası ölkələrinin təcrübəsi sübut edir ki, dövlətçiliyin yeni demokratiya dövlətləri üçün ən məqbul və səmərəli forması hakimiyyətin və dövlət idarəçiliyinin varisliyindədir. Azərbaycanın tərəqqisini və inkişafını yalnız səmərəli dövlətçilik quruluşunun müasir xəttinə varislik təmin edə bilər” (Ramiz Mehdiyev. XXI əsrdə milli dövlətçilik. Bakı: “XXI” - Yeni Nəşrlər Evi, 2003., s.65).
Ümummilli lider Heydər Əliyevin alternativi olmayan siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Ölkə Prezidenti İlham Əliyevin elmi cəhətdən əsaslandırılmış inkişaf strategiyası nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun sürətli inkişafa malik güclü dövlətinə çevrilmişdir. Tariximizin bu axırıncı mərhələsində son onillik haqlı olaraq İlham Əliyev dövrünün yüksək səviyyəli fəaliyyəti və böyük nailiyyət illəri kimi qəbul olunmuşdur. Böyük öndər Heydər Əliyevin müdrik siyasətindən və zəngin təcrübəsindən bəhrələnməklə Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq və ölkəni yalnız irəli aparmaq - Prezident İlham Əliyevin strateji hədəfi budur. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə hakimiyyətinin ali məqsədi Azərbaycanda demokratik cəmiyyətin, hüquqi dövlətin yaranmasıdır. Ölkədə demokratiyanın inkişafı, vətəndaş cəmiyyətinin bərqərar olması, əsas insan hüquq və azadlıqlarının qorunması, siyasi plüralizmin, söz və ifadə, dini etiqad və vicdan azadlıqlarının təmin olunması İlham Əliyevin çoxtərəfli fəaliyyətinin başlıca prioritetlərini təşkil edir.
Bu gün Azərbaycanın sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və ölkəmizin regionda lider dövlət olduğunu bir daha təsdiqləyir. Son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün statistik göstəricilər bunu bir daha əyani şəkildə təsdiq edir. Ötən il bütün dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşsə də, Azərbaycan iqtisadiyyatı təxminən 3 faiz artmışdır. Qeyri-neft sektorunda isə artım 7 faizdir. Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını çoxşaxəli şəkildə inkişaf etdirməyə və inkişafın dayanıqlılığını təmin etməyə imkan verir. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 144 ölkə arasında 38-ci yerə layiq görmüşdür. Azərbaycan iqtisadiyyatı dünyanın rəqabət qabiliyyətli 40 iqtisadiyyatı arasındadır. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında isə birincidir.
Hazırda düşünülmüş və məqsədyönlü iqtisadi və sosial siyasət nəticəsində əhalinin pul gəlirləri ilbəil artır, ötən il bu gəlirlər 4,8 faiz yüksəlmişdir. Bu isə o deməkdir ki, vətəndaşlarımızın gəlirləri inflyasiyadan 3 dəfə çox olmuş, onların alıcılıq qabiliyyətləri azalmamış, əksinə artmışdır. İnsanların maddi gəlirlərinin artması onların rifah halının yaxşılaşması istiqamətində əhəmiyyətli amildir. 2014-cü ildə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayə, 11 milyardı isə xarici sərmayədir. Son illər daxili investisiyalar daha da çoxalmışdır. 2009-cu ildə investisiya qoyuluşu 9,2 milyard dollar idi ki, bunun da 7,3 milyard dollarını daxili sərmayələr təşkil edirdi. Göründüyü kimi, cəmi beş il ərzində investisiyalar demək olar ki, 3 dəfə - 18 milyard dollar artmışdır ki, bu da çox böyük göstəricidir.
Azərbaycanın son illər ərzində nail olduğu yüksək və sürətli inkişafı əks etdirən bəzi faktoloji rəqəmləri də qeyd etməyi məqsədəuyğun hesab edirəm. Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən - 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 75 faizə qədər yüksəlmişdir. On bir il ərzində Azərbaycan iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. Etiraf etmək lazımdır ki, bu, çox böyük göstəricidir və ölkədə dayanıqlı siyasi və iqtisadi sabitliyin mövcudluğunun sübutudur. 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar idisə, 2009-cu ildə bu ehtiyatlar artaraq 20,4 milyard dollara çatmışdı. Lakin bu gün isə çox sevindirici haldır ki, valyuta ehtiyatlarımız artıq 50 milyard dollardan çoxdur. Qeyd etməyi lazım bilirəm ki, bu, kifayət qədər böyük ehtiyatdır. Onu da nəzərə almalıyıq ki, artım tendensiyası düşünülmüş siyasət sayəsində davam edir və növbəti illərdə bizi daha böyük uğurlar gözləyir.
Ölkə başçısı 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində 600 min yeni iş yerinin yaradılması ilə bağlı verdiyi vədə sadiq qalmış, digər vədləri kimi onu da artıqlaması ilə yerinə yetirmişdir. Belə ki, ötən müddət ərzində Azərbaycanda 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Görülən tədbirlər nəticəsində işsizlik 5 faizə düşmüşdür, işsizlik kimi ciddi problemin böyük hissəsi, demək olar ki, öz həllini tapmışdır. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Halbuki, 2003-cü ildə ölkə vətəndaşlarının 50 faizə qədəri yoxsulluq səviyyəsində yaşayırdı. 2009-cu ilə qədər bu göstərici 11 faizə qədər aşağı düşmüşdü. Bu gün isə yoxsulluq 5 il öncəyə nisbətən 2 dəfədən də çox azalmışdır. Bütün dünyada iqtisadi böhranın dərinləşdiyi və kəskin hal aldığı son illərdə belə, Azərbaycanda aparılan və xalqa istiqamətlənən sosial siyasət insanlarımızın rifah halının ilbəil yüksəlməsinə şərait yaratmışdır və bu proses bu gün də əzmlə davam edir.
Ölkədə əməkhaqları və pensiyaların mütəmadi olaraq artırılması ənənəsi də uğurla davam etdirilir. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. On bir il əvvəl orta aylıq pensiya cəmi 24 dollar təşkil edirdi, hazırda isə 221 dollardır. Müvafiq strukturlar tərəfindən 400 min insana ünvanlı sosial yardım verilir. Əhalinin əmanətləri 11 faiz artaraq 7 milyard dollar səviyyəsini keçmişdir. Adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır. Lakin 11 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi.
Daha bir qürurverici fakt - Azərbaycanın inkişaf etmiş gələcəyinə və bu gününə hesablanmış mükəmməl enerji siyasətinin gerçəkləşdirilməsi nəticəsində respublika elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Son 11 il ərzində 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. Ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır.
Ölkə rəhbərinin dəfələrlə bəyan etdiyi kimi, neft sektoru ilə yanaşı, Azərbaycanda qeyri-neft sektorunun da inkişafı prioritet istiqamət sayılır. “Biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur, sanki Azərbaycan neft ölkəsi deyildir. Qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların tətbiq olunması, müasir yanaşmanın həyatda öz əksini tapması bizim gələcək uğurlarımızın əsasını qoyacaqdır” (İlham Əliyev. İqtibaslar və təhlil. Bakı: “Azərbaycan”, 2006, s. 43).
Ölkəmizin hərbi büdcəsi 2003-cü ildən bəri 20 dəfədən çox artmışdır. Bundan başqa, güclü hərbi sənaye kompleksi yaradılmış, vətəni layiqincə qorumağa qadir olan qüdrətli ordu formalaşdırılmışdır. Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərir, işğalçılıq və terror siyasətinə davam etməklə özünü strateji layihələrdən kənarda saxlayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdiddir. Prezident İlham Əliyev ötən müddət ərzində işğal altında olan torpaqlarımızın sülh yolu ilə qaytarılması istiqamətində mühüm fəaliyyətini davam etdirmişdir. 2013-cü ildə prezident seçkilərində çox böyük səs çoxluğu ilə qələbə qazandıqdan sonra təntənəli andiçmə mərasimində bu məsələyə bir daha toxunan dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev demişdir: “Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz, bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Eyni zamanda, son 10 il ərzində münaqişənin həlli üçün atılan addımlar, beynəlxalq təşkilatlarda qəbul edilmiş qərarlar, təbii ki, bizim mövqeyimizi daha da möhkəmləndirir. Son 10 il ərzində bir neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar vardır. Hesab edirəm ki, bizim bu istiqamətdə səylərimiz davam etdiriləcəkdir” (Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir// http://www.president.az/articles/9667).
Dövlət başçısı İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır və bu göstərici Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf sürətinə görə bütün dünyada liderə çevrilməsi faktıdır. Akademik Ramiz Mehdiyev “Azərbaycan: qloballaşma dövrünün tələbləri” əsərində Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin daha dolğun və obyektiv təsvirini yaratmışdır: “Faktlardan qaçmaq olmaz və onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasətçisidir və özünün də dəfələrlə vurğuladığı kimi, hər bir azərbaycanlının Prezidenti olmaq, tarixin hələ tezliklə başa çatmayacaq mürəkkəb dövründə ölkəyə rəhbərlik etmək üçün bütün zəruri liderlik keyfiyyətlərinə malikdir. İlham Əliyevin dövlət və onun inkişafı barədə baxışları məlumdur. Onun başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünyamiqyaslı mühüm qərarlar qəbul edən sayıseçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatik, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, O, fəaliyyət dairəsi məhdud olan məmur deyil, geniş baxışlara malik siyasətçidir. Azərbaycana məhz belə siyasətçi - amerikalıların işgüzarlığını, britaniyalıların ehtiyatlılığını, almanların dəqiqliyini, habelə məsuliyyətliliyini, azərbaycanlıların açıqlığı, səmimiliyi və tolerantlığını özündə birləşdirən siyasətçi lazımdır” (Ramiz Mehdiyev. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı: XXI - Yeni nəşrlər Evi, 2005,464 s.).
Ölkə rəhbəri İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın işgüzar fəaliyyəti sayəsində daha da dolğunlaşır. Prezident və Onun xanımı Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də bütün dünyada aparıcı mövqeyə sahib olması, dünya birliyində layiqli yerini tutması, qüdrətli, inkişaf etmiş dövlətə çevrilməsi üçün yorulmadan çalışırlar. Heydər Əliyev məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətindən, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq niyyəti və Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq amalı ilə yaradılan Heydər Əliyev Fondu ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilmişdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sülhün bərqərar olmasında, Azərbaycan mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyasının formalaşdırılmasında, mədəniyyətlərarası dialoqun təşkili və inkişafında, idmanın inkişaf etdirilərək Azərbaycanı beynəlxalq səviyyədə yüksək kürsülərdə tanıtmasında, Ulu öndərin banisi olduğu Azərbaycançılıq məfkurəsinin qorunması və təbliğində, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsində və Azərbaycan lobbisinin səmərəli fəaliyyətinin təşkilində fəal iştirak edir. Fond adını daşıdığı Ulu öndərin ideyalarını həyata keçirməklə Onun siyasi kursunu davam etdirir. Həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda hörmət, inam və etimad qazanan Heydər Əliyev Fondu Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artırılmasına xidmət edən layihələrin gerçəkləşdirilməsində iştirak edir, əhalinin rifahının yüksəlməsi istiqamətində proqram və tədbirlərə dəstək verir, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olur.
Heydər Əliyev Fondu uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi uğrunda çalışmağı, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım etmək kimi əhəmiyyətli işləri də öz fəaliyyət dairəsinə daxil etmişdir. Hazırda xarici ölkələrdə erməni təcavüzkarlarının bəşəriyyət əleyhinə cinayətləri haqqında dəqiq informasiyanın yayılması Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətinin prioritet xəttidir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva fəal vətəndaş mövqeyindən çıxış edərək, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində 50-dən çox ölkəni əhatə edən irimiqyaslı fəaliyyəti ilə böyük işlər görmüşdür. Belə ki, bütün dünyada artıq bir milyondan çox insan bu faciənin soyqırımı aktı kimi tanınması çağırışı altında öz imzasını qoymuşdur. Bu istiqamətdə iş davam etdirilir və bəşəriyyətə qarşı cinayətə mənəvi-hüquqi qiymət verilməsi tələbi ilə Azərbaycanın ədalətli mövqeyinin dünya birliyinə çatdırılması coğrafiyası genişlənməkdədir.
Bu il Bakıda ilk Avropa Olimpiya Oyunları keçiriləcəkdir. İndiyə qədər dünyada heç vaxt Avropa Olimpiya Oyunları keçirilməmişdir. Fərəhli haldır ki, Azərbaycan bu möhtəşəm idman tədbirinə ev sahibliyi edəcəkdir. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bildirmişdir ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbiri yüksək səviyyədə keçirə biləcəkdir. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq ictimaiyyət və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Azərbaycanın rolunun getdikcə artdığını bəyan edən dövlət başçısı ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyətin, multikulturalizmin, dini-milli dözümlülüyün, dünyaya açıq olmağımızın - bütün bu amillərin bu gün Avropa üçün, dünya üçün lazımlılığını qeyd edib.
Bu gün Azərbaycan Respublikası beynəlxalq mədəniyyətlərarası forumların keçirildiyi ənənəvi məkanlardan birinə çevrilmişdir. 2008-ci ildə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. 2018-ci ildə isə Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı elan olunması qərara alınmışdır. 2009-cu ildə Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir.
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir. “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə qeyd olunmuşdur ki, mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin formasıdır.
Dövlət başçısı İlham Əliyevin gərgin əməyi, səyləri, qətiyyəti və Ulu öndərin daxili və xarici siyasətinə əsaslanması nəticəsində bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı davamlı, dinamik xarakter almışdır. Bütün həyatını Azərbaycan xalqına sədaqətlə xidmətə sərf etmiş Ulu öndər, xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsasları yaradılmış və möhkəmləndirilmiş Azərbaycan dövləti getdikcə qüdrətli dövlətə çevrilməkdədir. Tam əminliklə deyə bilərik ki, dövlət və cəmiyyətin həyatında bütün sahələr qabaqcıl dünya standartlarına uyğunlaşdırılır. Ölkədə ən ali dəyərlər - demokratik dəyərlər, əsas insan hüquq və azadlıqları təmin olunur. Bu gün Prezident İlham Əliyev Azərbaycan xalqının böyük inamına və etibarına arxalanaraq, dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsinin, xalqımızın xoşbəxt həyatının və firavanlığının keşiyində duran qüdrətli şəxsiyyətdir.
İradə Hüseynova,
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü,
YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini,
Əməkdar müəllim, Beynəlxalq “Sokrat” mükafatı laureatı

 
  • Oxunub:  23040  |  
  • Tarix:  11-03-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 17:49
İstanbulda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ölkəmiz də qatılacaq
29 Yanvar 17:46
Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib
29 Yanvar 17:40
Deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə növbəti görüşü keçirilib
29 Yanvar 17:29
Sevinc Fətəliyeva: Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür
29 Yanvar 17:24
Tibbi ərazi bölmələri təsdiq edilib
29 Yanvar 17:16
YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq
29 Yanvar 16:55
MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
29 Yanvar 16:52
"Milli Məclisə seçkilərdə 292 namizəd mübarizəni dayandırıb"
29 Yanvar 16:43
Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
29 Yanvar 16:37
Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır
29 Yanvar 16:26
Sahibə Qafarova: Azərbaycan demokratik yolla öz inkişaf məqsədlərinə sadiqdir
29 Yanvar 15:55
Naqif Həmzəyev: Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir
29 Yanvar 15:31
Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib
29 Yanvar 15:24
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub
29 Yanvar 14:57
Əməkdar artist Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində
29 Yanvar 14:45
Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir
29 Yanvar 14:37
Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib
29 Yanvar 14:34
Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
29 Yanvar 14:27
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir
29 Yanvar 14:25
“Bloomberg”in saytında dərc edilmiş məqalədə Azərbaycana münasibətdə ikili standartlar qeyd olunub
29 Yanvar 14:00
2050-ci ilədək qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər
29 Yanvar 13:50
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29 Yanvar 13:45
"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6