Ana səhifə »  Daxili siyasət »  MÜASİR ÇAĞIRIŞ KONTEKSTİNDƏ AZƏRBAYCANIN İNKİŞAF MODELİ
A+   Yenilə  A-
MÜASİR ÇAĞIRIŞ KONTEKSTİNDƏ AZƏRBAYCANIN İNKİŞAF MODELİ

Bütün dövrlərin əsas xarakteristikası dövrün tələblərinə ölkələrin öz inkişafı ilə cavab verə bilməsi məsələsi hesab edilir. Müasirlik tələblərinə bütün dövlətlərin, o cümlədən, iqtisadi cəhətdən inkişaf etmiş və demokratiya parametrləri ilə nümunəvi ölkələrin də uyğunluğu daima müzakirə edilən mövzulardandır. Müasirlik zənginləşən və bəşəriyyəti irəli aparan bir tendensiyadır və ona bağlılıq hər bir dövlətin daima maraq dairəsindədir. Bu baxımdan XXI əsr müasirlik etalonu kimi demokratiyanı, insan hüquqlarının qorunmasını, bazar münasibətlərini ehtiva edən iqtisadi inkişafı, tolerantlığı və ekologiyaya qayğını qəbul edir.
Bu parametrlər insan cəmiyyətinin minilliklərlə təkamülündən irəli gələn məsələlərdir və ümumən onların prioritetliyi bütün dünya tərəfindən qəbul edilir. Onların yaranmasına bütün dünya öz töhfəsini verib və bir sıra ölkələrdə tətbiqi müsbət nəticələrini verə bilib.
1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan xalqı da öz inkişafını məhz müasirlik çağırışları ilə bağlamağı qəti qərarlaşdırdı. Ancaq ilk illərdə hakimiyyətdə milli maraqlardan uzaq olan qrupların olması nəinki bu istəkləri reallaşdırdı, əksinə ölkədə vəziyyətin pisləşməsinə səbəb oldu, xalqın müasirlik arzularını zamanca xeyli uzaqlara atdı.
1991-1993-cü illərdəki zəif siyasi hakimiyyət yeni müstəqillik qazanmış Azərbaycanın problemlərini artırdı, onun perspektivini heçə endirdi. Bu siyasət Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasına, islahatların gecikməsinə, iqtisadiyyatın geriləməsinə, beynəlxalq aləmdə nüfuzun düşməsinə gətirib çıxartdı. Nəticədə isə ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi qorxusu ilə üzləşdi. Bu gedişatla yeni müstəqil dövlət qarşısına qoyduğu heç bir məqsədə çata bilməyəcəkdi.
Ancaq 1993-cü ilin 15 iyununda Azərbaycan xalqının tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti ilə güclü və demokratik Azərbaycan quruculuğunun əsasını qoydu.
Dünyada mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid təcrübəsi olmadığı halda Ümummilli lider bu tarixi missiyanı şərəflə həyata keçirə bildi. Bu keçid planı indinin özündə də dünyanın bir çox ölkələrində böyük maraq doğurmaqdadır.
Həmin təcrübənin özəlliyi ondadır ki, bu mürəkkəb fəaliyyət Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edildiyi və əhalisinin 15 faizinin öz ölkəsində ağır şəraitdə yaşadığı bir şəraitdə həyata keçirilmişdi.
Ulu öndərin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu 10 il ərzində ölkədə dövlətçiliyin ciddi bünövrəsi qoyuldu, respublika dünya birliyində öz layiqli yerini tutdu.
İlk növbədə, ölkədə siyasi stabillik yaradıldı və dövlət intizamı möhkəmləndirildi. Ciddi hüquqi islahatlara başlanıldı və nəticədə 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul edildi. Həm özünün tarixi təcrübəsini, həm də dünyanın demokratik ölkələrinin dövlət quruculuğu təcrübəsini özündə birləşdirən əsas qanun sonradan inkişafa təkan verən əsas hüquqi sənəd oldu.
Bu proseslər sonradan ciddi tədqiqatlar mövzusuna çevrildi. Belə ki, keçid dövründə yaşayan və ərazisinin bir hissəsi işğal altında olan ölkədə ciddi islahatların keçirilməsi böyük siyasi risk, qətiyyət və təcrübə tələb edirdi. Həmçinin, ölkənin bu islahatlar üçün müvafiq maliyyə bazası, hazırlıqlı kadr potensialı yox idi. Beynəlxalq aləmdə də Azərbaycanın oturuşmuş və nüfuzlu müttəfiqlər sistemi də formalaşmışdı.
Ancaq bununla belə, Heydər Əliyev öz potensialına və Azərbaycan cəmiyyətinin intellektual potensialına inanaraq tarixi addımlar atmağa başladı. Zaman keçdikcə Ulu öndərin həmin dövr fəaliyyətinin düzgünlüyü dəfələrlə sübut olundu. Düşünülmüş strategiya tək başlanğıc dövrdə deyil, sonrakı mərhələlərdə də tətbiq edilirdi və öz səmərəsini daima göstərirdi. Ancaq ümumi xətt bir dəfə götürülməyib, inkişaf prosesində korrektə edilir, daha yaxşı varianta üstünlük verilirdi.
Bunun nəticəsidir ki, bir tərəfdən islahatlar aparılır, yeniliklər tətbiq edilir, digər tərəfdən isə, artıq müsbət nəticələr özünü göstərməyə başlayırdı.
1993-1994-cü illərdə Heydər Əliyev tərəfindən atılan addımlar özünü ictimai stabilliyin yaradılmasında, hüququn aliliyinin təmin edilməsində, iqtisadi böhranın dayanmasında, nizami ordunun formalaşmasında göstərməyə başladı. Prezidentin Sədrliyi ilə Konstitusiya komissiyası il yarım ərzində dünya və milli təcrübəyə əsaslanan demokratik konstitusiya layihəsini hazırlamağa nail oldu.
1995-ci ilin 12 noyabr tarixində yeni Konstitusiyanın ümumxalq referendumunda qəbulu və eyni zamanda, parlament - Milli Məclisə ilk seçkilərin keçirilməsi ilə müstəqil Azərbaycanın yeni səhifəsinin açılmasına nail olundu.
Yeni əsas qanun islahatlara, cəmiyyətin modernləşməsinə ciddi hüquqi əsas yaratdı və ümumən Azərbaycan dövlətçiliyinin prioritet istiqamətlərini açıq şəkildə göstərdi.
2002-ci və 2009-cu illərdə Konstitusiyaya edilən düzəliş və dəyişikliklər onun məzmunu və əsas prinsiplərini dəyişmədən demokratik ruhunu daha da dərinləşdirməyə imkan verdi. Ötən 20 ildə əsas qanun dövrün tələblərinə cavab verərək, müstəqilliyimizin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə nüfuzumuzun yüksəldilməsinə xidmət etdi.
Konstitusiyanın əsas qayəsi hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması və azad sahibkarlıq mühitinin təmin edilməsi idi. Bundan irəli gələrək 1998-ci ildə mətbuat üzərindən dövlət senzurası ləğv edildi, həmin ildə Konstitusiya Məhkəməsi yaradıldı. 1999-cu ildə yerli idarəetmə orqanları olan bələdiyyələrə ilk seçkilər keçirildi, 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul edildi, 2002-ci ildə insan hüquqları üzrə müvəkkil (ombudsman) institutu təsis edildi.
Heydər Əliyev dövlət quruculuğu fəlsəfəsinə uyğun olaraq 2003-cü ilədək müstəqil və müasir Azərbaycan dövlətçiliyinin bütün əsas xarakteristikasını təmin etdi. Bu hüquqi, demokratik dövlət, azad sahibkarlıq və beynəlxalq birliyə harmonik inteqrasiya amilləri idi. XX əsrin 90-cı illərində Azərbaycanın problemlərinin düzgün analizi, şok terapiyasını istisna edərək iqtisadi islahatların keçirilməsi, zəruri dövlət quruculuğu təcrübəsinin toplanması tədricən Azərbaycanın güclənməsinə səbəb oldu.
Bu uğurlar Ermənistanın Azərbaycan torpaqlarına qarşı qəsbkarlığı olmasaydı daha geniş və dərin ola bilərdi. 1988-ci ildə hələ Sovet İttifaqı dövründə mərkəzi hakimiyyətə arxalanaraq respublikamıza qarşı iddia ilə çıxış edən Ermənistan, müstəqilliyimizin ilk illərində Azərbaycanda mürəkkəb daxili vəziyyətdən istifadə edərək torpaqların bir hissəsini işğal etməyə nail oldu.
Ermənistanın Azərbaycana qarşı aqressiyasının daha uzağa gedən planları var idi. Ancaq 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı bu perspektivləri alt-üst etdi. Daxili stabilliyin yaradılması, dövlət intizamının möhkəmləndirilməsi, davamlı islahatlar və beynəlxalq inteqrasiya siyasəti Azərbaycanın öz suverenliyini daha qətiyyətlə müdafiə etməyə imkan verdi.
1994-cü ildə elan edilən atəşkəs rejimi ordu quruculuğunu daha səmərəli aparmağa və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini daha da möhkəmləndirməyə imkan verdi.
Ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətində ordunun təşəkkülü məsələsi xüsusi yer tuturdu. Bu prosesə hələ Sovet Azərbaycanında milli zabit korpusunun formalaşdırılması ilə başlayan Ulu öndər 1993-cü ildən nizami ordu formalaşmasını müstəqil dövlətin əsas vəzifələrindən biri kimi irəli çəkirdi. Xüsusi maraqlara xidmət edən hərbi dəstələr buraxıldı, Milli Ordu NATO standartları əsasında qurulmağa başladı, silahlı qüvvələrin texniki təchizatı gücləndirildi.
Bunun nəticəsidir ki, bu gün cəbhə xəttində hərbi təşəbbüs birdəfəlik Azərbaycan tərəfindədir, Ermənistanın hərbi təxribatlarının qarşısı qətiyyətlə alınır. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən iki dəfə çoxdur, ordumuz ən müasir silahlarla silahlanıb, Dağlıq Qarabağ probleminin həllində Azərbaycan ordusunun gücü məsələsinin əhəmiyyəti kifayət qədər artmışdır.
Ən əsası isə Azərbaycan ordusunda mənəvi ruh kifayət qədər yüksəkdir və Mübariz İbrahimov, Fərid Əhmədov, İlkin Muradov buna bariz nümunədir. Həmçinin, xaricdən bütün cəhdlərə baxmayaraq Dağlıq Qarabağ məsələsini Azərbaycan cəmiyyətində bir nömrəli ümummilli məsələdən arxa plana keçirmək mümkün olmamışdır.
Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarını qurmaq mümkün oldu. Dünya politologiya elminə böyük töhfə olan Azərbaycan nümunəsi yaradıldı, sosialist totalitar siyasi-iqtisadi sistemdən minimum ağrısız şəkildə demokratik prinsiplərə əsaslanan, bazar münasibətləri ilə iqtisadiyyatı inkişaf edən bir cəmiyyətə keçmək mümkün oldu.
Heydər Əliyevin tarix qarşısında üç böyük xidməti vardır və bugünkü Azərbaycan reallığı məhz onlara əsaslanır. Heydər Əliyev dövrünün əsas problemlərini uğurla həll etdi, Azərbaycanın gələcəyə gedən strateji inkişaf yolunu müəyyənləşdirdi və Azərbaycanı bu yolla inamla apara biləcək gənc, dinamik və müasir düşüncəli komanda yetişdirdi.
2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı məhz Heydər Əliyev fəlsəfəsinə və fəaliyyət texnologiyasına sıx bağlılıq nəticəsində uğurla həyata keçirilir. Ölkənin yeni Prezidentinin Özünün zəngin həyat yolu və yüksək şəxsi keyfiyyətləri, qarşıda duran vəzifələri inamla həyata keçirməyə imkan verdi. Qarşıda duran əsas vəzifələr isə Azərbaycanda keçid dövrünü başa vurmaq, islahatları davam etdirmək, demokratiyanı dərinləşdirmək və modernləşməni əsas aparıcı xəttə çevirməkdən ibarət idi. Ötən 12 il bu vəzifələrin uğurla həyata keçirildiyini, Azərbaycanın uğurlarının dünya tərəfindən yüksək qiymətləndirildiyini və inkişaf resurslarının tükənmədiyini bir daha sübut etdi.
Prezident İlham Əliyevin islahatçılıq, dinamizm və müasirlik ruhu bütün sahələrdə yeni uğurların əldə edilməsinə gətirib çıxartdı. Məhz bu səbəbdəndir cənab İlham Əliyev artıq üçüncü dəfədir ki, rəqabətli və demokratik seçkilərdə çox yüksək faizlə dövlət başçısı seçilir. Onun reytinqi və şəxsi nüfuzu bu gün də ölkədə çox yüksəkdir və bu status xarici sosioloji sorğu mərkəzləri tərəfindən anonim sorğularda da bir daha təsdiq edilir.
Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını özünün fəaliyyətində əsas məqsədlərdən birinə çevirdi. Hər prezident seçkilərindən sonra növbəti beş il müddətinə regionların inkişafına dair Dövlət proqramları təsdiq edildi və zaman-zaman proqramların zənginləşdirilməsinə doğru dəyişikliklər edilir və əlavə maliyyə vəsaitləri ayrılır.
Dövlət başçısı proqramların icrasına nəzarəti birbaşa özü həyata keçirir. Onun vaxtaşırı regionlara səfərləri, gedən işlərin yerində yoxlanması qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bunun nəticəsidir ki, artıq əyalətlərdə yüzlərlə yeni, müasir sənaye və xidmət obyektləri açılıb, məktəblər, səhiyyə mərkəzləri, mədəniyyət ocaqları təmir edilib və maddi-texniki bazaları möhkəmləndirilib. Dövlət xətti ilə magistral və ikinci dərəcəli yol infrastrukturunun yenilənməsi inkişafa çox böyük təkan verib.
Paytaxtdan regionlara kapital axını güclənib, banklar bütün ölkə coğrafiyası üzrə filial şəbəkələrini yaratmaqda maraqlı olublar, orta və xırda sahibkarlar təbəqəsi formalaşmağa başlayıb. Ötən 12 il ərzində statistikaya görə 1 milyon 200 min yeni iş yeri yaradıldı və bu proses davam edir.
Aparılan siyasət Azərbaycan regionlarının simasını kökündən dəyişib, hər bir rayon öz spesifikasına uyğun inkişaf modelini formalaşdırıb. Bunun nəticəsidir ki, regionlardan paytaxta və ölkədən kənara işçi qüvvəsi axını dayanıb, əksinə əyalətdə işləmək prestijə çevrilib.
Prezident İlham Əliyevin siyasətində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, infrastrukturların yenilənməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, səhiyyənin və mədəniyyətin inkişafına diqqətin artırılması böyük yer tutur. Ümumən modernləşmə adlanan bu yanaşma xarici siyasətdə də özünü bariz sürətdə göstərir. Xarici ölkələrdə Azərbaycan səfirliklərinin sayı artırıldı, xaricdə diplomatik nümayəndəliklərlə yanaşı Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılmasına başlandı. Aparılan siyasət ölkəmizin beynəlxalq birlikdə nüfuzunun artmasına, Azərbaycanın müasir demokratik, inkişaf etmiş bir ölkə kimi qəbul edilməsinə səbəb olub.
Bu gün Azərbaycan özünün inkişaf dinamikasına, problemlərin həllinə müasir düşüncə yanaşmasına görə dünyada nümunə ölkələrdən biri kimi qəbul edilir. 2012-2014-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, “Eurovision” mahnı yarışmasının qalibi olması, 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməsi onun beynəlxalq nüfuzunun göstəricilərindən biri sayıla bilər. Artıq Bakının bir çox beynəlxalq tədbirlərin müntəzəm keçirildiyi az sayda paytaxtlardan birinə çevrilməsi də uğurlu siyasətin məntiqi nəticəsi hesab edilə bilər.
Aydın Mirzəzadə
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü

 
  • Oxunub:  17190  |  
  • Tarix:  06-05-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir
14:19
15 Yanvar
BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib
14:03
15 Yanvar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:59
15 Yanvar
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
13:54
15 Yanvar
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb
13:49
15 Yanvar
Bakı Slavyan Universitetində qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub
13:46
15 Yanvar
Azərbaycan Texniki Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +15
gecə+4 +7