Ana səhifə »  Dünya »  Nüvə müharibəsi təhlükəsi bu gün nə dərəcədə realdır?
A+   Yenilə  A-
Nüvə müharibəsi təhlükəsi bu gün nə dərəcədə realdır?
Bu yaxınlarda Şimali Koreya hökuməti tərəfindən ölkə ərazisindəki nüvə obyektlərinin bağlanması barədə qəbul edilən qərar və bu obyektlərlə bağlı siyahının çin Xalq Respublikası rəsmilərinə təqdim edilməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Artıq bu müsbət addımın müqabilində ABŞ hökuməti vaxtilə Şimali Koreyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların ləğvi və bu ölkənin adının beynəlxalq terrorçuluğu dəstəkləyən dövlətlərin styahısından çıxarılması barədə bəyanat verib.
Qeyd edək ki, bu məsələnin dinc yolla öz həllini tapması son bir neçə il ərzində altı dövlətin nümayəndələrinin iştirakı ilə (ABŞ, Rusiya, çin, Yaponiya, Cənubi və Şimali Koreya) aparılan danışıqların uğurla başa çatması nəticəsində mümkün olub. Beləliklə, Liviyadan sonra Şimali Koreya vaxtilə Qərbin "qara siyahısına" düşmüş ikinci ölkədir ki, beynəlxalq aləmin təzyiqləri altında nüvə proqramından əl çəkməyə məcbur edilib. Xatırladaq ki, dörd il öncə Liviya da analoji addımlar ataraq özünün nüvə ambisiyaları və terrorçuluğu dəstəkləməkdən əl çəkməklə beynəlxalq aləmin ciddi sanksiyalarından qurtula bilmişdi. Bu proseslərin təhlili onu göstərir ki, beynəlxalq aləmin ciddi birgə səyi nəticəsində nüvə silahı və ya texnologiyasının dünya üçün xüsusi təhlükə doğuran qeyri-demokratik rejimli dövlətlərin əlinə keçməsinin qarşısını dinc diplomatik yolla almaq mümkündür. Düzdür, Şimali Koreyada hələ ki, totalitar kommunist diktaturası hökm sürməkdədir. Lakin ən vacib məqam ondadır ki, bu müdhiş rejim nüvə ambisiyalarından mərhum olmaqla, artıq ətraf region, bütövlükdə beynəlxalq aləm üçün əvvəlkitək ciddi təhlükə mənbəyi olmayacaq. Onu da qeyd edək ki, keçmiş SSRİ-nin mövcud olduğu və "soyuq müharibənin" tuğyan etdiyi dövrdə (ötən əsrin 50-60-cı illərində) beynəlxalq aləm bir neçə dəfə real nüvə müharibəsi təhlükəsi ilə üzləşib. Belə ki, Koreya müharibəsi (1950-53-cü illərdə) və Karib böhranı zamanı (1962-ci ildə) bu təhlükə dünyada xüsüsilə ciddi xarakter daşıyıb. Lakin təxminən 70-ci illərin əvvəlində ABŞ ilə SSRİ arasında raket-nüvə silahları sahəsində paritet yarandıqdan sonra qlobal nüvə müharibəsi təhlükəsi də nisbətən azaldı. Beynəlxalq aləmdə gərginliyin zəifləməsi ilə əlaqədar 70-80-cı illərdə ABŞ ilə SSRİ arasında strateji hücum silahlarının məhdudlaşdırılmasına dair bir sıra mühüm müqavilələr və sənədlər imzalandı. Bu sənədlər bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Belə ki, istər ABŞ, istərsə keçmiş SSRİ-nin varisi sayılan Rusiya bu sənədlərə uyğun öz üzərinə götürdükləri öhdəliklərə riayət etməkdədir.
Eyni zamanda, nüvə silahı uzun bir dövr ərzində böyük dövlətlər arasında lokal adi münaqişələrin qarşısının alınmasında bir növ "çəkindirici" rol oynayıb. Hazırki dövrdə böyük dövlətlər arasında raket-nüvə silahları sahəsində (əsasən ABŞ və Rusiya) mövcud paritetlər əlaqədar, həmçinin, geosiyasi məkanda yaranmış reallıqlarla bağlı irimiqyaslı raket-nüvə müharibəsinin başlanması ehtimalı o qədər də real görünmür. Qeyd edək ki, "soyuq müharibənin" bitməsi ilə, nüvə təhlükəsi xeyli dərəcə də azalsa da, müasir dövrdə beynəlxalq aləmdə başqa təhlükələr də mövcuddur, lakin onların mürəkkəblik dərəcəsi və mahiyyəti bir qədər fərqlidir. "Soyuq müharibə" bitsə də, bir sıra ölkələrdəki mürtəce siyasi rejimlər hələ də dəyişməyib. Bu gün onları birləşdirən, silahla təmin edən və nizamlayan, görünməyən vahid əl yoxdur. Amma bu təhlükə kifayət qədər ciddidir. Həmin dövlətlərin siyasəti, qeyri-sabitlik, xaos və hərbi münaqişələr üçün zəmin yaradır. Diqqəti çəkən məqam ondadır ki, belə ölkələrin bəziləri ciddi-cəhdlə nüvə texnologiyası və silahına sahib olmaq niyyətindədirlər. Əksər siyasi müşahidəçilər həmin dövlətlərin bu niyyətlə yeritdikləri siyasi kursun beynəlxalq aləm üçün çox təhlükəli olduğunu dönə-dönə qeyd edirlər. Məhz bu səbəbdən də Liviya və Şimali Koreya kimi ölkələrin dinc vasitələrin təsiri altında nüvə proqramlarını dayandırmaq barədə qərar vermələri bütövlükdə beynəlxalq ictimaiyyətin uğuru kimi qiymətləndirilməlidir. Eyni zamanda, beynəlxalq ictimaiyyət İranın nüvə proqramı ilə bağlı məsələnin də dinc yolla öz həllini tapması arzusundadır. Lakin bu çətin məsələnin həlli təkcə ictimaiyyətin arzusundan asılı deyil. Qeyd edək ki, müəyyən siyasi dairələr bu məsələni sırf ABŞ-İran qarşıdurması kimi təqdim etsələr də, əslində bu problem ciddi və təhlükəli proses olaraq beynəlxalq siyasi dairələrin daim diqqət mərkəzindədir. BMT TŞ-nın 5 üzvü və Almaniyanın da daxil olduğu altı dövlətdən ibarət beynəlxalq kvartet bu üzüntülü problemin dinc yolla həlli istiqamətində son vaxtlar öz fəaliyyətini daha da artırıb. Bir çox siyasi müşahidəçilər Liviya və Şimali Koreya kimi İranın da beynəlxalq təzyiqlərə dözməyərək sonda güzəştə gedərək öz mövqeyindən dönəcəyini güman edirlər. Ancaq bəzi ekspertlər İrana qarşı hərb variantının da tətbiq ediləcəyini istisna etmirlər. Bir sözlə, hadisələrin gedişatı yaxın gələcəkdə hələ çox sürprizlər ortaya çıxara bilər. Ən əsası odur ki, beynəlxalq aləm üçün taleyüklü bu problemin həlli yolunda bütün sağlam düşüncəli qüvvələr birləşməlidir.
Elxan Rzayev
 
  • Oxunub:  24330  |  
  • Tarix:  04-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır
15 Fevral 16:39
Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq
15 Fevral 16:21
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15 Fevral 16:16
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalanda vətəndaşları qəbul edib
15 Fevral 16:12
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək
15 Fevral 15:58
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15 Fevral 15:40
Ötən il Yevlaxda 53,7 milyon manatlıq tikinti-quruculuq işləri aparılıb
15 Fevral 15:34
Professor Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
15 Fevral 15:15
ABŞ-ın Enerji Administrasiyası: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
15 Fevral 15:04
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
15 Fevral 14:51
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
15 Fevral 14:47
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
15 Fevral 14:38
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15 Fevral 14:25
Elman Məmmədov: Nikol Paşinyan hələ də nəticə çıxara bilməyib
15 Fevral 14:23
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+3 +5