Ana səhifə »  Dünya »  2017-ci ilin əsas riskləri: dünyanı gözləyən təhlükələr
A+   Yenilə  A-
2017-ci ilin əsas riskləri: dünyanı gözləyən təhlükələr

Müxtəlif analitik qurumlar qlobal səviyyədə özünü göstərə bilən təhlükələri öncədən proqnozlaşdırmağa çalışırlar. Onlar çoxlu sayda və bir-birindən fərqlənən faktorlardan bəhs edirlər. Davosdakı Dünya İqtisadi Forumunun ekspertləri də bu ildə meydana çıxa biləcək riskləri müəyyənləşdirməyə çalışıblar. Təqdim edilən hesabatda bəşəriyyəti bir sıra təhdidlərin gözlədiyi vurğulanır. Ekspertlər ümumilikdə 30 qlobal risk faktorunun mövcudluğundan bəhs edirlər. Onları bir neçə qrupa bölürlər. Lakin həmin risk faktorlarının bir-birindən ayrı mövcud olduğunu demək çətindir. Burada fərd, cəmiyyət, dövlət və beynəlxalq təşkilatlar səviyyəsində özünü göstərən amillərdən danışmaq olar. Həmin aspektdə 2017-ci ildə meydana çıxması gözlənilən risklərin analizi üzərində geniş dayanmağa ehtiyac vardır.
30 qlobal risk: ekspertlərin xəbərdarlığı
Dünya (Davos) İqtisadi Forumunun (DİF) ekspertləri 2017-ci ilin başlıca risklərinin əks olunduğu hesabat hazırlayıblar. Sənədin məzmunu genişdir, orada analiz və proqnozlar yer alıb. 2017-ci il yanvarın 11-də dərc edilən məruzədə ekspertlər riskləri qruplara bölüb onların hər birinin xarakteristikasını verməyə çalışıblar (bax: The Global Risks Report 2017 / “weforum.org”, 11 yanvar 2017).
Məruzədə yer alan risklərin hər birinin nə dərəcədə real olduğunu həyat göstərəcək. Ancaq bizim diqqətimizi çəkən əsas məqam ekspertlərin 2017-ci ildə dünyada çoxlu sayda risklərin olacağı haqqında yekdil fikirdə olmalarıdır. Məsələ sənəddə belə qoyulur ki, bu il bəşəriyyət daha çox riskli vəziyyətdə olacaq. Niyə məhz risklər? Niyə mütəxəssislər davamlı inkişafdan, rifahdan, münaqişələrin həllindən deyil, məhz təhlükələrdən və risklərdən bəhs edirlər?
Təəssüf ki, məruzə müəllifləri bu suala cavab axtarmırlar - onlar sadəcə insanları təlatümə gətirən təhlükələrin reallaşma ehtimalını vurğulamağa çalışırlar. Dünya təcrübəsi göstərir ki, bu, güclü dairələrin bu ilin risklərlə dolu olmasını görmək istəməsinin ifadəsi ola bilər. Hər halda, Davos mütəxəssisləri 30 (!) qlobal riskin mövcudluğunu qeyd edirlər ki, onları da 5 qrupa bölürlər. Həmin qruplar iqtisadi, ekoloji, geosiyasi, sosial və texnoloji sahələri əhatə edir. Bunlardan başqa, ekspertlər riskləri gücləndirə biləcək 13 tendensiyanı da vurğulayıblar (bax: əvvəlki mənbəyə).
Əsas risklər sırasında aşağıdakılar göstərilir:
- dövlətlər arasında etimadın yoxluğu və münaqişələr;
- təbii fəlakətlərin baş verməsi ehtimalı;
- əhalinin gəlirləri arasındakı fərqlərin daha da artması;
- kibercinayətlər;
- terror aktları;
- qaçqınların sayının əhəmiyyətli dərəcədə artması (bax: əvvəlki mənbəyə).
Risk qruplarında ilk sıranı ekoloji kateqoriya tutur. Ekstremal iqlim hadisələri, genişmiqyaslı təbii fəlakətlər və antropogen ekoloji fəlakətlər riski daha çox ehtimal olunanlar sırasındadır. İkinci sırada geosiyasi risklər dayanır. Onların sırasında isə birinci yerdə böyük terror aktları durur. Sonrakı yerləri dövlətlərarası münaqişələr və səmərəli dövlət idarəetməsinin yoxluğu tutur. Suriya böhranını sənəd müəllifləri keyfiyyətsiz dövlət idarəetməsinin olmaması faktoru ilə izah etməyə çalışırlar. Üçüncü yerdə texnoloji risklər dayanır. Onlar şəxsi məlumatların oğurlanmasından, onlardan qərəzli məqsədlər üçün istifadə edilməsindən və genişmiqyaslı kibernetik hücumlardan (söhbət faktiki olaraq informasiya savaşından gedir) ibarətdir.
Ümumdünya İqtisadi Forumu ekspertləri qlobal riskləri gücləndirə biləcək 13 tendensiya sırasında iqlim dəyişmələrini, ətraf mühitin vəziyyətinin pisləşməsini, əhalinin yaşlanmasını, populizmin və millətçiliyin artmasını, beynəlxalq təşkilatların, ilk növbədə BMT, BVF və NATO-nun rolunun dəyişməsini, əhalinin artan coğrafi mobilliyini, rəqəmsal texnologiyalardan asılılığın güclənməsini, güc mərkəzlərinin yeniləşməsini, kasıblarla varlılar arasında fərqlərin artmasını, inkişaf etməkdə olan ölkələrdə orta sinfin inkişaf etməsini, urbanizasiyanın yeni səviyyəyə qalxmasını və cəmiyyətlərdə qütbləşmənin dərinləşməsini göstərməsi maraq doğurur (bax: əvvəlki mənbəyə).
Təbii fəlakətlər, geosiyasət və ekologiya: daha ziddiyyətli sahələr
Beləliklə, Davos mütəxəssislərinin 2017-ci ildə meydana çıxa biləcək riskləri qruplaşdırması və onlara təsir etmə ehtimalı olan tendensiyaları müəyyənləşdirməsi kifayət qədər mürəkkəb bir mənzərəni ortaya qoyur. Onlara ümumi bucaq altında baxdıqda, görürük ki, risklər demək olar ki, fərdi, cəmiyyət, dövlət və beynəlxalq münasibətlər kimi bütün səviyyələrdə özünü göstərə bilər. Yəni konkret ifadə edilsə, ekspertlər bütövlükdə dünyanın vahid sistem olaraq böhran içində olduğu qənaətindədirlər.
Belə bir situasiyanın yaranması əvvəllər o dərəcədə ciddi təsiri olmayan bəzi sahələrin böhranı ilə müşayiət olunur. Biz konkret olaraq ekoloji və texnoloji sferaları nəzərdə tuturuq. Hətta ekologiya təbii fəlakətlər kontekstində daha önəmli yerə sahib olan faktor təsiri bağışlayır. Maraqlıdır, ekspertlər nəyə görə, deyək ki, dövlətlərarası münaqişələri deyil, təbii fəlakətləri və ekoloji məqamları önə çəkirlər? Görünür, artıq bəşəriyyətin, ümumiyyətlə, mövcudluq fəlsəfəsi böhran keçirir. Təbiətdə baş verən fəlakətlərin bir ucu insan fəaliyyətinin adekvat olmamasına bağlıdır. Burada atmosferin, suyun, torpağın, kosmosun çirklənməsinin qlobal təhlükəsizliyin vacib elementinə çevrildiyini vurğulamalıyıq.
Həmin aspektdə iqlim dəyişikliyinin əsas qlobal risklər sırasında göstərilməsi tamamilə məntiqli görünür. Əgər mütəxəssislərin hesablamaları özünü doğrultsa, dünyanın heç bir dövləti fəlakətlərdən yaxa qurtara bilməyəcək. İnkişaf etmiş dövlətlər belə vəziyyətin bu tərəfindən narahatdırlar. Lakin hətta bu cür risklərin fonunda geosiyasi təhlükələri kölgəyə salmaq heç doğru deyil. Çünki bu qrupa daxil olan risklər dünyanın müxtəlif regionlarında kifayət qədər böyük problemlər yaratmaqdadırlar. Onlar milyonlarla insanın həyatını itirməsinə səbəb olurlar. Buna görə də geosiyasi risklər daha həssas məsələdir.
Adı çəkilən sənəddə sadalanan geosiyasi risklər göstərir ki, burada böyük dövlətlərin məsuliyyəti daha çoxdur. Onlar bir tərəfdən liderlik uğrunda amansız mübarizə aparır, digər tərəfdən də öz maraqlarını təmin etmək üçün müxtəlif regionlarda ixtilafları alovlandırırlar. Məhz bu məqama görə dünyada millətçilik, müxtəlif növ fobiyalar artır, öz yurdlarını tərk edən insanların sayı durmadan çoxalır. Bu müddəaların fonunda ekspertlərin Suriyadakı böhranı səmərəli dövlət idarəçiliyinin yoxluğu ilə izah etməyə çalışması ədalətli görünmür, reallığı əks etdirmir. Çünki proses idarəetmənin zəifliyindən başlamadı, süni olaraq ixtilaf yaradıldı və sonradan bu tendensiya qayıdıb dövlət idarəçiliyini vurdu, cəmiyyəti tarazlıqdan çıxardı.
Başqa bucaq altında baxdıqda da Davos ekspertlərinin sona qədər obyektiv olmadığını görə bilərik. Məsələn, Ermənistanda dövlət idarəçiliyi Suriya, yaxud İraqdan güclüdür? Təbii ki, belə deyil, ancaq həmin ölkədə heç bir böhran yoxdur. Çünki Ermənistan təcavüzkar olsa da, qonşu ölkələrə qarşı aqressiv siyasət yeritsə də onun sabitliyini pozmaq istəmirlər. Suriya və İraqa qarşı isə münasibət tamamilə fərqlidir. Ümumilikdə müsəlman ölkələrinin inkişafı, nədənsə, müəyyən dairələri narahat edir.
Belə çıxır ki, Davos ekspertlərinin analizi və proqnozunda süni məqamlar az deyil. Onda yaxın gələcəkdə də dünyada risklərin olması ehtimalı az deyil. Onların bir qismi obyektiv xarakter daşısa da, xeyli sayda olanı bəzi dövlətlərin sırf öz maraqları naminə fəaliyyət göstərməsi ilə bağlıdır.
Bütün hallarda dünyanın 2017-ci ildə çətinliklər və risklərlə üz-üzə qalacağını demək olar. Qərbin radikal millətçiliyə daha çox meyil etməsi, Rusiya və Çinin geosiyasi təsirlərini artırmaq niyyətləri, bir sıra müsəlman dövlətlərində radikal əhval-ruhiyyənin yaradılması beynəlxalq miqyasda münaqişələrin artmasına aparıb çıxara bilər. Bununla yanaşı, dövlətdaxili ziddiyyətlərin də artması gözləniləndir. Bu barədə Dünya İqtisadi Forumu mütəxəssisləri ilə yanaşı, ABŞ-ın Milli Kəşfiyyat Şurasının (NIC) yaxın 5 il üçün verdiyi proqnozlarda da yazılıb (bax: Global Trends: Paradox of Progress / “dni.gov”, yanvar, 2017). Belə görünür, bu il də bəşəriyyət mürəkkəb dilemmalar qarşısında qalmaqda davam edəcək.
Newtimes.az

 
  • Oxunub:  13260  |  
  • Tarix:  03-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA