Ana səhifə »  Dünya »  Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri
A+   Yenilə  A-
Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri

On ərəb ölkəsinin bir yerdə Qətərlə diplomatik əlaqələri kəsməsi, onunla quru, hava və su yolunu bağlaması ekspertlərin marağına səbəb olub. Bu prosesin arxasında duran səbəblər və onun geosiyasi təsiri haqqında müxtəlif fikirlər irəli sürülür. Belə proqnozlar verilir ki, bütövlükdə müsəlman dünyasında qarşısıalınmaz və təhlükəli geosiyasi proseslərə təkan verilə bilər. Ayrıca ərəb ölkələri arasında ziddiyyətlərin kəskinləşməsi regionda terrorun və silahlı toqquşmaların daha da genişlənməsinə aparıb çıxara bilər. Geosiyasi aspektdə isə Yaxın Şərqin uzun müddət təhdidlər altında qalması ehtimalı daha çox narahatlıq yaradır. Bunların fonunda İranla bağlı həyəcanlı informasiyaların yayılması da kifayət qədər düşündürücü təsir bağışlayır. Belə qənaət əldə etmək olur ki, Yaxın Şərqlə əlaqəli təhlükə və risklə dolu planlar həyata keçirilir. Bu prosesin proqnozlaşdırılmasına ehtiyac duyulur.
Yeni “ərəb böhranı”: təhlükəli tendensiya
Bir qədər əvvəl “ərəb baharı”ndan danışılırdı, indi “ərəb böhranı”ndan bəhs edilir. On ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsib. Onlar Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları ittifaqıdır. Bu dövlətlər Dohanı terrora dəstək verməkdə və regionda geosiyasi sabitliyi pozmaqda ittiham edirlər. Bundan başqa, Səudiyyə Ərəbistanını Qətər rəhbərliyinin İranla əlaqələri yaxşılaşdırmaqla bağlı söylədiyi fikirlər qəzəbləndirib. Doğrudur, Doha bunun hakerlərin təxribatı olduğu haqqında informasiya yayıb. Yəni Qətər rəhbərliyindən heç kim belə bir fikir söyləməyib, gizli haker qrupu çox incə üsulla müxtəlif fikirləri bir məntiqdə montaj edə biliblər.
Ancaq Ər-Riyad bu izahı qəbul etməyib. Çünki iki ölkə arasında ziddiyyətlər bir neçə ildir ki, mövcuddur. Məsələn, 2014-cü ildə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə diplomatik əlaqələri kəsmişdilər. Ancaq o zaman bu, yalnız diplomatlara aid edilmişdi. İndi isə on ərəb ölkəsi, faktiki olaraq, Qətəri blokadaya alıblar. Onlar hava, su və quru yolu ilə əlaqələri tamamilə dayandırdıqlarını bəyan ediblər.
Məsələnin düşündürücü tərəfi də məhz bu məqamla bağlıdır. Ekspertlər sual edirlər ki, nəyə görə bu hadisələr Amerika prezidentinin regiona səfərindən sonra baş verir? Burada əsas məqsəd nədən ibarətdir? Əgər söhbət, əsas olaraq, Qətərin “əl-Qaidə” və İŞİD-ə dəstəyindən gedirsə, onda başqa ərəb dövlətlərinə qarşı da analoji addım atmaq olardı. Elə Səudiyyə Ərəbistanı və Liviyanı bir sıra terror qruplarına dəstək verməkdə dünya ittiham edir. Deməli, burada başqa məqamlar da vardır.
Mütəxəssislər hesab edirlər ki, əsas məsələ İranla bağlıdır. Vaşinqton və İsrail Tehrana qarşı sərt mövqe tutmağa meyillidirlər. Donald Trampın komandası bir neçə dəfə Tehranı terrorizmi dəstəkləməkdə ittiham edib. Eyni zamanda, İranın nüvə silahı istehsal etmək planından əl çəkmədiyini bildirirlər. Vaşinqton bu kimi faktorlarla yanaşı, İranın Yaxın Şərqdəki münaqişələrə ciddi müdaxilə etməsini də arqument kimi irəli sürür. Həmin ittihamlardan çıxarılan nəticə isə ondan ibarətdir ki, İranla bağlı sərt tədbirlərin həyata keçirilməsi haqqında danışırlar.
Bu kontekstdə Qətərlə bağlı baş verənləri təsadüf hesab etmirlər. Qətərin, faktiki olaraq, mühasirəyə alınmasına İranın mühasirəyə alınmasının ilkin mərhələsi kimi yanaşırlar. Belə bir mövqenin arxasında bir məntiq dayanır. Çünki ümumən ərəb-müsəlman dünyasında həmrəyliyi pozurlar. Məlumdur ki, son zamanlar müsəlman dövlətləri kənardan olan təxribatlar, müdaxilələr, təzyiqlərə qarşı durmaq üçün gücü bir yerə qoymaq barədə düşünürdülər. Onlar hətta İslam Ordusu - “müsəlman ölkələri NATO-su”nu yaradıblar. Aydındır ki, bu proses dərinləşsə və genişlənsə, bütövlükdə yeni bir güc ortaya çıxa bilər ki, bir sıra böyük dövlətlərin geosiyasi iddialarına qarşı əngəllər meydana gələr. Konkret olaraq, Yaxın Şərqdə terror fəaliyyətləri xeyli zəifləyə bilər.
Müsəlman ölkələri arasında həmrəyliyin real məzmun kəsb etməsinin hansı dairələrə sərf etmədiyi aydındır. Deməli, əgər müxtəlif müsəlman ölkələri arasında fikir ayrılığını ziddiyyətli səviyyəyə yüksəldirlərsə, heç şübhəsiz, burada məqsədli planlar vardır. Qəribədir ki, on müsəlman ölkəsi bir-birinə qarışıb. Və onların bu vəziyyətə düşməsində bir informasiyanın həlledici rolu olub. Lakin mütəxəssislər başqa məqama da diqqət yetirirlər.
Onların rəyinə görə, əslində, Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı geosiyasi ziddiyyətin dərin səbəbləri vardır. Bu iki ölkə ərəb dünyasında liderlik uğrunda mübarizə aparırlar. Bunun əlamətlərindən biri də Yaxın Şərq dövlətlərində özlərinə yaxın siyasi qrupları hakimiyyətə gətirməkdir. Məsələn, Qətər “Müsəlman qardaşları” və “Həmas”a yardımlar etməklə öz maraqlarının təmin olunmasına çalışıb. Səudiyyə Ərəbistanı, konkret olaraq, Misirdə Mursiyə qarşı general Sisini müdafiə edib. Bunun nəticəsi o olub ki, Doha ilə Ər-Riyad arasında ziddiyyətlər kəskinləşib. İndi Misirin Qətərə qarşı təcridçi mövqe tutması başadüşüləndir. Lakin prosesə Bəhreyn və Liviyanın da qarışması xeyli suallar doğurur. Belə təəssürat yaranır ki, hansısa dairələr ərəb-müsəlman ölkələri arasındakı ziddiyyətləri yoluna qoymağa deyil, onları daha da dərinləşdirməyə çalışırlar.
Geosiyasi mənzərə: yeni əlamətlər və risklər
Məhz bu kontekstdə həm Yaxın Şərqin geosiyasi taleyi, həm də, konkret olaraq, İran məsələsi xüsusi aktuallıq kəsb edir. Çünki ərəb ölkələri arasında münaqişələrin meydana gəlməsi regionda uzunmüddətli çəkişmələrə start verə bilər. Özü də müsəlman dövlətləri kənar qüvvələrlə deyil, bir-biri ilə savaşmalı olacaqlar. Bununla tarixi aspektdə ərəb dünyası üçün ağır bir mərhələyə keçid mərhələsi formalaşa bilər. Bu prosesdən heç bir müsəlman ölkəsi qalib çıxa bilməz. Onlar bir-birini zəiflədərək, region üçün başlıca təhlükənin daha da dərinləşməsinə şərait yaratmış olurlar.
Məsələnin başqa tərəfi də kifayət qədər düşündürücüdür. Problem ondadır ki, İranı hədəf almaqla bir sıra dairələr iki məqsədə çatmağa çalışırlar. Əvvəla, müsəlman ölkələri arasında bir-biri ilə uzlaşmayan müxtəlif münaqişə mənbələri yaradırlar. Bu, nə deməkdir? Suriyada silahlı qruplar arasında toqquşmalar var. İraqda buna bənzər mənzərə mövcuddur. Və bu iki münaqişə mənbəyi eyni üsulla söndürülə bilməz. Çünki maraqlar fərqlidir və oyunçuların kimliyi arasında fərqlər vardır. Bunlara ərəb dövlətlərinin öz aralarındakı ziddiyyətlər və İran məsələsi əlavə olunur. Beləliklə, hər biri öz problemləri içində çapalayan münaqişə mənbələri mövcud olur ki, bunun yekunu bütövlükdə regionun alova bürünməsi ola bilər.
Digər məqam İran ətrafında gərginliyin ziddiyyətə çevrilməsilə münaqişənin coğrafiyasının genişlənməsi təhlükəsi ilə bağlıdır. O cümlədən Qafqaz və Mərkəzi Asiyanın da bu ziddiyyətlər dalğasına düşməsi ehtimalı az deyil. Vəziyyəti daha vahiməli edən məqam ondan ibarətdir ki, İrana qarşı cəbhədə bir neçə müsəlman dövləti də yer ala bilər. Bu isə artıq hansısa terror qrupları arasındakı savaş deyil, regionun böyük dövlətləri arasındakı genişmiqyaslı müharibənin meydana gəlməsinə təkan verə bilər.
Belə çıxır ki, on ərəb ölkəsinin Qətərlə diplomatik əlaqələri dayandırması və onu, faktiki olaraq, təcrid etməsi ciddi geosiyasi nəticələri ola biləcək hadisədir. Bundan müsəlmanlardan başqa hər kəsin qazana biləcəyi aydındır. O cümlədən Türkiyə üçün ciddi təhlükələr meydana gələ bilər. Ankara ərəb dövlətlərinə müraciət edərək bütün məsələləri məsləhətləşmələr vasitəsilə həll etməyi tövsiyə edib. Bu, ağıllı bir mövqedir, lakin, görünür, bir sıra müsəlman dövlətlərinə kənar təsirlər güclüdür.
Bundan başqa, Səudiyyə Ərəbistanına külli miqdarda silah satılması və Sisinin Vaşinqtonda təntənə ilə qarşılanması geosiyasi təsiri ola bilən prosesin başlanğıcı kimi qəbul edilməlidir. Yaxın Şərq geosiyasi anlamda taleyinin yeni mərhələsinə qədəm qoyur. Bu mərhələdə risklər və münaqişələrin genişliyi növbəti səviyyəyə yüksəlməkdədir. Bu isə o deməkdir ki, ümumiyyətlə, müsəlman dünyası və bəşəriyyət təhdidlərlə üz-üzədir.
Belə bir vəziyyətdə Yaxın Şərqdə sülhün və sabitliyin təmin edilməsi olduqca mürəkkəb məsələdir. Əksinə, indi Qərbin regiona müdaxiləsi üçün yeni imkanlar meydana gəlir. Bu baxımdan Rakkaya terror qrupları ilə birgə hücumun təşkil edilməsi növbəti geosiyasi oyunun əlaməti sayıla bilər. Bundan sonra daha güclü silahlarla təmin edilmiş radikal qruplar qonşu dövlətlərə qarşı yeni təxribatlara əl ata bilərlər.
Deməli, faktiki olaraq, Yaxın Şərq növbəti miqyasda riskli zonaya daxil olur. Burada region dövlətləri arasında genişmiqyaslı müharibə ehtimalı daha çoxdur. Onun qarşısının alınması üçün müsəlman ölkələri tərəfindən hansısa addımların atıldığı haqqında informasiya yoxdur.
Newtimes.az

 
  • Oxunub:  23700  |  
  • Tarix:  14-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA