Ana səhifə »  Dünya »  Mərkəzi Asiya: 2017-ci ildə qeyri-sabitlik təhlükəsi
A+   Yenilə  A-
Mərkəzi Asiya: 2017-ci ildə qeyri-sabitlik təhlükəsi

Dünyanın müxtəlif regionlarında cərəyan edən geosiyasi proseslərin mümkün nəticələrini mütəxəssislər intensiv surətdə analiz edirlər. Beynəlxalq tədbirlərdə bu məsələlər geniş müzakirə olunur. Müəyyən qənaətlər əldə edilir. Maraqlıdır ki, bütün hallarda ekspertlər regional proseslərə qlobal kontekstdə yanaşmağa üstünlük verirlər. Bu o deməkdir ki, 2017-ci ildə ayrı-ayrı regionlarda geosiyasi hadisələr qlobal səviyyədə özünü göstərəcək faktorlardan birbaşa asılı olacaq. Konkret desək, bir sıra maneələrə baxmayaraq, dünya miqyasında qloballaşma özünün yeni mərhələsinə qədəm qoya bilər. O cümlədən coğrafi baxımdan Mərkəzi Asiya regionuna yaxın olan iki böyük dövlət arasında güzəştsiz rəqabət yarana bilər. Artıq ekspertlər bunun müəyyən əlamətlərindən bəhs edirlər. Konkret olaraq, Rusiya və Çin Mərkəzi Asiyada nüfuz uğrunda mübarizələrinə yeni dinamika verə bilərlər. Bu müddəalar işığında Mərkəzi Asiyanı silkələyə biləcək faktorların analizi böyük maraq doğurur.
Qloballaşmaya yeni təkan fonunda: regional rəqabətin güclənməsi
Getdikcə daha çox mütəxəssis dünya səviyyəsində geosiyasi və iqtisadi təşəbbüsün Şərqə keçdiyi haqqında fikir bildirir. Bu proses özlüyündə əvvəllər bir çoxlarının alışmadığı mənzərənin formalaşması ilə müşayiət olunur. Çinin dövlət başçısı Si Szinpinin Davos forumundakı çıxışı məhz bu effekti yaradıb. Müxtəlif səviyyələrdə ifadə edilən fikirlər göstərir ki, Pekinin atdığı addım dünya miqyasında maraq doğurur. Si Szinpin də məruzəsində çox aktual problemlərdən bəhs edib (bax: World Economic Forum Annual Meeting, 17-20 January 2017, Davos-Klosters, Switzerland).
Çin rəhbəri qlobal iqtisadi inteqrasiyadan imtina etməyi doğru hesab etmədiyini bildirib. O, qloballaşmaya yeni nəfəs verməyi təklif edib. Bunun üçün nüvə silahlarının məhvinin lazım olduğunu deyib. Böyük dövlətlər liderlik ambisiyalarından əl çəkməli və kiçik dövlətlərin maraqlarına hörmətlə yanaşmalıdırlar (bax: əvvəlki mənbəyə).
Si Szinpinin bu kimi fikirləri bütün dünyada böyük əks-səda doğurub. Henri Kissincer bununla bağlı deyib ki, “Prezident Sinin dedikləri dünya üçün prinsipial əhəmiyyət kəsb edir” (bax: əvvəlki mənbəyə). Eyni fikri demək olar ki, dünyanın bütün böyük dövlətlərinin siyasi dairələri bölüşürlər. Hətta proseslərin bu cür dinamika alması bır sıra dairələri qorxuya salmaqdadır. Hər bir halda, artıq şübhə doğurmur ki, qlobal geosiyasətdə prinsipial dəyişikliklər yeni dinamika alıb və Çin qloballaşma prosesində aparıcı rol oynamağa hazırdır.
Bu fikirlərin fonunda 2017-ci ildə bizim regiona yaxın bölgələrdə hansı proseslərin üstünlük təşkil edə biləcəyi maraq doğurur. Çünki geosiyasi aparıcılıq Şərqə meyillənirsə, onda həmin məkanda yerləşən dövlətlərə istiqamətlənmiş siyasət də yeni məzmun kəsb edə bilər. Bu aspektdə Mərkəzi Asiyanı bu il hansı hadisələrin gözlədiyi maraq doğurur. Həmin kontekstdə “Stratfor”un Mərkəzi Asiya ilə bağlı verdiyi proqnozlara nəzər salaq.
Bu məsələyə ABŞ-ın bu analitik mərkəzi ümumasiya prosesləri kontekstində baxır. Orada vurğulanır ki, Rusiya 2017-ci ildə Asiya istiqamətində fəallığını gücləndirəcək. Moskva və Tokio sərmayə və energetik razılaşmalara daha çox fikir verməyə başlayacaqlar. Kreml Cənubi Koreya ilə də iqtisadi əlaqələrini genişləndirmək xəttini seçəcək. Lakin bu zaman ənənəvi dostu olan Şimali Koreyanın maraqlarına zidd addım atmaq istəməyəcək.
Bu kimi məqamlarla yanaşı, Rusiya-Çin münasibətləri 2017-ci ildə daha da güclənə bilər. İki ölkə arasında iqtisadi, mədəni, hərbi, enerji və kibertexnologiyalar sferalarında əməkdaşlıq inkişaf edəcək. Ancaq bütövlükdə Moskvanın siyasəti “Çin və Yaponiya ilə bir-birindən asılı olmayan siyasət yeritməklə və onların heç birinə üstünlük verməməklə regionda mövqeyini möhkəmlətməyə xidmət edəcək” (bax: 2017 Annual Forecast: Eurasia / “www.stratfor.com”, 27 dekabr 2016).
“Daha çox aktivlik” prinsipi: Moskva-Pekin xəttinin gərginlikləri
Belə çıxır ki, Moskvanın 2017-ci ildə Asiya istiqamətində əsas siyasi kursu “Şərq cəbhəsində daha çox aktivlik” (“Stratfor”) prinsipinə əsaslanacaq. Bu prosesdə ona daha çox öz daxilindəki problemlər mane ola bilər. “Stratfor”un analitikləri hesab edirlər ki, Rusiya “evdə” bir sıra çətinliklərlə üzləşə bilər ki, bu da onun Şərq istiqamətində fəallığını azaldar. Bu, Rusiyanın hakimiyyət eşelonlarında müəyyən təmizləmə prosesi ilə müşayiət oluna bilər. Əsasən avtoritar xarakterli addımlar atılar. Nəticədə, “ev problemləri” bir qədər də kəskinləşər.
Bütün bunlar Moskvanın Mərkəzi Asiya siyasətinə birbaşa təsir edə bilər. Həmin kontekstdə bu regionda Rusiya ilə Çin arasında rəqabət xeyli güclənər. Bu, həmin regionda qeyri-sabitliyə ciddi təkan verər. Bütövlükdə 2017-ci il Mərkəzi Asiya üçün qeyri-sabitlik dövrü ola bilər. Bunun səbəblərindən biri böyük güclərin həmin region uğrunda geosiyasi mübarizəsinin şiddətlənməsi ilə əlaqəlidirsə, bununla yanaşı, başqa faktorlar da vardır.
Onların sırasında terrorçuların daim hücum təhlükəsinin mövcud olması ayrıca yer tutur. Xüsusilə İŞİD və “əl-Qaidə” Mərkəzi Asiya ölkələri üçün təhdiddir. Bunun fonunda son zamanlar Mərkəzi Asiyadan çıxan gənclərin İŞİD sıralarında fəallaşması təhlükə siqnalıdır. Rusiya FTX-sinin verdiyi məlumata görə, həmin təhlükə xeyli güclənib və hətta şimal istiqamətində onlar irəliləyərək Rusiya ərazisinə daxil ola bilərlər.
İndi İŞİD Əfqanıstanda güclü olsa da, Qırğızıstan, Tacikistan, Özbəkistan və Qazaxıstan istiqamətlərində fəaliyyətinə ara vermir. Burada region üçün narkoticarətin yaratdığı riski ayrıca vurğulamaq lazımdır. Bu məsələ hazırda orada o qədər aktuallaşıb ki, regionun iqtisadi sisteminə ciddi mənfi təsirdən danışırlar. Təbii ki, bunun fonunda təhlükəsizlik faktoru daha da aktual görünür. İstanbulda “Reina” terrorunu məhz Mərkəzi Asiya kökənli gəncin həyata keçirməsi çox ciddi siqnaldır. Heç kəs şübhə etmir ki, həmin amansız hadisələr Mərkəzi Asiyanın istənilən ölkəsində təkrar ola bilər.
Digər qeyri-sabitlik faktoru region ölkələrindəki siyasi keçidlərlə əlaqəlidir. Burada Özbəkistanda İ.Kərimovdan sonra ölkədəki siyasi vəziyyət, Qazaxıstanda yaxınlaşmaqda olan siyasi varislik prosesi və Qırğızıstanda prezident seçkiləri diqqətə alınmalıdır. “Stratfor”un qənaətinə görə, bu kimi proseslərə region ölkələrinin siyasi dairələri mərkəzi hakimiyyəti gücləndirməklə reaksiya verəcəklər (bax: əvvəlki mənbəyə). Bunun fonunda mümkün təhlükələrə qarşı daha sərt mübarizə üsulu seçiləcək. Deməli, Mərkəzi Asiyada siyasi radikalizm yeni səviyyəyə yüksələ bilər. Bu da region dövlətlərinin daxilində siyasi sabitsizliyə yol açar.
Digər tərəfdən, region ölkələrinin təhlükəsizlik məsələlərinə daha çox önəm verməsi bu prosesdə Rusiya və Çinin dəstəyinə daha çox ehtiyacın yaranması anlamına gəlir. Moskva və Pekin də bunda maraqlıdırlar. Onlar hətta təhlükəsizliyi təmin etməkdə rəqabətə girməkdən çəkinməyəcəklər. Özbəkistanın enerji və hərbi sahələrdə Rusiya ilə daha da yaxınlaşması, Qırğızıstan və Tacikistanın isə Çinə meyil etməsi gözlənilir (bax: əvvəlki mənbəyə).
Qazaxıstanda vəziyyət bir qədər başqa cürdür. Orada artıq N.Nazarbayevin ətrafındakı bəzi qüvvələrin “təmizlənməsi”nə start verilib. Ekspertlər hesab edirlər ki, burda əsas məqsəd siyasi varisliyi təmin etməkdən ibarətdir. Onun fonunda isə ölkənin xarici əlaqələrinin inkişafı gözləniləndir. Lakin daxildə terror qrupları təhlükəsi hələ də saxlanır. Eyni zamanda, böyük dövlətlərin regiondakı maraqları uğrunda şiddətli mübarizə aparması xüsusi təhlükə yaradır. Bu aspektdə energetik və maliyyə sektorlarında Qazaxıstanın ata biləcəyi addımlar təhlükəsizliyin və varisliyin necə təmin olunacağı ilə sıx bağlı görünür.
Beləliklə, 2017-ci ildə geosiyasi məkan kimi Mərkəzi Asiyanın özəlliyi burada geosiyasi sabitliyin təmin edilməsi ilə bağlıdır. Hələlik ekspertlər orada yüksək riskin olduğunu vurğulayırlar. Risk faktoru yekun halında Mərkəzi Asiyanı ciddi təhlükələrə sürükləyə bilər. Region ölkələrində hakimiyyətin daha çox mərkəzləşdirilməsi prosesi isə radikal qrupların fəallaşmasına əlavə bəhanə ola bilər. Əsas təhlükənin İŞİD tərəfindən olması ehtimalı az deyil. Belə görünür ki, bu il Mərkəzi Asiya çox vacib bir mərhələyə qədəm qoyur. Həm qlobal miqyasda geosiyasi fəallığın Şərqə tərəf keçməsi, həm regional miqyasda mövcud olan müxtəlif xarakterli ziddiyyətlər, həm də ölkələrin daxilində qabaran siyasi, sosial, iqtisadi problemlər kifayət qədər həssas vəziyyət meydana gətirir.
Newtimes.az

 
  • Oxunub:  15690  |  
  • Tarix:  27-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sabitliyin möhkəmləndirilməsi dövlətin və hər bir vətəndaşın işi olmalıdır

15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır
15 Fevral 16:39
Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq
15 Fevral 16:21
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15 Fevral 16:16
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalanda vətəndaşları qəbul edib
15 Fevral 16:12
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək
15 Fevral 15:58
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15 Fevral 15:40
Ötən il Yevlaxda 53,7 milyon manatlıq tikinti-quruculuq işləri aparılıb
15 Fevral 15:34
Professor Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
15 Fevral 15:15
ABŞ-ın Enerji Administrasiyası: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
15 Fevral 15:04
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
15 Fevral 14:51
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
15 Fevral 14:47
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
15 Fevral 14:38
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15 Fevral 14:25
Elman Məmmədov: Nikol Paşinyan hələ də nəticə çıxara bilməyib
15 Fevral 14:23
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır
15 Fevral 14:19
Ekologiya və təbii sərvətlər naziri Beyləqanda vətəndaşları qəbul edib
15 Fevral 14:16
“The Korea Times” qəzetində Azərbaycanın xarici işlər nazirinin müsahibəsi dərc olunub
15 Fevral 14:16
Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb
15 Fevral 14:12
Ötən il Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb
15 Fevral 14:04
Mədəniyyət Nazirliyi ilə “British Council” arasında niyyət sazişi imzalanıb
15 Fevral 12:57
Saatlıda ötən il görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
15 Fevral 12:54
Malayziya-Azərbaycan parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Fevral 12:41
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü VII Qlobal Bakı Forumunda iştirak edəcək
15 Fevral 12:40
YAP Gənclər Birliyinin nümayəndəsi Moskvada «Единая Россия»nın gənc qvardiyaçılarının IX Qurultayında iştirak edib
15 Fevral 12:36
Təhsil naziri: Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
15 Fevral 12:31
YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
15 Fevral 12:24
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15 Fevral 12:22
Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib
15 Fevral 12:21
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək
15 Fevral 12:01
Azərbaycanda ilk dəfə rayon icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb
15 Fevral 11:44
Reyhan Camalova ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək
15 Fevral 11:30
Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
15 Fevral 11:12
Əqli Mülkiyyət Agentliyi biznes sektorunun nümayəndələri üçün təlimlər təşkil edəcək
15 Fevral 11:07
Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb
15 Fevral 11:03
Qusarda son üç ildə 3 min 238 hektar yeni fındıq bağları əkilib
15 Fevral 10:48
Azərbaycan İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis olundu
15 Fevral 10:40
Hikmət Babaoğlu: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
15 Fevral 10:22
Ceyhun Bayramov: Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır
15 Fevral 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
15 Fevral 09:38
Prezident İlham Əliyevdən tələbə gənclərə mühüm dəstək
15 Fevral 09:37
Azərbaycanda dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub
15 Fevral 09:33
Azərbaycan xalqı Prezident İlham Əliyevə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir
15 Fevral 09:32
Xəzər rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
15 Fevral 09:31
Abbas İsmayılov: Xocalı soyqırımı kimi dəhşətli cinayətə göz yummaq böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
15 Fevral 09:31
Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
15 Fevral 09:29
Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır
15 Fevral 09:28
“Xocalı - şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərində nəşr olunub
15 Fevral 09:28
Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq
15 Fevral 09:27
Bakcell və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib
15 Fevral 09:23
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşüblər
15 Fevral 09:23
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA