Ana səhifə »  Daxili siyasət »  Milli Təhlükəsizlik Nazirliyinin İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi təntənəli qeyd olunub
A+   Yenilə  A-
Milli Təhlükəsizlik Nazirliyinin İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi təntənəli qeyd olunub

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi qonaqlar iştirak ediblər.
MTN-in İctimai Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Sonra mərasim iştirakçıları MTN-in İdman və Sağlamlıq Mərkəzində idmanın əksər növləri ilə məşğul olmaq üçün yaradılmış şəraitlə, o cümlədən idman meydançalarında və məşq zallarında aparılmış yenidənqurma işləri, “Titan” idman klubunun üzvlərinin respublika və beynəlxalq yarışlarda, turnirlərdə və spartakiadalarda əldə etdikləri nailiyyətləri, qazandıqları mükafatları, çoxsaylı medalları və kubokları əks etdirən eksponatlarla tanış olublar.
Qonaqlara MTN-in İdman və Sağlamlıq Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib.
Mərkəzin “Titan” idman klubunun üzvlərinin təqdim etdikləri əlbəyaxa döyüş və xüsusi hazırlıq növləri üzrə nümunəvi çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Nümunəvi çıxışlardan sonra MTN-in Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində təltif olunma mərasimi keçirilib.
Təntənəli mərasim iştirakçıları əvvəlcə muzeydə Ümummilli lider Heydər Əliyevin zəngin həyat və dövlətçilik fəaliyyətini əks etdirən fotostendlərlə və eksponatlarla tanış olublar.
Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarını, “Titan” idman klubunun üzvlərini bir daha təbrik edib, onlara Azərbaycanın idman nüfuzunun yüksəldilməsi, ölkəmizin bayrağının daim yüksəklərdə dalğalanması naminə əzmkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Bildirilib ki, Azərbaycanda idmanın inkişafı və ardıcıl uğurları Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Fiziki və mənəvi sağlamlığa bir prizmadan baxan Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə idman və bədən tərbiyəsi işi kütləvi xarakter alıb. Ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın yeni və sürətli inkişaf mərhələsi başlanıb. Respublikanın idman potensialının gücləndirilməsi və beynəlxalq arenaya çıxarılması üçün səmərəli siyasi xətt həyata keçirilir.
Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada başlanan milli Olimpiya hərəkatının əhəmiyyəti ölçüyəgəlməzdir. Hazırda respublikanın hər tərəfində müasir və beynəlxalq standartlara cavab verən Olimpiya İdman kompleksləri, idman sağlamlıq mərkəzləri tikilərək peşəkar idmançıların, habelə həvəskarların istifadəsinə verilir. Çünki həm fiziki, həm də mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsi dövlətimizin gənclər və idman siyasətinin başlıca prinsipidir və bu işdə idmanın kompleks təşkilinin çox böyük rolu var. Məşhur bir ifadədə deyildiyi kimi: “Sağlam bədəndə sağlam ruh olar”.
Son illərdə paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman mərkəzləri Azərbaycanın idman potensialının nümayişi, eləcə də gənclərin bu sahəyə meylinin artmasının göstəricisidir. Ölkəmizdə bu cür idman obyektlərinin tikilib istifadəyə verilməsinin bir məqsədi var: gənc nəslin sağlam böyüməsi və yetişməsi. Həmçinin Azərbaycanın yüksək səviyyəli beynəlxalq yarışların, mötəbər turnirlərin keçirildiyi idman ölkəsi kimi nüfuzunun daha da genişlənməsidir.
Bu il birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenalarının və komplekslərinin açıldığını, mövcud idman obyektlərinın əsaslı təmir edildiyini və infrastrukturun daha da genişləndirildiyini qeyd edən nazir Eldar Mahmudov bildirib ki, bütün bunlar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini bir daha təsdiqləyir, ölkəmizin mötəbər idman yarışlarını, beynəlxalq turnirləri, Avropa və dünya çempionatlarını təşkil etməyə qadir olduğunu sübut edir.
Son illər ərzində idmançılarımız böyük uğurlar qazanıblar. Əlbəttə ki, ölkə idmanının sürətli inkişafında və əldə edilən uğurlu nəticələrdə Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın önəmli xidmətləri xüsusi qeyd edilməlidir.
Nazir Eldar Mahmudov sağlamlığın, fiziki və döyüş hazırlığının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşəkar fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını, bu sahəyə diqqətin xeyli artırıldığını vurğulayıb. Bu işin daha məqsədyönlü təşkili üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 19 aprel tarixdə imzaladığı Fərmanla Milli Təhlükəsizlik Nazirliyinin İdman və Sağlamlıq Mərkəzi yaradılıb. Milli təhlükəsizlik orqanlarının əməkdaşları olan idmançılarımızın uğurları ildən-ilə artır. Onların həm respublika səviyyəli, həm də beynəlxalq yarışlarda qazandıqları medallar hamımızı sevindirir.
Bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları son on ildə müxtəlif yarışlarda ümumilikdə 47 qızıl, 42 gümüş və 33 bürünc medal qazanıblar. Bütün turnirlərdə, eləcə də İdman və Sağlamlıq Mərkəzində idmanın müxtəlif növləri üzrə yarışların təşkilində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyini yüksək qiymətləndiririk. İnanırıq ki, gənclərimiz bütün qüvvə və imkanlarını səfərbər edəcək, Azərbaycanın hərtərəfli tərəqqisi naminə əzmlə çalışacaq, həm təhsildə, həm əməliyyat-xidməti fəaliyyətdə, həm də idman sahəsində yeni uğurlar qazanacaqlar.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynayıb. Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, səmərəli idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açıb. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikası bir çox mötəbər beynəlxalq yarışları uğurla təşkil edib və gələcəkdə də bu cür tədbirlərin həyata keçirilməsi üçün yüksək etimad qazanıb.
Azərbaycanda bu sahəyə dövlət qayğısının idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələrə də müsbət təsir göstərdiyini bildirən nazir Azad Rəhimov istər böyüklərin, istərsə də yeniyetmələrin Olimpiya oyunlarında təmsilçilərimizin qazandıqları medalların sayının hər dəfə əvvəlkindən çox olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının idman sahəsində uğurlarına verilən ən yüksək qiymət ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsidir. Bu istiqamətdə I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edən nazir Azad Rəhimov idmanın surətli inkişafının, eyni zamanda, müasir idman infrastrukturunun yaradılması ilə də müşahidə olunduğunu vurğulayıb. Paytaxtla yanaşı, bölgələrdə də Olimpiya mərkəzləri, ayrı-ayrı idman növləri ilə məşğul olmaq üçün bina və qurğular ucaldılır. Bu isə idmanla yanaşı, bədən tərbiyəsinin də inkişafı üçün etibarlı zəmin yaradır.
Bildirilib ki, Azərbaycan Respublikasında keçiriləcək beynəlxalq yarışlar üçün mövcud infrastrukturu daha da təkmilləşdirmək, idmanın və bədən tərbiyəsinin normativ hüquqi bazasını müasir tələblər səviyyəsinə çatdırmaq, bədən tərbiyəsinin daha da kütləviləşdirilməsini təmin etmək, bu sahədə həyata keçiriləcək təşkilati, maliyyə və hüquqi tədbirləri qabaqcıl standartlara uyğun təşkil etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “2015-2018-ci illərdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəzərdə tutulub.
Azad Rəhimov bu baxımdan Milli Təhlükəsizlik Nazirliyində əməkdaşların döyüş və fiziki hazırlıqlarının yüksək səviyyədə saxlanılması, onların respublika və beynəlxalq arenalarda Azərbaycanın idman nüfuzunun qorumaları, layiqincə təmsil etmələri üçün bütün lazımi şəraitin yaradıldığını xüsusi vurğulayıb. O, MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarına, “Titan” idman klubunun üzvlərinə Azərbaycanın bayrağını bundan sonra da yüksəklərdə saxlamağı və yeni qələbələr qazanmağı arzulayıb.
Sonra xidməti fəaliyyətdə və idmanın inkişafında əldə etdikləri yüksək nailiyyətlərə görə MTN-in İdman və Sağlamlıq Mərkəzinin bir qrup əməkdaşının “Qüsursuz xidmətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Əməkdar idman ustası”, “Əməkdar məşqçi” və “İdman ustası” fəxri adları və idman dərəcəsi ilə təltif edilmələri barədə müvafiq olaraq milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudovun, gənclər və idman naziri Azad Rəhimovun əmrləri elan olunub.
MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarına təltifləri və mükafatları, general-polkovnik Eldar Mahmudov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının fəxri mükafatını milli təhlükəsizlik naziri Eldar Mahmudova, gənclər və idman naziri Azad Rəhimova təqdim edib.
Sonra xatirə şəkli çəkdirilib.
MTN-in İdman və Sağlamlıq Mərkəzinin rəisi, polkovnik-leytenant Vahid Ağakişiyev idmançılara göstərilən xüsusi diqqət və qayğıya görə “Titan” idman klubunun bütün üzvləri adından minnətdarlığını bildirib.
Sonda Mərkəzin fəaliyyətinə həsr edilmiş “Yeni qələbələrə doğru” sənədli filmi nümayiş etdirilib.

 
  • Oxunub:  22560  |  
  • Tarix:  21-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +26