Ana səhifə »  Dünya »  Rusiya: 2035-ci ilədək mümkün sosial-iqtisadi inkişaf ssenariləri
A+   Yenilə  A-
Rusiya: 2035-ci ilədək mümkün sosial-iqtisadi inkişaf ssenariləri

Şimal qonşumuzun analitik mərkəzləri ölkənin 20 illik inkişaf variantları ilə bağlı bir neçə hesabat-proqnoz sənədləri hazırlayıblar. Burada rəsmi, müstəqil və müxalif mövqeli analitik təşkilatların təhlilləri yer alıb. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 3 transformasiya ssenarisini təqdim edib. Onların hər birində nəticələr bir qədər fərqlidir. Ancaq heç birində proqnozlar nikbin deyil. Ölkənin davamlı inkişaf xəttində qalacağı barədə də qənaət yoxdur. Keçmiş maliyyə naziri A.Kudrinin analitik mərkəzi isə bir qədər fərqli proqnozlar verib. Onlar İqtisadi İnkişaf Nazirliyindən fərqli olaraq, Rusiya iqtisadiyyatında köklü islahatları nəzərə almağa çalışıblar. Bu halda belə gəlinən nəticələr rəsmi orqanların verdikləri vədlərlə üst-üstə düşmür. A.Kudrinə görə, inkişaf templəri sürətli olmayacaq. Nəhayət, müxalif A.Navalnının analitik təşkilatı daha bədbin ssenari hazırlayıb. Orada Rusiyanın hələlik iqtisadi ziddiyyətlər içində qalacağı vurğulanır. Bütün bunlar böyük dövlət olan Rusiyanın yaxın gələcəyi ilə bağlı hansı nəticələri çıxarmağa imkan verir?
3 ssenari: islahatlarsız inkişaf mümkündürmü?
Rusiyalı mütəxəssislər ölkənin uzunmüddətli inkişafı ilə bağlı analizlər aparıb, proqnozlar verməyə çalışırlar. İqtisadi İnkişaf və Maliyyə nazirlikləri də rəsmi olaraq bir neçə variant təklif ediblər. Bunlardan başqa, bir sıra strateji tədqiqat mərkəzləri (məsələn, “FBK” və Kudrinin mərkəzi) öz inkişaf ssenarilərini ictimaiyyətə açıqlayıblar. Xatırladaq ki, “FBK” klubu (Fond borğbı s korrupüiey - Korrupsiya ilə mübarizə Fondu) aparıcı müxalifət liderlərindən olan Aleksey Navalnı tərəfindən yaradılıb. Keçmiş maliyyə naziri Aleksey Kudrin isə Strateji Tədqiqatlar Mərkəzinə (STM) rəhbərlik edir. Belə görünür ki, Rusiyanın 2035-ci ilə kimi sosial-iqtisadi inkişafı ssenariləri ilə bağlı həm rəsmi, həm bitərəf, həm də müxalif təşkilatlarda analizlər aparılaraq, proqnozlar verilməkdədir.
Və maraqlı mənzərə alınıb. Ekspertlər hesab edirlər ki, əslində, bu məsələ ilə əlaqədar ölkədə “proqnozlar ajiotajı” yaranıb (bax: məs., Petr Netreba. Zastoy prodlitsə 20 let / “Qazeta.Ru”, 20 oktyabr 2016). Bir-birindən fərqli qənaət və tezislərə əsaslanan proqnoz müxtəlifliyi müəyyən dərəcədə yayğın mənzərə formalaşdırır. İnsanlar nəyin necə ola biləcəyini dəqiqləşdirə bilmirlər. Ancaq nəzərə almaq lazımdır ki, sürətlə dəyişən dünyada, ümumiyyətlə, dəqiq proqnoz vermək ciddi elmi məşğuliyyət sayılmır. Müəyyən dərəcədə qeyri-müəyyənlik həmişə qalır. Görünür, Rusiyada ajiotaj məsələnin bu tərəfi ilə bağlı deyil. Rəsmi orqanların çox nikbin vədləri fonunda elə də ürəkaçan olmayan mütəxəssis rəyi məyusluq yaradır. Nə etmək olar, siyasət başqadır, elmi proqnoz tamamilə fərqli bir şeydir. Bəs mütəxəssislərin 2035-ci ilə qədər Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı proqnozları necədir?
İqtisadi İnkişaf Nazirliyi 3 variantda ssenari hazırlayıb. Onlar “baza”, “baza+” və “məqsədli” adlanırlar (bax: əvvəlki mənbəyə və: Petr Netreba. Putinu rassçitali staqnaüiö / “Qazeta.Ru”, 21 sentyabr 2016). Onların hər biri ehtiyatlı yeniləşmələri nəzərdə tutur. 20 il ərzində Rusiya iqtisadiyyatının faktiki olaraq staqnasiya vəziyyətində olacağı proqnozlaşdırılır. Bu zaman neftin qiymətinin ucuzlaşması, əməkhaqqı artımının zəifləməsi və əhalinin sayının azalması gözlənilir (bax: Petr Netreba. Zastoy prodlitsə 20 let / “Qazeta.Ru”, 20 oktyabr 2016). Maraqlıdır ki, analizdə hətta 2024-cü il üçün islahatların aparılması nəzərə alınmayıb. Bu, o anlama gəlir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkədə sosial-iqtisadi islahatların geniş və əsaslı şəkildə aparılacağına inanmır.
Beləliklə, 2016-cı ilin oktyabrında İqtisadi İnkişaf Nazirliyinin təklif etdiyi hesabatlarda iqtisadiyyatda struktur dəyişiklikləri nəzərə alınmayıb. Baza variantda 18 ilə sənaye istehsalının inkişaf tempi ildə 2%-i keçmir. 2025-ci ildə sənaye istehsalı 2024-cü ilə nisbətən 1,9% artmalıdır, lakin 2035-ci ildə bu rəqəm 1,7%-yə düşməlidir. 2017-ci ildə isə sənaye artımının 1,1% olacağı gözlənilir. Belə çıxır ki, Rusiyada sənaye istehsalı bəzi gözləntilərə zidd olaraq artan xətlə, dəyişkən templə inkişaf edəcək. Uzaq perspektivdə isə hətta bir qədər geriləmə də ola bilər. Bunu mütəxəssislər həyəcan yaradan faktor hesab edirlər.
Sərmayə qoyuluşu dinamikası qısa müddətdə artsa da, 2035-ci ildə azalaraq, ildə 2,5% təşkil edəcəyi proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, bu model xammal iqtisadiyyatının köklü diversifikasiyasını nəzərdə tutmur, çünki neftin qiyməti onun üçün böyük əhəmiyyət daşıyır (bax: əvvəlki mənbəyə). Neftin qiyməti isə cüzi arta bilər - 2035-ci ildə bir barelin qiymətinin 54,9 ABŞ dolları ola biləcəyi proqnozlaşdırılır. Bunun nəticəsində ümumi daxili məhsul (ÜDM) 2025-ci ildə 2,2% artacaqsa, 2035-ci ildə bu rəqəm yalnız 1,7% təşkil edəcək (bax: əvvəlki mənbəyə).
Bu varianta görə, əhalinin həyat səviyyəsi 20 il müddətində keyfiyyətcə dəyişməyəcək. Əməkhaqqının artımı çox zəif olacaq.
Ən yüksək artım 2025-ci ildə gözlənilir - 2,1%, 2035-ci ildə isə bu rəqəm cəmi 1,6% olmalıdır. ABŞ dolları ilə rublun kursunun 2025-ci ildə 76,9, 2035-ci ildə isə 78,4 olması gözlənilir. Mütəxəssislər ondan narahatdırlar ki, əhalinin iqtisadi cəhətdən fəal hissəsi 2025-ci ildə 72,3 milyondan 2035-ci ildə 68,1 milyon nəfərə qədər azalacaq (bax: əvvəlki mənbəyə).
Alternativ proqnozlar: bədbinlikdən zəif nikbinliyədək
Diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, İqtisadi İnkişaf Nazirliyinin hətta ən nikbin proqnozlarında belə ürəkaçan faktlar çox azdır. Məsələn, “məqsədli” inkişaf ssenarisinə görə, 2025-ci ildə iqtisadi inkişaf cəmi 4,4% təşkil edə bilər. Neftin qiyməti isə 62,9 ABŞ dolları olar. Bu variantda da iqtisadiyyatın xammal üzərində inkişafı modeli əsas götürülür. 2035-ci ildə neftin qiyməti 76,7 ABŞ dolları ola bilərsə, iqtisadi inkişaf tempi azalaraq 3,3% civarında tərəddüd edər (bax: əvvəlki mənbəyə).
Deməli, rəsmi olaraq Rusiyada 2035-ci ilə qədər elə bir inkişaf gözlənilmir. Bu, uzunmüddətli durğunluq deməkdir. Mütəxəssislər əsas maneə kimi İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına uyğun olaraq Maliyyə Nazirliyinin vəsait ayıra bilməməsini göstərirlər. Bu ziddiyyətin aradan qaldırılması yolu isə hələlik tapılmayıb.
“FBK”-nın Strateji Təhlil İnstitutunun gəldiyi qənaətlər daha bədbin xarakterlidir. Onun verdiyi analizə görə, Rusiya iqtisadiyyatının əsas problemi struktur səviyyəsində ziddiyyətlərin olmasındadır. Bu vəziyyətin də yaxın perspektivdə düzələcəyi gözlənilmir. Bu səbəbdən indi tənəzzülün sürətinin yavaşıması müvəqqəti xarakter daşıyır. Gələn il müəyyən dərəcədə iqtisadi irəliləyiş müşahidə oluna bilər. Lakin ilin sonunda ÜDM 1% azala bilər. Rəsmi dairələrin inkişafla bağlı verdikləri vədlər əsassızdır. Bunun əsas səbəbi ölkə iqtisadiyyatının strukturunun qüsurlu olması və bu sahədəki disproporsiyanın mövcudluğudur. Ümumiyyətlə, “FBK” yaxın 3 ildə Rusiyada inkişafın olacağını proqnozlaşdırmır (bax: Petr Orexin. Trevojnıy semnadüatıy qod / “Qazeta.Ru”, 2 dekabr 2016).
A.Kudrinin rəhbərlik etdiyi təhlil mərkəzi də sürətli inkişafı proqnozlaşdırmır. Bu mərkəzin qənaətinə görə, Rusiya yalnız 2024-cü ildən sonra dünya üzrə orta inkişaf səviyyəsinə çıxa bilər. 2025-ci ildə ÜDM-in artımı yalnız 30% ola bilər. Bu isə ölkədə 6-7 il müddətində iqtisadi strukturda köklü islahatların aparılması halında mümkündür. Həmin proqnozda əməkhaqqıların 2035-ci ildə 1,9 dəfə artacağı, inflyasiyanın isə 4%-dən 2,4%-ə düşəcəyi göstərilir. ÜDM-in 2035-ci ildə 2 dəfə artacağını A.Kudrinin rəhbərlik etdiyi mərkəz proqnozlaşdırır (bax: Petr Orexin. Kudrin ne verit v bıstrıy rost / “Qazeta.Ru”, 7 noyabr 2016).
Yuxarıdakı təhlillər onu göstərir ki, Rusiyanın 20 il müddətində inkişaf strategiyası müəyyən ziddiyyətli məqamlarla xarakterizə olunur. Bütövlükdə ölkənin analitik mərkəzləri ciddi dəyişiklik proqnozlaşdırmırlar. Yalnız A.Kudrinin rəhbərlik etdiyi mərkəz islahatların aparılması halında 20 ildən sonra inkişaf sürətinin arta biləcəyini proqnozlaşdırır. Maraqlıdır ki, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi A.Kudrin qədər nikbin proqnozlar vermirlər. Müxalif “FBK” isə daha bədbin nəticələri gözləyir.
Deməli, yaxın illərdə Rusiyanın sosial-iqtisadi vəziyyəti daha çox siyasi islahatların aparılmasından asılı ola bilər. Əgər bu istiqamətdə demokratikləşmə prosesi ciddi ölçüdə aparılsa, iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yüksəlməsi müşahidə olunacaq. Başqa variantlarda köklü irəliləyiş gözlənilmir. Belə çıxır ki, Avrasiya məkanının ən böyük dövlətində hansı sosial-iqtisadi proseslərin üstünlük təşkil edəcəyi yaxın perspektiv üçün dəqiq deyil.
Bu isə regionun başqa ölkələrində də risk faktorunun qalacağı anlamına gəlir. Yalnız müstəqil siyasət yeridən dövlətlərdə davamlı inkişafı müşahidə etmək mümkün olacaq və yuxarıda vurğulanan riskli məqamlardan onların kənarda qalacağını demək mümkündür.
Newtimes.az

 
  • Oxunub:  8640  |  
  • Tarix:  21-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA