Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kataloniyada baş verənlər Qərb “demokratiya”sının iç üzünü aydın göstərdi

Kataloniyada baş verənlər Qərb “demokratiya”sının iç üzünü aydın göstərdi

03.10.2017 [09:56]

Bəzi beynəlxalq təşkilatların “insan hüquqları”, “söz azadlığı”, “plüralizm” kimi ifadələrdən təzyiq vasitəsi kimi istifadə etməsi bir daha təsdiqləndi
Son günlər Qərbi Avropada baş verən hadisələr, siyasi gərginliklər yenidən diqqətləri “köhnə qitə”yə yönəldib. “İnsan haqları” deyərək bir sıra dövlətlərə təzyiqlər göstərməyə çalışan, hətta bunu bir mexanizm şəklinə salaraq ondan davamlı şəkildə istifadə edən Qərbin “demokratik siması” bir daha ortaya çıxıb. Belə ki, İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində polislə toqquşmalar zamanı xəsarət alanların sayı 850 nəfərə yaxındır. Aparıcı Qərb agetliklərinin səhifələrini ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrə “qonaq etməsi”, dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması səhnələri bəzəyir.
Əslində, bu kimi səhnələr dünyaya demokratiya dərsi keçməyə çalışan Qərbə tanış mənzərədir. Başqa dövlətlərdə qanunu pozan, separatist çıxışlar edən, icazəsiz aksiyalar təşkil edərək ölkənin bütövlüyünə və müstəqilliyinə təhdid yaradan şəxslərə qarşı görülən tədbirlər Qərbin əsas silahı olan transmilli medianın, “insan hüquqları”nın qorunması üzrə ixtisaslaşdırılmış “beynəlxalq” təşkilatların əsas manşetinə çevrilir, bununla bağlı ən sərt bəyanatlar verilir, qanunun tələblərinin yerinə yetirilməsi üçün polisin gördüyü tədbirlər söz azadlığının pozulması kimi dəyərləndirilir. Bəli, bir sıra ölkələrə münasibətdə bu cür ikili standartların tətbiq olunmasına heç də az rast gəlməmişik. Dəfələrlə fərqli xarici mərkəzlərin sifarişi ilə bəzi dövlətlərdə sabitliyi pozmağa çalışanların qeyri-qanuni aksiyalarının qarşısının alınması istiqamətində görülən tədbirlər insan hüquqlarına “zərbə” kimi qiymətləndirilib, qanunun tələblərini yerinə yetirən hüquq-mühafizə orqanları əməkdaşları isə tənqid, hətta təhqir edilib. Amma 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı da belə “fotosessiyalar”ın şahidi olmuşuq. Amma həmin addımlar zorakılıq, insan hüquqlarına təzyiq kimi dəyərləndirilməyib, əksinə, hüququn aliliyinin təmini kimi qələmə verilib. Bu isə bir daha Qərbin demokratik dəyərlərə münasibətdə də, ikili standartlardan çıxış etdiyini ortaya çıxarır.
Göründüyü kimi, Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır, lakin söhbət digər ölkələrdən gedəndə Avropa dəyərləri, demokratiya, liberal hüquqlar yada düşür. Hətta həmin baş verənlər illik hesabatların “ən qiymətli” yerində xüsusi fərqləndirmə ilə verilir, bu hesabatlar isə bir sıra təşkilatların irəli sürəcəyi ehtimal olunan sanksiyaların mütləq bəhanəsi rolunda çıxış edir. Yəni Avropada baş verərkən susqunluqla müşahidə olunan proseslər başqa ölkələrə qarşı sanksiyalaşdırma hallarına qədər böyüyə bilir. Bu da demokratiya, söz azadlığı, plüralizm kimi anlayışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübuta yetirir.
Bəli, bu kimi ikili standartlar zaman-zaman Azərbaycana qarşı da istifadə olunur. Daha dəqiq desək, Avropada, Qərbdə əməl edilməyən “dəyərlər” Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün bir sıra ermənipərəst mərkəzlər, adını “beynəlxalq təşkilat” qoyan, amma əsl işi erməni lobbisinin sifarişlərini yerinə yetirmək olan qruplar tərəfindən istifadə olunur. Bu isə bir daha göstərir ki, bəzi Qərb dairələrinin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1036 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30