Ana səhifə »  Dünya »  Trampın məktubları: ABŞ-Azərbaycan münasibətlərində yeni ümidlər
A+   Yenilə  A-
Trampın məktubları: ABŞ-Azərbaycan münasibətlərində yeni ümidlər

Amerikanın dövlət başçısı xarici siyasətdə dəyişikliklər edəcəyi barədə seçki marafonunda vədlər vermişdi. Artıq onun bir sıra əlamətləri özünü göstərir. O cümlədən Vaşinqtonun Azərbaycan siyasətində yeni nəfəs duyulmaqdadır. Ər-Riyadda Ərəb-İslam-Amerika sammitində də Donald Tramp dünya dövlətləri ilə münasibətlərdə həyata keçirmək istədiyi yeni prinsiplərdən söhbət açmışdı. Ayrıca, son iki həftədə Azərbaycan rəhbəri İlham Əliyevə iki məktub yazan ABŞ Prezidenti iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib, müxtəlif sferalarda əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bəyan edib. Ekspertlər bunu Amerika-Azərbaycan münasibətlərində yeni səhifənin açılması kimi xarakterizə ediblər. Bu məsələyə təhlili yanaşmağa ciddi ehtiyac duyulur.
Dəyişiklik: Vaşinqtonun düzəlişləri
Ekspertlər ABŞ-ın yeni rəhbərliyinin xarici siyasətində postsovet məkanı ölkələri istiqamətinin nə dərəcədə yer aldığını maraqla gözləyirdilər. Açığı, fərqli mövqelər ifadə olunurdu. Xüsusilə, Cənubi Qafqaz dövlətləri ilə Vaşinqtonun münasibətlərinin taleyi aktual hesab edilir. Onu vurğulayaq ki, bir sıra erməni ekspertlər elə bir ciddi arqument gətirmədən Ermənistana ayrıca önəm veriləcəyindən bəhs edirdilər. Həm də bunun fonunda Amerikanın Azərbaycanı müəyyən dərəcədə özündən uzaqlaşdıracağını iddia edirdilər.
Lakin ABŞ Prezidentinin iki həftədə Azərbaycan Prezidentinə ünvanladığı iki məktubda ifadə edilən fikirlər və Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika sammitində D.Trampın Amerikanın xarici siyasəti ilə bağlı söylədikləri tamamilə başqa bir mənzərəni ortaya qoyur. Vaşinqton Azərbaycanla nəinki mövcud əməkdaşlığı saxlamaqda maraqlı olduğunu bəyanlayır, həm də münasibətləri inkişaf etdirməyin konkret formullarını təklif edir.
Bu bağlılıqda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun jurnalistlərə müsahibəsində vurğuladığı bir fikri maraqlıdır. Novruz Məmmədov deyib: “Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, düşünürük ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün geniş imkanlar var”.
Bu fikirdə ABŞ-Azərbaycan münasibətləri üç aspektdə yığcam ifadə olunub. Birinci aspekt iki ölkə arasındakı əlaqələrin beynəlxalq aləmdə cərəyan edən proseslərdən asılı olmayaraq inkişaf etmək potensialına malik olmasını ifadə edir. Bu isə yalnız tam müstəqil və suveren dövlətlər arasında mümkün ola bilər. Yəni Vaşinqton Azərbaycanın müstəqil milli dövlət kimi formalaşdığını qəbul edir. Müstəqilliyini əldə etmiş ölkə üçün bunun əhəmiyyəti böyükdür.
İkinci aspekt ölkələrimiz arasındakı əməkdaşlığın imkanlarının geniş olmasında Prezident İlham Əliyevin yeritdiyi xarici və daxili siyasət kursunun müstəqil, reallığı tam nəzərə alan, XXI əsrin çağırışlarına cavab verə bilən olması və bütün sahələr üzrə islahatların sistemli aparılmasının həlledici rol oynaması ilə bağlıdır. Donald Tramp Azərbaycan Prezidentinə yazdığı son məktublarda həmin məqamları lakonik ifadə edir.
Amerikanın rəhbəri Azərbaycanın qlobal təhlükəsizliyə, terrorla mübarizəyə, beynəlxalq əməkdaşlıq işinə verdiyi töhfələri aydın vurğulayır, ölkə başçısının apardığı siyasətin səmərəsini qeyd edir və biznes əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu ayrıca vurğulayır.
Üçüncü aspekt Amerika-Azərbaycan münasibətlərinin məzmunca yeni səviyyəyə yüksəlmək şansına malik olmasından ibarətdir. Bunun əsasında, təbii ki, əvvəlki iki aspekt dayanır. Xüsusilə, Azərbaycanın xarici siyasətinin səmərəliliyi, ölkənin suverenliyini təmin edən mövqenin dayanıqlığı və həyata keçirilən islahatlar kursu ayrıca əhəmiyyət kəsb edir.
Məsələnin digər tərəfi, Novruz Məmmədovun da xüsusi vurğuladığı kimi, Vaşinqtonun xarici siyasətdə etdiyi müəyyən düzəlişlərlə əlaqəlidir. Belə ki, Ərəb-İslam-Amerika sammitində D.Tramp söylədiyi nitqdə ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıqda hansı prinsiplərə üstünlük verəcəyini ortaya qoyub. Novruz Məmmədov həmin kontekstdə ifadə edib: “Biz bu prinsipləri bəyənirik. Neçə illərdir, deyirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var və biz də bu perspektivlərlə bağlı lazımi addımları atırıq”.
Vədlər və reallıqlar: dialoqa aparan yolda
Vurğulanan məqamların fonunda Donald Trampın Azərbaycan Prezidentinə yazdığı məktubda ifadə etdiyi bir məqam üzərində dayanmaq zəruridir. ABŞ dövlət başçısı yazıb: “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”.
Bu cümlədən görünür ki, Vaşinqton Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıq etməkdə maraqlıdır. Buraya təhlükəsizlik, iqtisadi-energetik sfera, nəqliyyat və demokratik islahatlar proqramları daxildir. Təhlükəsizliyin təminində beynəlxalq terrorla mübarizə xüsusi yer tutur. D.Trampı bu məsələdə başa düşmək olar. Yaxın Şərqdə gedən proseslərdən bu, aydın görünə bilər.
Lakin terrorla mübarizə həm də Cənubi Qafqazı illərdir təhdid altında saxlayan erməni separatizmi və terroru ilə mübarizəni də mütləq şəkildə əhatə etməlidir. Təəssüf ki, həmin məqam haqqında D.Trampın məktubunda fikir yoxdur. Ancaq Vaşinqtonun nümayəndələri Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazisindən çıxarılmasının vacibliyini qeyd edirlər. Əslində, Amerika bu məsələyə prinsipial əhəmiyyət verməlidir.
Çünki Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasa, Cənubi Qafqazda heç bir dövlətin təhlükəsizliyini təmin etmək mümkün olmayacaq. Bu bağlılıqda D.Trampın “biz Azərbaycan xalqının yanındayıq” ifadəsi konkret məzmun kəsb etməz. Çünki erməni terroru regiona ciddi risklər gətirir və burada xalqların müstəqil inkişafına ciddi təhlükələr mövcud olaraq qalır.
Vaşinqton üçün Azərbaycanın iqtisadiyyat və enerji sahələrində həyata keçirdiyi proqramların əhəmiyyəti təhlükəsizliyin təmin edilməsi ilə birbaşa bağlıdır. Məsələ ondan ibarətdir ki, regional miqyasda təhlükəsizlik real əsaslara dayanmadıqca sabitliyi pozmaq riski yüksək olaraq qalır. O halda D.Trampın məktublarında vurğuladığı bir məqam üzərində ABŞ rəhbərliyinin özü ciddi düşünməlidir. Amerika Prezidenti yazıb: “Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”. Yəni “Avropa üçün yeni enerji mənbəyi olan bir müstəqil dövlətlə uzunmüddətli və uğurlu əməkdaşlıq etmək” üçün mütləq regional təhlükəsizlik məsələsinə real şərtlər prizmasından baxmaq gərəkdir. Rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasəti bu məqamı tam ödəyirmi? Təəssüf ki, ödəmir!
Belə çıxır ki, Donald Trampın Prezident İlham Əliyevə yazdığı son məktublar, eyni zamanda, Amerikanın Cənubi Qafqaz siyasətində hansı məqamlara daha çox diqqət yetirməli olduğunu ortaya qoyur. Azərbaycan səmimi və səmərəli əməkdaşlığa tam hazırdır. ABŞ-ın bunu görüb qiymətləndirməsi və yeni addımlar atması zərurət kimi dərk edilir. Donald Trampın məktubları bu bağlılıqda ciddi siqnal ola bilər.
Newtimes.az

 
  • Oxunub:  21150  |  
  • Tarix:  21-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İdarə Heyətinin iclası keçirilib

20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
14:09
14 Dekabr
Mədəniyyət naziri Hacıqabulda vətəndaşlarla görüşüb
13:08
14 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb
12:50
14 Dekabr
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır
12:43
14 Dekabr
Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib
12:35
14 Dekabr
“Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb
12:28
14 Dekabr
Beyləqanda 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunun tikintisi yekunlaşıb
12:26
14 Dekabr
Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb
12:20
14 Dekabr
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
12:16
14 Dekabr
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
12:11
14 Dekabr
İlin sonunadək Bakı limanından 47 mindən çox sərnişin daşınması proqnozlaşdırılıb
12:03
14 Dekabr
Bakıda informasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir
12:00
14 Dekabr
ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsini reallaşmasını bir daha dəstəkləyib
11:51
14 Dekabr
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir
11:37
14 Dekabr
Bakıda I Karyera sərgisi keçirilir
11:36
14 Dekabr
Masallıda dini radikalizmlə mübarizə mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
11:31
14 Dekabr
UNESCO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub
10:50
14 Dekabr
Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin Qlobal Konfransının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
10:45
14 Dekabr
Mahmud Məmməd-Quliyev: Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətni martadək razılaşdırıla bilər
10:29
14 Dekabr
Nazir müavini: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər
10:23
14 Dekabr
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir
10:13
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA