Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / “Dağılma mexanikasına fraktal yanaşma” monoqrafiyası nəşr olunub

“Dağılma mexanikasına fraktal yanaşma” monoqrafiyası nəşr olunub

09.06.2015 [10:13]

Görkəmli Azərbaycan alimləri, akademik Arif Paşayev və Əhəd Canəhmədovun birgə qələmə aldıqları “Dağılma mexanikasına fraktal yanaşma” monoqrafiyası nəşr olunub.
AZƏRTAC xəbər verir ki, “Apostroff” nəşriyyatında çapdan çıxmış 440 səhifəlik monoqrafiyada materialların səth laylarının elastik-plastik deformasiyalarının fiziki qanunauyğunluqlarına baxılıb. Sinergetika və fraktal strukturların nəzəriyyəsi nöqteyi-nəzərindən materialların səth və səthaltı laylarında elastik-plastik deformasiyasının xüsusiyyətlərinə təsirli olan əsas amillərin analizi göstərilib. Fraktallar nəzəriyyəsi nöqteyi-nəzərindən dağılma kinetikası təhlil olunub, metallar və ərintilər deformasiyalarının mexaniki xassələri və böhran vəziyyətləri ilə dağılmadan öncə onların zonasının dissipativ strukturunun fraktal ölçüsünün əlaqələri müəyyənləşdirilib. Nəşrdə, həmçinin mikroçatların qovuşma prosesinin multifraktal xarakteri təsvir olunub.
Monoqrafiya dağılma mexanikasının fiziki möhkəmliyi ilə məşğul olan elmi və mühəndis-texniki işçilər, aspirantlar və yuxarı kurs tələbələri üçün nəzərdə tutulub.

 
Paylaş:
Baxılıb: 1432 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31