Ana səhifə »  Diaspor »  “Sən yanmasan...”
A+   Yenilə  A-
“Sən yanmasan...”

Bilmirəm niyə, amma Qırğızıstan həmişə mənim üçün doğma və yaxın ölkələrdən biri olub. Uşaqlıqdan sevmişəm bu ölkəni. Bəlkə də eyni soy-kökdən olmağımız, ulu keçmişimiz, böyük Gök Türk anlamıdı bizləri bu qədər yaxınlaşdıran. Bilmirəm. Amma bu sevginin bir həqiqətini də zaman keçdikcə anlamağa başladım: Çingiz Aytmatov həqiqətini. 
Mən hələ uşaqkən onun yazdığı hekayələri çox böyük maraqla oxuyurdum. Çünki onun əsərlərində hadisələr o qədər gözəl təsvir olunurdu ki, baş verənlər bir-bir gözümün önündə canlanırdı. Ən çox da “Cəmilə” hekayəsi ilə tanıdım onu. Bütün dünya ədəbiyyatına səs salan “Cəmilə” hekayəsi. O zaman Moskvada çıxan “Novıy Mir” jurnalında böyük qazax yazıçısı Muxtar Auezovun “Yolun açıq olsun!” adlı xeyir-duası ilə dərc olunan və bununla da onun dünya ədəbiyyatına gəlişinə yaşıl işıq yandırılan həmin eşq hekayəsi. Hansı ki sonradan dahi fransız yazıçısı Lui Araqon bu əsəri “Dünyanın ən gözəl eşq hekayəsi” adlandıracaqdı.
Ç.Aytmatovun əsərləri məni göylərə qaldırır və mən saatlarla eləcə dibsiz göylərin ənginliklərində uçurdum, uçurdum... gah Cəmilə olurdum, sevdiyimə-Daniyara bənzər bir igidə qoşulub cırcıramaların əsrarəngiz nəğmələri və araba təkərlərinin cırıltısı altında gecələr yol gedirdim, pisliklərdən, yalandan, riyadan uzaqlaşmağa çalışırdım, gah Altınay kimi ucqar bir dağ kəndində uşaqlara savad, bilik öyrədirdim, gah vəfalı Asiya kimi vəfasız İlyasın yolunda bütün çətinliklərə dözürdüm, gah da Gülsarı kimi sadiq bir dostum olurdu...Və bu əsərlərin təsiri ilə özümü çox güclü, qüvvətli və daxilən azad sanırdım... Mən “Əlvida Gülsarı”da onun təsvir etdiyi Gülsarı adlı atı çox sevmişdim və məndə heyvanlara böyük bir məhəbbət oyanmışdı.
Bu, Aytmatovun əsərlərinin məndə oyatdığı təsir qüvvəsi idi. Elə o zamandan-12-13 yaşımdan sevdim onu. Və çox sonralar anladım ki, əslində, mənim uşaq vaxtı anlayıb dərk edə bilmədiyim əsl həqiqəti yazırmış Çingiz Aytmatov. Dərk elədim ki, sən demə bütün bu hadisələr yazıçının elə öz həyatı imiş. Çingiz Aytmatov heç demə böyük bir cəsarətlə ilk dəfə olaraq Sovet rejimindən qurtulmağın yolunu göstərirmiş. Qaranlıqdan işığa çıxan yolunu.. 7-8 yaşlı kiçik qırğız oğlanın gözündə durbin uzaqdan İssık-Kula baxaraq dediyi sözlər gəlir qulağıma: “Mən balıq olacağam. Eşidirsən, baba, çayla üzüb ağ gəminin yanına gedəcəyəm”. Sonra müəllifin pislik və haqsızlıqlardan bezib balığa dönmək, azadlıq istəyən bu balaca fədaiyə müraciətlə dedikləri səslənir qulağımda: “Sən üzüb getdin. Heyif, çox heyif! Niyə qaçıb yola çıxmadın? Əgər sən yolla xeyli qaçsaydın, hökmən onunla rastlaşardın. Qabaqda Buynuzlu Ana Maral səkərdi. Fəqət, sən üzüb getdin. Uşaq qəlbinin barışa bilmədiklərini sən rədd etdin. Sən şimşək kimi yaşadın-bircə dəfə çaxdın və söndün. Şimşəyi çaxdıran göydür; göy isə əbədidir!” (“Ağ gəmi”) Bu sözləri Ç.Aytmatov hələ “Domokl qılıncı” başının üzərində olan zamanlarda çatdırırdı xalqına... (O vaxt heç ağlıma da gəlməzdi ki, çox-çox sonralar günün birində mən o böyük yazıçı ilə görüşəcəyəm).
Bəli, illər sonra dərk etdim ki, Qırğızıstanı mənə sevdirən Aytmatov fenomeni olub. Bu sevgi zaman-zaman içimdə boy atıb, böyüyüb. Min ildən artıq yol gələn xalqın möhtəşəm abidəsi olan “Manas”la tanışlıq bu sevgini bir az da artırdı. Çox hörmət etdiyim dəyərli alimimiz, professor, millət vəkili Nizami Cəfərovun dediyi kimi: “Qırğızları (və Qırğızıstanı) düzgün dəyərləndirmək üçün onu hiss etmək gərəkdir... “Manas”dakı kimi, Çingiz Aytmatovdakı kimi!”.
Gözəl sözlərdir. Düşündürücüdür. Çox sonradan yetkin yaşımda Qırğızıstana və Çingiz ağaya olan məhəbbətimi dərinləşdirən bir insan da olub. Bu Qırğızıstanda Azərbaycanı layiqincə təmsil edən qeyrətli eloğlumuz, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) prezidenti Nüsrət Məmmədovdur. Onunla Bakıda tanış olduq.
Tarixin saatı 2008-ci il fevral ayının üstündədir. Həmin il Çingiz Aytmatov ili elan olunmuşdu və böyük yazıçının Bakıya gəlişi gözlənilirdi. Bakıya dəvətli idi Aytmatov. Öyrəndim ki, bu gəlişin əsas səbəbkarı Qırğızıstanda fəaliyyət göstərən TDSDF-nin rəhbəri Nüsrət Məmmədovdur. Onunla yaxından tanış olmaq keçdi könlümdən.
Yaxşı yadımdadır, mən onda İctimai televiziyanın əməkdaşı idim. Bir neçə yazıçı və telejurnalistlə Atatürk Mərkəzində “dəyirmi masa”da əyləşib onu gözləyirdik. Bu tədbirdə rəsmi və qeyri-rəsmi dairələrdən, hətta Türkiyədən, Rusiyadan, Qırğızıstandan və İrandan çox hörmətli qonaqlar və millət vəkilləri də iştirak edirdi.
Qonaqlar gəlmiş, hamı öz yerini tutmuşdu. Amma Çingiz Aytmatov hələ gəlməmişdi. Dedilər ki, yoldadır, gəlir, başqa bir tədbirdə olduğu üçün bir qədər gecikir. Mən səbrsizliklə onu gözləyənlərin içində idim. Bu böyük yazıçını görmək mənə yuxu kimi gəlirdi.
Budur, mənim tam üzbəüz oturduğum qapı birdən açıldı və hündürboylu, şəkildə, televizorda göründüyündən də çox yaraşıqlı və əzəmətli Çingiz ağa zala daxil oldu. Ağ gümüşü saçları səliqə ilə arxaya daranmışdı. Əyninə tünd göy rəngli kostyum və ağappaq köynək geymiş, kostyuma uyğun göy miləmil qalstuk taxmışdı. İndiki kimi yadımdadır, o içəri girəndə hamı özündən asılı olmayaraq böyük ehtiramla bir andaca ayağa qalxdı. Mən özüm də nə zaman ayağa durmağımı hiss etmədim. Bu, o idi. Beyinlərdə inqilab yaradan gözəl əsərləri ilə dünya ədəbiyyatına səs salan, bütün Türk dünyasının böyük yazarı, qırğızların fəxri, qürur duyduğu Çingiz ağa! Çingiz Aytmatov!
Bu görüş mənimçün inanmayacağım bir səadət oldu, çünki uşaqlıqdan sevdiyim böyük yazıçı ilə üzbəüz görüşüb əlini sıxmaq mənə nəsib oldu... Onunla şəkil də çəkdirdim, həmin şəkli əziz bir xatirə kimi saxlayıram. O anları həmişə fərəhlə xatırlayıram.
Çingiz ağanın yanında dayanmış, ona çox yaxın olan bir insanı da gördüm. Dedilər, bu Nüsrət Məmmədovdur. Çox keçmədi ki, onunla da məni tanış etdilər. Və ona söylədim ki, siz çox böyük işlər görürsüz, məlumatımız var.
Əslində, onun haqqında kiçik araşdırma aparmışdım, bilirdim ki, 30 ildən çoxdur ki, Qırğızıstanda yaşayır.
Nüsrət Məmmədov TDSDF-nin rəhbəri, eyni zamanda, diaspora nümayəndəsi kimi Qırğızıstanda bir çox işlər görür. Bişkekdə ölkəmizlə bağlı onlarca bədii, elmi, siyasi kitablar, məqalələr çap olunub, Beynəlxalq konfranslar, toplantılar, müzakirələr keçirilib. Şübhəsiz ki, bu işdə Nüsrət müəllimə yardımçı olan fondun digər üzvlərinin adlarını çəkməmək günah olardı. Osman Səfərov, Etibar Qasımov, Qiyas Xəlilov, Çingiz Ələsgərov, Mürafəddin Şakimov və başqaları Nüsrət müəllimə dəstək olmaqla, Azərbaycan naminə çox işlər görüblər. Məhz onların gördüyü işlər sayəsində Qırğızıstanda Azərbaycan haqqında təsəvvürlər daha da genişlənir, ədəbiyyatımız, incəsənətimiz təbliğ olunur, uğurlu və ardıcıl siyasətimiz o bölgənin adamlarına kitablarla, görüşlərlə çatdırılır. Onlar, başda Nüsrət Məmmədov olmaqla, gördüyü işlərlə Azərbaycan həqiqətlərini çatdırırlar xaricdə yaşayan insanlara, onların təsəvvürlərini daha da genişləndirirlər.
İndiyədək Azərbaycan tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlq Qarabağ münaqişəsi haqqında qırğız, rus və ingilis dillərində 50-yə yaxın kitab və kitabçalar dərc olunub. Ən maraqlı bir məqam diqqətimi çəkdi; fondun nəşr etdirdiyi bütün kitablar insanlara pulsuz paylanır. Budur, əsl vətənpərvərlik, doğma vətənə ürəkdən, candan yanmaq! Və heç şübhəsiz ki, Nüsrət müəllim bu fəaliyyəti ilə Azərbaycan gerçəkliklərindən uzaq olan bəzi insanlara əsl həqiqəti sübut edir. Onun öz işinə necə can yandırdığının dəfələrlə şahidi olmuşam. Əslində, hər şey göz qabağındadır. Elə bu yaxınlarda rejissor Vahid Mustafayevin çəkdiyi “Xoca” filminin Qırğızıstanda nümayiş olunduğunu və böyük əks-səda doğurduğunu xatırlayaq. Bu filmin qırğız tamaşaçılarına təqdim olunmasında Nüsrət müəllimin xidməti danılmazdır. Çünki bu film bir sıra təşkilatlarla yanaşı, məhz TDSDF-nin sifarişi ilə qırğız dilinə tərcümə olunaraq dublyaj edildi. Dublyajın rejissoru Qırğızıstanın Əməkdar artisti Murat Mambetov, filmi qırğız dilində səsləndirən bu ölkənin Əməkdar artistləri Nazım Mendebairov və Şair Kasımaliyevadır. Mən şəxsən şahidiyəm ki, Nüsrət müəllim bu filmin Qırğızıstanda nümayiş olunması üçün necə can yandırır, səy göstərirdi. Elə onun təşkilatçılığı ilə də fevralın 11-12-də filmin Bişkekdə təqdimatı keçirildi və tamaşaçıların böyük marağına səbəb oldu. Məhz bu film vasitəsi ilə qırğız tamaşaçısı Xocalıda baş verən dəhşətli qətliamın, Qarabağ müharibəsində cəllad ermənilərin xalqımızın başına gətirdikləri müsibətin bir daha şahidi oldular. “Xoca” filminə baxarkən Çingiz Aytmatovun bacısı Roza xanımın necə ağlamasını, başqa gənc bir qızın göz yaşları içində müsahibə verdiyini gördükdə, düşündüm ki, doğrudan da “Xoca” filmi Xocalı həqiqətlərini çatdıra bilib tamaşaçıya.
Nüsrət müəllim haqqında çox yazıblar, əməyinə, gördüyü işlərə dəyər veriblər. Bu yaxınlarda AzərTAC-ın bir məlumatını oxudum. Qırğızıstanın “Kabar” milli informasiya saytında akademik Abdildajan Akmataliyevin bir məqaləsi dərc olunub. Akademik yazır ki, “mənim bu məqaləm Xalq yazıçısı Çingiz Aytmatov və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sədri Nüsrət Məmmədov haqqında olacaqdır. Çingiz Aytmatov onu belə adlandırırdı: “Bizim dostumuz Nüsrət”. Müəllif daha sonra yazır ki, 2008-ci ildə TDSDF-nin təşəbbüsü ilə dünya şöhrətli yazıçı Çingiz Aytmatov Azərbaycana səfər etmiş, Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Aytmatovu və Nüsrət Məmmədovu qəbul etmuş, böyük yazıçıya “Dostluq” ordeni təqdim olunmuşdur. Həmin ilin oktyabrında yenə də TDSDF-nin təşəbbüsü ilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Bolot Şəmsiyevin rəhbərliyi altında nümayəndə heyəti Bakıda olmuş, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə görüşmüşlər.
Bundan başqa, TDSDF-nin təşəbbüsü ilə dəfələrlə Bişkekdə, Almatıda və başqa yerlərdə konfranslar, toplantılar təşkil olunub. Bu toplantılarda Türk dünyasının tanınmış siyasi xadimləri, deputatlar, alimlər, jurnalistlər iştirak ediblər. Vaxtaşırı olaraq Türk dünyasının tanınmış siyasi xadimləri Heydər Əliyev, Mustafa Kamal Atatürk, o cümlədən, Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqında məruzələr dinlənilib. Nüsrət müəllim, həmçinin, “Manas”ı Azərbaycan dilinə tərcümə edən, sonradan həmin əsərin tədqiqatını apararaq dəyərli bir elmi əsər ortaya qoyan görkəmli şair-alimimiz Adil Cəmilin bu elmi işini TDSDF-nin sifarişi ilə qırğız dilinə çevirərək nəşr etdirdi. Sonra Bişkekdə TÜRKPA-nın sammitində, Qırğızıstan Prezidenti iqamətgahında kitabın təqdimatı keçirildi və böyük rezonansa səbəb oldu.
Vətənpərvərlik, torpağa məhəbbət gərək insanın qanında, canında ola. Və hər bir vətən övladı vətən naminə lap xırda da olsa bir iş görməlidir. Yaxşı ki, Nüsrət müəllim kimi belə ziyalılarımız, diaspora nümayəndələrimiz var. Xalqa xidmətdən gözəl nə ola bilər ki? Böyük türk şairi Nazim Hikmətin məşhur misraları düşür yadıma: “Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa?”
Elə Çingiz Aytmatov da bunu deyirdi.
Südabə Sərvi
Yazıçı-publisist, Prezident mükafatçısı

 
  • Oxunub:  52710  |  
  • Tarix:  19-04-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
23 İyun 11:05
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olunub
23 İyun 10:28
“Huawei” şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 İyun 10:25
Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
23 İyun 10:23
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:19
“Minsk 2019”un üçüncü günündə atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
23 İyun 10:16
Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
22 İyun 17:58
Azərbaycan millisinin ikinci Avropa Oyunlarında ilk medalını akrobatika gimnastlarımız qazanıblar
22 İyun 17:53
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib
22 İyun 17:50
İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub
22 İyun 17:46
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə əməkdaşlıq genişlənir
22 İyun 17:42
“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb
22 İyun 17:37
Azərbaycanda bu günədək 522,7 min hektar sahədə taxıl biçini aparılıb
22 İyun 15:58
Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir
22 İyun 15:55
Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
22 İyun 15:54
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
22 İyun 15:45
İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur
22 İyun 15:41
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə müzakirələr aparılıb
22 İyun 15:38
Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir
22 İyun 15:33
Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir
22 İyun 11:36
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub
22 İyun 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub
22 İyun 11:11
Respublikada 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
22 İyun 11:07
Bərdədə kənd yolları təmir olunur
22 İyun 11:05
Astarada turizmin inkişafı üçün lazımi şərait yaradılıb
22 İyun 10:50
Pərvin Kərimzadə: 2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı
22 İyun 10:44
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasiminə baxıb
22 İyun 10:22
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans xarici mətbuatda geniş işıqlandırılıb
22 İyun 09:56
Minskdə ikinci Avropa Oyunlarının rəsmi açılış mərasimi olub
22 İyun 09:49
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşüb
22 İyun 09:48
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb
22 İyun 09:41
Avstriya Mətbuat Agentliyi “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfransla bağlı məqalə yayıb
22 İyun 09:32
Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər
22 İyun 09:27
Azərbaycanda təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
22 İyun 09:25
Nəsiminin həyatı və yaradıcılığı “Ənəlhəqq” tamaşasında
22 İyun 09:23
Asiyada təhlükəsizlik və əməkdaşlıq platforması: Azərbaycan üçün geosiyasi əhəmiyyəti

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+32 +36
gecə+21 +25