Ana səhifə »  Dünya »  Türkiyənin S-400 cavabı: qlobal geosiyasətdə yeni məqamlar
A+   Yenilə  A-
Türkiyənin S-400 cavabı: qlobal geosiyasətdə yeni məqamlar

Ankaranın Rusiyadan hava hücumundan müdafiə sistemlərinin alınması haqqında bəyanatından sonra bir sıra dairələrdə narahatlıq artıb. Konkret olaraq, ABŞ və onun avropalı müttəfiqləri etiraz xarakterli fikirlər söyləyiblər. Onlar hesab edirlər ki, Türkiyə bu addımı ilə NATO-nun müdafiə imkanlarını məhdudlaşdırır. Lakin bu zaman nədənsə eyni sistemləri Yunanıstanın, Bolqarıstanın və Macarıstanın almasına göz yumurlar. Ekspertlər hesab edirlər ki, burada daha ciddi geosiyasi faktorlar rol oynayır. Söhbət Türkiyənin böyük dövlət kimi dünya miqyasında daha geniş mövqe tutmasından gedir. Ankara regionun böyük dövləti olaraq daha əhəmiyyətli geosiyasi statusa can atır. Bu kontekstdə onun atdığı hər bir addıma Qərb reaksiya verir. Lakin hər nə olursa-olsun, Türkiyə təhlükəsizliyinin təmini qayğısına özünün lazım bildiyi formada və çərçivədə qalacaq və qalmalıdır. Bütün bunların fonunda Yaxın Şərqdə gərgin geosiyasi mübarizənin getdiyini demək mümkündür. Məsələnin bu tərəfinin təhlili əhəmiyyət kəsb edir.
Vaşinqtonun narahatlığı: Ankara yeni silah alır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə S-400 “Triumf” tipli zenit-raket sisteminin alınması ilə bağlı müqavilənin imzalandığını bəyan etdikdən sonra NATO cəbhəsindən narazılıq və narahatlıq bildirən fikirlər səslənməyə başladı. Daha çox Vaşinqton etiraz xarakterli bəyanat verməkdədir. ABŞ bu sistemlərin NATO-ya uyğun olmadığını, əlavə olaraq, həmin silahların hansı bölgədə və nə məqsədlə yerləşdiriləcəyinin də aydın olmadığını ifadə edir. Bunları ümumiləşdirərək Vaşinqton S-400-lərin Türkiyə tərəfindən alınmasının müsbət hadisə olmadığına diqqət çəkir.
Ankaranın isə öz arqumentləri var. Türkiyə rəhbərliyi təhlükəsizliyin təminində NATO-nun ölkəni yalnız buraxdığını vurğulayır. Xüsusilə, terrorla mübarizədə hərbi bloka üzv olan bir sıra dövlətlər nəinki Ankaraya yardım etmir, hətta ona zərər verən radikal qruplara geniş miqyasda yardım da edirlər. Məsələn, ABŞ PKK-nın Suriya qolu olan PYD-yə ağır silahlar da daxil olmaqla müasir silahlar verib. Onların bir qismi artıq PKK-nın əlindədir. Hətta son zamanlar PKK-lı döyüşçülərə xüsusi geyimlər verirlər ki, terminal müşahidədən yayına bilsinlər. Onların əlindəki silahlar da Amerika istehsalıdır.
Bundan başqa, Almaniya PKK və FETÖ-yə hərtərəfli dəstək verir. Buraya maliyyə, silah və terror qruplarının kadrlarını öyrətmə və qoruma kimi funksiyalar daxildir. Hazırda bu proses o dərəcədə geniş vüsət alıb ki, Türkiyənin dövlətçiliyinə ciddi təhlükə meydana gəlib.
Yaxın keçmişdə “The Independent” nəşri britaniyalı əsgərin PYD sıralarında döyüşdüyünü təsdiq edən materiallar dərc edib. Bu kimi nümunələrin çox olduğu barədə rəsmi informasiyalar mövcuddur. Qərb xüsusi xidmət orqanlarının terrorçulara təlim keçərək onları müsəlman ölkələrinə, o cümlədən Türkiyəyə qarşı hazırladığını sübut edən dəlillər kifayət qədərdir. Bunlara İsrail, Fransa, ABŞ, Almaniya və digər dövlətlərin gizli servisləri daxildir. Təbii ki, başqa ölkələr də antitürkiyə fəaliyyətlərini davam etdirirlər. Rəcəb Tayyib Ərdoğan FETÖ ilə mübarizə gününə həsr edilmiş tədbirdə açıq bəyan etdi ki, əgər Türkiyəni parçalamaq üçün pusquda durmuş ölkələrin adını açıqlasa, ciddi beynəlxalq böhran yarana bilər.
Deyilənlərin fonunda Ankaranın S-400 sistemini alması bunun yalnız silah məsələsi olmadığını təsdiq edir. Söhbət ciddi geosiyasi kursa düzəliş edilməsindən gedir. Konkret olaraq, Türkiyə bütün Qərb tərəfdaşlarına geosiyasi mesaj verir. Bunun mənası Ankaranın artıq qlobal geosiyasətin mərkəzinin Asiyaya “dəyişdiyini” qəbul etməsindən ibarətdir.
Yəni Türkiyə birqütblü dünya modelini qəbul etmir. İndi qlobal lider olaraq yalnız Amerikanın tanındığı zaman artıq arxada qalıb. Bu gün meydanda Çin, Rusiya, Hindistan, Türkiyə və b. kimi güclü oyunçular var. Sadalanan ölkələrin hər biri dünya səviyyəsində söz sahibi olmaq üçün gərgin mübarizə aparır. Türkiyənin bu statusda olduğunu hətta Qərbin bir sıra aparıcı analitikləri və “beyin mərkəzləri” (məsələn, C.Fridman, Z.Bjezinski, H.Kissincer, “Stratfor” korporasiyası və sair) belə qəbul edirlər. Təbii ki, yeni şərtlər daxilində Ankara əvvəlki dövrlərdən fərqli siyasət yeridəcək. O cümlədən o, kimdənsə razılıq almadan necə və hansı silahlar əldə edəcəyinə özü qərar verəcək.
Bu kontekstdə bir məqamı vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Rusiyanın istehsal etdiyi “S” tipli raketdənmüdafiə sistemini bir neçə ildir ki, Yunanıstan, Bolqarıstan və Macarıstan da tətbiq edir. Onlar da NATO-nun üzvüdürlər. Ancaq həmin ölkələri hərbi blok üzvləri içərisində qınayan yoxdur. Onların bu cür sistemlərə sahib olmasını müxtəlif arqumentlərlə əsaslandırmağa çalışırlar. Həm də Vaşinqton o silahların NATO-ya uyuşmadığını demir. Bəs məsələ nədən ibarətdir?
Geosiyasi mübarizə: daha gərgin səviyyədə
Məsələ Türkiyənin böyük geosiyasi oyunçu olması və ciddi hərbi potensiala sahiblənməsindən ibarətdir. Türkiyə Yaxın Şərqin ən güclü dövlətləri sırasındadır. Onun imkanları dünyanın əsas söz sahiblərindən biri olması üçün yetərlidir. Bundan başqa, Türkiyə NATO-nun cənub cinahının əsas dayaq nöqtəsidir. Bu nöqtəni əldən verməklə bütövlükdə Avropa müdafiəsiz qalır.
Belə olan halda yeni sual meydana çıxır - nəyə görə NATO bu dərəcədə əhəmiyyətli üzvünü lazımi səviyyədə müdafiə etmir? Onun da səbəbi aydındır. Birincisi, Türkiyə müsəlman ölkəsidir. İkincisi, Türkiyə Avropanın ən böyük dövlətlərinə belə rəqibdir. Biz İsrail faktorunu hələ demirik.
Bunlar o anlama gəlmir ki, elə bu gün Rusiya, yaxud Çin və ya Hindistan Türkiyə ilə səmimi strateji müttəfiq ola bilərlər? Təbii ki, elə deyil. Lakin sadalanan həmin ölkələr də ABŞ və Qərbin dünya ağası kimi davranmasına razı deyillər. Ankara ilə onları birləşdirən xətt bundan ibarətdir. Onda nəzəri olaraq bir variant seçmək məsələsi qalır ki, bu da müstəqil, dövlətin milli maraqlarına xidmət edən addımlar atmaqdır. Moskva, Pekin, Dehli kimi, Ankara da məhz bu xətti seçib!
Belə çıxır ki, S-400-ləri almaq birbaşa nə Rusiya, nə də Amerika faktoru ilə bağlıdır. Türkiyə öz dövlət maraqlarını və təhlükəsizliyini əsas tutaraq bu bahalı sistemi almağa qərar verib. Onun harada yerləşdirilməsi də önəmli məsələdir. Bunu Vaşinqtonun narahatlığı təsdiqləyir. Türkiyə Suriya, İraq, İran, İsrail istiqamətlərini “çətir” altına ala bilər. Əgər Balkanlar və bütövlükdə Avropa bu “çətir” altına düşsə, onda meydana başqa suallar çıxacaq. Onu da deyək ki, Türkiyə özü bu sistemləri istehsal etmək qərarına gəlib. O halda söhbət ölkənin bütövlükdə hansı hava hücumundan müdafiə sisteminə sahib olacağından gedir. Türkiyə hərbi dairələri strateji hədəfin özlərinin sistemini hazırlamaqdan ibarət olduğunu bildiriblər. Ankara ölkənin hava sahəsini amerikalılara olduğu kimi, ruslara da etibar etməz.
Bütün bunlardan maraqlı geosiyasi nəticələr əldə etmək olar. Təcrübə göstərir ki, qlobal miqyasda oyun qaydaları sürətlə yeniləşir. İndi ABŞ KİV-ləri də yazır ki, dünyanı Vaşinqton təkbaşına idarə edə bilmir. Yaxud artıq buna gücü çatmır. Belə bir vəziyyət potensialı yüksək olan dövlətləri özünəməxsus addımlar atmağa sövq edir. Türkiyə S-400 kimi müasir müdafiə sistemlərini almaqla regionda yeni geosiyasi-hərbi mənzərənin formalaşmasına təkan verir. Əslində, amerikalılar Səudiyyə Ərəbistanına külli miqdarda silah satmaqla, İsrail öz hərbi arsenalını daha da inkişaf etdirməklə və İran yeni silah növlərini sınaqdan keçirməklə bu prosesi çoxdan alovlandırıblar. Sadəcə, Ankara da öz sözünü demək məcburiyyətində qalıb.
Söz yox ki, proseslərin bu cür inkişafı Yaxın və Orta Şərqdə böyük dövlətlərin mübarizəsini daha da kəskinləşdirə bilər. Getdikcə daha çox güclü dövlət hərbi qüvvələrini oraya yönəldə bilər ki, bu da Yaxın Şərqdə yeni müharibə təhlükəsini yaradar.
Sonra Türkiyənin atdığı bu addım ümumən qlobal geosiyasi mənzərədə yeni proseslərə təkan verə bilər. Məsələn, Ankara Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmaq üçün təşəbbüs göstərər. Əlavə olaraq onun Çin və Hindistanla əməkdaşlığı daha da genişlənər. Mümkündür ki, Türkiyə Rusiya ilə strateji xarakterli yeni müqavilə, o cümlədən hərbi sferaya aid müqavilə imzalasın.
Başqa bir tendensiya Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində daha fəal mövqe tutmasında öz əksini tapa bilər. Çünki Türkiyə geosiyasi təsir dairəsini genişləndirməsə, atdığı hərbi addımlar yarımçıq olacaq. Həm də Ankara iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik sferalarında daha ardıcıl və aktiv mövqe tutmalıdır ki, qlobal miqyasda söz sahibi ola bilsin.
Bütün bunlara çox güman ki, müəyyən dairələr əngəl törətməyə çalışacaq. Ümid edirik ki, Türkiyə dostları ilə birgə onları aşacaq. Çünki Ankaranın məqsədi hakim olmaq deyil, dünya siyasətinə ədalət gətirməkdir. Allah haqq yolçularını həmişə qoruyur!
Newtimes.az

 
  • Oxunub:  17130  |  
  • Tarix:  03-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10:33
25 Sentyabr
Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
10:22
25 Sentyabr
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:21
25 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
10:20
25 Sentyabr
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:08
25 Sentyabr
Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq
10:02
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gəlib
10:01
25 Sentyabr
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
09:59
25 Sentyabr
Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
09:54
25 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər
21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub
10:34
24 Sentyabr
Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq
10:05
24 Sentyabr
Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
08:24
24 Sentyabr
Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb
08:22
24 Sentyabr
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
08:16
24 Sentyabr
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
08:14
24 Sentyabr
Energetika naziri Əlcəzairdə bir sıra görüşlər keçirib
08:13
24 Sentyabr
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
08:01
24 Sentyabr
Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21