Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Akademik Abel Məhərrəmov M.V.Lomonosov adına MDU-nun fəxri professoru seçilib

Akademik Abel Məhərrəmov M.V.Lomonosov adına MDU-nun fəxri professoru seçilib

18.04.2015 [10:04]

Sankt-Peterburq Dövlət İqtisad Universitetində 150-dək üzvü olan Avrasiya Universitetlər Assosiasiyasının (AUA) XIII qurultayı keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 100-dən çox universitet rektorunun qatıldığı tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Qurultayda AUA-nın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, akademik Viktor Sadovniçinin “Avrasiya Universitetləri Assosiasiyasının müasir mərhələdə fəaliyyəti və inkişaf proqramı haqqında” məruzəsi dinlənilib.
Plenar iclasda BDU-nun rektoru, akademik A.Məhərrəmov “Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində inteqrasiya proseslərinin yeni üfüqləri” mövzusunda məruzə ilə çıxış edib.
Qurultayda təşkilati məsələlər də müzakirə olunub. Akademik V.Sadovniçi yenidən Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, akademik A.Məhərrəmov isə vitse-prezidenti seçilib.
Tədbirdə BDU-nun rektoru, akademik A.Məhərrəmova M.V.Lomonosov adına Moskva Dövlət Universiteti elmi şurasının qərarı ilə “Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə” bu ali məktəbin fəxri professoru diplomu və medalı təqdim olunub.
BDU-nun rektoru, akademik A.Məhərrəmov indiyədək Türkiyə, Rumıniya, Qazaxıstan, Ukrayna, Albaniya, Çin Xalq Respublikası, Yaponiya, Gürcüstan və digər ölkələrin universitet və akademiyalarının fəxri doktoru və professoru adına layiq görülüb.

Paylaş:
Baxılıb: 1272 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31