Ana səhifə »  Dünya »  Qlobal nizama doğru: inqilabi situasiya və transformasiya mexanizmləri
A+   Yenilə  A-
Qlobal nizama doğru: inqilabi situasiya və transformasiya mexanizmləri

Müxtəlif analitik mərkəzlər və tanınmış mütəxəssislər qlobal geosiyasi nizamın gələcək taleyindən narahatlıq keçirirlər. Onların apardıqları analizlər göstərir ki, hazırda geniş miqyasda ciddi ziddiyyətlər meydana gəlib və dünya düzəninə təsirlər artıb. Bu təsirlər yekunda mürəkkəb bir mənzərə yaratmaqdadır. Çünki, əslində, yeni qlobal geosiyasi nizam formalaşmalıdır. Bunun konkret mexanizmi tam müəyyənləşməyib. İndiki mərhələdə mütəxəssislər əsas rolu ayrı-ayrı supergüclərin deyil, BMT-nin oynamalı olduğunu qeyd edirlər. Aparılan təhlillər göstərir ki, onların arqumentləri əsaslıdır. Ancaq beynəlxalq təşkilatlarda islahatlar aparmadan real nəticə əldə etmək imkansızdır. Beləliklə, yeni dünya nizamının formalaşması problemi BMT kimi universal təşkilatda islahatların aparılması prosesi ilə sıx bağlıdır. Məsələnin bu tərəfi isə hələlik müəmmalıdır. Bu kontekstdə “Valday” beynəlxalq müzakirələr klubunun bir analizi və verdiyi proqnoz üzərində geniş dayanmağa ehtiyac duyuruq.
İkinci mərhələ: yeni şəraitdə fərqli ziddiyyətlər
İndi dünya miqyasında geosiyasi dəyişikliklərin dönməz xarakter aldığı haqqında mütəxəssislər tez-tez yazır, proseslərin bir-biri ilə sıx əlaqəsini vurğulamaqla yanaşı, onların sistem halında özünü göstərdiyini də iddia edirlər. Vəziyyət mürəkkəbdir, onun dərk edilməsi də kifayət qədər çətin bir işdir. Ancaq elə məqamlar var ki, onları analiz etməklə ümumi səviyyədə proseslərin transformasiyası mənzərəsini yaratmaq olar. Bu baxımdan hazırkı qlobal situasiya heç də tamamilə “qaranlıq tunel” deyil.
Üstəlik, keçən əsrin 60-cı illərinin sonunda müşahidə edilmiş vəziyyətlə müəyyən analogiyası vardır. O dövrdə Avropada bir total üsyankarlıq özünü göstərmişdi. Bütün qitəni etiraz hərəkatı götürmüşdü. Müxtəlif sferalarda bu, fərqli təzahür etsə də, ortaq cəhət də vardı. Həmin dövrdə fəallardan olan Daniel Cohn-Bendit əsas məsələnin İkinci Dünya müharibəsindən sonra yaranan nəsillə İkinci Dünya müharibəsi nəsli arasındakı ziddiyyətdən ibarət olduğunu qeyd edirdi. Yeni nəsil əvvəlki nəslin qurduğu dünya nizamını qəbul etmək istəmirdi. Gənclərin tələbləri normal qəbul edilən mədəni meyarları çox aşır və hətta əxlaqsızlıq kimi qəbul oluna bilirdi.
Ancaq geniş planda yuxarıda vurğulanan ziddiyyət Qərbdə mövcud sosial-mədəni və siyasi düzəndə dəyişikliyə doğru aparırdı. İndi mütəxəssislər vurğulayırlar ki, buna bənzər vəziyyət - inqilabi dəyişikliklər situasiyası meydana gəlib (bax: Qlobalğnıy bunt i qlobalğnıy porədok. Revolöüionnaə situaüiə v mire i çto s ney delatğ / “Valdaiclub.com”, 22 fevral 2017). Lakin indi transformasiya şərtləri fərqlidir. Burada söhbət əsasən geosiyasi nizamın yeniləşməsindən gedir. Keçən əsrin 70-ci illərində seksual inqilab kimi faktorlar bu gün üçün aktual deyil. Lakin həmin dövrlə bu günü birləşdirən ortaq amil də mövcuddur. Bu, kommunikasiya vasitələrinin cəmiyyətə geniş təsir imkanlarının olmasıdır. Hətta indi bu sferada imkanlar qat-qat artıb.
Mütəxəssislər bu məqamda iki aspekti ayrıca vurğulayırlar. Birincisi, kommunikasiyada geniş kütlələr ildırım sürəti ilə iştirak edə bilirlər. Bu, sosial şəbəkələr, internet, yüksək texnologiyalı kommunikativ alətlər vasitəsilə olur. İkincisi, kütlələrin şüuru ilə manipulyasiya imkanları da misilsiz dərəcədə artıb. Yəni artıq çox sürətlə və yüksək dinamika ilə milyonların şüuruna istədikləri kimi təsir edə bilirlər. Bu da ictimai rəyi idarə etməyi xeyli çətinləşdirir.
Bütün bunlar geosiyasi aspektdə daha dərin və prinsipial əhəmiyyətli bir prosesin fonunda baş verir. “Valday” klubunun analitikləri yazırlar: “25 il əvvəl yaradılmış münasibətlər sisteminə iki istiqamətdən hücum edirlər. Onun prinsiplərinin formalaşmasında iştirak etməyən və indi onları tam ədalətli hesab etməyən qeyri-Qərb dövlətləri. Və son onilliklərin siyasəti üçün məsuliyyət daşıyan elitanı inkar edən aparıcı dövlətlərin öz cəmiyyətləri” (bax: əvvəlki mənbəyə).
Müasir mərhələdə yeni dünya nizamını formalaşdıran əsas faktorları keçən əsrin 60-70-ci illərindəki amillərdən fərqləndirən əsas məqam da buradadır. İndi təkanverici proseslər həm ölkələrin daxilindən, həm də müxtəlif regionlardan qaynaqlanır. Bunlardan biri mövcud dünya nizamının formalaşmasında payı olmayan dövlətlər qrupudur. Onlar sürətlə inkişaf edir və qlobal siyasi səhnədə layiq olduqları yeri tutmağa çalışırlar (hər halda özləri belə təsəvvür edirlər). İkincisi isə artıq yeni siyasi nəfəsə ehtiyacı olan kütlələrdir. Onların tərkibi rəngarəng olsa da, başlıca siyasi tələbləri aydındır - daha çox milli təcridçilik, cəmiyyətin inkişafına daha çox diqqət, qloballaşmaya qarşı ehtiyatlılıq və s. Deməli, Qərb cəmiyyətinin əksər kəsimi siyasi sistemin yeniləşməsini arzulayır. Nəzərə alsaq ki, kommunikasiya vasitələri qısa zamanda milyonları bir araya gətirə bilir, onda bu mövqeyin getdikcə möhkəmlənə biləcəyini etiraf etməliyik.
Digər faktorun da rolu kifayət qədər ciddidir. Çin başda olmaqla, inkişaf edən ölkələr dünya siyasətində söz sahibi olmaq üçün getdikcə daha çox fəallaşırlar. Bir qrup dövlət bu iddiasını gizlətmir. BMT-də də onlar ön sıraya çıxmağa çalışırlar. Yaponiya, Almaniya, Braziliya, Türkiyə, Hindistan və digərləri inkişaf etdikcə mövcud tənzimləmə mexanizmlərinin yeniləşməsinə də ehtiyac artır. Bütövlükdə dünya siyasəti daha həssas mərhələyə qədəm qoyur.
BMT-də islahatlar: keçid dövrünün əsas mexanizmi
Görünür, bu vəziyyət bir qədər çox vaxt alacaq. Bunun üçün ümumən dünyada bir xaosun yaranmaması üçün aralıq mərhələdə özəl transformasiya mexanizmləri işlək olmalıdır. Mütəxəssislər həmin rolu əsas olaraq universal beynəlxalq təşkilatların yerinə yetirə biləcəyini düşünürlər. Bu kontekstdə diqqət daha çox BMT-yə yönəlir.
Buradan belə qənaət əldə etmək olar ki, yeni dünya nizamına keçid mərhələsində beynəlxalq təşkilatlar təşəbbüsü üzərlərinə götürməlidirlər. Yəni hətta supergüclər belə fəaliyyətlərinə müəyyən məhdudiyyətlər qoymalıdırlar. Onlar dünyanın müxtəlif regionlarında həyata keçirmək istədikləri planları BMT-nin razılığı olmadan reallaşdırmağa cəhd göstərməməlidirlər. Ancaq etiraf edək ki, məsələnin bu tərəfində qeyri-müəyyənliyə daha çox rast gəlinir.
İndi demək olar ki, heç bir böyük dövlət BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara əməl etmir. Prinsipial məsələlərdə TŞ heç bir ümumi mövqe ortaya qoya bilmir. Bu və ya digər dövlət təqdim edilən sənədlərə veto qoyur. Belə bir vəziyyətdə, təbii ki, dünyanın heç bir regionunda sabitliyi təmin etmək mümkün deyil. Qlobal geosiyasət üçün əhəmiyyəti olan problemlərin həllindən isə, ümumiyyətlə, söhbət açmaq olmur.
Bəs çıxış yolu nədən ibarət ola bilər? Yeni bir səmərəli beynəlxalq təşkilat yaratmaq fikri absurddur. Qalır mövcud olanların fəaliyyətlərini təkmilləşdirmək, islahatlar vasitəsilə tənzimləmə mexanizmlərini yeniləmək. Bu prizmadan BMT-də islahatların aparılması bir daha zərurət kimi qarşıda durur. İlk öncə BMT TŞ-də dəyişikliklər həyata keçirilməlidir. Bununla bağlı təkliflər də kifayət qədərdir. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü qiymətli təkliflər vardır. BMT gec və ya tez onlara diqqət yetirməlidir. Mütəxəssislərin də analizləri göstərir ki, başqa yol, sadəcə, yoxdur.
BMT-də islahatlar məhdud təsirli hadisə deyil. O, bütövlükdə yeni dünya nizamına keçidin və formalaşmasından sonra beynəlxalq münasibətlərin başlıca tənzimləmə mexanizmidir. Bundan kənarda real faktor axtarmaq uğurlu ola bilməz. BMT-də yeniləşmələrə maneə olan əsas qüvvələr isə TŞ-nin 5 daimi üzvüdür. Deməli, proses onlardan başlamalıdır. Lakin təəssüf ki, həmin dövlətlər bu istiqamətdə mövqelərini hələ dəyişməyiblər. Əksinə, aralarındakı rəqabət daha kəskin xarakter alıb.
O cümlədən ABŞ-Rusiya-Çin “üçbucağı” tədricən cəhənnəm məkanına çevrilir. Şimali Koreya isə dünyanın təhlükəsizliyi üçün əməlli-başlı təhdid mənbəyinə dönməkdədir. Düşündürücüdür ki, Şimali Koreya, yaxud İranla bağlı məsələlərdə Vaşinqton, Moskva və Pekin BMT-yə deyil, özlərinə müraciət edirlər. Onlar problemin həllini beynəlxalq təşkilatın nizamnaməsi çərçivəsində axtarmayıb, öz hərbi güclərini nümayiş etdirməyə cəhd göstərirlər. Təəssüf ki, bu zaman BMT heç yadlarına belə düşmür.
Məsələn, Vaşinqton Pxenyanın dərsini verəcəyini açıq deyir. Şimali Koreya da öz növbəsində ABŞ-ı və müttəfiqlərini bombalarla hədələyir. Son olaraq o, Avstraliyanı vura biləcəyindən danışıb. Belə şəraitdə BMT-də islahatlar necə aparıla bilər? Bu suala cavab vermək çox çətindir. Ancaq vaxt da gedir, sonra çox gec ola bilər.
Newtimes.az

 
  • Oxunub:  20940  |  
  • Tarix:  03-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA