Ana səhifə »  Dünya »  Yeni xarici siyasət konsepsiyası: Rusiya daha fəal mövqeyə keçir
A+   Yenilə  A-
Yeni xarici siyasət konsepsiyası: Rusiya daha fəal mövqeyə keçir

Moskva 2013-cü ildə xarici siyasət konsepsiyasını yeniləşdirmişdi. O zaman sənəddə qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər xüsusi qeyd olunurdu. Cəmi üç ildən sonra Kreml növbəti dəfə xarici siyasət kursuna yenidən baxmağa qərar verib. Mütəxəssislər bunu dünya səviyyəsində ciddi miqyasda geosiyasi yeniliklərin müşahidə edilməsi ilə əlaqələndirirlər. 2016-cı ilin əvvəllərindən hazırlanan sənəddə həmin özəllik ayrıca vurğulanır. Ölkənin xarici siyasəti də ona uyğun olaraq yeniləşir. Burada müxtəlif istiqamətlərdə Rusiyanın beynəlxalq arenada daha fəal mövqe tutacağı konkret müddəalarla qeyd olunur. Belə görünür ki, Rusiya dünya liderlərindən biri kimi fəaliyyət göstərməyə qərar verib. Onun, təbii ki, müxtəlif aspektləri vardır. Həm böyük dövlətlərə olan münasibətdə, həm də regional münaqişələrin həllindəki iştiraka aid maddələr orada yer alıb. Bütövlükdə götürdükdə, sənəd maraqlı və aktual məsələlərə konkret yanaşma ilə xarakterizə olunur. Onun nə dərəcədə reallaşacağını zaman göstərəcək. Ancaq əhəmiyyətlisi odur ki, Moskva sürətlə dəyişən dünyada özünün yerini və funksiyasını çevik surətdə müəyyənləşdirməyin öhdəsindən gəlir. Bu kontekstdə sənəddə ifadə olunan fikirlərin təhlilinə ehtiyac duyulur.
Üç ildən sonra: dəyişən situasiyaya çevik reaksiya
Prezident Vladimir Putin ölkənin yeni xarici siyasət konsepsiyasının qəbul edilməsi barədə sənəd imzalayıb. Sənəd KİV-də dərc edilib (bax: Konüepüiə vneşney politiki Rossiyskoy Federaüii (utverjdena Prezidentom Rossiyskoy Federaüii V.V.Putinım 30 noəbrə 2016 q.) / “mid.ru”, 1 dekabr 2016). Son olaraq 2013-cü ildə yenilənən (ondan əvvəlki 2008-ci ildə hazırlanmışdı) xarici siyasət konsepsiyasına cəmi 3 ildən sonra yenidən baxılmasına ehtiyac nədən yaranıb?
Mütəxəssislər bu sualı qoyurlar. Cavablarda ifadə olunur ki, keçən müddət ərzində qlobal miqyasda maraqlı siyasi və geosiyasi proseslər baş verib. Onların ən əhəmiyyətliləri yeni sənəddə öz əksini tapıb. Doğrudan da, konsepsiyada Rusiya hakimiyyəti müasir mərhələdə qlobal geosiyasətdə fərqli faktorların meydana gəldiyini vurğulayır. Onların hamısı yekun olaraq ölkənin təhlükəsizliyinin təmini ilə yanaşı, Rusiyanın beynəlxalq arenada fəallığının yeni səviyyəyə yüksəldilməsini nəzərdə tutur.
İlk öncə dünya siyasətinin ağırlıq mərkəzinin Asiya-Sakit okean hövzəsinə keçdiyi vurğulanır (bax: əvvəlki mənbəyə, II hissə 4-cü maddə). Bu, o deməkdir ki, Kremlin fikrinə görə, artıq qlobal geosiyasətin ən aktiv məkanı Qərb deyil, Uzaq Şərqdir. Bu, faktiki olaraq yaxın perspektivdə dünya siyasətində Çinin rolunun ciddi surətdə artacağını qəbul etmək anlamına gəlir. Həmin əsasda da ABŞ-Çin münasibətləri qlobal geosiyasətin ən aktual problemi olaraq qalacaq. Bunun fonunda Rusiya Federasiyasının hansı geosiyasi mövqe tutacağı olduqca maraqlıdır.
Konsepsiyada bu suala cavab var. Belə ki, artıq Moskva yalnız MDB məkanında fəal olmaq niyyətində deyil. Onun hədəfində dünyanın bütün regionlarında təhlükəsizlik, beynəlxalq münasibətlərin tənzimlənməsi və terrorla mübarizədə dominant rola iddia etmək vardır. Həmin kontekstdə sənəddə Suriya, Ukrayna, Moldova, Gürcüstanın adının hallanması diqqəti çəkir. Bundan başqa, mütəxəssisləri Avropa İttifaqı ifadəsindən çox, konkret olaraq Almaniya, Fransa, İspaniya və İtaliya ilə münasibətlərə üstünlük verilməsindən bəhs edilməsi düşündürməkdədir. Belə görünür ki, Moskva Aİ-nin yaxın illər üçün səfərbər olunaraq güclü vahid geosiyasi mövqe tutan təşkilat halına gələ biləcəyinə inanmır. Böyük Britaniyanın Aİ-ni tərk etməsinin “domino effekti” verəcəyinə əmindir. Bu, maraqlı məqamdır, çünki Aİ-nin geosiyasi oyunçu kimi bir qədər arxa plana keçməsi dünya miqyasında ciddi nəticələr verə bilər.
Əvəzində, Rusiya Amerika ilə daha sərt dillə danışmaq qərarına gəlib (bax: əvvəlki mənbəyə, 29-38-ci maddələr). Bunun təməlində duran səbəb mövcud siyasi-hərbi təşkilatların qlobal təhlükəsizliyi etibarlı təmin etməyə yetərli olmamasındadır. Dünya isə polisentrik struktur formasına keçir. Risklər artır, beynəlxalq təhlükəsizlik sisteminin formalaşması üçün ciddi təhdidlər meydana çıxır. Bu mənada terror xüsusi təhlükə törədir. Sənəddə bu kontekstdə İŞİD-in adı tez-tez çəkilir (2013-cü il sənədində bu ifadələr yox idi, bax: məs.; Aleksey Tokarev. Dve konüepüii vneşney politiki: bukvı, slova i smıslı v 2013 i 2016 qodu / “mgimo.ru”, 7 dekabr 2016).
Təhlükəsizliyin təmini və münaqişələrin həlli: Kremlin yeni hədəfləri
Belə şərtlər daxilində Rusiya kənardan olan təsirlərə laqeyd qala bilməz. O cümlədən Vaşinqtonun beynəlxalq hüquqa uyğun gəlməyən və müxtəlif dövlətlərə təzyiq xarakterli davranışlarını qəbul etməyəcək. Onda qlobal miqyasda geosiyasi proseslərin tənzimlənməsində və beynəlxalq hüququn təmin edilməsində əsas rolun BMT-nin üzərinə düşməsi prinsipial əhəmiyyət daşıyacaq. Yeni konsepsiyada həmin məqam xüsusi vurğulanır (bax: Konüepüiə vneşney politiki Rossiyskoy Federaüii (utverjdena Prezidentom Rossiyskoy Federaüii V.V.Putinım 30 noəbrə 2016 q.) / “mid.ru”, 1 dekabr 2016).
Deməli, Rusiyanın yeni xarici siyasət kursunda qlobal miqyasda daha fəal və təsiredici fəaliyyət mühüm yer tutur. Bunu Kreml dünyada, ümumiyyətlə, geosiyasi dinamikanın dəyişməsi ilə əsaslandırır. Deyilənlərin fonunda rəsmi Moskvanın postsovet məkanında münaqişələrin həllində iştirakı ilə bağlı konsepsiyada nələri nəzərdə tutması təbii maraq doğurur.
Konkret olaraq Abxaziya və Cənubi Osetiyanın “demokratik dövlətə” çevrilməsi istiqamətində işlərin davam etdiriləcəyi vurğulanır. Ancaq Gürcüstanla da mümkün bəndlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına baxılması da qeyd olunur. Dnestryanı bölgə məsələsinin Moldovanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına, lakin, eyni zamanda, Dnestryanıya xüsusi statusun verilməsi şərti ilə bu məsələnin aradan qaldırılmasına üstünlük veriləcək (bax: əvvəlki mənbəyə).
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi isə, 2013-cü il sənədində qeyd olunduğu kimi, “ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ilə qarşılıqlı əlaqədə” həyata keçirilməlidir (bax: əvvəlki mənbəyə). Belə görünür ki, Rusiya postsovet məkanındakı münaqişələrin həlli məsələsində ciddi mövqe dəyişikliyinə getmək fikrində deyil.
Ancaq onların aradan qaldırılması üçün fəallığını artıra bilər. Bunun hansı nəticələri verəcəyini indidən demək çətindir. Konkret Dağlıq Qarabağa gəldikdə isə, rəsmi Moskvanın fövqəladə hansısa addım atmasını gözləmək doğru olmazdı. Əvvəlki mərhələdə olduğu kimi, Kreml Minsk qrupunun həmsədr dövləti kimi başqa həmsədrlərlə koordinasiyada hərəkət etməyə çalışacaq və bu zaman Ermənistana təzyiq göstərilməsi ehtimalı çox zəifdir.
Maraqlıdır ki, Rusiya dünya miqyasında geosiyasi dinamikanın dəyişdiyini və bu kontekstdə ümumi təhlükəsizlik probleminin fərqli məzmun kəsb etdiyini qəbul edir. Bu prosesin Ukrayna və Gürcüstanla münasibətlərə təsirini haradasa istisna etmir, Moldova məsələsinə konkret olaraq ərazi bütövlüyü prizmasından yanaşır, ancaq Dağlıq Qarabağla bağlı hansısa dəyişikliyin olmayacağı mesajını da verir. Burada ziddiyyət göz qabağındadır. Əgər yeni konsepsiyadakı prinsipial əhəmiyyət daşıyan geosiyasi faktorlar yeniləşəcəksə, onun münaqişələrin həllinə təsiri qaçılmazdır. Bu inkar edilirsə, deməli, hansısa məqamda münaqişəni dondurmaq niyyətləri vardır.
Azərbaycanın belə bir vəziyyətlə razılaşması mümkün deyildir. Bu o deməkdir ki, sənəddə qeyd olunmamasına baxmayaraq, Moskvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması istisna edilməməlidir.
Həmin məqam Rusiya rəhbərliyinin “şəbəkə diplomatiyası” faktoruna daha çox önəm vermək istəyi fonunda çox maraqlı görünür. Çünki həmin diplomatiya faktiki olaraq ölkə XİN-in bütün istiqamətlərdə sistemli formada fəallaşmasını nəzərdə tutur. Müxtəlif istiqamətlərdə yeridilən diplomatik fəaliyyətin əsas aspektləri məntiqi olaraq bir-biri ilə sıx əlaqədə götürülür. Belə çıxır ki, yeni xarici siyasət konsepsiyası reallıqda bir çox dəyişikliklərə yol aça bilər. Bunun bütövlükdə qlobal geosiyasətdə hansı yeniləşmələrə aparıb çıxaracağını zaman göstərəcək.
Newtimes.az

 
  • Oxunub:  16830  |  
  • Tarix:  24-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA