Ana səhifə »  Dünya »  Karlov sui-qəsdi: Yaxın Şərqdə geosiyasi dönüş nöqtəsidirmi?
A+   Yenilə  A-
Karlov sui-qəsdi: Yaxın Şərqdə geosiyasi dönüş nöqtəsidirmi?

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ciddi geosiyasi rezonans doğurub. Hadisənin qınanılması gözləniləndir. Heç bir ölkə belə faciələrin olmasını istəməz. Çünki hər bir dövlətin diplomatı var və ona qarşı terrorun baş verməsi qəbuledilməzdir. Konkret olaraq Türkiyə diplomatiyası erməni terroruna çoxlu sayda qurban verib. İndi A.Karlovun qətli səbəblərinin aydınlaşmasında hamıdan çox Ankaranın da marağı vardır. Məsələnin digər tərəfi Yaxın Şərqdə geosiyasi mübarizənin amansızlığı ilə bağlıdır. Bu terror hadisəsindən sonra Rusiyanın müdafiə naziri S.Şoyqu bəyan etdi ki, Hələbin azad edilməsində Türkiyənin böyük rolu olub. Moskvada xarici işlər nazirləri S.Lavrov, M.Çavuşoğlu və M.C.Zərif arasında danışıqların uğurlu olması bu baxımdan çox maraqlıdır. Bu, Yaxın Şərqlə bağlı Rusiyanın yeni koalisiya yaratması deməkdirmi? Və bu üçlük ABŞ-ın formalaşdırdığı beynəlxalq koalisiya ilə hansı münasibətlərdə olacaq? Axı Türkiyə həm də Amerikanın yaratdığı koalisiyanın üzvüdür! Ekspertlərin fikirləri işığında bu kimi suallara cavab axtarmaq maraqlıdır.
Səfirin qətli: rus-türk dostluğunun aktiv carçısı
Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi birmənalı olaraq Yaxın Şərqdəki geosiyasi vəziyyətlə əlaqələndirilir. Hadisəni törədən adamın Mert Altıntaş adlı polis əməkdaşının olması məsələyə xüsusi çalar verir. Sifarişçinin kim olması aspektində bir sıra versiyalardan bəhs edilir. Hətta M.Altıntaşın 2014-cü ildə Konyaya və 2015-ci ildə Bursaya səfərlərində Rəcəb Tayyib Ərdoğanın təhlükəsizliyini qoruyanlar arasında olduğu haqqında informasiyalar yayılıb (bax: Büyükelçinin katili Mert Altıntaş, Erdoğan’ın seyahatlerinde görev yaptı / “tr.sputniknews.com”, 20 dekabr 2016).
Bundan başqa, onun indi FETÖ ilə ciddi əlaqəsi olduğu danışılan polis məktəbində təhsil aldığı aydınlaşıb. M.Altıntaşın son zamanlar Rusiya səfirini qorumaq tapşırığı alanlar sırasında olduğu da bildirilir. Bundan başqa, onun terroru törətdiyi zaman ərəbcə “Cəbhət-ən-Nusra”nın mövqeyinə yaxın şüar səsləndirməsi müəyyən fikirlər oyadır. Lakin M.Altıntaşın ərəbcə pis danışması bunun aldadıcı manevr olması ehtimalını saxlamaqdadır. Bütün hallarda təhqiqatlardan hadisəni törədənin tək olması, yaxud hansısa təşkilatın əmrini yerinə yetirməsi haqqında dəqiq nəticə alınmayıb.
Bütün hallarda Rusiya səfirini qətlə yetirmək əmrinin haradan və kimlər tərəfindən verildiyini aydınlaşdırmaqda Türkiyə və Rusiya hüquq-mühafizə orqanları qərarlıdırlar. Lakin indi ekspertlər daha çox həmin hadisənin geosiyasi bağlantıları və mümkün nəticələri üzərində düşünürlər. İrəli sürülən tezislər kifayət qədər maraqlıdır. Məsələ ondan ibarətdir ki, mütəxəssislər bunu qlobal geosiyasətin bəzi aspektləri ilə əlaqələndirirlər. İlk növbədə səfir A.Karlovun fəaliyyətinin bir sıra məqamlarına diqqət çəkirlər.
Rusiyanın Ankaradakı səfiri A.Karlovun aktiv surətdə iki ölkə arasında münasibətlərin inkişafına çalışdığını deyirlər. O, məlum təyyarə böhranında Moskvaya həqiqətləri anladan əsas fiqurlardan biri olub. Son dövrlərdə isə suriyalı müxaliflərlə əlaqələr yaratmağa çalışırmış. A.Karlov bunu dialoq və barış naminə edirmiş. Bu fəaliyyətinə görə A.Karlovun türk diplomatlar arasında hörməti çoxmuş. Prezident Vladimir Putinin də ona ən əhəmiyyətli vəzifələr tapşırdığı haqqında da yazırlar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, Rusiya səfirinin fəaliyyəti kimlərisə qane etmirmiş. Özü də A.Karlovun işlərinə bir neçə aspektdə mane olmağa qərar verə bilərdilər.
Birincisi, A.Karlov Yaxın Şərqin açar ölkəsi olan Türkiyə ilə Rusiyanın əməkdaşlığını strateji səviyyəyə yüksəltmək üçün əlindən gələni edirmiş. O bilirdi ki, Türkiyəsiz həmin regionda uğur qazanmaq mümkün deyildir. Hələb məsələsi bunu konkret faktlarla təsdiq etdi. İndi Rusiyanın müdafiə naziri Sergey Şoyqu etiraf edir ki, Hələbdən Türkiyəyə yaxın müxalif qüvvələrin İdlibə çıxarılması öz rolunu oynayıb. Məhz türklərin dəstəyi ilə regionda terror qrupları ilə əsl müxalif qüvvələri bir-birindən ayırmaq mümkün olub. Bu işi illərdir ki, Rusiya ABŞ-la görə bilmirdi (bax: “Estğ plan po razdelu Sirii” / “gazeta.ru”, 20 dekabr 2016).
Suriya böhranı: alternativ koalisiya, yoxsa yeni regional geosiyasi konfiqurasiya?
İkincisi, A.Karlov Yaxın Şərqdə Rusiyanın dövlət maraqlarının təmin edilməsi üçün vacib addımlar atırmış. Konkret olaraq Suriyada Moskvanın geosiyasi maraqlarının təmin edilməsi üçün fəallıq göstərirdi. Həmin sırada səfirin müxaliflərlə əlaqə qurması ciddi siqnal idi. Çünki danışıqlar alınsaydı, maraqları nəzərə almaqla ortaq mövqeyə gəlmək mümkün olardı. Bunu isə məlum dairələr, təbii ki, arzulamırdılar. Onlar təşəbbüsün Rusiyanın əlinə keçməsinə razı olmaq istəməzdilər. Həmin bağlılıqda regionda Rusiya və Türkiyənin mərkəzində dayandığı yeni əməkdaşlıq formatının yaranmasından narahatlıq keçirənlər ola bilərdi. Bu, faktiki olaraq Yaxın Şərqdə yeni geosiyasi konfiqurasiyanın meydana gəlməsi deməkdir.
Üçüncüsü, Moskvada Suriya məsələsi ilə bağlı Ankara-Moskva-Tehran görüşü planlaşdırılırdı. Bu müzakirələrin regionda geosiyasi qüvvələr nisbətini ciddi dəyişə biləcəyindən ehtiyatlanırlar. Konkret olaraq bir sıra dairələr müharibə meydanında olduğu kimi, diplomatik sahədə də təşəbbüsün Rusiyanın əlinə keçməsindən narahatdırlar. Bu, onların illərdir Yaxın Şərqdə qurduğu oyunlara ciddi zərbə olardı. Bunu Kreml tam anlayır və çalışırdı ki, Türkiyə kimi güclü və nüfuzlu bir dövləti öz tərəfinə çəksin. A.Karlovun Müasir Sənətlər Mərkəzində bir mədəniyyət tədbirində qətlə yetirilməsi Ankara ilə Moskva arasında etimadsızlıq yaratmağa xidmət edə bilərdi. Lakin bu işi görənlər xeyli sadəlövh davranıblar. Bəlkə də, müəyyən qədər gecikiblər.
Çünki, əvvəla, artıq təyyarə böhranı ilə bağlı anlaşılmazlıqdan yaranan təcrübə vardı və Türkiyə ilə Rusiya ikinci dəfə tora düşməzdilər, ikincisi, terror hadisəsini Moskvada Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif arasında görüşün başlamasına cəmi bir gün qalmış həyata keçirdilər. Adi düşüncə belə, bunun bir təxribat olduğunu dərk edə bilərdi. Buna görə də həm Rusiya, həm də Türkiyə tərəfdən münasibətlərin pozulmasına imkan verilməyəcəyi ilə bağlı bəyanatların yayılması tam gözlənilən idi. Lakin hadisənin olması faktının özü tərəfləri bir daha ehtiyatlı olmağa dəvət edir.
Mümkündür ki, terroru törədənlərin əsas məqsədi Moskva görüşünü pozmaq olmayıb. Onlar daha qabağa getdikləri təqdirdə daha nələrin ola biləcəyi barədə xəbərdarlıq edirlər ki, “hər yerdə və hər zaman gözləmədiyiniz zərbəni ala bilərsiniz”. Maraqlıdır ki, bunlara baxmayaraq, Rusiya və Türkiyə qətiyyətlə əməkdaşlığı inkişaf etdirməkdədirlər. Moskva danışıqları bunun bariz nümunəsi olub.
Rusiya, Türkiyə və İran Suriya ilə bağlı birgə bəyanat veriblər. Onlar bu ölkədə dinc yolla münaqişənin həllində əməkdaşlıq edəcəklərini bildiriblər. Rusiyalı ekspertlər hesab edirlər ki, bu, Suriyada Türkiyə və Rusiyanın maraqlarının tam üst-üstə düşməsi əlaməti sayıla bilməz. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi İrina Zvyaqelskaya deyib ki, “Əlbəttə, Suriyada Moskva və Ankaranın maraqları üst-üstə düşmür” (bax: əvvəlki mənbəyə). Lakin bu iki dövlət qarşılıqlı maraqlarını gözləməklə dinc yolla problemi aradan qaldırmaq üçün çalışa bilərlər. Aparılan danışıqlarda Suriyanı nüfuz dairəsinə bölməklə bağlı razılığın olduğunu vurğulayırlar (bax: əvvəlki mənbəyə).
Suriyanın şimalında Türkiyənin, hərbi infrastrukturlara nəzarətdə Rusiyanın və hakimiyyətdə şiələrə loyallığın olmasında, “Hizbullah”a İran tərəfdən çıxışın təmin edilməsində İranın maraqları gözləniləcək. Müasir Yaxın Şərqi öyrənən Sankt-Peterburq Mərkəzinin rəhbəri Qumer İsayev bu qənaətdədir ki, Rusiya, Türkiyə və İran həmin məsələlərdə ortaq mövqeyə gəliblər (bax: əvvəlki mənbəyə).
Lakin ekspertlər onu da vurğulayırlar ki, bütün bunlar Suriya böhranının tam olaraq Moskva, Ankara və Tehran xəttində həll olunacağını gözləmək anlamına gəlməməlidir. Çünki meydanda böyük geosiyasi oyunçular vardır. O cümlədən ABŞ, Avropa ölkələri, Səudiyyə Ərəbistanı, Qətər və digərlərinin maraqları təmin edilməlidir. Bunun necə olacağı məlum deyil. Həmin səbəblərdən ekspertlər daha çox konkret nəticələrdən danışmağa üstünlük verirlər.
Onların sırasında isə geosiyasi aspektdə ən maraqlısı ondan ibarətdir ki, Moskva danışıqlarının Yaxın Şərqdə qüvvələr nisbətini yeni şərtlər daxilində formalaşdırmağa imkan yaradıb-yaratmaması xüsusi yer tutur. Bu suala cavab vermək hələ tezdir, ancaq artıq məlumdur ki, Rusiya Yaxın Şərqdə ciddi diplomatik addım atdı. Bir qədər əvvəl onun yanında yalnız İran vardı. İndi isə Türkiyə də daxil olmaqla 3 dövlət taktiki və strateji əhəmiyyətli sənəd imzalayırlar. Deməli, irəliyə doğru addım atılıb. Bu məqam Qərbin aparıcı analitiklərinin vurğuladığı yeni geosiyasi qüvvələr nisbətinin formalaşması deməkdirmi? Bu sualın cavabı xeyli dərəcədə Qərbin cavab reaksiyasından aydın olacaq. Bununla yanaşı, istisna etmək olmaz ki, regionda proseslər gərginliyə doğru da gedə bilər. Hansı ssenarinin reallaşacağını zaman göstərəcək.
Newtimes.az

 
  • Oxunub:  15300  |  
  • Tarix:  28-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7