Ana səhifə »  Dünya »  Ukrayna münaqişəsi: kəskinləşmə tendensiyası
A+   Yenilə  A-
Ukrayna münaqişəsi: kəskinləşmə tendensiyası

Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbləşməsi fonunda Ukrayna məsələsinin daha fəal şəkildə gündəmə gətirilməsi ekspertləri düşündürür. Bu prosesin arxasında hansı məqsədlər dayana bilər? Ümumiyyətlə, böyük dövlətlər Ukrayna böhranını aradan qaldırmaq istəyirlərmi? Bu suallara cavab vermək asan deyil. Çünki bir tərəfdən, Donbasda vəziyyət daha da gərginləşir, digər tərəfdən isə Ukraynada terror təhlükəsi artır. Onlara paralel olaraq, Prezident Petro Poroşenkonun Qərb dövlətlərinə səfərləri intensivləşir. O, ABŞ, Almaniya və Fransa dövlət başçıları ilə danışıqlar aparıb. Onların real nəticəsi hələ özünü göstərmir. Rusiya isə münaqişə zonasına əlavə hərbi qüvvələr yeritməkdədir. Bu ziddiyyətli proseslərin Ukraynaya və bütövlükdə postsovet məkanına mümkün təsirləri düşündürücüdür.
Kuçmanın şübhələri: Donbas “dondurulur”?
Hiss olunur ki, Qərb-Rusiya münasibətləri yeni səviyyədə gərginliyə doğru gedir. Bu, daha çox Suriya məsələsində özünü göstərirdi. İndi Ukrayna problemi “təşəbbüsü ələ almış” kimi görünür. Son zamanlar həm Ukraynanın şərqində hərbi durum mürəkkəbləşib, həm də diplomatik ritorika kəskinləşib. Donetsk və Luqanskda döyüşlər şiddətlənməkdədir. Tərəflər bir-birinə daha intensiv zərbələr endirirlər. Bunun fonunda Ukrayna tərəfi separatçılardan əsir götürdüklərini bəyan ediblər. Rəsmi Kiyev Rusiya xüsusi təyinatlılarının Donbasa gətirildiyi haqqında da informasiya yayıb.
Siyasətçilər isə Minsk razılaşmalarından bəhs edirlər, lakin real addımlar atmırlar. Onlar bir-birini müqavilənin şərtlərinə əməl etməməkdə günahlandırmaqdadırlar. Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma yaranmış bu vəziyyətdən ciddi narahatdır. O, Rusiyanın daha bir “dondurulmuş münaqişə” ocağı yaratdığından şübhələndiyini deyib. Bu dəfə Dnestryanıdan daha mürəkkəb bir problemin meydana çıxdığını ifadə edən keçmiş Prezident, Donbasın Rusiya ilə sərhədə malik olmasını təhlükə adlandırıb. L.Kuçmanın fikrinə görə, Avropa dövlətləri və ABŞ Ukraynanı bu məsələdə kifayət qədər aktiv müdafiə etmirlər.
Misal olaraq Suriyanı göstərən keçmiş dövlət başçısı Moskvanın öz iradəsini qəbul etdirdiyini söyləyib. Deməli, Rusiya uzaq Suriyada öz sözünü deyirsə və bununla Qərb barışmalı olursa, onda qonşu Ukraynada Vaşinqton, yaxud Berlin, Brüssel, Paris nə edə bilərlər? Bu səbəbdən L.Kuçma əsas ağırlığın Ukraynanın öz üzərinə düşdüyünü bildirib. Bu isə kifayət qədər riskli bir işdir. Rusiya güclü və böyük dövlətdir, münaqişəni uzun müddət nəzarətində saxlaya bilər.
Əslində, rəsmi Moskva özünü çox sakit aparır. Kiyevin hay-küyünə baxmayaraq, Kreml real addımlarını atır. Konkret olaraq, Donetsk və Luqansk istiqamətində Ukrayna silahlı qüvvələri təsirli uğur əldə edə bilmirlər. Deməli, onlara qarşı yaxşı hazırlanmış və sistemli fəaliyyət göstərən silahlı qruplar savaşır. Belə bir vəziyyətdə Ukraynada situasiyanın gərginləşməsi hansı nəticələri verə bilər?
Siyasətçilər bu kontekstdə Prezident Petro Poroşenkonun Amerika və Fransaya olan səfərlərinə diqqət yetirirlər. Ukraynanın dövlət başçısını Donald Tramp, KİV-in əksini yazmasına rəğmən, qəbul edib. Onlar arasında aparılan danışıqlarda Vaşinqtonun Kiyevi dəstəkləyəcəyi ifadə olunub. Ancaq bunun konkret nələrdən ibarət olması bir qədər müəmmalı qalır. Amerika Rusiya əleyhinə sanksiyaları genişləndirib. P.Poroşenkoya söz verilib ki, Ukraynanı daha aktiv müdafiə edəcəklər. Lakin Rusiya hərbçilərini Donbasdan çıxarmaq haqqında konkret plan ortaya qoyulmayıb.
Almaniya isə münaqişənin yaxın perspektivdə həll ediləcəyinə şübhə ilə yanaşır. Xarici işlər naziri Ziqmar Qabriel bəyan edib ki, bu qədər müddət keçəndən sonra yaranmış vəziyyətdən çıxış yolu tapmaq çox çətindir. Almaniyalı nazir yalnız onu deyib ki, “Normand qrupu”nun (Ukrayna, Fransa, Almaniya, Rusiya) təşəbbüslərini dəstəkləyir. Ancaq bu format hələlik elə bir səmərəli fəaliyyət göstərə bilməyib. Onun vəziyyəti dəyişə biləcəyi şübhə altındadır.
Böyük güclər: müəmmalı oyun davam edir
Bunlarla yanaşı, Ukrayna məsələsini həll etmək üçün tərəflərin başqa təmas formatı yoxdur. Fransaya səfəri zamanı Petro Poroşenkoya bu məqamı Emmanuel Makron dolayı da olsa, anladıb. Əslində, Fransanın indiki dövlət başçısı Rusiyaya qarşı çox kəskin ifadələr işlədir. Son olaraq o, P.Poroşenko ilə görüşdə “Rusiya təcavüzkardır”, - deyə bildirib. “Fransa kraliçası olmuş Anna isə əslində, ukraynalı qadındır” (bax: Antirossiyskaə ritorika Makrona lişğ razjiqaet ukrainskiy krizis / “vz.ru”, 26 iyun 2017).
Bununla yanaşı, E.Makron “Normand dördlüyü” çərçivəsində görüşün mümkün ola biləcəyini ifadə edib. Yəni o, nə qədər sərt danışsa da, real davranışda fərqli bir format ortaya qoya bilmir. Ekspertlər bunu belə qiymətləndirirlər ki, Fransa Prezidenti yalnız sözdə Moskvaya qarşı sərt danışır, əməldə isə daha yumşaq addımlar atmağa məcburdur. Görünür, E.Makron özünün Avropa İttifaqının xilaskarı obrazını korlamaq istəmir.
Ancaq bunun Ukraynanın real problemlərinin həllinə hansı müsbət təsiri ola biləcəyini demək çox çətindir. Hələlik P.Poroşenko müəmmalı “Makron formulu”ndan bəhs edir. Guya bunu Fransa Prezidenti “Normand dördlüyü”nün görüşündə açıqlayacaq. Ukrayna dövlət başçısının dediyinə görə, həmin təklifdə ölkənin işğal altında olan şərq əyalətlərinin azad edilməsi prosesi əks olunub.
Əgər bu vurğulanan məqamlar doğrudursa, onda Ukrayna ətrafında geosiyasi vəziyyətin daha da mürəkkəbləşdiyi qənaətini əldə edə bilərik. Suriya böhranının kəskinləşməsi fonunda Qərb-Rusiya qarşıdurması daha geniş məkana yayılır. Görünür, Qərb ölkələri Moskvanı Ukraynada sıxışdırmaqla onun diqqətinin Suriyada azalmasına nail olmaq istəyirlər. Məsələnin daha mühüm tərəfi isə bizcə, psixoloji faktora bağlıdır.
Belə ki, ABŞ başda olmaqla Qərb aydın görür ki, Moskva geosiyasi meydanda bir-birinin ardınca uğur əldə edir. Xüsusilə Suriyada Rusiya mövqeyini nəinki möhkəmlədib, hətta regionun böyük dövlətləri ilə ümumi dil tapa bilib. Məsələn, ABŞ və Aİ ilə ortaq fikrə gələ bilməyən Türkiyə Suriyada Rusiya ilə anlaşa bildi. Kreml Türkiyənin maraqlarını tanıyıb və onunla birlikdə Suriyada fəaliyyət göstərir. Amerika isə NATO-dakı müttəfiqinin maraqlarına hörmətsiz yanaşaraq, terror qrupları ilə əməkdaşlıq edir. Bunlar ciddi fərqlərdir.
İndi belə təəssürat yaranır ki, ABŞ Yaxın Şərqdə böyük dövlətlərə düşmən mövqeyi tutub, Rusiya isə yalnız rəsmi orqanlarla əməkdaşlıq edir. Şübhəsiz, bunun Ukraynaya da təsiri vardır. Ukraynalılar artıq anlayırlar ki, müəyyən müddətdən sonra Qərb onları ata bilər. İndi Suriyada Rusiyaya qarşı dura bilməyən Qərbin böyük dövlətləri Ukraynada, ümumiyyətlə, uğur əldə edə bilməzlər. Bu psixoloji dəyişiklik bütövlükdə Amerika və Avropanın ən güclü olmaları obrazını dağıdır. Çox güman ki, E.Makron bu səbəbdən Rusiyaya qarşı qəzəbli danışır.
Lakin onun real mübarizə meydanında Moskva ilə sərt münasibətlərə getməsi ehtimalı çox azdır. Bu isə o deməkdir ki, Qərb ölkələri, sadəcə, dili sərtləşdirirlər, əməldə bunu etmək iqtidarında deyillər. Bu oyunların arasında isə Ukrayna xalqı qalır. Leonid Kuçma məhz bu məqamları nəzərdə tutaraq həyəcan təbili çalır. Onun nəticəsinin necə olacağını demək xeyli çətindir.
Bütün bunlar onu deməyə əsas verir ki, Qərb diplomatiyasının daha radikal mövqe tutması daha çox Rusiyanın yararınadır. Çünki, birincisi, Moskva rəqibini əsəbiləşdirə bilib ki, bu da incə məqamlarda onların çoxlu səhvə yol verə biləcəyi ehtimalını artırır, ikincisi, Rusiya Donbas və Krıma əlavə qüvvələr yerləşdirmək bəhanəsi əldə edir. Hamıya məlumdur ki, Kreml üçün bunu etmək asan bir işdir.
Petro Poroşenkoya gəldikdə isə onun Ukrayna üçün çalışdığına şübhə yoxdur. Ancaq qərbli dostlarının P.Poroşenkoya yardım edəcəyinə də inam çox deyil. Burada risk faktoru vardır. Çünki, yuxarıda da vurğulandığı kimi, konkret addımlara gəldikdə Qərb Moskvaya qarşı qətiyyətli ola bilmir və ya olmaq istəmir. Onda belə çıxır ki, Ukrayna Prezidentinin siyasi taleyi də hələ məlum deyil.
Digər tərəfdən, ehtimal var ki, Qərb-Rusiya qarşıdurması yalnız Suriya və Ukrayna ilə məhdudlaşmasın. Onun Cənubi Qafqaza və Mərkəzi Asiyaya yayılması gözləniləndir. Bu halda geniş bir geosiyasi məkanda proseslərin riskli və təhlükəli olması mümkündür. O cümlədən terror intensivləşə və genişlənə bilər. Bu baxımdan Cənubi Qafqaz üçün ən qorxulu ssenari erməni terrorunun yenidən aktivləşməsi ola bilər. Bu barədə hələ kimsə danışmır.
Newtimes.az

 
  • Oxunub:  21090  |  
  • Tarix:  18-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA