Ana səhifə »  Dünya »  Avropa İttifaqı 2017-ci ildə: əsas ziddiyyətlər və mümkün transformasiyalar
A+   Yenilə  A-
Avropa İttifaqı 2017-ci ildə: əsas ziddiyyətlər və mümkün transformasiyalar

Xülasə. Məqalədə analitiklərin təhlilləri əsasında Avropa İttifaqının (Aİ) yaxın perspektivdə bir təşkilat kimi vəziyyəti analiz edilib. Göstərilib ki, burada müxtəlif variantlar meydana çıxa bilər. Onlardan hansının reallaşması məsələsi ehtimallıdır. Əksər ekspertlər hesab edirlər ki, Aİ nə dağılacaq, nə də dünya siyasətində geosiyasi statusunu yeni səviyyəyə yüksəldəcək. Onun vəziyyəti xeyli dərəcədə qeyri-müəyyən olaraq qalacaq. Burada həm təşkilatdaxili təkamül dinamikası, həm də qlobal geosiyasətdə özünü göstərən əsas tendensiyalar rol oynayır. Müəllifə görə, Aİ daxilində radikal millətçiliyin vüsət alması ilə yanaşı, ABŞ-Rusiya-Çin “üçlüyü”nün yeni qüvvələr balansı yaratmaq istiqamətində atdıqları addımlar Brüsseli çətin vəziyyətə salır. Təşkilat daxilində demokratiya və şəffaflığın azalması qlobal miqyasda müşahidə edilən yeni geosiyasi trendlərlə birgə Aİ-nin perspektivini şübhə altına alır.
Məqalədə vurğulanır ki, hələlik bu cür qeyri-müəyyənlik vəziyyətində olan Avropa İttifaqının konkret bir təkamül xəttinə çıxmasını göstərən əlamət yoxdur.
Mütəxəssislər Aİ kimi böyük və potensiallı təşkilatın gələcəyi ilə bağlı mütəmadi təhlillər aparırlar. Onların verdikləri proqnozlar həmişə maraq doğurur. Hazırda dünya siyasi mühitində paradoksal vəziyyət yaranıb. Bir tərəfdən təhlükəsizlik problemi daha da aktuallaşıb, digər tərəfdən isə bunu reallaşdıra biləcək qüvvələr balansı hələ formalaşmayıb. Aİ-də müşahidə edilən proseslərə bu müstəvidə nəzər saldıqda, bir sıra düşündürücü məqamlara rast gəlinir. Bu təşkilatın 2017-ci ildə qarşılaşa biləcəyi ziddiyyətlərin analizi maraq doğurur. Eyni zamanda, onun mümkün transformasiya ssenariləri də ekspertlərin diqqətini çəkir. Onlar üzərində dayanmağa ehtiyac görürük.
Aİ-yə artan maraq: bir neçə səbəb haqqında
2017-ci ilin gəlişi ilə mütəxəssislərin Avropa İttifaqının taleyi ilə bağlı fikirləri və proqnozları dərc edilməkdədir. Bu maraq təsadüfi deyil. Onun əsas səbəbi, ümumiyyətlə, qlobal siyasətdə olduqca əhəmiyyətli dəyişikliklərin baş verməsidir. ABŞ-dakı prezident seçkisinin gözlənilməz nəticəsi, Rusiyanın güclü geosiyasi demarşı, Çinin yeni inkişaf səviyyəsinə yüksəlməsi, inkişaf etməkdə olan ölkələrin (məsələn, Türkiyənin) əldə etdikləri uğurlar dünyanın siyasi dinamikasına öz təsirini göstərir.
İkinci səbəb kimi mütəxəssislər 2008-ci ildən başlayan maliyyə-iqtisadi böhranı göstərirlər. Bu proses söndürülmədi. Yunanıstan, Portuqaliya və İspaniya kimi ölkələri daha çox çətinə saldı. Bütövlükdə Aİ-nin vahid valyuta zonasının qalması məsələsi gündəmə gəldi. Hələ də həmin çətinlikdən təşkilat tam çıxa bilməyib.
Başqa bir səbəb Aİ-nin öz daxilində müşahidə edilən proseslərlə bağlıdır. Buraya siyasi, iqtisadi, ekoloji, mədəni və ideoloji xarakterli məsələlər daxildir. Xüsusilə “Brexit” adlanan hadisə Aİ-ni möhkəm silkələdi. Bir sıra ekspertlər bunun “domino effekti” verəcəyindən ehtiyatlanırlar. Bu günə kimi “Brexit”in Avropaya təsiri güclü olaraq qalır. Hətta bir sıra ölkələrdə ona bənzər siyasi tendensiyalar da özünü göstərməyə başlayıb. Həmin məqamlarla bağlı mütəxəssislər geniş araşdırmalar aparıb və müxtəlif proqnozlar veriblər. Biz bir qədər sonra onlar üzərində geniş dayanacağıq.
Nəhayət, Aİ üçün miqrasiya problemi çox ciddi amilə çevrilib. Yaxın Şərqdən qaçqınların axınının sürətlə artması təşkilatı çətin sosial, siyasi, hüquqi və humanitar seçim qarşısında qoydu. Məlum oldu ki, “Köhnə qitə” yeni problemləri həll etməyə elə də hazır deyil. Məsələ yalnız sosial təminatla bağlı deyil. Doğrudur, bu sahədə də güclü sayılan Avropa dövlətlərinin miqrantlara loyal yanaşmadığı ortaya çıxdı. Əsas məsələ demokratiyadan danışan bir məkanın insan haqlarına sahib çıxa bilməməsi ilə bağlıdır. İndi Avropanın inkişaf etmiş ölkələrinin siyasi dairələri insanları iqtisadi cəhətdən təmin etmək, onların hüquqlarını qorumaq əvəzinə, nəzarəti gücləndirmək, qovmaq, cəza vermək kimi işlərdən danışırlar. Bu da bütövlükdə Avropada demokratiyanın, siyasi-iqtisadi və mədəni sistemin qüsurlarından xəbər verir.
Bütün bunlar Aİ-nin sistem böhranı mərhələsinə qədəm qoyduğunu göstərir. Bir sıra ekspertlər təşkilatın əyalətlərində, eləcə də Aİ-nin yaxın xaricində qeyri-sabitliyin, müşahidə edilən risklərin artmasını ayrıca qeyd edir, bunu həm təşkilat daxilində fəaliyyət mexanizmlərinin lazımi səviyyədə işlənməməsi, həm də qlobal prosesin bir hissəsi olması ilə izah edirlər (bax: məs., Nikolay Kaveşnikov. Çetıre vızova dlə Evrosoöza / RSMD, 13 fevral 2017). Etiraf edək ki, həmin məqamlar çox aktual və incə geosiyasi amillərlə bağlıdır.
Qlobal geosiyasətə təsir: azalma tendensiyasının işığında
Burada ilk olaraq Aİ-nin dəyişən dünyaya çevik və adekvat reaksiya verə bilməməsi vurğulanmalıdır. N.Kaveşnikov bu aspektdə qeyd edir ki, “avropalıların görmək istədikləri dünya daha təhlükəsiz, iqtisadi cəhətdən inkişaf etmiş və dayanıqlı olmur” (bax: əvvəlki mənbəyə). Əksinə, təhlükəsizliklə bağlı risklər artır, iqtisadi uğur qazanmış ölkələrlə uğursuzlar arasındakı uçurum dərinləşir, xarici siyasət məsələlərinin həllində sərt gücdən və hərbi qüvvələrdən istifadə meylləri güclənir.
Təbii ki, bunlar çox prinsipial məqamlardır və Aİ kimi təşkilatın onlara hazır olmaması ciddi məsələdir. Çünki Aİ dünyanın iqtisadi, siyasi, demoqrafik və hərbi cəhətdən ən güclü mərkəzlərindən biridir. Belə bir təşkilatın qlobal geosiyasətdə müşahidə edilən ciddi proseslərə uyğun reaksiya verə bilməməsi, şübhəsiz, dünyada böhrana səbəb ola bilər. Maraqlısı odur ki, qabaqcıl idarəetmə sisteminə malik bir təşkilat prinsipial yeniliklərə hazır ola bilmədi. Görünür, burada mütəxəssislərin də vurğuladığı bir özəllik öz rolunu oynayıb.
Biz, bütövlükdə Qərbin son illər ikili standartlara daha çox meyil etməsini nəzərdə tuturuq. Vaşinqton və Brüssel dünyanın müxtəlif regionlarında ədalətə dayanan siyasət deyil, məxsusi geosiyasi maraqlara xidmət edən xəttə üstünlük verdilər. Bir bölgədə təcavüzkar sərt cəzalandırıldı, digərinə isə havadarlıq edildi. İraq, Liviya, Suriya, Misir, Əfqanıstan vuruldu, Ermənistan qorundu. Müəmmər Qəddafi, Səddam Hüseyn cəzalandırıldı, Sarkisyan, Koçaryan isə müdafiə edildi. Hətta adlarını demokrat qoydular. Halbuki sarkisyanlar və koçaryanların əlləri qana daha çox batıb.
Belə çıxır ki, Aİ, əslində, özünün illərdir apardığı yanlış siyasətin fəsadları ilə üz-üzə qalıb. Maraqlıdır ki, bunu Brüssel sona qədər dərk etmir ki, bu da, ümumiyyətlə, təşkilatın çətinliklərdən yaxa qurtara bilməsi məsələsini müəmmalı edir. Bu məqam ümumilikdə təşkilatın daxilində gedən proseslərin bir qismidir. Ekspertlər həmin kontekstdə əhəmiyyəti olan başqa amilləri də vurğulayırlar.
Məsələn, Cenevrə Beynəlxalq Hüquq İnstitutunun prezidenti R.Müllerson Aİ-nin taleyinə həsr etdiyi məqalədə göstərir ki, təşkilat üçün iqtisadi tənəzzül aparıcı problemlərdən biri olub. Burada Şimali, Cənubi və Şərqi Avropa ölkələri arasındakı iqtisadi inkişafdakı fərq proseslərin gedişinə təsir edir. Cənubi Avropa ölkələrinin o qədər də səmərəli olmayan iqtisadi sistemi, onların qlobal rəqabətə kifayət qədər davamlı olmamaları ciddi çağırışlardır (bax: Reyn Möllerson. Evropeyskiy soöz: bıtğ ili ne bıtğ? / “Valday”, 17 fevral 2017). Avrozonanın idarə edilməsindəki çətinliklər, borcların yığılması kimi hallar daha çox sistem xarakterli iqtisadi amillərdən qaynaqlanır.
Digər problem yuxarıda vurğuladığımız miqrasiya böhranının yaratdığı siyasi-ideoloji mühitlə əlaqəlidir. Ekspertlər hesab edirlər ki, miqrasiya böhranı Aİ-nin bir sıra ölkələrində radikal əhval-ruhiyyəni yüksəltdi. Bu da siyasətdə populizmin, avroskeptisizmin vüsət almasına və əhalinin ənənəvi siyasi sistemə inamsızlığının artmasına aparıb çıxardı (bax: Nikolay Kaveşnikov. Çetıre vızova dlə Evrosoöza / RSMD, 13 fevral 2017). Nəticədə, elektorat mövcud sistemi müdafiə edən qüvvələrdən və partiyalardan üz döndərir.
Məsələn, 2016-cı il dekabrın 4-də Avstriyada prezident seçkisində sağçı-radikal qüvvələrin təmsilçisi, avroskeptik, antimüsəlman cəbhəsinin siyasətçisi Norbert Hoferlə prezident seçilən Aleksandr Van der Bellen arasında fərq cüzi olub.
Eyni mənzərəni Aİ-nin digər ölkələrində, deyək ki, Hollandiyada, Fransada, Almaniyada, yaxud İtaliyada görmək ehtimalı az deyil. Həmin dövlətlərdə builki seçkilərdə sürprizlərin olması istisna edilmir.
Mütəxəssislər avroskeptisizmin Aİ-də özünə ciddi yer tutduğuna inanırlar. Tarix elmləri doktoru V.Y.Şveytser vurğulayır ki, “Avroskeptisizm” termini müasir Avropanın siyasi leksikonunda özünə möhkəm yer edib” (bax: Vladimir Şveyüer, Anton Tarşin. Evropeyskiy Soöz: kritiki i apoloqetı / “Sovremennaə Evropa”, №1 (67), 2016, s.16-25). Faktiki olaraq, həmin terminin ifadə etdiyi siyasi cərəyan indiki Avropa siyasi səhnəsində getdikcə daha böyük rol oynamağa başlayır. Bunun da uyğun siyasi-ideoloji nəticələri olmalıdır.
Onların sırasında Avropa ölkələrində radikal millətçiliyin, təcridçiliyin və islamofobiyanın geniş yayılması xüsusi yer tutur. Bu tendensiyalar bütövlükdə Avropada inteqrasiya prosesinə ciddi mənfi təsir göstərir, eyni zamanda, digər sahələrdə də ziddiyyətlərin dərinləşməsinə şərait yaradır.
Buradan iki nəticə çıxarmaq olar. Əvvəla, Avropada siyasi sistem dayanıqlığını itirmək üzrədir. İkincisi, Aİ-nin daha şəffaf fəaliyyət göstərməsinə böyük ehtiyac yaranıb. Birinci prosesin dərinləşməsi mütləq təşkilatın siyasi böhranına aparıb çıxaracaq. İlk növbədə sistem problemləri dərinləşəcək. Bu istiqamətdə mütəxəssislər iki amili ayrıca vurğulayırlar. Onlardan birincisi institusional böhranla əlaqəlidir (bax: Reyn Möllerson. Evropeyskiy soöz: bıtğ ili ne bıtğ? / “Valday”, 17 fevral 2017). Bu böhranın məzmunu ondan ibarətdir ki, 1957-ci ildə Aİ-nin əsasını qoyan altı ölkənin liderlərinin tarixdə görünməmiş ittifaq yaratmaqla bağlı vədlərinə inanan xalqlar yeni “çoxbaşlı əjdaha”nın gəlişini istəmirlər (bax: əvvəlki mənbəyə). Avropalıların inteqrasiyanın perspektivlərinə inamları xeyli azalıb. Onlar daha çox öz milli maraqlarına köklənirlər. Bu vəziyyət avtomatik olaraq Aİ-nin institutlarını zəiflədir.
İkinci amil avronun üzləşdiyi böhrandan qaynaqlanır. Üzv dövlətlərin bir çoxu suverenliklərini qurban verməyə son qoymaq arzusundadırlar. Avrodan imtina bununla bağlıdır. Britaniyalılar məsələnin bu tərəfini çox qabartdılar. İndi Fransada, Avstriyada, Hollandiyada da həmin məqamdan danışırlar. Bununla yanaşı, mütəxəssislər məsələnin başqa mühüm aspektinə də diqqət çəkirlər. Bu, iqtisadi inkişaf səviyyəsinə, ənənələrinə və həyat tərzinə görə fərqli dövlətlərin vahid valyutaya malik olması şərtləri ilə bağlıdır. Dinc cənub xalqları sərt protestant ruhlu olmaq istəmirlər. Bir çox Avropa institutlarının Almaniyanın Yunanıstana qarşı repressiv addımlarını dəstəkləməsi müəyyən narazılıqlar yaradıb. Onların sırasında daha çox Mərkəzi və Şərqi Avropa ölkələri rahatsızdırlar. Sosialist düşərgəsindən Aİ-yə keçid prosesinə sevinən həmin dövlətlərin başçılarını bəzən Avropa Parlamentində fitə basırlar. 2009-cu ildə Çexiyanın prezidenti Vatslav Klausun başına belə bir iş gəlmişdi (bax: əvvəlki mənbəyə).
Liberal demokratiyanın böhranı: şəffaflıq və demokratiya kontekstində
Yuxarıda vurğulanan müddəalar ikinci nəticəni - Aİ-nin daha şəffaf fəaliyyət göstərməsinə olan ehtiyacı əsaslandırır. Çünki xalqların inamının azaldığı bir dövrdə idarəetmə və icra orqanlarının şəffaflığı böyük önəm daşıyır. Aİ-də dövlətlərüstü qurumların işlərinin ictimaiyyətə aydın olması zərurəti artıq daha kəskinliklə özünü göstərir. Sosial, siyasi, müdafiə və təhlükəsizlik aspektlərində bu məsələnin aktuallığı xeyli artıb. Lakin hələlik həmin istiqamətlərdə əhalini qane edən bir səviyyəyə nail olunmayıb. Məsələn, fransızların Aİ strukturlarının suverenliyə nə dərəcədə imkan yaratdığı haqqında dəqiq mövqeləri yoxdur. Həmin amildən istifadə edən sağçı Marin Le Pen xəbərdar edir ki, əgər Fransanın milli suverenliyinə xələl gətirəcək məqamlar olacaqsa, təşkilatdan dərhal çıxacaqlar.
Hollandiyada, Almaniyada, İtaliyada və Avstriyada da siyasətçilər bu barədə danışırlar. Onlar həmin kontekstdə daha çox miqrant siyasəti ilə əlaqədar vətəndaşlara məlumatlar verilməsini qabardırlar. Brüssel isə bu aspektdə tam şəffaf ola bilmir. Xüsusilə Almaniya hakimiyyət orqanları radikal sağçıların tələbləri üzrə miqrantlara qarşı sərt davranmaq istəmir. Bu kimi məqamlar Aİ daxilində ziddiyyətlərə yeni məzmun çalarları verir.
Beləliklə, Aİ-nin siyasi dayanıqlığını itirə bilməsi və şəffaflığın təminində ciddi çətinliklərlə üzləşməsi təşkilatın gələcəyi ilə bağlı nikbin proqnoz verməyi çətinləşdirir. Mütəxəssislər daha çox mərkəzdənqaçma tendensiyasının üstünlük təşkil edəcəyi haqqında yazırlar. Bu ssenarinin reallaşması ehtimalı az deyil. Burada əlavə olaraq, iki digər amili də göstərmək olar. Bunlar dünyada liberal demokratiyanın böhranı və hakimiyyət qütblərinin dəyişməsindən ibarətdir (bax: əvvəlki mənbəyə).
Liberal demokratiya ideyalarının böhranının kökləri liberalizmlə demokratiyanın ziddiyyətlərinə gedib çıxır. Azad bazarlar və demokratiya bir-birinin inkişafını stimullaşdırır, lakin həm də aralarındakı rəqabəti gücləndirir. Çünki bazarın azadlığı həm də inkişafda qeyri-bərabərliyə imkanlar yaradır. Bu da demokratiyanın daha az olması deməkdir. Kembric Universitetindən olan iqtisadçı H.C.Çanq yazıb ki, “azad bazar və demokratiya təbii tərəfdaş deyillər” (bax: əvvəlki mənbəyə).
Doğrudur, o, daha çox “nəzarət edilməyən bazar” ı nəzərdə tutub, lakin Ronald Reyqan və Marqaret Tetçer kimi siyasətçilər məhz həmin növ bazarlara üstünlük veriblər. Müasir neoliberallar da eyni mövqedədirlər. Beləliklə, iqtisadi qeyri-bərabərlik siyasi qeyri-bərabərliyi meydana gətirir. Yəni demokratiya hamının bərabərliyinə, azad bazar isə qeyri-bərabərliyinə doğru aparır. Nəticədə, bu iki amil bir-birini tarazlaşdıraraq həddən ziyadə inkişafın qarşısını alır. Bütün bunlar Avropada liberal elitanın xoşuna gəlməyən siyasəti populizm adlandırmağa imkan verib. Lakin hələ Ralf Darendorf deyirdi ki, “populizm sadə, demokratiya isə mürəkkəbdir”. Həmin mənada biri üçün populizm olan, digəri üçün demokratiya ola bilər.
Populistlər də öz növbəsində liberalları “elitanın burnu dik təmsilçiləri” adlandırırlar. Onları sadə insanlardan uzaqlaşmaqda ittiham edirlər. Həmin kütlənin az informasiyaya malik olduğunu, mədəni səviyyəsinin zəifliyini vurğulayırlar. Məsələn, Amerikada Hillari Klinton Donald Trampın elektoratını son seçki kampaniyasında məhz belə xarakterizə etmişdi. “Brexit”də də ekspertlər eyni özəlliyi müşahidə etdiklərini deyirlər.
Belə görünür ki, Qərbdə liberal demokratiyanın böhranı xeyli dərinliklərə işləyib. Həmin tendensiyaya dünya hakimiyyətinin böhranı ayrıca təsir etməkdədir. Bu barədə Zbiqnev Bjezinski geniş danışıb (bax: Zbigniew Brzezinski. How To Address Strategic Insecurity In A Turbulent Age / “The Huffington Post”, 3 yanvar 2017). Bu, özünü onda göstərir ki, İkinci dünya müharibəsindən sonra formalaşmış qüvvələr balansı pozulub, meydana yeni təhlükələr çıxıb. Nəticədə, qlobal miqyasda hakimiyyət böhranı yaranıb, geosiyasi nüfuzda yeni qütbləşmə meydana gəlib.
Bir ssenari: qüvvələr balansı və Aİ
Konkret olaraq, dünya siyasətində Rusiya və Çinin təsiri xeyli artıb. İndi dünyanın yeni nizamının Qərbin istədiyi kimi formalaşması imkanı xeyli aşağıdır. Bunları nəzərə alaraq, Z.Bjezinski ABŞ-Rusiya-Çin əməkdaşlığına ciddi ehtiyacın yarandığını yazır (bax: əvvəlki mənbəyə).
Onun baş tutması isə mürəkkəb məsələdir. Çünki artıq yuxarıda vurğulanan dünya hakimiyyətinin qütblərinin dəyişməsi prosesi gedir. Qərb görür ki, tarixi alternativlər ola bilər. Hər şey onların meyarlarına uyğun baş verməyə bilər.
Bu kontekstdə onu da unutmaq olmaz ki, demokratiya konkret olaraq bir çoxmillətli dövlətin daxilində yaranıb və inkişaf edib, onun beynəlxalq münasibətlər sisteminə transformasiyası mürəkkəb prosesdir. Mütəxəssislər bu anlayışa beynəlxalq arenada ən yaxın olan terminin “qüvvələr balansı” olduğunu qeyd edirlər (bax: Reyn Möllerson. Evropeyskiy soöz: bıtğ ili ne bıtğ? / “Valday”, 17 fevral 2017). Deməli, həmin konsepsiyanı tətbiq etmək üçün Aİ federallaşma yolunu seçməlidir. Elita buna can atır, lakin avropalılar bunu qəbul etmirlər. Bununla da ciddi ziddiyyət meydana gəlir - Aİ inteqrasiya modeli ilə demokratikləşmə arasında balansı tapa bilmir.
Dünyanın yeni qüvvələr balansına doğru transformasiya etdiyi barədə fikirlər səslənir. Orada Aİ-nin yeri görünmür. Əsas olaraq ABŞ, Rusiya və Çindən danışırlar. Lakin belə bir vəziyyətin mövcudluğu Aİ layihəsinin iflası olub-olmadığı barədə konkret fikir bildirmək anlamına gəlmir. Mümkündür ki, Avropa ölkələri özlərində güc tapıb XXI əsrin tələblərinə uyğun birləşmə modeli meydana çıxarsınlar.
Beləliklə, 2016-cı ilin sonu - 2017-ci ilin əvvəllərinə yaxın Aİ üçün aşağıdakı üç əlamət xarakterikdir. Birincisi - Aİ-nin tamlığının pozulmasıdır. Müxtəlif üzv dövlətlərin daxilində və təşkilat çərçivəsində mərkəzdənqaçma meylləri yeni səviyyəyə yüksəlib. Onun nümunəsi kimi “Brexit”i göstərmək olar. Eyni zamanda, növbədə “Frexit” və digərlərinin olduğundan bəhs edilir. İkincisi - Avropa ilə ABŞ arasındakı münasibətlərdə uzun illərdir formalaşmış status-kvonun dəyişməyə başlamasıdır. D.Trampın gəlişi ilə bu aspekt daha da aktuallaşıb. Üçüncüsü isə - qitədə miqrasiya balansının kəskin dəyişməsidir. Onun sosial-siyasi fəsadlarının çox ola bilməsi gözlənilir.
Bu əlamətlər fonunda 2016-cı ildə Avropada baş verən bir sıra hadisələr təhlükəsizlik məsələsini də yeni səviyyədə gündəmə gətirib. Paris terroru, Kölndə yeni il zorakılığı, Nitsada yayda baş verən terror aksiyası, Berlində olan terror aktı kimi olaylar Avropanı silkələdi. Aİ rəsmiləri bunlara reaksiya olaraq vahid Avropa ordusu yaratmaq ideyasını ortaya atdılar. Ancaq onun reallaşması yuxarıda vurğuladığımız çoxlu sayda problemlərin yaratdığı maneələr səddini hələ keçə bilmir.
Qlobal geosiyasi dinamika prizmasından isə “Rusiyaya Avropanın qonşusu kimi baxmaq lazımdır”, lakin bu qonşu heç zaman Avropa dəyərlərini qəbul etməyəcək (bax: Walter Russell Mead, “Washington and Brussels: Rethinking Relations with Moscow?”, in Aldo Ferrari (ed.), Putin’s Russia: Really Back? (Milan, Ledi Publishing for ISPI, 2016), p. 46). Bu o deməkdir ki, Rusiya Çinlə birgə “dünyanın idarə edilməsi haqqında Qərb anlamlarına alternativ hazırlayır” (bax: Bobo Lo, Frontiers New and Old: Russia’s Policy in Central Asia, IFRI Russia / NIS Centre, Russie. Nei. Visions №.82, January 2015, p. 9).
Bütün bu məqamlar 2016-cı il 28 iyunda qəbul edilən Aİ-nin qlobal strategiyasında nəzərə alınıb. Orada xüsusi qeyd olunub ki, “sülh və sabitlik artıq real deyil”, lakin “Aİ bütövlüyünü saxlayacaq” (bax: Shared Vision, Common Action: A Stronger Europe. A Global Strategy for the European Union’s Foreign and Security Policy, June 2016, p. 33).
Nəticə
Yuxarıda aparılan təhlildən görünür ki, hazırkı mərhələdə Avropa İttifaqı üçün real ssenari bütövlüyü qoruyub saxlamaqdan ibarətdir. Həm təşkilatdaxili siyasi, iqtisadi-maliyyə, idarəetmə böhranları, həm də qlobal səviyyədə alternativ dünya nizamı modellərinin işlənib-hazırlanması Aİ-nin taleyinə qeyri-müəyyənliklər gətirir. Mütəxəssislər onun sürətli inkişaf ssenarisini nəzərdən keçirmirlər. Əsas məsələ təşkilatı qoruyub saxlamağın yollarının axtarılıb tapılması ilə bağlıdır. 2017-ci ilə “Köhnə qitə”nin bu reallıqlarla daxil olması ümumən dünya siyasətində ciddi dəyişikliklərə yol aça bilər.
Yaradılandan böyük ümidlər bəslənən güclü bir təşkilatın belə vəziyyətə düşməsinə səbəb həm dünya miqyasında cərəyan edən geosiyasi hadisələr, həm də Aİ daxilində özünü göstərən müxtəlif xarakterli tendensiyalar olub. Yəni, gəlinən qənaət təsadüfi deyil. Uzun illərdir ki, Qərbin böyük dövlətləri ikili standartlara uyğun daxili və xarici siyasət yeridirlər. Bu, mütləq müəyyən bir müddətdən sonra fəsad verməli idi. Məhz həmin amil indi özünü göstərməkdədir. Bu xüsusda iki nəticə önəm daşıyır.
Birincisi, Aİ-də milli radikal siyasi kursa üstünlük verənlərin cəmiyyətdən getdikcə daha çox dəstək görməsidir. Bu proses Avropanı siyasi cəhətdən parçalaya bilər. O cümlədən Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasından sonra inqilabi proseslərin olması mümkündür. Bir sıra avropalı ekspertlər həmin proseslərin aparılmasında ABŞ-ı günahlandırırlar. Bu, ikinci nəticəni Aİ üçün daha əhəmiyyətli edir.
İkincisi, ABŞ-Rusiya-Çin əməkdaşlıq formatı Aİ-ni dünya siyasəti miqyasında çətin vəziyyətə sala bilər. Brüssel arxa plana keçər. Əgər Amerika Avropanı yenə özündən asılı vəziyyətdə saxlamaq xəttini davam etdirsə, onun Almaniya və Fransaya təzyiqlərini yenə də müşahidə etməli olacağıq. Deməli, həmin aspektdə yaxın illərdə maraqlı hadisələrin baş verməsi mümkündür.
Bunlar onu göstərir ki, bütün variantlara rəğmən, Avropa İttifaqının hətta yaxın perspektiv üçün konkret inkişaf ssenarisi yoxdur. Ehtimallar isə daha çox qeyri-müəyyənliyin mövcudluğundan xəbər verir.
Kamal Adıgözəlov
Newtimes.az

 
  • Oxunub:  14790  |  
  • Tarix:  12-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

14:48
18 Noyabr
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
20:28
17 Noyabr
Akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb
18:17
17 Noyabr
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edib
18:06
17 Noyabr
Naxçıvanda payız iməciliyi keçirilib
17:55
17 Noyabr
Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17:40
17 Noyabr
Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
17:32
17 Noyabr
Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər
16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir
14:08
16 Noyabr
Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir
14:06
16 Noyabr
Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər
14:02
16 Noyabr
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
13:59
16 Noyabr
Elçin Mirzəbəyli: Fransanın davranışları BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərə tamamilə ziddir
13:00
16 Noyabr
UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
12:51
16 Noyabr
Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:46
16 Noyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib
12:44
16 Noyabr
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
12:38
16 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
12:37
16 Noyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
12:28
16 Noyabr
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA