Ana səhifə »  Dünya »  Terrora qarşı milli səfərbərlik: Ankaranın yeni geosiyasi həmləsi
A+   Yenilə  A-
Terrora qarşı milli səfərbərlik: Ankaranın yeni geosiyasi həmləsi

Türkiyə Prezidenti terrorla mübarizədə yeni strategiyaya keçdiklərini bəyan edib. Artıq bu bəlaya qarşı bütün cəmiyyət mübarizə aparacaq. Güc strukturları bütün səlahiyyətlərindən istifadə edə biləcək. Yerli hakimiyyət orqanları isə hər evdə kimlərin yaşadığı və hansı işlərlə məşğul olması barədə məlumatlı olacaq. Siyasi qüvvələr də terror məsələsində birgə fəaliyyət göstərəcəklərini bəyan ediblər. Ekspertlər bu proseslərin regional və qlobal geosiyasətə necə təsir edə biləcəyi ilə bağlı təhlillər aparırlar. Burada Türkiyənin Yaxın Şərqdəki münaqişələrin həllində aktivliyini artırmasına xüsusi diqqət yetirirlər. Yekun qənaət olaraq, Ankaranın qərarlılıqla Suriya və İraq da daxil olmaqla geniş bir sahədə terrorla kəskin mübarizə aparacağından danışırlar. Bütün bunlar Türkiyə üçün hansı nəticələri doğura bilər? Bu məsələ ilə bağlı müəyyən proqnozlar vermək mümkündürmü?
Savaş strategiyası dəyişir: hər yerdə, hər zaman amansız mübarizə
İstanbulda qanlı terror hadisəsinin törədilməsindən sonra rəsmi Ankaranın bu bəla ilə mübarizəsi daha da güclənib. Bir tərəfdən, həmin olaya bağlılığı ola biləcək insanlar məsuliyyətə cəlb edilir, digər tərəfdən isə, terrorun kökünün kəsilməsi istiqamətində addımlar atılır. Maraqlıdır ki, bu proseslərdə artıq bütün Türkiyə cəmiyyəti aktiv iştirak etməyə başlayıb. Adi vətəndaşlardan tutmuş müxtəlif təşkilatlara qədər hamı sayıqlığını artırıb. Üstəlik, hakimiyyət terrorla mübarizədə keyfiyyətcə yeni bir mərhələyə keçdiyini bəyan edib. Bu, bütövlükdə Yaxın Şərq və ona qonşu olan regionlar üçün ciddi geosiyasi əhəmiyyəti ola biləcək faktordur. Qlobal səviyyədə də böyük dövlətlərin siyasi mövqeyinə təsir edə biləcək məqamdır. Bəs Türkiyə terrorla mübarizədə hansı strateji yenilik etməyə hazırlaşır?
Prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Beştəpə köşkündə bölgə nümayəndələri ilə görüşdə bildirib ki, terrora qarşı milli səfərbərlik elan edir. O, güc strukturlarına üz tutaraq “səlahiyyətlərinizdən sona qədər istifadə edin” deyib. Fəaliyyət taktikası da dəyişir - artıq Türkiyə terrorla mübarizədə müdafiə mövqeyindən hücuma keçir. Bu o deməkdir ki, harada olmasından asılı olmayaraq dövlətə təhlükə olacaqsa, oraya müdaxilə ediləcək. Onu vurğulayaq ki, bu cür fəaliyyətə əsasən böyük dövlətlərin imkanları olur. Məsələn, ABŞ və Rusiya xeyli vaxtdır ki, terrorla mübarizədə həmin taktikadan istifadə edirlər.
Türkiyə Prezidenti bu qərarını ölkənin böyük təhlükə ilə qarşı-qarşıya olması ilə əlaqələndirib. Rəcəb Tayyib Ərdoğanın fikrinə görə, hazırda vəziyyət İstiqlal Savaşı dönəmində olduğu qədər kritikdir. Yəni faktiki olaraq indi də böyük güclərlə savaş baş verir. Onlar Türkiyənin ərazi bütövlüyünü hədəf alıb, ölkə vətəndaşları arasında ayrı-seçkilik etməklə ölkəni parçalamağa çalışırlar. Bu mənada əsas düşmən PKK, İŞİD, FETÖ və digər terror qrupları deyil, onları Türkiyəyə qarşı istiqamətləndirənlərdir. Bununla Ankara rəsmi olaraq terrorla mübarizədə radikal qrupları himayə edənlərlə savaş mərhələsinə keçdiyini bəyan etmiş olur. Məhz həmin səbəbdən də bütün millətin terrorla mübarizəyə hazır olmasını istəyir. O cümlədən yerli hakimiyyət orqanları hər evdə kimlərin yaşadığını və hansı işlərlə məşğul olduğunu bilməlidir.
Artıq cəmiyyət R.T.Ərdoğanın bu bəyanatına reaksiya verib. Çankaya köşkündə Baş nazir Binəli Yıldırım müxalif liderlər Kamal Kılıçdaroğlu və Dövlət Baxçalı ilə görüşüb. Siyasi liderlər terrora qarşı birləşmək barədə ortaq qərara gəliblər. Onlar mətbuat konfransı keçirərək, bu bəladan xilas olmaq üçün bütün imkanlardan istifadə edəcəklərini söyləyiblər. Türkiyə siyasi dairələrinin bu birlik mesajı ölkənin tək yumruq olaraq terrorla mübarizəyə hazır olması anlamına gəlir. Ekspertlər hesab edirlər ki, Türkiyə hakimiyyəti ilə cəmiyyəti vəhdət halında savaşmağa qadirdir.
Ekspertlərin diqqətini çəkən başqa əhəmiyyətli məqam Türkiyənin Suriya və İraqda da terrorla mübarizədə yeni addımlar atmağa başlamasından ibarətdir. Xüsusilə Hələb məsələsində Ankara təsirli tədbirlər görür. Rusiya və Türkiyə KİV-in yaydığı məlumata görə, Kreml bu məsələdə Türkiyə ilə razılaşmağın daha asan olduğunu düşünür. Bu barədə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin telefon danışığı olub. Xarici işlər naziri Mövlud Çavuşoğlu da rusiyalı və iranlı həmkarları ilə həmin məsələləri müzakirə edib. Artıq Hələbdən dinc əhalinin çıxarılması prosesi başlayıb, atəşkəs elan edilib.
Bundan başqa, bu ayın sonuna yaxın Hələb məsələsini Rusiya, Türkiyə və İranın müzakirə etməsi ilə bağlı razılıq əldə edilib. Ekspertlərin rəyinə görə, bunlar Türkiyənin Yaxın Şərqdə geosiyasi nüfuzunun yüksəlməsini ifadə edir. Özü də Qərbin böyük dövlətlərinin edə bilmədiyini reallaşdırmaq iqtidarında olan Ankaranın terrorla savaşda yeni uğurlar əldə edə bilməsinə yeni imkanlar yaradan bir fəaliyyətdən söhbət gedir.
Müstəqil geosiyasi güc: Ankara mövqeyini ortaya qoyur
Bəs Türkiyənin terrorla mübarizədə milli səfərbərlik elan etməsinin qlobal geosiyasi dinamikaya hansı təsirləri ola bilər? İndi analitiklər məsələnin bu tərəfini təhlil etməyə çalışırlar. Yanaşmalar müxtəlifdir. Bir sıra ekspertlər Türkiyənin Qərblə daha kəskin şəkildə qarşı-qarşıya gələcəyini və bundan ziyan görəcəyini proqnozlaşdırırlar. Onlar hesab edirlər ki, ölkənin müdafiə və təhlükəsizliklə bağlı problemləri daha çox ABŞ və Avropa ilə əlaqəlidir. NATO-nun üzvü kimi Türkiyə onlardan həm silah alır, həm də təhlükəsizliyin strateji aspektlərində əməkdaşlıq edir.
Digər yanaşmaya görə isə, məsələni bu cür bəsit təqdim etmək doğru deyil. Burada əsas arqument ondan ibarətdir ki, birincisi, bütövlükdə dünya sürətlə dəyişir. Cəmi 1-2 il bundan əvvəl olan şərait yeniləşib. İndi fərqli qlobal dinamika vardır. Rusiyanın yeni xarici siyasət strategiyasını müəyyənləşdirməsi deyilənlərin əyani sübutudur. Moskva 2013-cü ildə qəbul edilmiş strategiyanı çevik dəyişdiyinin səbəblərini açıqlayıb.
İkincisi, Qərbin Türkiyəyə olan münasibətində bir sıra ciddi problemlərin olduğu ortaya çıxdı. Aydın oldu ki, sözdə dostluqdan danışanlar gizli olaraq terror qruplarını Türkiyəyə qarşı hazırlayırmış, bu ölkəni parçalamaq və özündən tam asılı vəziyyətə salmaq üçün müxtəlif planlar qururmuş. Bu ilin yayında dövlət çevrilişinə olan cəhd bu prosesin son nöqtəsi oldu.
Üçüncüsü, Türkiyə son illər sürətli inkişaf edərək, əsas sahələrdə kənardan olan asılılığını xeyli azalda bilib. Xüsusilə müdafiə sahəsində uğurlar əldə edib. Paralel olaraq, ölkənin iqtisadi sistemi dayanıqlılığını göstərib. Türkiyənin sosial-iqtisadi inkişafı sabit templə davam edir. Kənar təsirlərə baxmayaraq, türk iqtisadi-maliyyə infrastrukturu müstəqil inkişaf etmək qabiliyyətini nümayiş etdirir. Bu o deməkdir ki, Türkiyə iqtisadiyyatı böhran və ekstremal vəziyyətlərdə belə öz yaşarılığını saxlaya bilir. Bu dövlət özünü tam təmin edə bilən infrastruktura malikdir. Həmin keyfiyyətdə də dünyanın böyük dövlətləri arasında öz layiqli yerini tutmaqdadır. Deməli, söhbət qlobal geosiyasətdə öz sözünü deyə bilən Türkiyədən gedir. Bu ölkənin inkişaf dinamikası onun dünyada müstəqil güc olmaq iqtidarını göstərməkdədir.
Bütün bunlar birinci versiya müəlliflərinin reallığı görə bilmədiyini, yaxud Türkiyəyə qarşı qərəzli mövqedən çıxış etdiklərini təsdiqləməkdədir. Türkiyə Yaxın Şərqdə öz müstəqil sözünü deyən və onu həyata keçirə bilən dövlətdir. Deməli, Rusiya və İran onunla yalnız bərabərhüquqlu tərəfdaş kimi razılıq əldə edə bilərlər. Burada Ankaraya kiminsə nəyi isə diktə etməsi mümkün deyildir. Bu aspektdə də Qərbdə qaldırılan hay-küyün heç bir əsası yoxdur - Türkiyə heç bir tərəfə meyil etməyib, sadəcə, öz maraqlarına uyğun müstəqil addımlar atır.
Beləliklə, Türkiyənin beynəlxalq terrora qarşı milli səfərbərlik elan etməsi geniş geosiyasi təsiri ola biləcək bir hadisədir. Artıq Yaxın Şərqdə daha ciddi gücə malik bir böyük dövlətin meydanda olduğunun fərqinə varılmalıdır. O, tək deyil, yanında dost və qardaş ölkələr də yer alıb. Və əsas məqsəd çoxdandır böyük dövlətlərin itirdiyi ədalət hissini bərpa etməkdən ibarətdir. Şübhə yoxdur ki, Türkiyə və dostları bu vəzifənin öhdəsindən gələcəklər.
Həm də ona görə ki, dünyada haqqı tapdamaq heç zaman qalib olmaq anlamına gəlmir. Yalnız haqq-ədalət tərəfdarları son nəticədə qalib olurlar. Dünyanın varlığı bu prinsip üzərində qurulub. Məhz həmin səbəbdən də qaliblər sırasında mütləq Azərbaycan da yer alacaq. Azərbaycan Cənubi Qafqazda haqqın, ədalətin, sivil inkişafa xidmət edən əməkdaşlıq formatlarının carçısıdır.
Newtimes.az

 
  • Oxunub:  15510  |  
  • Tarix:  04-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21 Fevral 10:53
Sabirabad Sənaye Məhəlləsinin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur
21 Fevral 10:47
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub
21 Fevral 10:40
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
21 Fevral 10:17
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
21 Fevral 10:11
Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır
21 Fevral 10:09
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
21 Fevral 10:07
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
21 Fevral 10:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21 Fevral 09:57
Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21 Fevral 09:55
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21 Fevral 09:50
AzMİU-da Karyera sərgisi təşkil olunub
21 Fevral 09:49
Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır
21 Fevral 09:49
BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər
21 Fevral 09:48
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21 Fevral 09:47
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21 Fevral 09:46
“UNEC-100” - Strateji idarəetmə
21 Fevral 09:46
ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq
21 Fevral 09:45
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+2 +5