Ana səhifə »  Dünya »  Qeyri-sabit status-kvo: Avropadan anti-Avropaya dönüş
A+   Yenilə  A-
Qeyri-sabit status-kvo: Avropadan anti-Avropaya dönüş

Son dövrlərdə mütəxəssislər dünyanın böyük güc mərkəzlərindən olan Avropa İttifaqının (Aİ) indiki durumu və gələcəyi ilə bağlı analizlərini və proqnozlarını artırıblar. Hiss olunur ki, bütövlükdə bu təşkilatın taleyindən narahatlıq vardır. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Maykl Spens həmin kontekstdə maraqlı analiz apardığı yazı dərc edib. Məqalədə Aİ-də mövcud durum, onun səbəbləri və mümkün nəticələri təhlil edilib. Amerikalı alim kifayət qədər əsaslı və maraqlı arqumentlərdən çıxış edir. Onun Aİ-nin gələcəyi ilə bağlı gəldiyi qənaətlər aktual göründüyündən, onlar üzərində geniş dayanmağa ciddi ehtiyac duyulur.
Aİ-də “gizli iqtisadi risklər”: tendensiya güclənir
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Nyu-York Biznes Universitetinin professoru, Honkonqdakı Asiya Qlobal İnstitutunun sədri Maykl Aİ-nin taleyi ilə bağlı maraqlı məqalə dərc edib (bax: Michael Spence. Europe or Anti-Europe? / “Project Syndicate”, 28 fevral 2017).
Mütəxəssis, əslində, bəlli məsələdən yazır. Ancaq iqtisadçı kimi təşkilatın qarşılaşdığı problemləri maraqlı təhlil edir. Gəldiyi qənaətlər də diqqəti çəkir. M.Spens irəli sürdüyü proqnozlarında obyektiv olmağa çalışır. Onun ilk qənaətinə görə, Aİ ölkələrinə sərmayə qoymaqda “gizli risklər” meydana gəlib (bax: əvvəlki mənbəyə). Zahirən Avropa dövlətlərinin iqtisadiyyatına investisiya yatırmaq cəlbedici və perspektivli görünür, lakin dərin iqtisadi analiz bir sıra sahələrdə açıq görünməyən risklərin mövcudluğunu üzə çıxarır. Bu səbəbdən iqtisadçı Aİ ölkələrinə sərmayə qoyarkən, yerli şəraiti bilən və gözlənilməz riskləri hesaba alan yerli iş adamları ilə ünsiyyət qurmağı məsləhət görür.
Özlüyündə maraqlı faktordur. Çünki beynəlxalq reytinq təşkilatlarında Avropa adətən yüksək etibarlı məkan kimi təqdim edilir. Əslində, reallıqda da bu, belədir. Buna baxmayaraq, M.Spens olduqca vacib bir tendensiyaya işarə edir. O, müqayisə üçün deyir ki, Çin, Hindistan və Braziliyada da eyni risklərə rast gəlmək olur. Ancaq avrozona getdikcə “iki fərqli sürətlə hərəkət edən... ölkələrin iqtisadi blokuna çevrilməkdədir” (bax: əvvəlki mənbəyə). Sərmayəçiləri həm də bu tendensiyanın mümkün siyasi fəsadları narahat edir!
Etiraf edək ki, bu, artıq ciddi diqqətə alınmalı arqumentdir. Konkret deyilsə, M.Spens Aİ-də qeyri-sağlam iqtisadi mühitin rüşeymlərinin yarandığı və bunun siyasi dairələrə də təsir edəcəyindən danışır. Həmin proses meydana gizli risklər çıxarmaqdadır ki, bu da zaman-zaman Aİ-nin iqtisadi-sosial və siyasi mühitini silkələyə bilər.
Mütəxəssis konkret faktlarla fikrini sübut edir. İtaliyanın real ÜDM-i indi 2001-ci il səviyyəsindədir. İspaniyada işlər daha yaxşıdır. Ancaq onun da real ÜDM-i 2008-ci il səviyyəsindədir. Fransa və Avropanın cənub ölkələrində bərpa prosesinin tempi çox zəif, işsizlik isə yüksəkdir və orta hesabla 10% təşkil edir. Ancaq yaşı 30-dan aşağı olan gənclər sırasında işsizlik daha yüksək rəqəmlə ifadə olunur (bax: əvvəlki mənbəyə).
Sonra. Dövlət borcunun səviyyəsi Aİ ölkələrində ortalama ÜDM-in 100%-ni təşkil edir. İtaliyada isə 135%-ə çatıb. Bu zaman inflyasiya və real artım tempi aşağı olaraq qalır ki, bu da “süründürməçi borc pərdəsi” (M.Spens) yaradır.
Nobel mükafatı laureatı avrozona ölkələrinin rəqabət qabiliyyətinin divergensiya nəticəsində güclü variasiya etdiyini ayrıca vurğulayır. Bunun təkanverici faktoru Aİ-nin vahid valyuta sisteminə keçməsi olub. Bir az sadə dildə deyilsə, vahid valyutası olan Aİ-nin üzv dövlətlərinin iqtisadi potensialı və inkişaf dinamikası arasındakı fərqlər getdikcə özünün neqativ təsirini göstərib. Meydana sosial-iqtisadi təkamüldə divergensiya (şaxələnmə) çıxıb. Bu proses son illər ziddiyyətli xarakter alıb. Aİ öz-özündən ziddiyyət yaradan iqtisadi sistemə çevrilir.
Bu tendensiyanı avronun zəifləməsi bir qədər yumşaldıb. Lakin M.Spens qeyd edir ki, proses tamamilə aradan qaldırıla bilmir. Deyək ki, Almaniyada yüksək səmərəlilik qalacaq, ancaq təşkilatın digər ölkələrində xarici ticarət iqtisadiyyatda artım tempinin qeyri-qənaətbəxş səviyyədə qalmasına imkan yaradacaq (bax: əvvəlki mənbəyə). Bu vəziyyət, ümumiyyətlə, avrozonanın taleyini sual altına alır.
İki ssenari: qeyri-sabitlikdən “siyasi qısaqapanma”ya doğru
Bunlardan belə qənaət əldə etmək olar ki, Avropa maliyyə böhranından sonra tədrici bərpa mərhələsinə keçməyib, “aşağı tempdə artımın yalançı-sabit tarazlıq tələsi”nə düşüb (bax: əvvəlki mənbəyə). Kifayət qədər əhəmiyyətli nəticədir. Geniş aspektdə baxdıqda, bütövlükdə Aİ-nin bir sosial-iqtisadı sistem olaraq yeni inkişaf səviyyəsinə deyil, aldadıcı tarazlıq görüntüsü verən qeyri-müəyyən bir vəziyyətə transformasiya olunduğunu etiraf etmək lazım gəlir. Kvazi-sabit tarazlıq strateji kontekstdə təhlükəli bir haldır. Bu, o deməkdir ki, təşkilat, ümumiyyətlə, təkamül istiqamətini itirə, o cümlədən inteqrasiya xəttindən yayına bilər.
Həmin sırada mütəxəssis iş yerləri və gəlirlərin qütbləşməsinin cəmiyyətdə gəlir bölgüsünə təsirini kütləşdirməsini ayrıca vurğulayır. Bu prosesə konkret olaraq, qloballaşma, avtomatlaşdırma, rəqəmsal texnologiyalar ciddi təsir göstərir (bax: əvvəlki mənbəyə).
Bütün bunlar dünya iqtisadiyyatında 2000-ci ildən müşahidə edilən dəyişikliklər çərçivəsində çox əhəmiyyətli görünür. Birincisi, avro büdcə siyasəti və tənzimləmə sahələrində eyni zamanda çeşidləmə aparılmadan daxil edildi. İkincisi, Çin Ümumdünya Ticarət Təşkilatına üzv oldu və dünya iqtisadiyyatına daha sıx inteqrasiyaya başladı. Üçüncüsü, rəqəmsal texnologiyalar iqtisadi strukturlara, iş yerlərinə və qlobal çatdırılma zəncirinə getdikcə daha çox təsir göstərməyə başladı. Nəticədə, qlobal məşğulluq modeli dəyişdi və rutin işlərlə bağlı olan iş yerlərinin yox olması sürətləndi (bax: əvvəlki mənbəyə).
Bu proseslərin çoxsaylı nəticələrindən ikisini qeyd etmək kifayətdir. Almaniya 2003-2006-cı illərdə rəqabətə davamlılıq və struktur sahələrində ciddi islahatlar həyata keçirərək, yeni situasiyaya adaptasiya potensialını yüksəltdi. 2005-ci ilə tekstil ticarəti ilə bağlı qoyulan məhdudiyyətləri əks etdirən beynəlxalq sazişin müddəti bitdiyindən, Çin və Banqladeş həmin istiqamətdə fəaliyyətlərini genişləndirdilər. Nəticədə, yalnız 2005-ci ildə Qərb ölkələrinə tekstil malları və geyim əşyalarının ixracı 2 dəfə artdı. Bu dəyişiklik Avropanın zəif inkişaf etmiş ölkələri və bütün dünyanın inkişaf etməkdə olan az rəqabətqabiliyyətli ölkələri üçün ağır fəsadlara səbəb oldu (bax: əvvəlki mənbəyə).
Yuxarıda vurğulanan neqativ məqamların yekun təsiri isə bir sıra ölkələrdə iqtisadiyyatın inkişaf modellərində disbalansa gətirib çıxardı. Bəzilərində dövlət borcu artdı, əmlak bazarında borc köpüyü yarandı. M.Spens bunların ümumi fəsadını belə xarakterizə edir: “Həmin inkişaf modelləri dayanıqsız idilər və nəhayət ki, çökdülər, iqtisadiyyatın baza struktur zəiflikləri kəskin şəkildə üzə çıxdı” (bax: əvvəlki mənbəyə).
Məhz bu məqamdan sonra Avropada özünü göstərən yeni siyasi tendensiya ciddi təhlükəyə çevrilməyə başladı. Onun adını “sağ populizm” qoysalar da, Avropa iqtisadi reallığının birbaşa siyasi ifadəsidir. Həmin hadisənin əsas məzmunu anti-Avropa siyasəti aparmaqdan ibarətdir. Yəni iqtisadi problemlər əsas olaraq Aİ-nin bir struktur olaraq perspektivli olub-olmaması məsələsini aktuallaşdırdı.
Populizm yaxın illərdə səngiməyəcək. Mövcud iqtisadi problemlər buna imkan verməz. Aİ faktiki olaraq iki ssenaridən birini seçməlidir. Onlardan birincisi hazırkı sistemin məhdudlaşdırıcı parametrlərə daha çox üstünlük verməsi ilə əlaqəlidir. Aİ təşkilat olaraq üzvlərin üzərinə çoxlu məhdudiyyət qoyur. Məsələn, üzv dövlətlərin düşdüyü çətinliklərdən özlərinin çıxmasını tələb edir. Bu iki məqam bir-birinə uyğun deyil.
İkinci ssenari ondan ibarətdir ki, Aİ indiki ziddiyyətlərin real həllinə çalışar. Bu, Avropada inteqrasiyanı gücləndirər və iqtisadi inkişafı stimullaşdırar. Ancaq M.Spens hələ heç bir ssenariyə üstünlük verə bilmədiyini yazır. O, bütövlükdə “status-kvo qeyri-sabitdir və uzun müddət qala bilməz” nəticəsini çıxarır. Yəni Aİ hələ “qaranlıq dəhlizdən” xilas ola bilməyib. Bu proses ABŞ və Böyük Britaniyada olduğu kimi, “siyasi qısaqapanma” yarada bilər ki, bu da təşkilatın növbəti siyasi böhran müstəvisinə transformasiya ola biləcəyi ehtimalının qalması deməkdir.
Newtimes.az

 
  • Oxunub:  13830  |  
  • Tarix:  08-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir
11:29
20 Sentyabr
Elçin Mirzəbəyli: Paşinyanın ziddiyyətli açıqlamaları onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübut edir
11:09
20 Sentyabr
Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
11:06
20 Sentyabr
Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib
11:03
20 Sentyabr
Vüsal Qasımlı: EnterpriseAzerbaijan.com portalı Azərbaycana sərmayə cəlbini daha da sürətləndirəcək
11:00
20 Sentyabr
Səyyar “ASAN xidmət” Çilov adasında
10:29
20 Sentyabr
Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının bütün maraqlarına uyğun layihədir
10:17
20 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:05
20 Sentyabr
Bakıda VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb
09:54
20 Sentyabr
Azərbaycan nümayəndə heyəti GUAM-ın Şura iclasında iştirak edəcək
09:48
20 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
09:47
20 Sentyabr
Azərbaycanın neft strategiyası və doktrinasının əsası - “Əsrin müqaviləsi”
21:25
19 Sentyabr
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
20:58
19 Sentyabr
Almaniyada medal qazanan karateçilərlə görüş keçirilib
20:54
19 Sentyabr
“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur
20:53
19 Sentyabr
Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
20:51
19 Sentyabr
Üç azərbaycanlı cüdoçunun adı Beynəlxalq Cüdo Federasiyasının Şöhrət Zalına daxil edilib
20:49
19 Sentyabr
Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib
20:47
19 Sentyabr
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
20:43
19 Sentyabr
20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır
20:40
19 Sentyabr
Həştərxanda IV Xəzər Mediaforumu keçirilir
20:36
19 Sentyabr
Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
20:33
19 Sentyabr
Küveyt Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20:29
19 Sentyabr
Hikmət Babaoğlu: Paşinyan Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialarla küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmir
18:06
19 Sentyabr
Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib
18:04
19 Sentyabr
Seymur Orucov: Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı
18:03
19 Sentyabr
Hadi Rəcəbli: Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir
18:02
19 Sentyabr
Musa Quliyev: Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur
17:59
19 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir
17:43
19 Sentyabr
Bakı Beynəlxalq Cüdo Federasiyasının gender bərabərliyinə həsr olunan ilk beynəlxalq konfransına ev sahibliyi edib
17:20
19 Sentyabr
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
17:18
19 Sentyabr
BDU ilə Vyetnam universitetləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
17:17
19 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri Azərbaycana səfərə gəlib
17:08
19 Sentyabr
Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır
17:06
19 Sentyabr
YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub
16:58
19 Sentyabr
Rüstəm Orucov: Cüdo üzrə milli komandamız çox yaxşı formadadır
16:55
19 Sentyabr
SOCAR gələn il Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq
16:50
19 Sentyabr
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub
16:28
19 Sentyabr
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
16:26
19 Sentyabr
Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq
16:23
19 Sentyabr
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir
16:21
19 Sentyabr
Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir
16:17
19 Sentyabr
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
16:15
19 Sentyabr
Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb
16:00
19 Sentyabr
SOCAR: “Qarabağ”da ilk quyunun gələn ilin birinci yarısında qazılması planlaşdırılır
15:56
19 Sentyabr
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+17 +20