Ana səhifə »  Dünya »  Böyük siyasətin mürəkkəb oyunları: Trampın kadr siyasəti və reallıqlar
A+   Yenilə  A-
Böyük siyasətin mürəkkəb oyunları: Trampın kadr siyasəti və reallıqlar

ABŞ-ın yeni prezidentinin yüksək vəzifələrə təyin edəcəyi namizədlərin hər biri dünya mediasında ciddi müzakirə obyektinə çevrilir. Bu, bir tərəfdən, Amerikanın ən güclü dövlət olması ilə bağlıdırsa, digər tərəfdən, namizədlərin şəxsiyyətləri ilə əlaqəlidir. Bu sırada dövlət katibliyinə təyin edilə biləcək biznesmen Reks Tillersonun adı ətrafında kifayət qədər geniş müzakirələr başlayıb. Onun Rusiya Prezidenti V.Putinlə şəxsi dostluq münasibətlərinin olması haqqında informasiyaların yayılması müəyyən ajiotaj yaradıb. Bu, MKİ-nin Amerikadakı seçkilərə Kremlin təsir etməsi ilə bağlı ifadə etdiyi fikirlərin fonunda Qərb siyasi təfəkkürü üçün xeyli qıcıqlandırıcı görünür. Çünki belə nəticə çıxır ki, Amerika kimi qüdrətli ölkədə siyasi hakimiyyətin seçilməsində Moskvanın rolu var! Buna inananlar da, inanmayanlar da ola bilər. Ancaq əsas odur ki, belə informasiyalar Qərb siyasi dairələrinə istər-istəməz təsir edir. Bu mənada həmin məlumatların məqsədli şəkildə hallandırıldığı barədə düşünmək olar. Məhz bu kimi tezislərin işığında D.Trampın kadr siyasəti necə təsir bağışlayır?
Biznesdən siyasətə keçid: risklər və təhlükələrlə dolu fəaliyyət
Donald Trampın ABŞ-ın prezidenti seçilməsini analitiklər adi hadisə kimi qəbul etməməkdə davam edirlər. Onların əksəriyyəti bunun Amerikanın xarici siyasətində hətta strateji olaraq ciddi dəyişikliklərə səbəb ola biləcəyinə inam ifadə edir, həmin kontekstdə də D.Trampın məsul vəzifələrə kimləri təyin etməsini böyük maraqla izləyirlər. Reallıq ondan ibarətdir ki, D.Tramp kadrları xüsusi qaydada seçir. Demək olar ki, Ağ Evdə ənənəvi siyasi isteblişmentdən əsər-əlamət qalmır. Sarayın sahibləri sözün əsl mənasında dəyişir.
Mütəxəssislərin diqqətini çəkən məqamlar arasında Amerikanın bütövlükdə xarici siyasət strategiyasında hansı dəyişikliklərin baş verə biləcəyi ayrıca yer tutur. O cümlədən ABŞ-Rusiya münasibətlərinin gələcəyi aktuallıq kəsb edir. Bu kontekstdə D.Trampın iş adamı, “ExxonMobil” şirkətinin başçısı Reks Tillersonu dövlət katibi postuna nəzərdə tutması çox geniş rezonans doğurub. Bu mövzu ilə bağlı ətraflı təhlillər aparılır və müxtəlif proqnozlar verilir.
Öncə xatırladaq ki, “ExxonMobil” enerji sahəsində dünya miqyasında xüsusi çəkisi olan şirkətlərdəndir. O cümələdən 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin üzvü kimi “Əsrin müqaviləsi”ndəki payı 8%-dir. Bu şirkət “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft-qazçıxarmada iştirak edir. Şirkət dünyanın bir çox ölkəsi ilə əməkdaşlıq edir. Rusiya və Ukraynada da fəaliyyət göstərir. “ExxonMobil”in rəhbəri R.Tillerson Rusiyadakı işlərinə görə V.Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Bu, R.Tillersonun 2013-cü ildə “Rosneft”lə Arktikanın Rusiyaya aid hissəsində neft çıxarmaqla bağlı əməkdaşlıq sazişi imzalamasından sonra baş verib (bax: Mixail Buşuev. Kak buduhiy qossekretarğ SŞA mojet sblizitğ Vaşinqton i Moskvu / “Deutsche Welle”, 13 dekabr 2016).
Ümumiyyətlə, R.Tillersonla V.Putin arasında yaxın münasibətlərin olmasından bəhs edilir. Həmin aspektdə də R.Tillersonun Rusiya ilə ABŞ arasında münasibətləri müsbətə tərəf dəyişəcəyi ilə bağlı rəylər mövcuddur. Bir sıra ekspertlər isə Rusiya məsələsinə bütövlükdə Vaşinqtonun xarici siyasət kursunu yeniləşdirmək çərçivəsində yanaşmağı daha doğru hesab edirlər. Tom Svitser yazır ki, “Tillersonun təyinatı ondan xəbər verir ki, Amerikanın xarici siyasəti köklü yenidən qiymətləndirmə fazasına qədəm qoyur” (bax: Tom Switzer. What Rex Tillerson’s Nomination Means for Russia Policy / “The National Interest”, 13 dekabr 2016).
Müəllif konkret olaraq D.Trampın hakimiyyətlə gücün ayıqlıqla qiymətləndirildiyi reallığa əsaslanaraq hərəkət edəcəyini vurğulayır. O, D.Trampın Barak Obamanın Pax Americana haqqındakı arzu və xəyalları ilə deyil, konkret faktlara görə davranacağından bəhs edir (bax: əvvəlki mənbəyə). Bu bağlılıqda D.Trampın Moskva ilə kompromisə çalışması, onunla dialoq qurmaq üçün addımlar ata bilməsini istisna etmir. Məhz bu aspektdə də müəllif R.Tillersonun müsbət rol oynaya biləcəyi qənaətinə gəlir.
Dünya güclərinin savaşı: Vaşinqton-Moskva-Pekin xəttinin gərginlikləri
Ancaq fərqli yanaşma da vardır. Məsələn, Henri Kissincer R.Tillersonun dövlət katibi kimi fəaliyyəti ilə şirkət rəhbəri olaraq apardığı işlər arasında ciddi fərqlərin olacağını vurğulayır (bax: Kissinger at 93 Expounds on Rex Tillerson, ‘One-China’ and Trump / “bloomberg.com”, 14 dekabr 2016). Amerika diplomatiyasının patriarxı deyib: “Mən onun (R.Tillerson nəzərdə tutulur - Newtimes.az) Rusiyaya münasibətdə ifrat dostluğa meyil etməsi haqqında deyilənlərə fikir verməzdim... Biz bu münasibətlərə şəxsi müstəvidə baxmamalıyıq. Putinin öz ölkəsində çalışan biznesmenə dost və ya qeyri-dost münasibətdə olması R.Tillersonun dövlət katibi kimi hansı işləri görməli olduğunu müəyyənləşdirmir” (bax: əvvəlki mənbəyə).
Ekspertlər onu da qeyd edirlər ki, 2017-ci ildə R.Tillerson “ExxonMobil”in rəhbərliyindən getməlidir. Bu zaman o, şirkətdəki payının hamısını satacaq. Onun miqdarı isə az deyil - 149-218 milyon ABŞ dolları civarında olduğu haqqında informasiyalar vardır. Bütün hallarda R.Tillersonun bir neçə aydan sonra bizneslə birbaşa bağlantısı olmayacaq. O halda yeni dövlət katibinin heç kimin qarşısında bizneslə bağlı öhdəliyi də qalmayacaq. Deməli, H.Kissincer haqlıdır - R.Tillerson dövlət katibi kimi fərqli xətt yeridəcək. Əslində, ABŞ kimi böyük bir dövlət üçün bu, gözləniləndir. Lakin burada siyasətçilərin diqqət yetirdiyi başqa özəllik də vardır.
Məsələ ondan ibarətdir ki, siyasətdə güclü fərdlər heç də həmişə bir komanda ola bilmirlər. Onlar ayrılıqda öz işlərini gözəl yerinə yetirə bilərlər, lakin birgə fəaliyyətdə komanda olmaq digər faktorları da nəzərdə tutur. Bu baxımdan Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanovun R.Tillersonun təyinatı ilə əlaqədar dedikləri düşündürücüdür. O, “RİA Novosti” agentliyinə verdiyi müsahibədə deyib ki, “Tillerson yalnız biznes sahəsində tanınmır”.
Bununla yanaşı, “komandanın seçilməsi həmişə mürəkkəb işdir. Burada yalnız peşəkarlar deyil, həm də ortaq siyasi baxışları olanların və onları praktikada həyata keçirə bilənlərin olması lazımdır. Zaman faktoru da böyük əhəmiyyət kəsb edir: beynəlxalq həyat yerində dayanmır və dövlət katibi təyin edilən günün səhərisi çoxlu sayda problemlərin həlli ilə məşğul olmaq lazım gəlir” (bax: İqorğ İvanov: Reks Tillerson - fiqura, izvestnaə ne tolğko v mire biznesa / “ria.ru”, 14 dekabr 2016).
Yuxarıdakı təhlili müqayisələrdən belə çıxır ki, D.Trampın təyinatları ilə bağlı müşahidə edilən müzakirələr daha çox informasiya savaşı xarakteri daşıyır. Mütəxəssislər və siyasətçilər hələlik nəyin necə olacağını dəqiq bilmir, buna görə də müəyyən informasiyaları ortaya atıblar. Bir növ Vaşinqtonun nəbzini yoxlamağa çalışırlar. Bunun Rusiya tərəfdən daha çox müşahidə olunması təbii haldır. Çünki Moskva üçün həyat əhəmiyyətli bir mərhələ başlayıb. Onun Qərblə yanaşı, Çinlə də quracağı münasibətlərinin məzmunu aktual olaraq qalır. Zahirən ümidverici görünən məqamların çoxluğuna baxmayaraq, reallıq fərqli faktları ortaya qoymaqdadır.
Görünür, məhz bu səbəbdən də bir sıra ekspertlər D.Trampın Rusiyanı öz yanına çəkərək, birlikdə Çinə qarşı mövqe tutacağından bəhs edirlər. Artıq Vaşinqton-Pekin xəttində müəyyən problemlər özünü göstərməkdədir. Burada proseslərin iki istiqamətdə inkişafından bəhs etmək olar. Birincisi, Moskva Vaşinqton-Pekin ziddiyyətlərindən istifadə edərək, düşünülmüş manevrlərlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışa, həm ABŞ, həm də Çinlə münasibətlərini inkişaf etdirə bilər. İkincisi, Rusiya konkret mövqe tutaraq ya ABŞ-ı, ya da Çini seçə bilər. Bu halda onun əvəzində hansı şərtləri qoyacağı daha maraqlıdır. Yəni dünyada nüfuz dairəsini Kremlin kiminlə bölüşəcəyi vacib məqamdır. Bu seçimin dünyanın taleyini dəyişə biləcəyini demək mümkündür.
Nəhayət, bunlardan başqa, Henri Kissincerin keçən əsrin 70-80-ci illərində etdiyini Reks Tillerson təkrarlamağa çalışar. Təbii ki, bir qədər başqa məzmunda. Yəni Amerika bu dəfə Rusiya, yaxud Çini tərəfdaş kimi seçib, ondan digərinə qarşı istifadə etməyə cəhd göstərə bilər. Bu keyfiyyətdə tərəfdaş kimi indi müəmmalı görünən Çinə üstünlük verilə bilər. Böyük siyasətdə absurd təsiri bağışlayan şeylər belə reallığa çevrilə bilir. Dostluğun deyil, maraqların əsas olduğu indiki mərhələdə bu, nəyə görə olmasın?
Newtimes.az

 
  • Oxunub:  14910  |  
  • Tarix:  29-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb
16 İyul 09:39
“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
16 İyul 09:38
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasına töhfə verir
16 İyul 09:33
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
16 İyul 09:30
Türkiyədə Azərbaycan dilində olan xəbər portalı fəaliyyətə başlayıb
15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24