Ana səhifə »  Dünya »  “Brexit”in Qərb siyasətinə təsiri: üç mövqenin əsas cəhətləri
A+   Yenilə  A-
“Brexit”in Qərb siyasətinə təsiri: üç mövqenin əsas cəhətləri

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi barədə qərarını Qərb analitikləri intensiv surətdə analiz edirlər. Son aylarda ABŞ və Avropanın “beyin mərkəzləri”nin əməkdaşları bu məsələyə ciddi önəm veriblər. Onlar müxtəlif aspektlərdə problemi təhlil edir və müvafiq proqnozlar verirlər. Biz onların sırasından maraqlı hesab etdiyimiz üç mövqeni seçib, təhlil etməyə çalışmışıq. Hətta qısa analizlər belə göstərir ki, “Brexit”, sözün həqiqi mənasında, Qərb siyasi mühitini qarışdırıb. Analitiklər Avropa siyasi şüurunun bir çox özəlliklərini önə çıxarırlar. Məlum olur ki, “Brexit” dərin siyasi-ideoloji və geosiyasi proseslərin birbaşa nəticəsi imiş. Bu prosesdə bütövlükdə Avropa siyasətinin qüsurları öz ifadəsini tapıb. “Brexit”ə bu prizmadan nəzər salmış olsaq, onda kifayət qədər maraqlı və düşündürücü məqamları görə bilərik.
“Antisiyasətin yüksəlişi və populizm”: “Brexit”ə daxildən baxış
Qərb ekspert-analitik mərkəzləri “Brexit”in Avropa İttifaqının (Aİ) siyasi gələcəyinə mümkün təsirlərini təhlil etməkdədirlər. Bu istiqamətdə tədqiqatlar nəinki səngimir, hətta yeni dinamika alır. Mütəxəssislər bu olayın ümumilikdə Avropa üçün nə kimi yeni geosiyasi, hərbi və iqtisadi faktorları önə çəkəcəyi barədə proqnozlarını verirlər. Bu mövzuda “beyin mərkəzləri”nin son dövrlərdə apardıqları analizlərə təhlili yanaşdıqda “Brexit”lə bağlı maraq doğuran geosiyasi özəllikləri görmək olar.
Onların sırasından üç maraqlı mövqeni vurğulamaq olar. Birincisinə görə, “Brexit” özlüyündə siyasi fakt olaraq “populizmin və antisiyasətin yüksəlişinin klassik nümunəsidir” (bax: məs., Ben Wellings, Annmarie Elijah, Emma Vines. Why De Gaulle would applaud Brexit / Australian Institute of International Affairs, 30 iyun 2016). Burada Böyük Britaniya ictimaiyyətinin Aİ-nin sıralarını tərk etmək qərarının sıx bağlı olduğu uzun illər həyata keçirilən siyasətin səmərəsizliyinin dərin köklərinin mövcudluğu ifadə edilib. Bir sözlə, həmin qərar bu günün hadisəsi deyil. Avropa siyasəti məzmunca getdikcə daha populist olur, əhalinin başlıca tələblərini yerinə yetirə bilmir. Siyasi təsisatlar insanların əhval-ruhiyyəsini tuta bilmir.
Müəlliflərin fikrincə, məsələnin mühüm aspekti ikipartiyalı sistemin zamanın şərtlərinə uyğun siyasi mübarizə aparmaq potensialının azalmasından ibarətdir. Faktiki surətdə ikipartiyalı sistem peşəkar səviyyədə bu mənfi tendensiyanın qarşısını ala bilən mövqe nümayiş etdirmir. Əgər İngiltərə siyasi isteblişmenti və parlamenti reallığa uyğun kurs həyata keçirsəydi, “Brexit”ə ehtiyac qalmazdı. Bu mənada “Brexit”in səbəbi yaranmış situasiyadan dərin narazılığı ifadə edir. Söhbət britaniyalıların siyasi ehtiyaclarının peşəkar səviyyədə ödənilməməsindən gedir.
Məsələnin başqa tərəfi Brüsselin siyasi fəaliyyətinin yetərincə səmərəli olmamasına və müasir tələblərə uyğun gəlməməsinə bağlıdır. Aİ daxilində sosial-psixoloji əhval-ruhiyyənin nəbzini uzun müddət düzgün hiss edə bilməyiblər. Belə çıxır ki, “Brexit”, əslində, Qərb siyasətinin zəif aspektlərini üzə çıxarıb. Bu cür vəziyyət müəyyən mənada təşkilat daxilində siyasi-ideoloji qeyri-müəyyənliyin varlığını təsdiqləməkdədir.
Onda reallıqda proseslərin “Brexit”lə bitmədiyi, əksinə, daha vacib hadisələrin başladığını demək olar. Avstraliyalı müəlliflərin mövqelərinin ən maraqlı aspekti bundan ibarətdir. Çünki əgər başqa dövlətlər həm Böyük Britaniya, həm də Aİ ilə münasibətləri bu məqamı diqqətə alaraq quracaqlarsa, həqiqi mənada geosiyasi mühitdə əhəmiyyətli dəyişikliklər baş verə bilər.
Geriyə dönüş: Qordonun tərs sualı
Maraq doğuran ikinci mövqe “Council on Foreign Relations” (Beynəlxalq Münasibətlər Şurası) adlı tədqiqat təşkilatının eksperti Filip Qordon tərəfindən ifadə olunub. O, “Brexit”i fərqli müstəvidən təhlil edir. F.Qordon “Britaniya Aİ-də necə qalacaq?” sualını qoyur (bax: Philip Gordon. How Britain Stays in the EU / “Politico Magazine”, 30 iyun 2016).
Müəllif hesab edir ki, səsvermənin nəticəsi hələlik “Brexit”in dönməz proses olması demək deyil. Britaniya cəmiyyəti müəyyən məqamda mövqeyini dəyişə bilər. Bu, ölkənin Aİ-dən çıxması ilə bağlı iki il müddətində aparılacaq danışıqlar zamanı aydın ola bilər. Mümkündür ki, britaniyalılar təşkilatdan çıxmaqla hansı problemlərlə üzləşəcəklərini anladıqdan sonra Devid Kemeronun 2016-cı ilin fevralında qoyduğu şərtlər daxilində Avropa İttifaqında qalmağa üstünlük versinlər. Məhz onda ingilislər “həqiqi mənada “Brexit” nə deməkdir?” sualına cavab verə bilərlər (bax: əvvəlki mənbəyə).
F.Qordona görə, bu səbəbdən “Brexit” “qeyri-müəyyənliklər içində batır” (bax: əvvəlki mənbəyə). O, süründürməçi xarakter alıb, uzun müddət davam etsə, yuxarıda qaldırılmış “Britaniya Aİ-də necə qalacaq?” sualı mütləq meydana çıxarılacaq. Buna Brüsselin hansı reaksiya verəcəyini demək çətindir. Lakin “Brexit”in bu cür qiymətləndirilməsi Avropa siyasi şüurunda onunla bağlı fikirlərin dəyişməkdə olduğunu göstərir.
Maraqlıdır ki, F.Qordon hər bir halda Britaniyanın təşkilatdan çıxmasının süründürməçi və uzunmüddətli proses olacağını düşünür. Burada Fransa, Almaniya və Amerikada hakimiyyətə kimlərin gələcəyinin də təsiri olacaq (bax: əvvəlki mənbəyə).
Güclü faktorlardan biri Britaniyanın yeni şərtlər daxilində Avropa bazarına müdaxiləsi ilə əlaqəlidir. Brüssel London üçün güzəştli şərait yaratmağa elə də maraq göstərmir. Lakin İngiltərə Avropa bazarlarına lazımi səviyyədə daxil ola bilməsə, onun iqtisadi və geosiyasi statusu haqqında birmənalı fikir bildirmək çətin olacaq. Konkret deyilsə, britaniyalıların ümid etdikləri daha yüksək geosiyasi mövqeyə nail olma istəyi qarşısında ciddi əngəllər çıxacaq. Həmin kontekstdə F.Qordon Şotlandiyanın da tutacağı mövqeyə əhəmiyyət verir.
Bunlardan belə nəticə çıxarmaq olar ki, bir sıra Qərb mütəxəssisləri “Brexit”in bütövlükdə Avropa siyasətini qeyri-müəyyənliklərin və risklərin kəsişdiyi bir nöqtəyə apara biləcəyi qənaətindədirlər. Bu, təşkilatın taleyində həlledici seçim anı ola bilər. O cümlədən London yenidən Aİ üzvlüyünə can atar. Heç şübhəsiz, bu variantda Avropa İttifaqının siyasi cəlbediciliyinin artmasına inam ifadə olunmaqdadır.
Bunun reallığa çevrilməsi isə ekspertin vurğuladığı kimi, Britaniya və Aİ-nin xarici siyasətinin kəsişə biləcəyi nöqtədən və strateji seçimdən asılı olacaq. Bu da kifayət qədər mürəkkəb şəraitdə qərar qəbul etmək anlamına gəlir. Bizim diqqət yetirmək istədiyimiz üçüncü mövqe də bu kontekstdə əhəmiyyətli məqamları üzə çıxarır.
Silah ixracatı: “Brexit” Aİ-nin mövqeyini zəiflədirmi?
Üçüncü mövqe Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun silahlara nəzarət proqramının həmdirektoru Mark Bromley tərəfindən irəli sürülüb. O, “Brexit”in Avropa siyasi-hərbi strukturuna silahlara nəzarət və onların ticarəti qaydaları müstəvisində nəzər salır (bax: Mark Bromley. Brexit and export controls: Entering uncharted waters / Stockholm International Peace Research Institute (SIPRI), 1 iyul 2016). Ekspertin fikrincə, Britaniyanın Aİ-ni tərk etməsi beynəlxalq miqyasda silah ixracatına nəzarəti zəiflədəcək. Bu baxımdan Aİ-nin BMT Təhlükəsizlik Şurasında yalnız bir təmsilçisinin (Fransanın) qalması problemin həllinə mənfi təsir göstərəcək. Çünki bütün məsələlərdə olduğu kimi, silah ixracatı kimi vacib məsələdə də BMT TŞ-də Aİ-nin mövqeyini müdafiə etmək çətinləşəcək.
Burada müəllifin üstündən sükutla keçdiyi bir məqam gözə çarpır. Məsələ ondan ibarətdir ki, BMT TŞ-də daimi üzvlər fəaliyyətlərində ədalət və balanslılıq prinsipinə deyil, öz korporativ maraqlarını müdafiə etməyə üstünlük verirlər. Bu halda da qərbli ekspertləri, ümumiyyətlə, silahsızlaşma deyil, Aİ-nin beynəlxalq aləmdə mövqeyinin zəifləməsi ehtimalı narahat edir.
Aİ ölkələrinin silahların ixracatına nəzarəti məsələsi də bu aspektdə nəzərdən keçirilir. O cümlədən Britaniyanın Səudiyyə Ərəbistanına silah satmasına Avropa İttifaqının nəzarət edə bilməməsi daha mürəkkəb vəziyyət yarada bilər. M.Bromley hesab edir ki, Ər-Riyadın yeni təkmil silahlar əldə etməsi Yaxın Şərqdə qüvvələr balansını poza bilər ki, bu da ümumən Qərbin geosiyasi maraqlarına uyğun deyil.
Bunların yekunu olaraq, Aİ-nin silah ixracatına vahid nəzarət sistemi yarada bilməsinə böyük şübhələrlə yanaşılır. Britaniya da öz maraqlarına uyğun hərəkət edərək Brüsselə hansısa hesabat vermək fikrinə düşməyəcək. Londonun bu nümunəsi təşkilatın digər üzvlərini də cəsarətləndirə bilər. Həmin prosesi çox təhlükəli hesab edən ekspert onun bütövlükdə Qərb geosiyasi mühitinə mənfi təsir göstərəcəyini proqnozlaşdırır. Vəziyyət elə həddə çata bilər ki, Aİ-nin özündə təhlükəsizliyin təminində xaotik durum yaranar. Xüsusilə Yaxın Şərq ölkələrinin sürətli silahlandırılması bumeranq effekti verər.
Beləliklə, “Brexit”in bütövlükdə Qərbin geosiyasi vəziyyətinə mümkün təsirləri hələ də analitiklərin maraq dairəsindədir. Son dövrlərdə ekspertlərin apardıqları təhlillər göstərir ki, həmin məsələ ilə bağlı mövqelər fərqlidir. Lakin bədbin tonda fikirlər üstünlük təşkil edir. Əksər mütəxəssislər “Brexit”in Aİ-yə böyük zərər yetirəcəyini, ümumən geosiyasi və hərbi proseslərə Qərb tərəfindən nəzarətin zəifləyəcəyini proqnozlaşdırırlar. Lakin o da maraqlıdır ki, bütün bunların səbəbini ekspertlər daha çox Aİ-nin daxilində gedən siyasi-ideoloji proseslərdə görürlər.
Newtimes.az

 
  • Oxunub:  14130  |  
  • Tarix:  02-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan parlamenti ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir

21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub
10:34
24 Sentyabr
Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq
10:05
24 Sentyabr
Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
08:24
24 Sentyabr
Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb
08:22
24 Sentyabr
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
08:16
24 Sentyabr
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
08:14
24 Sentyabr
Energetika naziri Əlcəzairdə bir sıra görüşlər keçirib
08:13
24 Sentyabr
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
08:01
24 Sentyabr
Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA