Ana səhifə »  Dünya »  “Reina” terrorundan sonra: geosiyasət və yeni təhlükəsizlik riskləri
A+   Yenilə  A-
“Reina” terrorundan sonra: geosiyasət və yeni təhlükəsizlik riskləri

İstanbulda Yeni il gecəsi baş verən terror hadisəsi müxtəlif səviyyələrdə reaksiya doğurub. Siyasətçilər və ekspertlər bunun ciddi geosiyasi təsirinin olduğunu vurğulayır, o cümlədən Yaxın Şərqdə böyük dövlətlərin nüfuz uğrunda savaşının prinsipcə fərqli səviyyəyə yüksələ biləcəyini təxmin edirlər. Burada yeni geosiyasi konfiqurasiyaların meydana gəlməsi də istisna edilmir. Rusiya və Türkiyənin Suriya məsələsində ortaq hərəkət etməsi onun ilk əlamətlərindən sayıla bilər. Lakin məsələ bununla məhdudlaşmır. ABŞ, İsrail, Aİ ölkələri və Yaxın Şərqin bir sıra böyük dövlətlərinin fəallığı artırması gözləniləndir. Bunların fonunda Yaxın Şərqin coğrafi sərhədlərinə yaxın olan regionlarda da terror dalğasının meydana gəlməsi ehtimalından bəhs edilir. Onun regional və qlobal təhlükəsizliyə təsiri məsələsi kifayət qədər maraqlı görünür.
İstanbulda partlayış: davamı harada ola bilər?
Türkiyənin İstanbul şəhərindəki “Reina” gecə klubunda baş verən terror hadisəsi faktiki olaraq Yaxın Şərqin geosiyasi mənzərəsinə ciddi təsir edən faktorlardan biri oldu. Siyasətçilər və ekspertlər bunu adi qətliam kimi deyil, müəyyən qüvvələrin düşündükləri geosiyasi planların tərkib hissəsi olaraq qiymətləndirdilər. Həmin prizmadan regionun bütövlükdə geosiyasi dinamikasının hansı fərqli çalarlar kəsb edə biləcəyi maraq doğurur.
Rəsmi Ankara həmin hadisədən sonra da qətiyyətlə bəyan etdi ki, terrora qarşı mübarizəsindən vaz keçməyəcək. Bu, Türkiyəyə qarşı müəyyən planlar quran dairələrə konkret mesaj kimi qəbul olunub. Belə ki, artıq Türkiyənin Yaxın Şərqin əsas söz sahibi olması fakt olaraq tanınmağa başlayıb. Çünki terror aktının miqyasından asılı olmayaraq Ankaranın böyük dövlətlərə xas davranışlar etdiyi qətiləşib. Türkiyənin həmin aspektdə siyasi strategiyasında daxildə, sərhəddə və Yaxın Şərqdə terrora qarşı istənilən yerdə mübarizə aparmaq ana xətti təşkil edir. Bunu reallaşdırmağa da Ankaranın kifayət qədər gücü vardır. Onun konkret təsdiqi Suriya məsələsində özünü göstərdi.
Uzun illərdir ki, dünyanın ən güclü ölkələrinin həll edə bilmədiyi bir məsələni Rusiya və Türkiyə həyata keçirmək üzrədirlər. Onlar Suriya ərazisində atəşkəs mexanizmini işə salıblar. Hazırda müəyyən lokal toqquşmalar nəzərə alınmasa, bu rejimə əməl olunur. Yayılan informasiyalara görə, bəzi qruplaşmaların təxribatlarının qarşısının alınması tam həyata keçirilsə, Suriyada atəşkəs uzunmüddətli ola bilər. BMT-nin də Rusiya və Türkiyənin təşəbbüsünə müsbət reaksiyası öz bəhrəsini verməkdədir. Rəsmi fikirlərə görə, ABŞ bu vəziyyətə ciddi etiraz etmir. Ancaq prosesin tam olaraq gedəcəyi ilə bağlı şübhələri də vardır. Vaşinqton bu məqamla əlaqədar öz mövqeyini Moskva və Ankaraya bəyan edib.
Ekspertlər həmin məsələdə Tehranın necə iştirak edəcəyi ilə bağlı konkret fikir bildirmirlər. Onlar hesab edirlər ki, İran müəyyən dərəcədə Ankaranı qısqana bilər. Lakin böyük miqyasda bunun belə olacağı az gözləniləndir. Çünki Rusiya İranın əldə edilən razılığa əməl etməsində son dərəcə maraqlıdır. Məsələnin geosiyasi konteksti məhz bu məqamla sıx bağlı görünür.
Real vəziyyət belədir ki, Moskva Yaxın Şərqdə geosiyasi təşəbbüsü ələ almağa çalışır. Bu işdə ona ən çox Türkiyə kömək edə bilər. Praktika göstərdi ki, Ankaranın Suriyadakı qruplara təsiri ciddi səviyyədədir. Buna görədir ki, rəsmi Moskva bir neçə dəfə Türkiyəyə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Digər tərəfdən, bunlar Ankara ilə Moskvanın regionun geosiyasi mənzərəsi ilə bağlı bütün aspektlərdə ortaq fikirdə olduğu anlamına gəlmir. Suriya ilə yanaşı, İraq, Qafqazda Gürcüstan və Şərqi Avropada Ukrayna məsələlərində iki ölkə arasında mövqe fərqləri qalmaqdadır.
Xarici işlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrin səfirləri ilə ənənəvi görüşündə bəyan edib ki, Ankara Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Konkret olaraq, Krımı Ukrayna ərazisi hesab edir. Suriyada əsas razılıq ölkənin siyasi gələcəyi ilə bağlıdır. Lakin sonrakı proseslərdə hansı qüvvənin necə iştirakı haqqında ortaq mövqe yoxdur. İraqda kürdlərin siyasi statusu məsələsində də Moskvanın öz mövqeyi vardır. Bunlar onu göstərir ki, Rusiya ilə Türkiyə Yaxın Şərqdə konkret çərçivələrdə əməkdaşlıq edir və onun necə dəyişəcəyi hələlik məlum deyil. Buna baxmayaraq, Türkiyənin də dəstəyi sayəsində Rusiya Yaxın Şərqdə əsas söz sahibi olmaq statusunu təsdiqləmiş olur. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdəki əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu da Ankara və Moskvanı qane edir.
Yeni əməkdaşlıq formulları və təhlükəsizlik: risklər azalmır
Bütün bunlara görə, Tehranın Türkiyə-Rusiya əlaqələrinin inkişafına mane olacağı ehtimalı azdır. Lakin İran öz marağına uyğun siyasət yeridəcək. Bu da təbiidir. Çünki İran regionun böyük dövlətlərindəndir və daim öz geosiyasi nüfuzunu qorumağı bacarır. Deməli, Yaxın Şərqdə Rusiya, Türkiyə və İranın daxil olduğu potensial geosiyasi əməkdaşlıq konfiqurasiyası yarana bilər. Terror hadisələrinə bu bucaq altında baxsaq, daha maraqlı geosiyasi məqamları görə bilərik.
Bu kontekstdə Qərbin Yaxın Şərq siyasətinin məzmunu daha çox diqqəti cəlb edir. ABŞ-ın yeni rəhbərliyinin xarici siyasətdə dəyişiklik etmək istəyi barədə kifayət qədər informasiyalar yayılıb. Lakin onun konkret məzmunu məlum deyil. O cümlədən Yaxın Şərqdə Amerikanın tutacağı mövqe haqqında fərqli fikirlər səslənir. D.Trampın B.Obamadan daha çox İsraili dəstəkləyəcəyi barədə fikirlər səsləndirilir. O halda Fələstin məsələsinin necə həll ediləcəyi sual kimi qarşıda durur. Məsələnin digər tərəfi İran faktoruna bağlıdır. Təl-Əviv Tehranla Qərbin əməkdaşlığından razı olmadığını açıq bildirir. Bu istiqamətdə İsrail-Qərb münasibətlərindəki qeyri-müəyyənlik qalmaqdadır.
Müsəlman ölkələrinin İsraillə münasibətləri bundan sonra hansı aspektdə inkişaf etdirəcəyi hələ tam aydın deyil. Qüdsdə törədilən terror aktı, ekspertlərin rəyincə, qarşıdurmanın güclənə biləcəyinin siqnalıdır. Sıxışdırılan İŞİD imkan olan yerdə terror olayları törədir. Bunun bütövlükdə regionu xaosa sürükləyə biləcəyi heç də inkar edilmir.
Maraqlıdır ki, Türkiyə bir qədər dolaşıq olan belə situasiyada Avropa İttifaqına daxil olmaq strategiyasını dəyişmədiyini bəyan edib. Rəsmi Ankara Yaxın Şərqdə Aİ ölkələrinin terrora qarşı mübarizədə Türkiyəyə dostcasına yanaşmadıqlarına baxmayaraq, üzvlük strategiyasını dəyişmədiyini bəyan edir. Bunu ekspertlər ciddi mesaj hesab edirlər. Əslində, mütəxəssislər Türkiyənin Avropaya münasibətdə ənənəvi mövqeyində qaldığı, lakin özünün maraqlarını sona qədər müdafiə etmək əzmində olduğunu vurğulayırlar. Bunun fonunda Ankaranın Rusiya, İran və Çinlə əlaqələrini yeni səviyyəyə yüksəldə biləcəyini düşünmək olar.
Yuxarıda vurğuladığımız məqamlar Türkiyənin terrorla mübarizəsində geosiyasi faktorun ciddi yer tutduğunu göstərir. Deməli, məsələ heç də hansısa terror təşkilatının qisas almaq istəyindən ibarət deyil. Bu hadisələrin arxasında böyük geosiyasi və informasiya savaşı dayanır. Siyasi liderlər etiraf edirlər ki, Yaxın Şərqin geosiyasi mənzərəsi yenidən yaradılır. Orada böyük dövlətlər daha çox yer tutmaq uğrunda gərgin mübarizə aparmaqdadırlar.
Bu qənaətin işığında həmin savaşın yaxın regionlara sıçraya biləcəyi ehtimalı necə görünür? Etiraf etmək lazımdır ki, ekspertlər uzun zamandır ki, bu məsələ barədə təhlil aparırlar. Onlar terror dalğasının Qafqaz və Mərkəzi Asiyaya da keçə biləcəyindən ehtiyatlanırlar. Maraqlıdır ki, burada əsas rolu İŞİD-in oynaya biləcəyindən bəhs edirlər. Bu iddia İŞİD-i məhv etməklə bağlı dünyanın böyük dövlətlərinin verdikləri vədlər fonunda xeyli dərəcədə düşündürücü görünür.
Çünki əgər İŞİD-in hətta Yaxın Şərqə yaxın regionlara yayılması ehtimalı varsa, bu, o deməkdir ki, həmin təşkilatla mübarizə daha çox sözdədir. Eyni zamanda, İŞİD-in hansı dairələr tərəfindən yaradıldığı və hələ də nəzarətdə saxlandığı ilə bağlı şübhələr daha da şiddətlənir.
Bunlar son zamanlar Türkiyədə baş verən terror hadisələrinin başqa ölkələrə də yayılması ehtimalını təsdiqləyir. Yəni mümkündür ki, Yaxın Şərqdə böyük dövlətlərin geosiyasi mübarizəsi daha da şiddətlənsin və yeni məkanda onun təzahürləri özünü göstərsin. O halda regional münaqişələrin həlli məsələsinin də təxirə salına biləcəyi ehtimalı meydana çıxır. Bu ssenari qlobal təhlükəsizliyi təhdid edən amillərin meydana gəlməsinə aparıb çıxarar.
Newtimes.az

 
  • Oxunub:  19590  |  
  • Tarix:  18-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

21:50
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib
21:32
21 Yanvar
Azərbaycanlı deputat: Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır
21:30
21 Yanvar
Prezident İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib
21:26
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
20:55
21 Yanvar
Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində olub
20:49
21 Yanvar
Əhliman Əmiraslanov: İcbari tibbi sığorta sistemin tətbiq edildiyi pilot rayonlarda nəticələr çox müsbətdir
19:53
21 Yanvar
"Milli Şura Azərbaycanın dəyərlərinə hörmət etmir"
19:30
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib
18:52
21 Yanvar
Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
17:34
21 Yanvar
Təhsil Nazirliyində səmərəli fəaliyyətinə görə bir qrup şəxs mükafatlandırılıb
17:26
21 Yanvar
Hadi Rəcəbli: İqtisadi nailiyyətlər əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır
16:59
21 Yanvar
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
16:55
21 Yanvar
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
16:53
21 Yanvar
AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb
16:47
21 Yanvar
Rektor: Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir
16:13
21 Yanvar
Lənkəranda qış turizminin inkişafı üçün əlverişli şərait var
16:11
21 Yanvar
Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkini prosesinə həsr olunmuş müşavirə keçirilib
16:06
21 Yanvar
Gürcüstan Karate Federasiyasının prezidenti: Azərbaycan karatenin inkişafına görə, nəinki regionda, dünyada liderdir
15:18
21 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb
15:13
21 Yanvar
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb
14:56
21 Yanvar
İbrahim İbrahimi: Azərbaycan xalqı cəsarətlə mübarizə apardı və müstəqilliyinə nail oldu
14:53
21 Yanvar
Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub
14:51
21 Yanvar
Mübariz Qurbanlı: Bu gün Azərbaycan sürətlə inkişaf edir
14:25
21 Yanvar
Fayez bin Abdulla Al-Şehri: Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir
14:16
21 Yanvar
Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi Abu-Dabidə də anılıb
14:11
21 Yanvar
Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub
14:09
21 Yanvar
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
14:04
21 Yanvar
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək
12:49
21 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub
12:21
21 Yanvar
TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb
12:19
21 Yanvar
Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib
12:16
21 Yanvar
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan olunub
12:01
21 Yanvar
Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri başa çatıb
11:39
21 Yanvar
Qılıncoynadanlarımız Moskvada güclərini sınayıblar
10:57
21 Yanvar
Azərbaycanın elektrik enerjisi ixracı artıb
10:53
21 Yanvar
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyəti açıqlanıb
10:13
21 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
09:41
21 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:38
21 Yanvar
Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:34
21 Yanvar
Litva portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə yerləşdirilib
09:34
21 Yanvar
Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:32
21 Yanvar
Türkiyə və ABŞ prezidentləri Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsini müzakirə ediblər
17:50
20 Yanvar
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı
16:44
20 Yanvar
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
16:41
20 Yanvar
Elçin Əhmədov: Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini Qarabağdakı erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil
12:45
20 Yanvar
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın yaddaşına həkk olunan mübarizə rəmzidir
12:43
20 Yanvar
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
12:40
20 Yanvar
Hafiz Paşayev: Biz həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
12:39
20 Yanvar
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
12:37
20 Yanvar
Türkiyə-Azərbaycan Dərnəyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:32
20 Yanvar
ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb
12:30
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
12:26
20 Yanvar
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
12:11
20 Yanvar
Əli Əhmədov: Milli Şuranın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır
17:43
19 Yanvar
İtaliyada 20 Yanvar Şəhidlərinin əziz xatirəsi anılıb
17:30
19 Yanvar
Pərvin Kərimzadə: Avropa Parlamentinin bu qərəzli addımı erməni lobbisinin təsiri altına düşən dairələrin növbəti oyunudur
17:28
19 Yanvar
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb
17:26
19 Yanvar
Məcburi köçkün uşaqları üçün intensiv tədris düşərgəsinə seçimlər başa çatıb
17:15
19 Yanvar
AZƏRTAC-ın kollektivi Qanlı Yanvar faciəsinin 29-cu ildönümünü qeyd edib
17:14
19 Yanvar
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir
16:56
19 Yanvar
Deputat: Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir
16:44
19 Yanvar
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
16:27
19 Yanvar
20 Yanvar faciəsi milli istiqlal tariximizin qəhrəmanlıq səhifəsidir
16:23
19 Yanvar
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
16:20
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilib
16:15
19 Yanvar
Ankarada keçirilən konfrans “Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusuna həsr olunub
16:12
19 Yanvar
Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib
16:09
19 Yanvar
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
16:06
19 Yanvar
UNEC-də hər bir tələbə müraciəti araşdırılır
16:01
19 Yanvar
Yaqub Mahmudov: 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA