
Qusarda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş stolüstü tennis yarışına yekun vurulub.
Yeni Azərbaycan Partiyasının (YAP) Qusar rayon təşkilatının gəncləri arasında təşkil olunan birincilikdə 24 nəfər medallar uğrunda mübarizə aparıb.
Beş gün davam edən yarışda Zöhrab Quliyev birinci, Ömər Şalbuzov ikinci, Ağaverdi Aliverdiyev isə üçüncü yeri tutub.
Yarışda qalib gələn idmançılara diplom və qiymətli hədiyyələr təqdim olunub.
- Oxunub: 34170 |
- Tarix: 01-05-2015 |
-
Çap et |