Ana səhifə »  Dünya »  Bjezinskinin “böyük üçlük” formatı: Vaşinqton, Moskva və Pekin əməkdaşlığı mümkündürmü?
A+   Yenilə  A-
Bjezinskinin “böyük üçlük” formatı: Vaşinqton, Moskva və Pekin əməkdaşlığı mümkündürmü?

Məşhur analitik Zbiqnev Bjezinski keçən ilin dekabrında Nobel sülh mükafatının təqdimatına həsr edilmiş mərasimdə maraqlı məruzə edib. O, indiki mərhələdə dünyada böhran vəziyyətinin olduğunu vurğulayıb, bu durumdan çıxmaq üçün ABŞ, Rusiya və Çin arasında əməkdaşlıq mühitinin yaradılması zərurətini əsaslandırmağa çalışıb. Lakin bu modelin konkret aspektləri elə də aydın deyil. Z.Bjezinski bir sıra ziddiyyətli məqamlardan bəhs edir, Rusiya ilə Çin arasındakı fikir ayrılıqlarına xüsusi diqqət yetirir, bunun əsasında iki ölkənin münasibətlərinin gələcəyini proqnozlaşdırmağa çalışır. Daha maraqlısı isə odur ki, Vaşinqton bu məqamdan istifadə etməklə hər iki ölkə ilə ehtiyatlı strategiya əsasında əməkdaşlıq qurmalıdır.
Dünya böhranı: yeni təhlükəsizlik parametrinə ehtiyac
Hazırda qlobal siyasətdə kifayət qədər mürəkkəb vəziyyətin yarandığına şübhə yoxdur. Hətta bir sıra ekspertlər yeni dünya müharibəsinin alovlanması ehtimalından danışırlar. Xüsusilə dünyanın supergücləri arasında münasibətlərin gərginliyi ciddi təhlükələrdən xəbər verir. Bunlar tanınmış strateqlərin, diplomatların, siyasətçilərin və analitiklərin mövcud vəziyyəti təhlil etmək əsasında gəldikləri qənaətləri maraqlı edir.
Zbiqnev Bjezinskinin ötən ilin dekabr ayında Osloda Nobel sülh mükafatını təqdimetmə mərasimindəki çıxışına KİV ciddi maraq göstərib. “Huffington Post” nəşri həmin çıxışı məqalə formasında təqdim edib. Yazının hazırlanmasına Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən (CSIS) K.Fiş və P.Vasserman da yardım göstərib (bax: Zbigniew Brzezinski.How To Address Strategic Insecurity In A Turbulent Age / “www.huffingtonpost.com”, 1 yanvar 2017).
Müəllif həqiqətən müasir qlobal geosiyasi mənzərə üçün böyük əhəmiyyəti olan məsələlərə toxunub. O, ABŞ, Rusiya və Çinin geosiyasi münasibətlərinin vacib tərəflərini analiz edib. Analitik bu məsələyə indiki mərhələdə dünya hakimiyyətinin keçirdiyi böhran kontekstində qiymət verib. Z.Bjezinskiyə görə, İkinci dünya müharibəsindən sonra nüvə silahı böyük güclər arasında tarazlı münasibətlərin formalaşmasında aparıcı rol oynayırdısa, XXI əsrin əvvəllərindən bu, artıq yetərli deyil. Onun iki səbəbi var.
Birincisi, artıq bir neçə dövlət nüvə silahına malikdir. Bu da Amerikanın bu sahədə dominantlıq dövrünün başa çatması deməkdir. İndi nüvə silahı arqumenti ilə beynəlxalq münasibətlərə həlledici təsir etmək imkan xaricindədir. Bu səbəbdən başqa tənzimləmə mexanizmi tapmağa ehtiyac yaranıb.
İkincisi, dünya miqyasında geosiyasi vəziyyət o dərəcədə mürəkkəbləşib və həssaslaşıb ki, kiçik ehtiyatsızlıq bəşəriyyəti fəlakətə sürükləyə bilər. Bunun fonunda ABŞ-Rusiya-Çin “üçbucağı”nda nələrin baş verdiyi ciddi əhəmiyyət daşımaqdadır. Z.Bjezinski məsələnin bu tərəfinə çox ciddi yanaşır və faktiki olaraq məqaləsində dünyanın gələcək taleyini həmin dövlətlər arasında qurulacaq münasibətlərlə əlaqələndirir (bax: əvvəlki mənbəyə).
Onun əsas tezisi aşağıdakı kimidir: yeni məzmunda ABŞ-Rusiya-Çin əməkdaşlığı yaranmalıdır. Burada “əməkdaşlıq” termini ilə “müttəfiqlik” arasında fərqi vurğulamaq lazımdır. Bir sıra Rusiya eksperti söhbətin müttəfiqlikdən getdiyini qeyd edir. Digərləri isə bununla razılaşmır və məsələnin yalnız “əməkdaşlıqla” məhdudlaşdığını deyirlər - orijinalda “trilateral connection” ifadəsi işlənir ki, bu da “müttəfiqlik” anlamına gəlmir. Maraqlıdır, Z.Bjezinski nədənsə yalnız əməkdaşlıqdan danışır, daha dərinə gedərək müttəfiqlik münasibətlərindən bəhs etmir.
Məqalədə ifadə edilən fikirlərdən, irəli sürülən müddəalardan bunun səbəbi aydın olur. Amerikalı mütəxəssis daha çox ABŞ, Rusiya və Çin arasındakı ziddiyyətlərdən söhbət açır. Məsələn, Uzaq Şərqdə Moskvanın mövqeyinin getdikcə zəiflədiyini yazır. Belə ki, həmin ərazidə yaşayan Rusiya vətəndaşlarının sayı 6 milyondursa, ona qonşu olan Çin tərəfdə 40 milyon insan yaşayır! (bax: əvvəlki mənbəyə). Bu fərq çinlilərin Uzaq Şərqi zəbt etmək imkanının olduğundan xəbər verir. Z.Bjezinski 1850-ci illərdə çar Rusiyasının həmin əraziləri işğal etməsini Çinin unutmadığını vurğulayır.
Rusiya-Çin münasibətlərinə gərginlik verən başqa faktor Pekinin Mərkəzi Asiyaya daha çox nüfuz etməsi ilə əlaqəlidir. Həmin regionun dövlətləri artıq “formal müstəqillikdən dövlətçiliyin təsdiqinə keçid” mərhələsinə qədəm qoyublar (bax: əvvəlki mənbəyə). Onlar Çinlə əməkdaşlığın inkişafına ayrıca diqqət yetirirlər. Pekin də regiona sürətlə nüfuz edir. Artıq milyardlarla ABŞ dolları həcmində sərmayəni Pekin Mərkəzi Asiya dövlətlərinin iqtisadi və energetik sferalarına yatırıb. Ekspertlər bununla yanaşı, Çinin Mərkəzi Asiyaya mədəni olaraq da nüfuz etdiyini vurğulayırlar.
ABŞ-Rusiya-Çin əməkdaşlığı: “strateji ehtiyatlılıq” müstəvisindən baxış
Lakin maraqlıdır ki, Zbiqnev Bjezinski ABŞ-n Asiya istiqamətində əsasən Yaponiya və Cənubi Koreyanı müdafiə edəcəyi fikrini söyləyir. Yəni Mərkəzi Asiyanın Rusiya-Çin münasibətlərinin toqquşma meydanı olmasına Vaşinqton elə də müdaxilə etmək istəməyəcək. Bunun əsas səbəbi Amerikanın Rusiya ilə Çin arasında ziddiyyətlərin dərinləşməsində maraqlı olması ilə bağlı ola bilər. O halda Mərkəzi Asiyadakı milli dövlətlər böhran vəziyyətlərində Amerikaya etibar edə bilməzlər. Bu aspekt geosiyasi kontekstdə kifayət qədər maraqlı suallar doğurur.
Digər tərəfdən, Z.Bjezinski yazır: “Amerika Avrasiyada təhlükəsizliyə dəstək verməkdə maraqlıdır və ABŞ Yaponiya ilə Cənubi Koreyanı müdafiə edəcəyini açıq bəyan edir. Lakin onun buna əməl etməsi strateji ehtiyatlılıqdan və qətiyyətdən asılıdır” (bax: əvvəlki mənbəyə).
Ekspertlər “strateji ehtiyatlılıq” və “qətiyyət”in nəyi ifadə etdiyini aydınlaşdırmağa çalışırlar. Strateji ehtiyatlılıq Amerikanın Rusiya ilə Çin arasındakı ziddiyyətli məqamlara qarışmamasını nəzərdə tutur. Paralel olaraq, Hindistan faktorundan təmkinlə istifadə etmə təcrübəsini unutmaq olmaz. Məşhur analitik bu kontekstdə vurğulayır: “...Hindistana açıq surətdə üstünlük verməmək də vacibdir, çünki bu halda Çinlə Rusiya arasında daha sıx əlaqə praktiki olaraq təminat altına alınmış olacaq. Bu iki böyük dövlətin sıx müttəfiqliyindən Amerika üçün daha təhlükəli bir şey ola bilməz” (bax: əvvəlki mənbəyə).
Deməli, strateji ehtiyatlılığı qətiyyət o mənada tamamlamalıdır ki, Amerika ən yaxın müttəfiqləri naminə belə öz liderlik ambisiyasından əl çəkməsin. Bu o deməkdir ki, Z.Bjezinskinin ABŞ-Rusiya-Çin əməkdaşlığından danışması yalnız Vaşinqtonun geosiyasi niyyətlərinin təmin olunması bağlılığında real məzmun kəsb edir. Təbii ki, belə olan halda hansısa müttəfiqlikdən deyil, konkret maraqların ödənməsinə xidmət edən əməkdaşlıqdan danışmaq mümkündür.
Bu çərçivədə Amerikanın Şərqi Avropa və Yaxın Şərq siyasəti ilə bağlı analitikin ifadə etdiyi fikirlər maraq doğurur. Belə ki, Z.Bjezinski hesab edir ki, Rusiyanı Ukraynada durdurmaq lazımdır. Lakin bu, Krım məsələsinə görə deyil, Moskvanın Baltikyanı regiona müdaxiləsi zamanı özünü göstərməlidir. ABŞ aqressiyaya hərbi deyil, iqtisadi reaksiya verməlidir. Konkret olaraq, o, Rusiyanın dəniz ticarətinin üçdəikisini məhdudlaşdırmalıdır. Onda Kreml qoşunlarını Şərqi Avropa və Baltikyanıdan çəkə bilər (bax: əvvəlki mənbəyə).
Göründüyü kimi, Z.Bjezinski Amerikanın hərbi güc tətbiq etmədən Rusiyanı “yola gətirməsini” daha uyğun hesab edir. Çünki bu halda dünya ABŞ-ın əsas olaraq “yumşaq güc”ə önəm verdiyini görər ki, onun humanist obrazı yaranar. Digər tərəfdən, Amerika üçün çox güclü Rusiya ilə hərbi toqquşmaya getmək sərf etmir - çoxlu itkilər ola bilər. Belə çıxır ki, Vaşinqton Rusiya istiqamətində də “strateji ehtiyatlılığı” əldən verməyəcək.
Nəhayət, Z.Bjezinski ABŞ, Rusiya və Çini əməkdaşlığa sövq edən səbəbləri İran və Türkiyə təhlükəsi ilə də əsaslandırmağa çalışır. Bu faktorları o, “Yaxın Şərqdə dini nifrətdən qidalanaraq, davam edən vətəndaş müharibəsi, İran ekstremistlərinin sırıya biləcəyi potensial nüvə münaqişələri, alovlu türk millətçilərinin geosiyasi ambisiyaları” kontekstində qiymətləndirir (bax: əvvəlki mənbəyə).
Belə çıxır ki, Z.Bjezinski Yaxın Şərqdə dini ixtilafların hələ də qalacağını proqnozlaşdırır. Hətta bu məsələ qlobal miqyasda geosiyasi proseslərə də öz təsirini göstərə bilər. Türkiyə isə öz geosiyasi maraqlarını daha qətiyyətli qorumaq xəttini inkişaf etdirəcək. Bunların fonunda ABŞ, Rusiya və Çin əməkdaşlıq xəttini seçməlidirlər. Lakin buradan belə nəticə çıxmırmı ki, Z.Bjezinski indi dünyanı çətin vəziyyətə salan bir faktorun - məhdud sayda böyük dövlətin dominantlığının saxlanmasının tərəfdarıdır? Bu vəziyyət hazırda ciddi ziddiyyətlər yaradıbsa, gələcəkdə nəyə görə təhlükəsizliyin qarantı ola bilər? Bu suallara cavab məqalədə yoxdur. Buna baxmayaraq, Z.Bjezinskinin olduqca aktual və geosiyasi əhəmiyyəti yüksək olan məqamlara toxunduğuna şübhə yoxdur. Onun məqaləsini cəlbedici edən əsas məqam da elə məhz bundan ibarətdir.
Newtimes.az

 
  • Oxunub:  18900  |  
  • Tarix:  11-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA