Ana səhifə »  Dünya »  Yaxın Şərq: daimi sülh yaxındadırmı?
A+   Yenilə  A-
Yaxın Şərq: daimi sülh yaxındadırmı?
Siyasi müşahidəçilər bu yaxınlarda İsrail ilə "Həmas" və ona yaxın digər radikal Fələstin qrupları arasında atəşkəs barədə əldə edilmiş razılığa bir qədər ehtiyatla yanaşırlar. çünki təxminən son 10 il ərzində İsrail ilə müxtləif təmayüllü Fələstin qrupları arasında dəfələrlə buna bənzər razılıqlar əldə olunsa da, onların ömrü çox qısa olub. Qeyd edək ki, qarşıduran tərəflər arasında əldə edilmiş bu razılığın İsrail-Fələstin ("Fəth" təşkilatının və muxtar qurumun rəhbəri Mahmud Abbasla) sülh danışıqlarına nə dərəcədə müsbət təsir göstərəcəyini qabaqcadan söyləmək çox çətindir. Regionda ümumi vəziyyət çox gərgin olduğu üçün hərbi qarşıdurmanın hər an başlana biləcəyini istisna etmək olmaz. Əksər xarici siyasi müşahidəçilər atəşkəs barədə əldə edilmiş razılıqla bağlı hər iki qarşıduran tərəfin mövqeyini qısa müddətə hesablanmış taktiki gedişlər kimi dəyərləndirirlər. Belə ki, hər 2 tərəf - həm İsrail, həm də "Həmas" tərəfi bu atəşkəsdən maksimum istifadə etməyə çalışacaqlar. Hazırkı şəraitdə İsraili ən çox narahat edən amil bölgədə iranın artmaqda olan hərbi-siyasi nüfuzu və nüvə proqramıdır. Bu məsələ ilə əlaqədar, İsrail regionda siyasi-diplomatik fəallığını xeyli dərəcədə artıb. Belə ki, İsrail ilk növbədə siyasi-diplomatik yolla İranı, bölgədə onun təsiri altında olan və ən yaxın müttəfiqləri sayılan ölkələrdən, radikal-ekstremist təmayüllü hərbi-siyasi təşkilatlardan (Suriya, Livandakı mühafizəkar müxalifət, terrorçu Fələstin qrupları və s.) mümkün qədər ayırmaqla regionda, bütövlükdə beynəlxalq aləmdə təcridini gücləndirməyə çalışır. Bir müddət öncə Ankarada Türkiyənin vasitəçiliyi ilə başlanan İsrail-Suriya danışıqları da əsasən, bu məqsədlə aparılır. Siyasi dialoqun əsas mövzusu 1967-ci ildə İsrail tərəfindən ələ keçirilmiş Colan yüksəkliklərinin taleyi olsa da, İsrail bu əraziləri geri qaytarmaq müqabilində əsas şərt kimi Suriyadan İranla strateji əməkdaşlığı dondurmağı, Livandakı müxalifətə və Fələstindəki radikal qruplara dəstəyi dayandırmağı tələb edir. Eyni zamanda, İsrail hökuməti Livanla münasibətlərdə uzun illərdən bəri mövcud gərginliyi aradan qaldırmaq üçün hər an danışıqlara başlamağa razı olduğunu bu ölkənin nəzərinə çatdırıb. Nəhayət, "Həmas" təşkilatı ilə atəşkəs barədə razılıq əldə etməklə başda baş nazir E.Olmert olmaqla İsrailin koalisiyon hökuməti son vaxtlar ölkə daxilində xeyli dərəcədə aşağı düşməkdə olan nüfuzunu bir qədər yüksəltməyə çalışacaq.
Bütün bu siyasi-diplomatik proseslər fonunda ABŞ-ın dövlət katibi K.Rays bu yaxınlarda növbəti dəfə bölgəyə səfər edərək İsraildə, Fələstində, Livanda maraqlı tərəflərlə siyasi dialoq aparıb. Ən yaxın strateji müttəfiqlər olan ABŞ-İsrail tandeminin bölgədə paralel diplomatik fəallığı açıq surətdə görünməkdədir. Heç şübhəsiz, atəşkəs barədə razılaşmadan "Həmas" təşkilatı da öz məqsədləri üçün yararlanacaq. Bir il öncə Qəzza zolağında təkbaşına hakimiyyətə sahib olan "Həmas" İsrailin ciddi sanksiyaları və iqtisadi blokadası ilə bağlı son vaxtlar xeyli problemlərlə üzləşib. Belə ki, bu iqtisadi blokada nəticəsində Qəzza sektorunda yaranan əsil humanitar fəlakət yerli əhali arasında geniş narazılıqlara və "Həmas"ın nüfuzunun aşağı düşməsinə səbəb olub. Atəşkəs ilə əlaqədar qısa fasilədən mümkün qədər istifadə edərək sektordakı iqtisadi vəziyyəti bir qədər dirçəltməklə "Həmas" hərbi-siyasi mövqeyini yenə də gücləndirməyə çalışacaq. Lakin "Həmas"ı İranın təsir dairəsindən çıxarmaq müşkül məsələyə çevriləcək. çünki, bu təşkilat İran ilə sıx ideoloji, siyasi tellərlə bağlanıb. Eyni zamanda, Fələstin müqavimət hərəkatının iki nüfuzlu təşkilatı sayılan "Fəth" ilə "Həmas" arasında gələcək münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən çox şey asılı olacaq. Belə ki, Fələstin daxili mübarizədə bir-birinə ciddi rəqiblər olan bu 2 təşkilatın ayrılıqda İsrail dövlətinə və onunla aparılan sülh danışıqlarına, eləcə də gələcəkdə qurulucaq müstəqil Fələstin dövlətinin inkişaf perspektivlərinə münasibət birmənalı deyil. Qeyd edək ki, hazırkı şəraitdə Fələstinin daxili siyasi həyatında gedən proseslərə, bütövlükdə regionda cərəyan edən hadisələr kontekstində baxmaq lazımdır. Bu gün Yaxın Şərqdə cərəyan edən proseslər isə kifayət qədər mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Bu mənada, Fələstinlə qonşu olan Livanda gedən siyasi proseslərə eyni prizmadan baxmaq yerinə düşərdi. Bu yaxınlarda xristian-maronit icmasının nümayəndəsi general Mişel Süleymanın ölkə prezidenti seçilməsi Livanda müəyyən sabitliyin bərqərar olmasına səbəb olub. Lakin mühafizəkar müxalifətlə demokratik meyilli iqtidar arasında hələ də müəyyən məsələlərlə bağlı ziddiyyətlər qalmaqdadır. Məhz bu səbəbdən də siyasi müşahidəçilər bu kiçik ərəb ölkəsində hökm sürən sabitliyi "nisbi sabitlik" kimi dəyərləndirirlər. Bir sözlə, bəşər sivilizasiyalarının beşiyi olan Yaxın Şərq hələ də daimi sülhün həsrətindədir.
Elxan RZAYEV
 
  • Oxunub:  20970  |  
  • Tarix:  24-06-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib
14:34
12 Noyabr
Aleksandr Lukaşenko: Azərbaycan-Belarus əməkdaşlığının daha da inkişafı üçün potensial böyükdür
14:33
12 Noyabr
XİN: Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir
14:24
12 Noyabr
Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları başlayıb
14:14
12 Noyabr
Ceyhun Bayramov: Sağlamlıq imkanları məhdud 10 mindən artıq uşaq xüsusi təhsilə cəlb edilib
13:56
12 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12:48
12 Noyabr
Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
12:10
12 Noyabr
BANM ilə Turin Politexnik Universiteti arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib
12:01
12 Noyabr
İnformatika fənninin tədrisinin təkmilləşdirilməsini dəstəkləyən layihə təqdim olunub
11:44
12 Noyabr
Gəncə-Qazax bölgəsində tibbi müayinələr çərçivəsində bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşmaya dair konfrans keçirilib
10:58
12 Noyabr
Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi açılıb
10:55
12 Noyabr
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib
10:51
12 Noyabr
Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09:36
12 Noyabr
Müdafiə Nazirliyi: atəşkəs rejimi 28 dəfə pozulub
09:25
12 Noyabr
12 noyabr - Konstitusiya Günüdür
22:58
10 Noyabr
Dünya şöhrətli hindistanlı yoqin Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib
21:29
10 Noyabr
Əli Həsənov: Azərbaycan ərəb-İslam ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır
19:51
10 Noyabr
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
19:08
10 Noyabr
Elçin Mirzəbəyli: Ermənistanın başqa hərbi-siyasi qütbə üz tutması edam kötüyünə könüllü baş qoymağa bərabərdir
18:39
10 Noyabr
Aydın Hüseynov: KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir
18:17
10 Noyabr
Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib
17:23
10 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib
16:46
10 Noyabr
Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər”
15:04
10 Noyabr
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub
14:49
10 Noyabr
Leyla Abdullayeva: Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur
14:37
10 Noyabr
AOK-un 47-ci Baş Assambleyasında Bakının XV Avropa Olimpiya Gənclər Festivalına hazırlığı barədə məlumat verilib
14:25
10 Noyabr
Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib
12:07
10 Noyabr
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı debatlarda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün multikulturalizmin əhəmiyyəti barədə danışıb
12:04
10 Noyabr
Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsini anım tədbirləri təşkil olunub
11:38
10 Noyabr
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
11:20
10 Noyabr
Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçirilir
11:14
10 Noyabr
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
10:46
10 Noyabr
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb
10:44
10 Noyabr
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub
10:42
10 Noyabr
10 noyabr - Dünya Elm Günüdür
10:38
10 Noyabr
Bakı Kitab Mərkəzində dünya şöhrətli yoqin Sadhquru ilə görüş və kitab təqdimatı olub
14:48
09 Noyabr
ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər
14:15
09 Noyabr
Fuad Muradov: Türk Şurasına üzv ölkələr Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını istəyir
13:36
09 Noyabr
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
13:28
09 Noyabr
Dövlət Bayrağı Günü münasibətilə hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
13:03
09 Noyabr
Ekspert: Dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmadı
10:48
09 Noyabr
Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:37
09 Noyabr
Vyanada “Son iclas” bədii-sənədli filmi nümayiş olunub
10:22
09 Noyabr
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
10:14
09 Noyabr
Dövlət Bayrağı Günü ərəfəsində DTX-nin Mədəniyyət Mərkəzində yaradılmış yeni kitabxananın açılışı olub
10:08
09 Noyabr
Bostonda Xəzər İnnovasiya Sammiti keçirilib
10:00
09 Noyabr
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
17:43
08 Noyabr
Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA