Ana səhifə »  Dünya »  Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda
A+   Yenilə  A-
Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda

Fransada yeni mərkəzçi “İrəli” hərəkatının nümayəndəsinin prezident seçilməsi ekspertlərin bir sıra sualları ortaya atmasına səbəb olub. Bir tərəfdən, E.Makrona Avropa İttifaqının xilaskarı kimi baxılır, digər tərəfdən isə ölkə daxilindəki siyasi mühitin tam durulmadığı qənaəti var. Eyni zamanda, Fransada seçki ilə qlobal geosiyasətdə, o cümlədən ABŞ və Böyük Britaniyada baş verən siyasi proseslər arasında əlaqə axtarılır. Bu kontekstdə E.Makronun qələbəsi ilə D.Trampın seçilməsi və “Brexit” arasında bağlantı görürlər. Bir çox analitiklər isə problemə, ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra Qərb siyasətinin məzmununda gedən dəyişikliklər aspektində baxırlar. Onlar hesab edirlər ki, ikili standartlar siyasəti bu gün Avropada müşahidə edilən siyasi və geosiyasi müəmmaların kökündə dayanan amillərdəndir. Bütövlükdə Fransadakı prezident seçkisinin nəticəsinin qlobal siyasətə ciddi təsir edəcəyi proqnozlaşdırılır.
Tarazlığın pozulması: Fransanın siyasi panoramı
Fransada son prezident seçkisi mövcud siyasi və iqtisadi aspektli suallara cavablardan çox, yeni sualların meydana çıxmasına təkan verdi. Ekspertlər Emmanuel Makronun dövlət başçısı seçilməsini ölkədə bir neçə ildir ki, müşahidə edilən və müəyyən dərəcədə ziddiyyətli xarakter daşıyan proseslərin məntiqi nəticəsi hesab edirlər. Əslində, bu hadisəni analitiklər beynəlxalq geosiyasi mühitdə tarazlığın pozulması ilə əlaqələndirirlər. Buna təsir edən başlıca amillər sırasında isə Donald Trampın Amerika prezidenti seçilməsi və “Brexit”in baş verməsini göstərirlər. Həqiqətən, D.Trampın ABŞ-da qələbəsi siyasi elitaya qarşı olan etirazların nəticəsi kimi qiymətləndirilir. Bu isə Amerikada ənənəvi dövlət başçısı seçimi qaydasının pozulması hesab olunur. Bunun fonunda “Brexit” də Avropanın siyasi inteqrasiyası ilə bağlı verilən proqnozların alt-üst olmasını ifadə edir.
Bunlarla yanaşı, ekspertlər qlobal geosiyasətə ciddi təsir edən Şimali Koreya məsələsini vurğulayırlar. Amerikanın regionda raketdənmüdafiə sistemlərinin yerləşdirilməsi planı Çini narahat edir, buna qarşılıq da tədbir görməyə sövq edir. Belə çıxır ki, bütün hallarda beynəlxalq aləmdə böyük dəyişiklik gedir. Bu dəyişikliyin xarakteri məlum deyil və indi o barədə dəqiq fikir söyləmək çətindir. Elə bu özəlliyinə görə, həmin vəziyyət Qərbin bütün siyasi mühitinin dinamikasına təsir etməlidir. O cümlədən Fransada siyasi səhnədə oyun qaydaları yenilənməli idi.
Fransada budəfəki prezident seçkilərinin digər özəlliyi ikinci tura ölkənin aparıcı partiyalarından heç birinin adlaya bilməməsidir. Həm hakim partiya olan sosialistlərin liderləri, həm də müxalifətçi “Respublikaçılar” partiyasının rəhbərləri baş verənləri tamaşa salonundan seyr etməklə kifayətləndilər. Məsələnin bu tərəfinə Fransanın daxilində son illər müşahidə edilən iqtisadi, siyasi və ideoloji proseslərin özəlliyi prizmasından baxmaq daha doğru olardı.
2007-ci ildə Fransada iqtisadi böhran başladı. İqtisadiyyat o vaxtdan staqnasiya vəziyyətindədir. Keçən müddətdə işsizlərin sayı kəskin artıb. 2017-ci ildə bu rəqəm ölkənin iqtisadi aktiv əhalisinin 10 faizini təşkil edir. Əsas olaraq gənclər arasında işsizlik yayılıb. İşini itirmək və terrorun qurbanı olmaq insanları getdikcə daha çox narahat etməyə başlayıb.
Bunun fonunda fransızların ənənəvi siyasi partiya və siyasətçilərə inamı itib. Sorğuların nəticəsinə görə, əhalinin 89 faizi siyasi partiyalara inamını itirib, deputatlara etibar etməyənlər 55 faizdir, Fransua Ollanda isə 75 faiz inanmırdı. Cəmiyyətdə ümumi səviyyədə depressiv əhval-ruhiyə güclənib. 29 faiz yorğunluqdan, 25 faiz bədbinlikdən, 31 faiz isə inamsızlıqdan şikayət edir.
Bütün bunların nəticəsi o oldu ki, seçicilər nə hakimiyyətdə olan solçulara (Sosialist Partiyası), nə də sağ mərkəzçilərə (“Respublikaçılar” partiyası) etibar etmədilər. Bunu siyasi liderlər öncədən sosioloji sorğular nəticəsində də müəyyənləşdirmişdilər. Fransanın iqtisadiyyat naziri, 39 yaşlı solçu Emmanuel Makron 2016-cı ilin payızında vəzifəsini tərk edərək, “nə sol, nə sağ” şüarı ilə mərkəzçi “İrəli” hərəkatını yaratdı. Bununla da Fransada son onilliklərdə sosialistlərlə respublikaçıların növbə ilə əldə etdikləri hakimiyyətin başqa bir siyasi düşərgəyə keçməsi prosesinin əsası qoyuldu. 2017-ci ilin yazında keçirilən prezident seçkisində mərkəzçi E.Makron və “milli cəbhəçi” Marin Le Pen ikinci tura adladı. Ancaq burada bir incə məqam var.
Məsələ ondan ibarətdir ki, Marin Le Pen seçilsə idi, Avropa İttifaqını dağıda bilərdi. Emmanuel Makron isə sadiq avropaçıdır, Aİ-ni canlandıracaq atlantistdir. E.Makron Aİ-ni gücləndirəcəyini və Fransa-Aİ əlaqələrini yeni səviyyəyə qaldıracağını vəd edib. Ancaq Makron Avropa İttifaqında islahatların aparılmasını bir şərt kimi irəli sürüb. Bu xüsusiyyət digər iki özəlliyi diqqətə gətirir. Məsələ ondan ibarətdir ki, son iki yüz il ərzində Fransada Makron kimi cavan prezident olmayıb. Eyni zamanda, ilk dəfə idi ki, Fransada iki ən böyük partiyanın nümayəndəsi ikinci tura çıxmadı. Makron özü mərkəzçi “İrəli” hərəkatını yaratdı ki, bunlar da Amerikada baş verənlərlə oxşardır. Orada da D.Tramp ilk mərhələdə respublikaçıların namizədi kimi seçkiyə qatılmadı. Bunlar mövcud böyük partiyaların siyasi taleyi aspektində qəribə hadisələrdir.
Avropaçılıq və təcridçilik: mübarizə davam edir
İndi yeni prezidentin qarşısında Fransanın birləşdirlməsi və Avropanın konsolidasiyası kimi iki mühüm vəzifə durur. Çünki yuxarıda vurğuladığımız kimi, təkcə beynəlxalq aləmdə deyil, ayrı-ayrı böyük ölkələrin daxilində də siyasi-ideoloji tarazlıq pozulub. Digər tərəfdən, unutmayaq ki, Fransada hakimiyyətə qarşı müxalifət ifrat sağçı Marin Le Pendir. Bu siyasətçi Fransanın yalnız köklü fransızlar üçün olduğu şüarını irəli sürür. Sonradan gəlmələr, xüsusilə müsəlmanlar kənarda qalmalıdırlar, onlar ikinci dərəcəli vətəndaş olmalıdırlar. Proqnozlara görə isə bir neçə on ildən sonra Fransada əhalinin təqribən 40 faizi miqrant mənşəli ola bilər. Açıq gözlə görünən odur ki, Marin Le Penin müxalifətçiliyi ölkəni parçalanmaya aparır.
Buna qarşılıq E.Makron Fransanı mənşəyindən və dini mənsubluğundan asılı olmayaraq bütün fransızlara aid edir. Çünki “Milli cəbhə” partiyasının əsas müxalifət partiyası olması tarazlığı pozur. Deməli, gənc prezidentə Le Pen kimi birinin müxalif olması heç də xoş deyil. Bu isə, təəccüblü də olsa, siyasi dairələrdə “makronmaniya” apatiyası yarada bilər. Bu anlayış Emmanuel Makronu yeganə xilas mənbəyi kimi qəbul etmək, əvvəlcədən siyasi manevrləri məhdudlaşdırmaq anlamına gəlir. Böyük təcrübəsi olan Fransa siyasi dairələrinin bunu dərk edə biləcəyi gözləniləndir.
Bu kimi siyasi reallıqların fonunda ekspertlər belə suallar da qaldırırlar: “nə üçün Qərbdə siyasi proseslər bu cür sürətlə dəyişdi? Belə situasiyaya səbəb nə oldu?” Burada ilk olaraq yada düşən demokratiya və insan hüquqlarını əsas silah hesab edən Avropada müxtəlif problemlərin yaranması olur. Bu problemləri Qərbin hazırkı siyasi iradəsi və kursu çərçivəsində həll etmək çətindir, bəlkə də heç mümkün deyil.
Əslində, bir məqamı unutmaq olmaz. Demokratiya və insan hüquqları prinsip olaraq İkinci dünya müharibəsindən sonra meydana gəldi. Və XX əsrdə baş verən faciəvi hadisələrə görə, o cümlədən İkinci dünya müharibəsinə görə məsuliyyəti yalnız Almaniyamı daşıyır? Təbii ki, yox. Məsuliyyət bütövlükdə Qərb siyasi şüurunda, həyata keçirilən ikili standartlar siyasətindədir. Bu səbəbdən Emmanuel Makronun bu gün Qərbin ümid yeri kimi görünməsi təsadüfi deyil - o, Avropanı qoruyub saxlamağa çalışacaq! Gec deyilmi? Həm də ümumiyyətlə, beynəlxalq aləmdə proseslərin qeyri-müəyyən olması və böyük dövlətlər daxilində hansı siyasi hadisələrin baş verməsini nəzərə almaq lazımdır. Belə vəziyyət bütövlükdə situasiyanı olduqca mürəkkəbləşdirir və doğru yolun seçilməsi işini xeyli çətinə salır.
Məhz bu bağlılıqda ekspertlər iki “xilaskar”ın - Donald Trampın və Emmanuel Makronun iki ənənəvi partiyadan olmamasının mümkün nəticələri üzərində baş sındırırlar. Qərb cəmiyyətləri daxilində əsrlərdir mövcud olan sosial-siyasi tarazlığın, qarşılıqlı surətdə anlaşmanın pozulmasını da unutmayaq. Təbii ki, bu cür məqamlar bütünlüklə Qərb dünyasında çoxlu sayda problemlər yaradır və onların necə həll edilə biləcəyi ilə əlaqədar düşündürücü suallar ortaya atır. Onların sırasında Fransada iyun ayında keçiriləcək parlament seçkisində kimin qalib gələ biləcəyi mühüm yer tutur.
Belə ki, ekspertlərə görə, əgər parlament seçkisində milliyyətçilərin lideri qalib olarsa, ölkədə idarəçilik çətinləşəcək. Ona taraz ola biləcək başqa partiyalar isə yoxdur. Marin Le Pen indidən həmin günə hazırlaşır. O, milli məsələ ilə bağlı mövqeyini müəyyən qədər yumşaldıb, antiavropa ritorikasına bir istilik verib. Ancaq bunlar onun mövqeyini mahiyyətcə dəyişməyib.
Yuxarıda vurğulanan məqamlar onu təsdiq edir ki, Emmanuel Makronun seçkinin ikinci turunda 66 faiz səslə qalib olması, əslində, nə Fransada, nə də Avropada siyasi problemlərin həll olunmasını təmin etməyib. Hələ qarşıda bir çox çətinliklər vardır. Əgər parlament seçkisində ifrat müxalifət üstünlük əldə etsə, Avropanın siyasi taleyi yenə risklərə atılacaq. Başqa hansı variant mövcuddur, məlum deyil. Qlobal miqyasda da Qərbin böyük dövlətləri yanlış siyasi kursları ilə qeyri-müəyyən situasiyalar yaratmaqda davam edirlər. Deməli, Makron xilas yeri deyil, növbəti “siyasi dayanacaqdır” ki, avropaçılar bir qədər nəfəs ala bilərlər. Bəs sonrası?
Newtimes.az

 
  • Oxunub:  20370  |  
  • Tarix:  25-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib

17:52
15 Noyabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
17:47
15 Noyabr
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
17:42
15 Noyabr
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
17:37
15 Noyabr
AİDA və ADA Universiteti asiyalı və afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil edib
17:33
15 Noyabr
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans
17:18
15 Noyabr
Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
16:58
15 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans öz işinə başlayıb
16:52
15 Noyabr
İtaliyanın “Radio Atene” kanalında Azərbaycandakı multikulturalizm ənənələrindən danışılıb
16:42
15 Noyabr
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
15:45
15 Noyabr
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15:34
15 Noyabr
Bu il ölkədən 201 min tondan çox kimya sənayesi məhsulları ixrac olunub
15:26
15 Noyabr
“Ölkəmizi tanıyaq”: Məktəblilər Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar
15:23
15 Noyabr
Məlahət İbrahimqızı: Azərbaycan beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə atrırıb
15:17
15 Noyabr
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
15:07
15 Noyabr
Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
14:43
15 Noyabr
Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçirilir
14:25
15 Noyabr
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
13:52
15 Noyabr
Bişkekdə MDB-nin iştirakçısı olan dövlətlərin sərhədlərinin təhlükəsizliyinə dair fikir mübadiləsi aparılıb
13:46
15 Noyabr
Los Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13:36
15 Noyabr
AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub
12:39
15 Noyabr
Bakıda “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində elmi konfrans işə başlayıb
12:34
15 Noyabr
Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib
12:30
15 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir
12:17
15 Noyabr
Alim Quliyev: İlin sonunadək manatın məzənnəsinin sabitliyi qorunacaq
12:10
15 Noyabr
Bakı Ali Neft Məktəbi və “British Council” təşkilatı əməkdaşlığı genişləndirir
12:04
15 Noyabr
Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib
12:01
15 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
11:45
15 Noyabr
Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun
11:38
15 Noyabr
Hikmət Babaoğlu: “Teoxarus Avropa Parlamenti qarşısında hesabat verməlidir”
11:17
15 Noyabr
Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
11:13
15 Noyabr
Çili Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib
11:08
15 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
11:02
15 Noyabr
Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları ilə təmin olunması istiqamətində layihələr həyata keçirib
10:58
15 Noyabr
Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq
10:41
15 Noyabr
Qırğızıstan Prezidenti Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasının iştirakçılarını qəbul edib
10:32
15 Noyabr
15 noyabr – Dünya Fəlsəfə Günüdür
10:24
15 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:21
15 Noyabr
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir
10:16
15 Noyabr
Bakıda Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası keçirilir
19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9