Ana səhifə »  Daxili siyasət »  Mübariz Qurbanlı: Qeyri-neft sektorunun inkişafı qarşıya mühüm vəzifə kimi qoyulub
A+   Yenilə  A-
Mübariz Qurbanlı: Qeyri-neft sektorunun inkişafı qarşıya mühüm vəzifə kimi qoyulub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 10-da İmişli rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verib. Aqrar sektorun inkişafından, kəndlərarası yolların tikintisindən, yeni təhsil və səhiyyə müəssisələrinin açılmasından danışan İcra Hakimiyyətinin başçısı bunu dövlətimizin başçısının regionlara qayğısı kimi səciyyələndirib. Bildirib ki, rayonda iki 100 yerlik uşaq bağçası, Heydər Əliyev Mərkəzi, uşaq əyləncə və ticarət mərkəzləri inşa olunub, yem və qənd zavodları, 50 tonluq taxıl anbarı, regional ədliyyə mərkəzi istifadəyə verilib, mərkəzi xəstəxana əsaslı təmir edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək ötən əsrin sonlarında ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə qısa nəzər salıb, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, respublikamızın sosial-iqtisadi inkişafı, xalqımızın həyat səviyyəsinin yüksəlməsi hər bir Azərbaycan vətəndaşının qurub-yaratmaq əzmini artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik və düşünülmüş sosial-iqtisadi siyasət, qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsi dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhran şəraitində belə, ölkəmizin davamlı və dinamik inkişafını təmin edir.
M.Qurbanlı qeyri-neft sektorunun inkişafı, iş adamlarına hərtərəfli dəstək göstərilməsi, sahibkarlığın inkişafına mane olan amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyini bildirib. Qeyd olunub ki, dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində minimuma endirilib. Qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar ictimaiyyət tərəfindən tam dəstəklənir.
Komitə sədri qarşıda duran konkret vəzifələrdən, sahibkarlığın inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən də danışıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması, sahibkarlığın inkişafı və sair ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin edib.
Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrimizin siması büsbütün dəyişib. Bu proqramlarda infrastruktur layihələrinə böyük önəm verilib. Qısa müddətdə Azərbaycanda, o cümlədən İmişlidə də şəhər mərkəzi, kənd və qəsəbələr abadlaşıb, yollar salınıb, xəstəxanalar, müasir idman kompleksləri, yüzlərlə məktəb binaları inşa olunub.
M.Qurbanlı son 12 ildə Azərbaycanda əldə olunan uğurları faktlarla diqqətə çatdıraraq deyib: “Bu dövrdə ölkəyə 200 milyard manat sərmayə qoyulub. Onun da yarısı xarici sərmayədir. Respublikada 10 min kilometrdən çox yol çəkilib, 3 minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib, 1500-ə yaxın subartezian quyusu qazılıb. Qeyd edim ki, ölkə üzrə ümumi məktəblərin sayı təqribən 5 minə yaxındır. Bunun 3 mini son 12 ildə tikilib. Həmçinin bölgələrdə 89 köçkün qəsəbəsi inşa olunub, 225 min insan yeni evlərə, mənzillərə köçürülüb. Maaşlar təxminən beş dəfə, pensiyalar yeddi dəfə artırılıb. Bir milyon 500 min iş yeri yaradılıb ki, bunun da 1 milyonu daimi iş yeridir. Hazırda Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu illər ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb və ümumiyyətlə, müəssisələrin sayı 100 minə yaxındır. Sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilib”.
Sonra çıxış edən sahibkarlar dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinin dinamik inkişafa səbəb olacağını bildirib, yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılması ilə bağlı bir sıra təkliflər veriblər.
Milli Məclisin deputatları Çingiz Qənizadə və Əsabil Qasımov aparılan iqtisadi islahatların ölkənin, eləcə də İmişlinin inkişafına böyük təkan verəcəyini bildiriblər.
İctimaiyyət nümayəndələri regionlara, o cümlədən İmişliyə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

 
  • Oxunub:  23730  |  
  • Tarix:  11-02-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20